Məhkəmə qərarları › İş №2(103)-498/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-498/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-498/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi vəkil X2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli 58-13 saylı kredit müqaviləsi üzrə 8875,92 manat əsas borcun, müddət sonuna hesablanan 253,72 manat faiz borcun, 9950,31 manat cərimə borcun, 2163,59 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 21243,54 manat, borcun; xx.xx.2013-cü il tarixli 34-13 saylı kredit müqaviləsi üzrə 3843,05 manat, əsas borcun, müddət sonuna hesablanan 138,72 manat faiz borcun, 4210,01 manat cərimə borcun, 952,94 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 9144,72 manat borcun; xx.xx.2013-cü il tarixli 04-13 saylı kredit müqaviləsi üzrə 3978,11 manat əsas borcun, müddət sonuna hesablanan 158,02 manat faiz borcun, 4382,15 manat cərimə borcu, 1018,05 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 9536,49 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; xx xxxxxx 2013-cü il tarixli 04-13 Q saylı müqavilə üzrə 583 əyarlı 5,82 qram çəkili, xx xxxxxx 2013-cü il tarixli 34-13/Q saylı müqavilə üzrə 583 əyarlı 2,85 qram çəkili, 750 əyarlı 3.28 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin qızıl- zinət əşyalarının açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh ləğv etmə prosesində olan "İddiaçı” ASC-yə qarşı"girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15579/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (İİ cild, səh.12). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1836/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15579/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü tarixli 58-13/Q nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2017-ci il tarixinə 8875.92 manat əsas borcu, 4373.08 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 13249 manat məbləğində borcu vardır (İ cild,səh.6); ləğv prosesində olan "İddiaçı” ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2017-ci il tarixli bildirişə əsasən, bank, cavabdeh 5 gün ərzində borcu (8875.92 əsas, 4373.08 faiz məbləğində) ödəməsə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehi xəbərdar etmişdir (İ cild, səh.7); ləğv prosesində olan "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsinin surətinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 17000 manat məbləğində kredit verilmişdir (İ cild, səh.9); ləğv prosesində olan "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 58-13/Q saylı girov müqaviləsinin surətinə əsasən, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 21280.90 azn qiymətləndirilmiş qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir (İ cild, səh.13); "İddiaçı” ASC-nin "Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair xx.xx.2013-cü il tarixli 70 nömrəli akta əsasən, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 99.1 qr olan və 583-585 əyyar, çəkisi 758.7 qr olan qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 21280.90 azn qiymətləndirilmişdir (İ cild, səh.7); ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü il tarixli 04-13/Q nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2017-ci il tarixinə 3978.11 manat əsas borcu, 1959.95 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 5938.06 manat məbləğində borcu vardır (İ cild, səh.40); ləğv prosesində olan "İddiaçı” ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2017-ci il tarixli bildirişə əsasən, bank, cavabdeh 5 gün ərzində borcu (3978.11 əsas, 1959.95 faiz məbləğində) ödəməsə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehi xəbərdar etmişdir (İ cild, səh.41); ləğv prosesində olan "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 04-13/Q saylı kredit müqaviləsinin surətinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir (İ cild, səh.43); ləğv prosesində olan "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 04-13/Q saylı girov müqaviləsinə əsasən, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 12 503.66 azn qiymətləndirilmiş qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir (İ cild, səh.47); "İddiaçı” ASC-nin "Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair xx.xx.2013-cü il tarixli 63 nömrəli akta əsasən, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 50.9 qr olan və 583 əyyar, çəkisi 455.24 qr olan olan qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 12 503.66 azn qiymətləndirilmişdir (İ cild, səh.49); ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü tarixli 34-13/Q nömrəli kredit müqaviləsinəəsasən banka xx.xx.2017-ci il tarixinə 3843.05 manat əsas borcu, 1893.56 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 5736.61 manat məbləğində borcu vardır (İ cild, səh.74); ləğv prosesində olan "İddiaçı” ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2017-ci il tarixli bildirişə əsasən, bank, cavabdeh 5 gün ərzində borcu (3843.05 əsas, 1893.56 faiz məbləğində) ödəməsə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehi xəbərdar etmişdir (İ cild, səh.75); ləğv prosesində olan "İddiaçı” ASC iləCavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34-13/Q saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 12000 manat məbləğində kredit verilmişdir (İ cild, səh.77); ləğv prosesində olan "İddiaçı” ASC iləCavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34-13/Q saylı girov müqaviləsinə əsasən, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 15115.60 azn qiymətləndirilmiş qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir (İ cild, səh.81); "İddiaçı” ASC-nin "Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair xx.xx.2013-cü il tarixli 68 nömrəli akta əsasən, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 48.4 qr olan və 583-585 əyyar, çəkisi 567.3 qr olan olan qızıl zinət əşyaları "İddiaçı” ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 15115.60 azn qiymətləndirilmişdir (İ cild, səh.83); xx.xx.2017-ci il tarixli məktublara əsasən, iddiaçı ləğv prosesində olan "İddiaçı” ASC Cavabdeh xəbərdarlıqlar göndərmişdir (İ cild, səh.75); 2- 1(81)-3620/2016 nömrəli xx xxxx 2016-cı il tarixli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarına əsasən, "İddiaçı”ASC-nin məcburi ləğv edilmişdir. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən "İddiaçı” ASC-nin ləğvedicisi təyin edilmişdir (İ cild, səh.88); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 22447 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, mülki işin 15-17-ci vərəqlərində olan "İddiaçı” ASC-si ilə Cavabdeh arasında olan xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı, i/v 49-50-də olan xx xxxxxx 2013-cü il tarixli 04-13/Q saylı, i/v 83-84-də olan xx xxxxxx 2013-cü il tarixli, 34-13/Q saylı ipoteka müqavilələrinə 1 saylı əlavələrdə "müştəri təhvil aldı” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur (İ cild, səh.126); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 29409/29421 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, xx xxxxxx 2012-ci il tarixli, 240-12/Q saylı müqavilyə əsasən 1 saylı əlavədə B025106 və B024992 kodlu girov paketləri üzrə (sıra sayı 3, 26) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi (İ cild, səh.132); xx xxxxxx 2012-ci il tarixli, 259-12/Q saylı müqaviləyə əsasən 1 saylı əlavədə B025873 və B025732 kodlu girov paketləri üzrə (sıra sayı 3, 6) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi; xx xxxx 2012-ci il tarixli, 230-12/Q saylı müqavilyə əsasən 1 saylı əlavədə B024282 kodlu girov paketi üzrə (sıra sayı 17) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi; xx xxxxxx 2013-cü il tarixli, 04-13/Q saylı müqaviləyə əsasən 1 saylı əlavədə B026567 kodlu girov paketi üzrə (sıra sayı 30) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi; xx xxxxxx 2012-ci il tarixli, 221-12/Q saylı müqavilyə əsasən 1 saylı əlavədə B024722 kodlu girov paketi üzrə (sıra sayı 30) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi; xx xxxxxx 2013-cü il tarixli, 34-13/Q saylı müqavilyə əsasən 1 saylı əlavədə B027010 kodlu girov paketi üzrə (sıra sayı 23) qızıl-zinət əşyası aşkar edildi. Həmin müqavilə üzrə digər kodlu paketlər aşkar edilmədi; Qərarda qeyd olunan xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı və xx xxxx 2012-ci il tarixli, 155-12/Q saylı müqavilələr və həmin müqavilələr üzrə kodlu girov paketləri (qızıl- zinət əşyaları) aşkar edilmədi; Tədqiqata təqdim edilmiş məmulatların metalı qızıl, əyarı 500, 583/585, 750, 916, ümumi çəkisi təxminən 157,05 qram müəyyən olunmuşdur; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 04-13 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə 663.05 manat əsas borcu, 486.96 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 1150.01 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-25.45 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 4262.34 manat, müddətin sonuna faiz borcu 174.64 manat, ümumi 4436.98 manat göstərilmişdir; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 58-13 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə8876 manat əsas borcu, 6457 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 15333 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-120.19 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 9874.32 manat, müddətin sonuna faiz borcu 253.72 manat, ümumi 10 128.04 manat göstərilmişdir; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 04- 13 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə 3978 manat əsas borcu, 2893 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 6871 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-53.87 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 5351.79 manat, müddətin sonuna faiz borcu 11.15 manat, ümumi 5362.94 manat göstərilmişdir; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 221-12 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə 4068 manat əsas borcu, 2882 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 6950 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-210 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 13 067.78 manat, müddətin sonuna faiz borcu 544.63 manat, ümumi 13612.40 manat göstərilmişdir; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 259-12 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə3209 manat əsas borcu, 2152 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 5361 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015- 365.15 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 4267.93 manat, müddətin sonuna faiz borcu 50.38 manat, ümumi 4318.31 manat göstərilmişdir; ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 230-12 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə1868 manat əsas borcu, 1324 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 3192 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-56 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 8103.84 manat, müddətin sonuna faiz borcu 351.95 manat, ümumi 8455.79 manat göstərilmişdir; ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 34-13 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə3843 manat əsas borcu, 2796 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 6639 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-52.04 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 5371.37 manat, müddətin sonuna faiz borcu 138.01 manat, ümumi 5509.38 manat göstərilmişdir; ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 240-12 nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il tarixinə6781 manat əsas borcu, 4921 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 11702 manat məbləğində borcu vardır. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-304.16 azn göstərilmişdir. Müddətin sonuna əsas məbləğ 6781.41 manat, müddətin sonuna faiz borcu 14.13 manat, ümumi 6795.54 manat göstərilmişdir (İİ cild,səh.17-24); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 13104 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 15-17-ci vərəqələrində olan "İddiaçı” ASC-si ilə Cavabdeh arasında olan xx xxxxx 2013-cü il tarixli 58-13/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2- ci, 4-cü, 5-ci, 6-cı, 7-ci, 9-cu, 10-cu, 11-12-ci, 15-ci, 17-ci, 18-26-cı, 29-cu, 33-cü, 35-ci, 37-39-cu, 41-ci, 42-ci, 44-cü, 46-57-ci, 59-61-ci sıralarda "Müştəri təhvil aldı” qrafasındakı imzalar, 49-50-ci vərəqələrində olan xx xxxxxx 2013-cü il tarixli Gorov müqaviləsinə 1 saylıəlavədə 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 10-cu, 11 -ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21 -ci, 22-ci, 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci, 29-cu, 31 -ci, 32-ci, 33cü, 35-ci, 36-cı sıralarda "Müştəri təhvil aldı” qrafasındakı imzalar; 83-84-cü vərəqələrində olan xx xxxxxx 2013-cü il tarixli 34-13/Q nömrəli Girov müqaviləsinə 1 saylıəlavədə 1-10cu, 12-16-cı, 18-22-ci, 25-34-cü, 36-cı, 38-ci, 39-cu sıralarda "Müştəri təhvil aldı” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 15-17-ci vərəqələrində olan "İddiaçı” ASC-si ilə Cavabdeh arasında olan xx xxxxx 2013-cü il tarixli 58-13/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 43-cü sırada "Müştəri təhvil aldı” qrafasındakı imza; 49-50-ci vərəqələrində olan xx xxxxxx 2013cü il tarixli Gorov müqaviləsinə 1 saylı əlavədə 7-ci, 12-ci, 26-cı 34-cü sıralarda "Müştəri təhvil aldı” qrafasındakı imzalar; 83-84-cü vərəqələrində olan xx xxxxxx 2013-cü il tarixli 34-13/Q nömrəli Gorov müqaviləsinə 1 saylıəlavədə 24-cü, 37-ci sıralarda "Müştəri təhvil aldı” qrafasındakı imzalar; mülki işin 1-ci cildinin 15-17-ci vərəqələrində olan "İddiaçı” ASC-si ilə Cavabdeh arasında olan xx xxxxx 2013-cü il tarixli 58-13/Q nömrəli Girov müqaviləsinə 1 saylıəlavədə "Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3-6-cı, 8ci, 12-14-cü, 16-17-ci, 23-cü, 27-28-ci, 30-32-ci, 34-cü, 36-37-ci, 40-cı, 44-46-cı, 51 -ci, 56cı, 58-ci sıralardan başqa); 49-50-ci vərəqələrində olan xx xxxxxx 2013-cü il tarixli Gorov müqaviləsinə 1 saylıəlavədə "Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (1-ci, 9-cu, 17-ci, 21 -ci, 30- cu, 35-ci sıralardan başqa); 83-84-cü vərəqələrində olan xx xxxxxx 2013cü il tarixli 34-13/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə "müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (11-12-ci, 17-ci, 21 -ci, 23-cü, 35-ci, 38-ci sıralardan başqa) Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur (İİ cild, səh.180); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 12791 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, AKT №70 sənədində:1, 7, 10, 20, 22, 24, 29, 35, 38, 39, 49, 50, 54 və 61 -ci sətirlərin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəeyni diyircəkli qələmlə icra olunmuşdur;-2, 9, 11, 15, 18, 19, 21, 25, 26, 33, 41-43, 47, 48, 52, 53, 55 və 60-cı sətirlərin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəfərqli diyircəkli qələmlə icra olunmuşdur;-həmin sənəddə 4, 5, 6, 12, 17, 23, 37 44, 46, 51, 56, 57 və 59-cu sətirlər üzrə "müştəri təhvil aldı” qrafasında tarix, 3, 8, 13, 14, 16, 27, 28, 30-32, 34, 36, 40, 45 və 58-ci sətirlər üzrə imza və tarix icra olunmamışdır. AKT № 63 sənədində:-4, 7, 11, 13-15, 18, 19, 20, 24-29, 31, 32, 34 və 36-cı sətirlərin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəeyni diyircəkli qələmlə icra olunmuşdur; -2, 3, 5, 6, 8, 10, 12, 16, 22, 23 və 33-cü sətirlərin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəfərqli diyircəkli qələmlə icra olunmuşdur; -həmin sənəddə 1, 9, 17, 21 və 35-ci sətirlər üzrə "müştəri təhvil aldı” qrafasında tarix, 30-cu sətir üzrə imza və tarix icra olunmamışdır. AKT №68 sənədində:-3, 7, 10, 16, 18, 20, 25, 27, 30-33 və 37-ci sətirlərin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəeyni diyircəkli qələmlə icra olunmuşdur; 3-cü, 7-ci, 10-cu, 16-cı, 18-ci, 20-ci, 25-ci, 27-ci, 30-cu, 33-cü, 37-ci sətirlərinin hər biri üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görəeyni diyircəkli qələmlə icra olunmuşdur; -həmin sənəddə 1, 2,4-6,8,9, 13-15, 19, 22,24,26,28,29,34,36 və 39-cu sətirlər üzrə "müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdur; Həmin sənəddə 12,21,38-ci sətirlər üzrə "müştəri təhvil aldı” qrafasında tarix, 11,17,23 və 35-ci sətir üzrə imza və tarix icra olunmamışdır (İİ cild, səh.251); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 12165/14168 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş məmulatlardan: xx.xx.2013-cü il tarixli 04-13/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 5,81 qram kütləli bir ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır (İİ cild, səh.188); xx.xx.2013-cü il tarixli 34-13Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 3,28 qram kütləli 1 cüt sırğa 750 əyarlı qızıldan, 2,85 qram kütləli "Təman” yazılı kulonu olan boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün qaşları brilyantdır, 6 ədədi hər biri 0,012 karat ölçülü, 4/4 keyfiyyətlidir (İ cild, səh.81); xx.xx.2013-cü il tarixli 58-13Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 4,40 qram kütləli kişi üzüyü750 əyarlı qızıldan, digər məmulatlar (1 ədəd qolbaq, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 3 cüt sırğa, 1 ədəd kulon) 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qeyd olunan kişi üzüyünün qaşları briliantdır, 5 ədəd hər biri 0,027 karat ölçülü,4/3 keyfiyyətlidir. Məmulatların ümumi kütləsi 65,13 qramdır; Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmişəşyaların hazırda orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: xx.xx.2013cü il tarixli 04-13/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş bir ədəd üzük - 290,00 manat; xx.xx.2013-cü il tarixli 34-13Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 1 cüt sırğa və "Təman” yazılı kulonu olan boyunbağı - 397,00 manat; xx.xx.2013-cü il tarixli 58-13Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, 4 ədəd üzük, 3 cüt sırğa, 1 ədəd kulon-3397,00 manat; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 10957 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən Cavabdeh "İddiaçı” ASC-ə cavabdehdən xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı, xx xxxxxx 2013-cü il tarixli, 04-13Q saylı, xx xxxxxx 2013- cü il tarixli, 34-13/Q saylı kredıt müqavilələri üzrə onun banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmadı (İİ cild, səh.193); ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********748 nömrəli arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü tarixli 34-13/Q nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2019-cu il tarixinə 3843,05 manat əsas borcu, 138,72 manat faiz borcu, 4.210,01 manat cərimə borcu olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 952,94 manat, ümumi borc cəmi 9.144,72 manat müəyyən olunmuşdur. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-52,04 azn göstərilmişdir (İİ cild, səh.271); ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli **********981 nömrəli arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü tarixli 04-13/Q nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2019-cu il tarixinə3978,11 manat əsas borcu, 158,02 manat faiz borcu, 4.382,31 manat cərimə borcu olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.018,05 manat, ümumi borc cəmi 9.536,49 manat müəyyən olunmuşdur. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-53,87 azn göstərilmişdir (İİ cild, səh.270); ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli **********148 nömrəli arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü tarixli 58-13/Q nömrəli kredit müqaviləsinə əsasən banka xx.xx.2019-cu il tarixinə 8875,92 manat əsas borcu, 253,72 manat faiz borcu, 9950,31 manat cərimə borcu olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.23 manat, ümumi borc cəmi 2163,59 manat müəyyən olunmuşdur. Kredit üzrə son ödəniş tarixi və məbləği xx.xx.2015-120,19 azn göstərilmişdir (İİ cild, səh.269). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı Kredit müqaviləsi üzrə 8875,92 manat əsas borc, 253,72 manat faiz borcu, 497 manat cərimə, 924,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 04-13/Q saylı Kredit müqaviləsi üzrə 8875,92 manat əsas borc, 253,72 manat faiz borcu, 497 manat cərimə, 924,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yönəldilməsi, tutmanın girov qoyulmuş cavabdehə məxsus 5,81 qram kütləli bir ədəd 583/585 əyarlı üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyası açıq hərracda satılaraq əldə olunmuş vəsait yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 34-13/Q saylı Kredit müqaviləsi üzrə cavabdehən iddiaçının xeyrinə 3843,05 manat əsas borc, 138,72 manat faiz borcu, 206 manat cərimə, 400,31 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu tutulması, tutmanın girov qoyulmuş cavabdehə məxsus girov qoyulmuş 3,28 qram kütləli 750 əyarlı 1 cüt sırğadan və 2,85 qram kütləli 583/585 əyarlı "Təman” yazılı kulonu olan boyunbağıdan ibarət qızılzinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq əldə olunmuş vəsait yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun 50%, yəni 45 manat Cavabdeh alınaraq iddiaya ödənilməsi, qalan 50% iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 681,71 manat məbləğində pul vəsaitinin 50%, yəni 340,85 manat Cavabdeh, qalan 50% yəni 340,85 manat ləğv prosesində olan "İddiaçı” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilən hissində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 88, 217, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mühasibatlıq ekspertizası keçirilsəydi məlum olardı ki, borc tam ödənilib, iddiaçı tərəfindən sənədlər və girov qoyulmuş qızıl-zinət əşyaları tam təqdim edilmədiyi üçün, həmçinin maliyyə arayışları məhkəməyə vaxtında təqdim edilmədiyi üçün məhkəmə prosesləri uzanıb, lakin bank tərəfindən öz təqsirləri nəticəsində məhkəmə prosesinin uzanmasına baxmayaraq illik 5% hesablamaqda davam ediblər. Halbuki, mülki iş materialları ilə təsdiq edilir ki, iddiaçı - ləğv prosesində olan İddiaçı ASC tərəfindən sənədlər məhkəmə-mühasibatlıq ekspertizasına təqdim edilməyib və iddiaçının təqsirindən məhkəmə prosesləri uzanıb. Həmçinin girov qoyulmuş paketlər ekspertizaya da tam təqdim edilməmişdir. Lakin, məhkəmə qeyd edilən halları nəzərə almadan iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. O, bütün məhkəmə prosesləri zamanı bildirmişdir ki, iddiaçının istinad etdiyi imzalar ona aid deyil. Hətta ekspertizanın imzaların ona aid olması hissəsində ziddiyətli olduğu üçün yenidən ekspertiza keçirilməsi barədə vəsatətlər qaldırılmışdır. O, heç bir halda qeyd edilən imzaların ona aid olmasını qəbul etmir. Təkcə bir faktı demək kifayət edir ki, mülki iş materiallarından da göründüyü kimi iddia qaldırılan zaman bank ona hesabladığı borcu girov qoyulmuş qızıl-zinət əşyalarına tam şəkildə yönəldilməsini məhkəmədən xahiş edib. Lakin, ekspertizaya çox cüzi hissəsi təqdim edilib. Bəzi müqavilələr üzrə isə Bank borc hesabladığı