Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4983/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(008)-3104/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 1792,43 manat əsas, 312,71 manat faiz, cəmi 2105,14 manat borcun və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,05 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 59 ay müddətinə illik 25 faiz olmaqla 15000 manat kredit verilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yetinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 1792,43 manat əsas, 312,71 manat faiz, cəmi 2105,14 manat borcu yaranmışdır.Bank tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. 5.Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 may 2024-cü il tarixli, 2(008)-3104/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ruslan Mirzəliyev) iddia təmin edilərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 1792,43 (bir min yeddi yüz doxsan iki manat, qırx üç qəpik) manat əsas, 312,71 (üç yüz on iki manat, yetmiş bir qəpik) manat faiz, cəmi 2105,14 (iki min yüz beş manat, on dörd qəpik) manat borcun və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,05 (qırx bir manat, beş qəpik) manat borcun tutulması qət edilmişdir. 7.İş materiallarındanxx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 59 ay müddətinə illik 25 faiz olmaqla 15000 manat kredit verilmişdir. 8.İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 1792,43 manat əsas, 312,71 manat faiz, cəmi 2105,14 manat borcu vardır. 9.Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli BRCB7103508A299 nömrəli kredit müqaviləsinə əsasən 1792,43 manat əsas, 312,71 manat faiz, cəmi 2105,14 manat borcun və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,05 manat borc tutulmalıdır. 10.Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qəbul edib, hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 3.365,04 manat məbləğində əsas, 999,98 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 462.1, 739, 741 və 407.2-ci;“Elektron imza va elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci; “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.2-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 284-1, 284-2,284-5.1, 284-5.2, 284-5.3, 284-6.1 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, onun İddiaçı ASC-yə hər hansı borcu olmamışdır. Məsələ ondan ibarətdir ki,həqiqətən ”Kapital Bank” ASC ilə onun arasında bağlanılmış kredit müqaviləsi mövcud olmuş, həmin müqaviləyə görə, bank cavabdeh üçün 1500 (min beş yüz) manat məbləğində kredit xəttiaçmış və həmin kredit xəttindən istifadə etmək üçün bank kartı ilə təchiz etmişdir. Açılmış kredit xəttindən istifadə etməsə də, xx.xx.2023-cü il tarixində telefonuna sms gəlmişdir ki, kartında olan 1500 (min beş yüz) manat məbləğində pul naməlum şəxs(lər) tərəfindən gizli yolla kartından çıxarılmışdır (oğurlanmışdır). Oğurluq faktı ilə bağlı dərhal Sabunçu rayon Polis İdarəsinə mürciət etmişdir. Bir qədər araşdırma aparıldıqdan sonra,Sabunçu RPİ-də faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə cinayət işi başlanıldı və həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanındı.Hal-hazırda cinayət işinin istintaqı davam edir (iş2********). Baş vermiş hadisə ilə bağlı paralel olaraq İddiaçı ASC-yə məlumat versə də, bank işin həmin halınıməhkəmədən gizlətmişdir.Göründüyükimi,tərəflər arasında müqavilə mövcud olmuş,lakin öhdəliyin əmələ gəlməsi tək müqavilənin mövcudluğu ilə yox,eyni zamanda həmin müqavilənin bağlanılmasına səbəb olmuş kredit xəttindən istifadə ilə bağlı olmuşdur. Cavabdeh Aliyə Əsgərova kredit müqaviləsinin tərəfi olsa da,o həmin kreditdən istifadə etmədiyindən məhkəmədə işə baxılarkən iddiaçı qarşısında borcun qaytarılmasına görə öhdəliyi yaranmamışdır. Pulunkartdan oğurlanmasını iddiaçı məhkəməyə cavabdehin puldan istifadəsi kimi təqdim etməklə, təhlükəsizliyinə özü cavab verdiyi halda oğurlanma faktını məhkəmədən gizlətmişdir.Bununla da,məhkəmə işin faktiki hallarını araşdırmadan, iddia tələıbinə formal müqavilə öhdəliklərinə dair normaları tətbiq etməklə,özündən asılı olmayan səbəblərdən səhvə yol vermişdir. Məhkəmənin obyektivliyinə şübhəsi olmasa da, işə sadələşdirilmiş icraat qaydasında tərəflərin iştirakı olmadan baxıldığından, yalnız iddiaçı tərəfin həqiqətə uyğun olmayan məhkəməyə təqdim etdiyi sübutlardan istifadə etməklə, məhkəmə özündən asılı olmayaraq, düzgün olmayan nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 19.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 20.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 21.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 22.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 23.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddə 394-1 və 394-1.3-ün məzmununa əsaəsn kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tamolaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdehmüqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədəiddiaçıya xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1792,43 manat, faiz borcuna görə 312,71 manat, cəmi 2105,14 manatborcu yaranmışdır. 31.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 32.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 33.Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti üzrə mövqeyini onunla əsaslandırır ki, kredit müqaviləsi üzrə ona təqdim edilmiş plastik kartın oğurlanması səbəbindən kartdakı kredit vəsaitindən istifadə edə bilməmiş, buna görə də onun iddiaçı qarşısında borcun qaytarılması üçün öhdəliyi yaranmamışdır. 34.Məhkəmə kollegiyası cavabdehin dəlillərinin əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 35.”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, -Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. -Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. -Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. -Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. 36.Şərh olunanlardan göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi konsesual müqavilə olmaqla tərəflər, razılaşaldırılmış şərtlərlə kredit müqaviləsini imzaladıqları andan müqavilədən irəli gələn müvafiq hüquq və öhdəliklərin daşıyıcısı olmuşdur. 37.Digər tərəfdən işin mübahisiz hallarından görünür ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş vəsait plastik kart şəklində cavabdehə təqdim edilmişdir. Cavabdeh hazırda Sabunçu rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad edir ki, 1500 manat vəsaitin oğurlanmasına görə cinayət işi başlanılmış, cinayət törətmiş şəxs müəyyən olunmadığından, xx.xx.2024-cü il tarixdə AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Kollegiya hesab edir ki, plastik kartın oğurlanması və ya cavabdehin həmin vəsaitdən istifadə edə bilməməsi iddiaçı qarşısında götürülmüş öhdəliyin icrasından yayınmasına əsas ola bilməz. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(008)-3104/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4983/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4983/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver