Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4986/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X7 Azərbaycan" QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Cavabdehnnun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı "X7 Azərbaycan" QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)- 3366/2016 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmuş, “X7” açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilərək, Cavabdeh “X7 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə borcu qismində 100 (yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikinin nömrəsi C01455 olan «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması üçün, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh “X7 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmiş, “X7” açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin olunmamışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən “X7 Azərbaycan” QSC-yə ünvanlanmış 2(004)-3366/2017 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3366/2017 nömrəli xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
3. Daha sonra xx.xx.2016-cı il tarixdə Yasamal Rayon İcra və X2 Rayon Məhkəməsinə icra sənədi üzrə icraata başlamaq haqqında qərar daxil olmuşdur. Qeyd olunan icra sənədinin geri qaytarılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə heç bir sənəd daxil olmamışdır.
4. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında qərar”ından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3366/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya 10 gün müddətində icra könüllü olaraq təmin etməsi barədə təklif edilməsi qərara alınmışdır. İcra sənədinə əsasən borclu Cavabdeh 34468,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “X7 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir.
5. “X4" MMC-nin 05 iyun 2017-ci il tarixli, 30 saylı Hərracın Yekunları barədə Protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZN-ə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X3 tərəfindən alınmışdır.
6. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 67893/2016-53-9/1 nömrəli, 5 dekabr 2024-cü il tarixli inkasso sərəncamından görünür ki, 2(004)-3366/2016 nömrəli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hesabına 116.34 manat köçürülməlidir.
7. Maliyyə arayışdan görünür ki "X7 Azərbaycan" QSC ilə cavabdeh Məm”mədov Saqif Kamil oğlu arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə banka xx.xx.2025-cil tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 11.628,64 ABŞ dolları məbləğində borcu vardır.
8. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh aid hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən "X7 Azərbaycan" QSC-yə xx.xx.2023-cü il tarixində 116,34 manat, xx.xx.2024-cü il tarixində 290,86 manat, xx.xx.2024-cü il tarixində 258,75 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində 129,37 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 139,85 manat məbləğində ödənişlər edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "X7 Azərbaycan" QSC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Piri Cavabdeh "X7 Azərbaycan" QSC -nin xeyrinə 34468,65 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümümilikdə 11628,64 ABŞ dolları pul vəsaitinin və 149,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2013-cü il tarixində «X7 Azərbaycan» QSC ilə Cavabdeh arasında 114105 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 36 (otuz altı) ay müddətinə 64 000 USD (altmış dörd min ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X7 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin qaytarılması üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. Borcalanın 114105 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 sentyabr 2013-cü il tarixində «X7 Azərbaycan» QSC ilə Cavabdeh arasında 114105 nömrəli İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan buraxılış ili-2011, şassi/ban: WPOZZZ97ZCL000486, mühərrik: C01455, ağ rəngli «Porsche Panamera» minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili «X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 14 aprel 2015-ci il tarixində «X7 Azərbaycan» QSC ilə Cavabdeh arasında 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmışdır. Həmin Razılşamaya əsasən Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 14% (on dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X7 Azərbaycan» QSC-nə qaytarmağı öhdəsinə götürmüşdür. «X7 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X7 Azərbaycan» QSC-ə olan borcunu ödəməmişlər. Lakin, öhdəliklər cavabdeh tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş vəBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi ilə iddiaçı "X7 Azərbaycan" QSC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh "X7 Azərbaycan" QSC-nin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dollari 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent cərimə borcu qismində 100( yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaitinin tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikin nömrəsi C01455 olan "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə yönəldilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması üçün ixtisaslaşdrırlmış hərrac təşkilatının sərəncamına verilməsi, "Porsche Panamera" minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh "X7 Azərbaycan” QSC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx- 7286/5-11771 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən 05 iyun 2017-ci il tarixdə saat 11:00-da "X4" MMC tərəfindən hərrac keçirilərək Cavabdeh mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZNə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X3 tərəfindən alınaraq 05 iyun 2017-ci il tarixli hərracın yekunları barədə 30 saylı Protokol tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində borclu Cavabdeh təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin, aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərər çəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdeh(lər)in 18 aprel 2016-cı il tarixə borc üzrə 34468,65 (otuz dörd min dörd yüz altmış səkkiz ABŞ dolları 65 sent) ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 18 aprel 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 11628,64 ABŞ dolları məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2016 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1023 gün - 4897.42 ABŞ dolları 2) xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1771 gün - 5230.05 ABŞ dolları 3) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 63 gün – 185,45 ABŞ dolları 4) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün – 262.79 ABŞ dolları 5) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 154 gün – 446.41 ABŞ dolları 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 32 gün – 92.42 ABŞ dolları 7) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 31 gün – 89.21 ABŞ dolları 8) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 29 gün – 83.14 ABŞ dolları 9) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 30 gün – 85.69 ABŞ dolları 10) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 26 gün – 73.97 ABŞ dolları 11) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 64 gün – 182.08 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3423/2024 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Sultanova Məmmədova) iddia qismən təmin edilərək Cavabdeh 1723,48 (bir min yeddi yüz iyirmi üç ABŞ dolları qırx səkkiz sent) ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "X7 Azərbaycan" QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi 21 may 2016-cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı 05 iyun 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə İnkasso sərancamı verilmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir. Qeyd olunan hallara əsasən, məhkəmə qeyd edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.3, 399.4, 427.3, 442, 445.1, 445.2.1, 445.3, 445.7, 448-ci maddələrnə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul vəsaitinin kreditorun istifadəsindən məhrum edilməsi, özü-özlüyündə kompensasiya tələb etmək hüququnu yaradır və bunun üçün borclunun təqsirli olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir; gecikdirilmiş öhdəlik üzrə illik 5% miqdarında kompensasiya tələbi, 445.7-ci maddəyə uyğun olaraq, yalnız gecikmə faktına əsasən tələb oluna bilər. Əgər borc qismən ödənilibsə, qalan məbləğ üzrə gecikmə müddəti ayrıca hesablanmalı və kompensasiya həmin məbləğə dair ayrıca müəyyən edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İddiaçının nümayəndəsi isə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.3-cü maddəsinə əsasən, Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən, Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasəb, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən, Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “…Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. ... Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını da həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan və borc məbləği tam şəkildə ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “…Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. ... Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”.
26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirmiş və girov əmlakı təhvil vermişdir.
27. Məhkəmə iddia tələbini qismən əsaslı saymaqla düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)- 3366/2016 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən, yəni 19 may 2016-cı il tarixdən əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək borclu tərəfindən 34.468,65 (otuz dörd min dörd yüz altmış səkkiz dollar altmış beş sent) ABŞ dolları məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla 1723,48 (bir min yeddi yüz iyirmi üç ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi 21 may 2016cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı 05 iyun 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə İnkasso sərancamı verilmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir. Qeyd olunan hallara əsasən, məhkəmə qeyd edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.
29. Məhkəmə kollegiyası tələb olunan borcun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində düzgün nəticəyə gəlmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "X7 Azərbaycan" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.