halda, borcu qaldığını iddia etdiyi halda güya girov qoyulmuş qızıl-zinət əşyalarını qaytardığını bildirir. Lakin, borc ödənilmədən girovun hamısının nə üçün qaytardığını Bank izah edilə bilmir. Buna nümunə olaraq, hazırkı is üzrə xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə iddiaçı - cəmi 21243,54 manat borcun olduğunu iddia etdiyi halda, güva o borcun qarşılığında olan girov 583 əyarlı 5,82 qram çəkili qızıldan ibarət olduğunu göstərərək borcun həmin qızıla yönəldilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibarlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə borc aşağıdakı kimi müəyyən edilir: 9/4270 saylı xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə: 22,10.2014-cü il tarixinə (kredit müqaviləsinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə 10101,97 manat, faiz borcu üzrə —261,15 manat. xx.xx.2019-cu il tarixinə (maliyyə arayışının verildiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə 8579,53 manat, faiz borcu üzrə 1955,42 manat. 04-13/Q saylı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə: xx.xx.2014- cü il tarixinə (kredit müqaviləsinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə 5351,52 manat, faiz borcu üzrə 11,15 manat. xx.xx.2019-cu il tarixinə (maliyyə arayışının verildiyi tarikə) olan borcu üzrə: əsas borc üzrə 3521,78 manat, faiz borcu üzrə 799,74 manat. 34-13/Q saylı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə: xx.xx.2014-cü il tarixinə (kredit müqaviləsinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə 5371,36 manat, faiz borcu üzrə 138,01 manat. xx.xx.2019-cu il tarixinə (maliyyə arayışının verildiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə —3399,46 manat, faiz borcu üzrə 766,77 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar silinmələr) olmadığı üçün borc hesablanılan tarixlərə oğluna cərimə borcu hesablanmadığı bildirilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin lombard fəaliyyəti ilə məşğul olduğunu, cavabdehin qarşı tərəfdə qızıllarının olduğunu, qarşılıqlı iddia ilə qızıllarını tələb etdikdə, lakin iddiaçı ləğv prosesində olduğu üçün rayon məhkəməsinin qarşılıqlı iddianı qəbul etmədiyini, qərardaddan şikayət verdiklərini, qətnamənin girov hissəsindən narazı olduqlarını, qarşı tərəfin cavabdehdən faiz tələb etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə, habelə ekspert rəylərinə müvafiq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 270.1, 309.1, 319, 324.4, 324.5, 372, 373, 374, 375, 377, 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 527.1, 560.1-560.3, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 115-119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, ekspert rəyində əks edilən borcu müəyyən edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsas götürülməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi əsas və fazi borcu hissəsində, habelə mütənasib olaraq cərimə hissəsində dəyişdirilməli, qalan hissələrdə əsaslar müəyyən edilmədiyindən dəyişdirilmədən saxlanılmalı, məhkəmə-mühasibatlıq ekspertiza xərci cavabdehdən tutulmalı, apellyasiya şikayəti üçün verilən dövlət rüsumu üzrə məhkəmə xərci cavabdehə aid edilməlidır. Əsas və faiz hissədə qətnamə tələb həddində, habelə tələb edilən və kredit müqavilələri üzrə müddətin bitdiyi tarixlərə müvafiq olaraq, cərimə hissəsində isə mütənasib müəyyən edilməli, 5%-lə tələbin qismən təmin olması, girovun mövcudluğu, zamanında tələbin girova yönəldilmə hüququ və sair diqqətəlayiq hallar nəzərə alınmalı, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsi üzrə 8579,53 manat əsas borc, 253,72 manat faiz borcu, 200 manat cərimə, xx xxxxxx 2013-cü il tarixli 04-13/Q saylı kredit müqaviləsi üzrə 3521,78 manat əsas borc, 11,15 manat faiz borcu, 100 manat cərimə, xx xxxxxx 2013-cü il tarixli 34-13/Q saylı kredit müqaviləsi üzrə 3399,46 manat əsas borc, 138,01 manat faiz borcu, 100 manat cərimə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi (əsas, faiz və cərimə borcu hissəsində) dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış: xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsi üzrə 8579,53 manat əsas borc, 253,72 manat faiz borcu, 200 manat cərimə, xx xxxxxx 2013-cü il tarixli 04-13/Q saylı kredit müqaviləsi üzrə 3521,78 manat əsas borc, 11,15 manat faiz borcu, 100 manat cərimə, xx xxxxxx 2013-cü il tarixli 34-13/Q saylı kredit müqaviləsi üzrə 3399,46 manat əsas borc, 138,01 manat faiz borcu, 100 manat cərimə müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza xərci 145 (bir yüz qırx beş) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar