Məhkəmə qərarları › İş №2(103)-4981/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4981/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4981/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər “Cavabdeh1”nə və "xxxx" MMC-nə qarşı – cavabdehlər "xxxx" MMC-nin və “Cavabdeh1" Publik Hüquqi Şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq iddiaçı Səfıyeva Qumru Filman qızına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hamiləlik dönəmində cavabdeh klinika olan Vital Klinikada həkim Cavabdeh3 nəzarəti altında müalicə almışdır. Hamiləlik dövründə uşaqda və iddiaçıda heç bir problem olmamış, iddiaçının mütəmadi etdiyi müayinələr (iddia ərizəsinə əlavə olunur) nəticəsində sağlam hamiləlik keçirtmişdir. Səltənət xanım iddiaçının müalicə həkimi olmaqla yanaşı həm də doğuş həkimi olmalı, doğuşu o həyata keçirməli idi. xx.xx.2019- cu il tarixində gecə saatlarında iddiaçının erkən doğuş təhlükəsi yaranmış və iddiaçı dərhal həkimi Cavabdeh3 ilə telefonla əlaqə saxlamışdır. Səltənət xanım iddiaçıya bildirmişdir ki, onların klinikası erkən doğuşları həyata keçirmir və bununlabağlı Vital Klinikada iddiaçıya köməklik edə bilməzlər. Bu səbəblə təkidlə iddiaçıdan Perinatal Mərkəzə getməyini bildirmiş, iddiaçıdan isə doğuş həkimi məhz o olduğunu və doğuşun onun tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Lakin o iddiaçını çətin vəziyyətdə tək qoyaraq doğuşun həyata keçirilməsində həkim kimi iştirak etməkdən imtina etmişdir. Halbuki bütün müalicə dövründə cavabdeh klinika və xanım həkim erkən doğuş təhlükəsi yaranacağı halda tibbi xidmət göstərməyəcəklərinə dair iddiaçını məlumatlandırmamışlar, bu barədə iddiaçı xəbərdarlıq olunmamışdır. Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Səltənət xanımın iddiaçıya tibbi xidmət göstərməli olması halında bundan imtina etdikdən sonra iddiaçıda çarəsiz qalaraq Perinatal Mərkəzə müraciət etməli olmuşdur. xx.xx.2019-cu il tarixində övladı Səfiyeva Alsu Murad qızı dünyaya gəlmişdir. Perinatal Mərkəzdə olduğu ilk gündən orda olan sanitar-epidemioloji vəziyyətin bərbadlığı, göstərilən tibbi xidmətlərin səviyyəsinin aşağı olması iddiaçını artıq narahat edirdi və iddiaçı özəl klinikaya köçürülmək üçün yenidən Səltənət xanımla əlaqə saxlamışdır. Səltənət xanım ikinci dəfə öz klinikalarında iddiaçıya xidmət göstərə bilməyəcəklərini və digər klinikalara getməyin də lüzumsuz olduğunu bildirirək iddiaçıdan Perinatal Mərkəzdə qalmağı təkidlə xahiş etmişdir. Övladı Alsu Səfiyeva erkən doğulsa da, erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulmuş, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmamışdır. Lakin doğuşdan iki gün sonra uşağın vəziyyəti pisləşmiş və uşaqda ağırlaşmalar müşahidə olunmuşdur. Perinatal Mərkəzin həkimləri (Dilarə xanım və digərləri) uşağın səhhətində nə baş verdiyini bilmədən, heç bir müayinə aparmadan uşağa ağır antibiotik müalicələri tətbiq etməyə başlamışlar. Müalicələri tətbiq etməyə başlayandan sonra uşaqla bağlı qanda bakteriyanın olubolmamasının müəyyən edilməsi üçün uşağın qanına dair digər klinikalardan birində analiz verilməsi üçün göstəriş vermişlər. Mərkəzi Neftçilər Xəstəxanasına qandan nümunələr təqdim olunmuş və 1 həftədən sonra çıxan nəticələrdə uşağın bağırsağında bakteriya aşkarlanmışdır. Bu bir həftə müddətində həkimlər müayinənin nəticəsini gözləmədən uşağa ağır antibiotik müalicələri tətbiq edirdilər. İddiaçı bununla bağlı həkimlərə dəfələrlə xəbərdarlıq etmişdir ki, bu antibiotiklər çox ağırdır və uşağın digər orqanlarına, əsasən də eşitmə orqanlarına fəsadlar verə bilər. Lakin həkimlər iddiaçını arxayın etmişlər ki, həmin antibiotiklər yüngül xarakterlidir və uşağa hər hansı bir ziyanı yoxdur. İddiaçı uşağa çox ağır antibiotiklərin tətbiq edildiyini, sonradan, yəni xx.xx.2020-ci il tarixli epikrizi aldıqdan sonra bilmişdir. Həmin epikrizdən də müəyyən olunur ki, uşağın antibiotiklərə davamiyyətini müəyyən etmədən ona ağır antibiotik müalicələri ediblər. Uşaqda tapılan bağırsaq infeksiyası Perinatal Mərkəzdə həkimlərin sanitariya qaydalarına riayət etməməsi və həkim səhlənkarlığı nəticəsində meydana gəlmişdir. Bu hal Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən verilmiş qanın müayinəsinin nəticələrində də əks olunur, həmin arayışda qeyd olunur ki, kontaminasiya (xəstəxanadaxili infeksiya) ola bilər. Ana bətnində olarkən uşaqda həmin infeksiyanın olması qeyri-mümkündür, belə ki, hamiləlik vaxtı və doğuşdan sonra edilən müayinələrin nəticəsindən görünür ki, anada heç vaxt həmin infeksiya olmamışdır. Belə olan halda infeksiya məhz xəstəxanada salınmışdır. Bu hal həkimlərin uşağın səhhətinə vurduqları birinci zərərdir, ən dəhşətli və faciəvi zərərlər hələ qarşıda imiş. Perinatal Mərkəz tərəfindən verilmiş epikrizlə tanış olduqdan və uşağa vurulan antibiotikləri gördükdən sonra uşağın səhhətiylə bağlı daha da narahat olmağa başlamış və uşağın müayinələrini başqa klinikalarda aparmışdır. Mərkəzi klinikanın xx.xx.2020-ci il tarixli rentgen müayinə protokollarından və Ankara Universitesi Tip Fakültəsi Araştırma və Uyğulama Hastaneleri Tibb Mərkəzinin xx.xx.2020-ci il tarixli epikrizindən müəyyən olunur ki, uşağın sol bud, sağ baldır və sol bazu sümüklərində ciddi deformasiyalar və iltihab aşkar olunmuş, uşağa multifokal xroniki osteomielit diaqnozu qoyulmuşdur. Uşaqda yaranan bu xəstəlik Perinatal Mərkəzin həkimlərinin uşağa tətbiq etdiyi səhv müalicə nəticəsində yaranmışdır. Uşaq daimi olaraq terapevtiv müalicələr alır, daim terapevtin nəzarəti altındadır. Bu müalicələr hələ ki müsbət nəticə vermir və irəli zamanlarda uşağın əməliyyat olunmağına zərurət yaranacaqdır. İddiaçının qızının səhhətinə dəymiş ziyanlar azmış kimi sonradan qızının hər iki qulağının eşitmədiyini öyrənmişdir. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2020ci il tarixli test nəticələrindən müəyyən olunur ki, hər iki qulaqda 100 db nhl-də dalğa forması əldə edilməmişdir. 2 saylı Klinik Uşaq Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, xəstəyə bera testinin əsasında iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Uşaqda xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “Sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. Uşaqda eşitmə qüsuru məhz Perinatal Mərkəzin həkimlərinin tətbiq etdiyi ağır antibiotik müalicəsi nəticəsində yaranmışdır. Belə ki, tətbiq olunan antibiotiklərdən ampissillin, amikasin vankomisin, ciprofloxaein, antiftinqal, penloqlobulin eşitmə orqanlarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən və sıradan çıxaran antibiotiklərdir. Hal-hazırda iddiaçının uşağı yerimə və eşitmə qüsurlu uşaqdır, daim həkimlərin nəzarəti altındadır və normal uşaq həyatı keçirə bilmir. Qulaq üçün nəzərdə tutulmuş aparat ancaq bir qulağa qoyulmuş və digər qulaq ümumiyyətlə öz funksiyalarını icra edə bilmir. Həmin aparat da uşaq çiməndə və ya yatanda çıxarılır, körpə 1 yaşlı uşaq tamamilə səssiz bir vəziyyətdə və rejimdə qalır, bu hal uşağın psixologiyası üçün ağır nəticələr törədir. İddiaçı cavabdehlərə qarşı tələblərini dəqiqləşdirərək bildirmək istəyir ki, Vital Klinikada müalicə olunduğu dövrdə iddiaçıya erkən doğuş olduğu halda tibbi xidmət göstərə bilməyəcəkləri barədə xəbərdarlıq etməmişlər, iddiaçının bu barədə tədbirlərini görməyə vaxtı olmamışdır. Məhz Klinikanın və həkimlərinin səhlənkarlığına görə iddiaçı məcbur qalaraq Perinatal Mərkəzə müraciət etmişdir. Uşağının bu vəziyyətdə olmasının məsuliyyəti həm də Vital Klinikanın üzərinə düşür. Perinatal Mərkəz isə sağlam uşaq doğulduğu halda həkim səhlənkarlığı və sanitarıya qaydalarına riayət olunmaması nəticəsində uşağa infeksiya salmışlar, həmin infeksiya isə düzgün müalicə olunmamış və tətbiq edilən ağır müalicələr nəticəsində uşaq hal-hazırda yerimə və eşitmə qüsurludur. Bütün bu faciəvi nəticələr cavabdehlərin səhlənkarlığı və həkim heyətinin yetəri qədər savadının olmaması nəticəsində meydana gəlmişdir. İddiaçı bu hallarla bağlı hüquq-mühafizə orqanlarına da şikayətlər etmişdir. İddiaçı düşünür ki, uşağı normal həyat yaşamaqdan məhrum edən günahkarlar qanunla müəyyən edilmiş qaydada cəzalarını çəkməlidirlər. Cavabdehlərin törətdiyi qanunsuz əməllər nəticəsində iddiaçıya ilk növbədə maddi ziyan dəymiş və bundan sonra uşağın xüsusi baxımı və müalicəsi üçün külli miqdarda pul vəsaitinin zəruri olacağı istisna edilmir. İddiaçı maddi ziyanla bağlı məhkəmə iclasında əsaslandırılmış arayış təqdim edəcək. Ona görə də vurulmuş maddi ziyan və bundan sonra zəruri olacaq xərclər üçün cavabdehlərdən 100000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, bir ildən çoxdur ki, iddiaçı uşağını bu vəziyyətdə görərək dərin mənəvi iztirab keçirir. Sağlam doğulmuş uşağın halhazırda eşitmə və yerimə qüsurlu olması bir ana kimi iddiaçıya dərin əzablar verir, iddiaçının övladı normal həyat yaşamaqdan məhrum edilib. Bir ildən çoxdur ki, iddiaçı və uşağı mütəmadi olaraq həkimlərə gedir, bu prosesdə olmaq, uşağın sağlamlığına cavabdelilər tərəfindən belə ciddi ziyanların dəyməsi maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərər də vurmuşdur. Övladının keçirdiyi və keçirəcəyi psixoloji travmalardan isə danışsa, bu iddia ərizəsinin sonu olmaz. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərəri də ödəməlidirlər. Cavabdehlər tərəfindən iddiaçıya və övladına vurulmuş mənəvi ziyanın dəyərini hesablamaq mümkün deyil, çünki iddiaçının bir ana kimi keçirdiyi mənəvi ağrıların, övladının isə bu yaşda aldığı və gələcəkdə də alacağı psixoloji travmaların əvəzi ola bilməz. Ona görə də iddiaçı cavabdehlərdən şərti olaraq 50000 manat tələb edir və hesab edir ki, 50000 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə normanı düzgün tətbiq etməyib, belə ki, zərərvuran şəxslərdən biri ekspert rəyinə əsasən tam olaraq müəyyən edilib, digəri isə qeyri-müəyyən olaraq qalıb. Vital Klinikanın və həkimi Cavabdeh3 səhlənkarlığa yol verməsi ekspert rəyi ilə tam təsdiq olunur. Perinatal Mərkəzə münasibətdə isə cavablanmamış çoxsaylı suallar qalmışdır. Lakin məhkəmə araşdırmanı yarımçıq etmiş, təkrar və əlavə ekspertiza keçirməmişdir. Ona görə də bu norma məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Vital Klinika və həkim Cavabdeh3 tərəfindən zərərin vurulması, hamiləlik dönəmində zəruri müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar halıdır. İş materiallarındakı hamiləlik dönəmindəki qan analizlərinin nəticələrinə nəzər salsaq görərik ki, iddiaçının qan göstəriciləri normada olmamış, iltihab prosesinin başlandığı açıq-aşkar müəyyən olunmuşdur. Lakin həkim Cavabdeh3 bunəticələrə hər ay baxaraq “heç bir problem yoxdur” deyərək iddiaçını əmin etmişdir. Bütün sonrakı faciənin başlanğıcı da məhz buradan, Səltənət xanımın səhlənkarlığından başlanmışdır. Həkim səhlənkar yanaşmayıb müalicə təyin etsəydi erkən doğuş baş verməzdi və erkən doğulmuş uşağa antibiotik müalicəsi etmək zəruriyyəti yaranmazdı, ən əsası uşaqeşitmə əngəlli olmazdı. Hakim Lalə Rəhimli özü də məhkəmə prosesində analizlərin nəticələrini tək-tək oxumuş, iltihab prosesinin göstəricisinin yüksək olduğunu bildirmişdir. Lakin nədənsə sonradan Lalə xanım bu faktı bilə-bilə, iş üzrə qeyri-müəyyən halların qaldığı şəraitdə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Normanın mətnində “zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.” yazılıb.. Lakin hazırkı iş üzrə ekspert rəyləri ilə müəyyən olunurki, patalogiya bətndaxili infeksiyalar zamanı yaranmış və həmin infeksiyalar hamiləlik dönəminə təsadüf edir. Belə bir sual meydana çıxır: Hamiləlik dönəminə məsuliyyətli şəxs kim olmalıdır? Mühəndis ya müəllim? Əlbəttə ki, müalicəni aparan həkim. Bu çox elementar bir məsələdir, inandırıcı deyil ki, bu məsələyə heç kim nəzər yetirməsin. Sadəcə nə hikmətdirsə ekspert rəyinin lazım olmayan məntiqsiz hissəsinə önəm verilir, lakin “patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdır” cümləsindən yan keçilir. Əgər patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdırsa və hamiləlik dönəmindəki həkimin Cavabdeh3 olduğu məlumdursa, zərərin məhz onun tərəfindən vurulmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdirmi? Xeyr. Cavabdeh3 həkims əhlənkarlığının baş vermədiyini və aparılmış müalicələrin, müayinələrin düzgün aparıldığını sübuta yetirə bilməmişdir. Halbuki istinad edilən norma məhz onu tələb edir, sübutetmə yükü zərərvuranın üzərinə düşür, zərərin onun təqsiri üzündən olmadığı sübuta yetirilməlidir. Həmçinin qeyd edilir ki, maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, uzun müddətdir ki, uşağın səhhətindəki problemlər ananı narahat edir və ona mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerinə qüsurlu olması, övladının normal həyatdan məhrum edilməsi bir valideyn kimi anaya əzab verir. Həmçinin təkcə ana deyil, uşaqda psixoloji travmalar yaşayır və gələcəkdə də bu kimi halların davam edəcəyi istisna edilmir. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı mənəvi zərəri dəödəməlidirlər. Mənəvi zərərin sübut edilməsi demək olar ki, qeyri mümkündür. Bu hamıya bəlli olan haldır, sübut etməyə zəruriyyət yoxdur. Yeni doğulmuş körpəsinin eşitmə əngəlli olması, həyatı yalnız aparatla duya bilməsi, aparatın enerjisi zəiflədiyi halda bütün bu həyatın gözəlliklərindən saf və təmiz bir uşağın məhrum olması nəinki anaya iztirab çəkdirir. Yad bir insan belə dərindən sarsılırsa ananın bu mənzərəni hər gün görməsi onun üçün mütəmadi əzabdan başqa bir şey deyil. Hazırkı iş üzrə 2 dəfə ekspertiza təyin edilmiş, hər ikisində də ekspertlərin rəyi ziddiyyətli olmuşdur. 2-ci rəydə qeyd olunur ki, “qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir.” Hansı patologiyadan söhbət gedir? Çünki həmin cümlədən əvvəl üç diaqnoz barəsində yarımçıq qeydlər var : ostemiolit, bağırsaq çöpləri və erkən doğuş. Bundan əlavə, bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmirsə bu hal ekspert tərəfindən niyə əsaslandırılmayıb? Hamiləlik dövrünün bütün müayinələri iş materiallarına əlavə edilib, ekspert nəyə görə həmin müayinələrdən heç birinə istinad etməyib? Halbuki, iş materiallarında iddiaçının hamiləlik dövrünün qan analizləri və USM arayışları var (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019). Cavab çox sadədir, çünki ekspert ümumiyyətlə heç bir məsələni araşdırmayıb və ona diktə edilənləri rəyə köçürüb. Məsələn, Vital Klinikanın xx.xx.2019-cu il tarixli qanın ümumi analizi adlı arayışına nəzər salaq. Leykositlər normalda 3.98-10.04 olmalı olduğu halda 16.2 göstəricisi, Eritrositlərin orta həcmi 79.4-94.8 olmalı olduğu halda 66.9 göstəricisi, 1 eritrositdə hemoqlobinin orta həcmi 25.6-32.2 olmalı olduğu halda 20.5 göstəricisi, neytrofillərin ümumi sayı 1.56-6.13 olmalı olduğu halda 14.1 göstəricisi, neytrofillərin %-lə miqdarı 34.0-71.1 olmalı olduğu halda 87.3 göstəricisi, Limfositlərin %-lə miqdarı 19.3-51.7 olmalı olduğu halda 7.8 göstəricisi, eritrositlərin çökmə surəti 2-15 olmalı olduğu halda 35 göstəricisi qeyd edilib. Ekspert niyə bütün bu hallara nəzər yetirməyib? Bu göstəricilər hansı hallara işarə edib? Ekspert haqlı olaraq öz rəyində qeyd edib ki “bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır”. Məhz bu nəticələr həmin infeksiyaların yaranmasının göstəricisidir. Ekspert həmçinin qeyd edib ki, patalogiyanın bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmir. Buradan belə müəyyən eləmək olar ki, hamiləlik dövründə bütün bu göstəricilərin olması, infeksiyaların yaranması və bunun nəticəsində uşaqda osteomiletin yaranması məhz həkim səhlənkarlığının osteomiletin yaranması məhz həkim səhlənkarlığının nəticəsidir. Belə ki, hamiləlik dövründə iddiaçını müəlicə edən həkim Cavabdeh3 olmuşdur. O bir həkim olaraq bu müayinələrin nəticələrini görərək bir tədbir görməli, xəstəni müalicə etməli idi. Lakin həkim səhlənkarlıq etmiş, məhz həkimin hərəkətsizliyi nəticəsində bütün bu problemlər yaranmışdır. 4-cü məsələ ilə bağlı hörmətli ekspertlər “Alsu Səfiyevada eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsinin səbəblərinə daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir” ifadəsini qeyd edirlər. Lakin ekspertlər bütün bu halların ana bətnində yoxsa doğuşdan sonra baş verə biləcəyini qeyd etməmişlər. Əgər doğuşdan sonra baş vermişdirsə PerinatalMərkəzdən uşaq çıxanda onaartıq xx.xx.2020-ci il tarixli neuro audio screen testin cavabı verilmişdir. Doğuşdan sonra, yəni 27 dekabrdan 30 yanvara qədər uşaq Perinatal Mərkəzin nəzarətində olub. Bir sual meydana çıxır: uşağa necə nəzarət olunub ki, uşaqda 33 gün ərzində ekspertin qeyd etdiyi kimi daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması baş verib? Rəydən belə nəticəyə gəlmək olar ki, uşaqdakı bağırsaq çöpləri və osteomilet hamiləlik dövründə, qulaqla bağlı qüsur isə doğuşdan sonra yaranmışdır. Bütün bu halların necə yaranması və bütün bunlarda həkim səhlənkarlığının faizinin nə qədər olması isə sual altındadır. Ekspert rəyindən də göründüyü kimi, ekspertlər suallara tam və aydın cavab verməmiş, ekspert rəyi ziddiyyətli və qeyri-müəyyəndir. Bundan əlavə, əmtəəşünaslıq ekspertizasının həvalə edildiyi "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubla əmtəəşünaslıq ekspertizasını aparmaqdan imtina etmişdir. Səbəb kimi isə, tibbi ekpertizanın rəyi göstərilir. Qeyd edim ki, hər iki ekspertiza müstəqil ekspertizadır və biri digərindən asılı deyildir. Səhhətə vurulmuş ziyan açıq-aşkar ortadadır və səhhətə kimin ziyan vurduğuna yalnız məhkəmə qərar verə bilər, qiymətləndirici şirkət öz səlahiyyətlərini aşmışdır. Əgər iddia təmin edilsə, uşağın sağlamlığına mütəmadi çəkiləcək xərclər var. Məsələn, uşaqdakı qulaq inplantının enerji yükləyicisinin qiyməti təkcə 100 manatdır və hər ay yenilənməlidir. Aparatın özü 5 ildən bir yenilənməlidir və onun da qiyməti 30000 manat dəyərindədir. Bütün bu halları məhkəmə müəyyən etməmişdir, o hissədə də əlavə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, cavabdehlərin təqsiri müəyyən olunsa (Vital Klinika və Cavabdeh3 təqsiri aşkardır artıq) AR MM-nin 1118.1-ci maddəsinin təqsiri aşkardır artıq) AR MM-nin 1118.1cimaddəsinin tələbinə əsasən bütün bu xərclər cavabdehdən tutulmalıdır. Belə olan halda, iş üzrə bu qədər qeyri-müəyyən məqamlar qaldığı şəraitdə məhkəmə nece iddianın rədd edilməsi barədə qətnamə qəbul edə bilərdi? Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səfiyeva Alsu Murad qızı xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “Səfiyev Murad Söhrab oğlu” anası “İddiaçı”dır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof.Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının xx.xx.2020-ci il tarixli 471 saylı arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Səfiyeva Alsu Murad qızı 15 saylı Uşaq poliklinkasının xx.xx.2020-ci il tarixli çıxarışına əsasən xx.xx.2020-ci il tarixində müayinədən keçmiş, xəstəyə BERA testinin əsasında “İki tərəfli çox ağır (Vİ) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. Həmçinin bu xəstədə xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının məktubundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Səfiyeva Alsu Murad qızının hər iki qulağında çox ağır İV dərəcə ağıreşitmə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” Publik Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 2417 saylı epikrizindən görünür ki, uşaq xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə sahə həkiminin və cərrahın nəzarəti altında evə yazılmış, cərrahın, travmatoloq-ortopedin, nevropotoloq, kardioloq, otolarinqoloq və oftalmoloqun mütləq baxışının vacibliyi haqqında valideyn məlumatlandırılmışdır. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Səfiyeva Alsu Murad qızının rentgen müayinəsində sağ baldır sümüklərinin ön-arxa pryeksiyada çəkilmiş rentgenoqrammasında qamış sümüyün disal hissəsi deformasiyalıdır, bir qədər əyilmişdir, distal metadiafizdə sümük iliyi kanalında şəffav sahə qeyd olunur. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Səfiyeva Alsu Murad qızının çanaq rentgenoqrafiyasında hər iki tərəfdə bud çanaq oynaq yarığları normaldır, bud sümüklərinin başları qeyd olunmur, soldan Şelton xətti bir qədər qeyri-düzgündür, sol bud sümüyünün epimerafizar hissəndə laterallda kiçik şəffaf sahə qeyd olunur. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Səfiyeva Alsu Murad qızının rentgen müayinəsində sol bazu sümüyünün ön-arxa proyeksiyada çəkilmiş rentgenoqrammasında bazu sümüyünün proksmal hissəsi bir qədər əyridir, epimetafizar hissəsinin konturları nahamardır, kortikal qat qalınlaşmışdır, sklerozlaşmışdır, sümük iliyi kanalı daralmışdır. İş materiallarında olan Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 740 saylı ekspert rəyindən görünür ki, “Cavabdeh1” Publik hüquqi şəxsində İddiaçı adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2019- cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. “Respublika Diaqnostika Mərkəzi”ndə Səfiyeva Alsu Murad qızının adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz öz təsirini tapmış və onun üzərində xx.xx.2020-ci il tarixdə “Koxlear implant” cərrahiyə əməliyyatı icra olunmuşdur. Bunun da yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir. Alsu Səfiyevanın mütəxəssis müayinəsi zamanı çəkilmiş çanaq və diz oynaqlarının rentgen müayinəsində onun dizçanaq və diz oynaqlarında hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı “Vital Klinika”da ultrasəs və laborator müayinələrdən keçmiş və müayinələr zamanı hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Aparılmış müayinələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuş və yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb ola bilməsi istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 961 saylı ekspert rəyindən görünür ki, “Cavabdeh1” Publik hüquqi şəxsində İddiaçı adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2019- cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. Aparılmış müalicələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır. Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə proqnozun əvvəlcədən verilməsi mümkün deyildir. Alsu Səfiyevada “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi”nin yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmum pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyrinormal fəsadlaşması daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi cavabdehlər tərəfindən onda hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra yeni doğulmuş uşağında aparılmış müalicələrin və müayinlərin səhv olması səbəbindən uşağında bir sıra fiziki qüsurların yaranmasını göstərsə də, lakin həmin halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəylərində uşaqda yaranmış qüsurların hamiləlik və doğuşdan sonra aparılmış müalicələr nəticəsində yaranması müəyyən edilməmiş, aparılmış müalicələrin düzgün olması müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə doğulmuş Alsu Səfiyeva adlı uşağında yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri nəticəsində yaranması iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23- cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də əsassızdır və təmin edilə bilməz. Belə ki, mənəvi ziyan tələbi isə işin halları baxımından məhz tələbin maddi ziyan hissəsinin nəticəsindən aslı olduğundan və iddia tələbi maddi ziyan hissəsində təmin edilmədiyindən (uşağında yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri nəticəsində yaranması sübut edilmədiyindən) həmin hissə ilə bağlı əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Ona görə də kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsində də təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar