Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-499/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(001)-15/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” ASC arasında 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 128532,85 ABŞ dolları əsas, 27926,51 ABŞ dolları faiz borcu, 50166,45 ABŞ dolları cərimə olmaqla, cəmi 206625,81 ABŞ dolları pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilə və Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına “xxxx” ASC-yə olan borcun ödənilməsi, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 31.07.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(001)-15/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 31 iyul 2014-cü il tarixli, İK 1290-05 saylı kredit müqaviləsinə görə əsas borc üzrə 128532,85 ABŞ dolları, faiz borcu üzrə 27926,51 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları, cəmi 166443,36 (bir yüz altmış altı min dörd yüz qırx üç ABŞ dolları, otuz altı sent) ABŞ dollarının ödəniş anında Azərbaycan Respublikası manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi, ipoteka predmeti olan əmlaklar: Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat müəyyən edilməklə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 66000 (altmış altı min) manat müəyyən edilməklə və Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 74500(yetmiş dörd min beş yüz) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq məbləğ hesabına “xxxx” ASC-yə olan borcun ödənilməsi təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsinin və ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun 28 (iyirmi səkkiz) manat hissəsinin Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 20 (iyirmi) manatının iddiaçı “xxxx” ASC-dən, 125 (bir yüz iyirmi beş) manatının Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi əsas götürülərək iddia təmin edilmiş, əmlakın qiymətləndirilməsi düzgün qiymətləndirilməmişdir. Bundan başqa 10.000 ABŞ dolları dəbbə pulu isə həddindən artıq çoxdur... Məhkəmə cavabdehin borcu indiyə kimi ödəyə bilməməyini, üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha ağırlaşdırdığını nəzərə alaraq azaldılmalıdır. Məhkəmə iclasında cavabdeh və digər cavabdehin nümayəndəsi X4 bildirdi ki, əsas məbləği ödəyə bilmir, üstəlik 27.000 ABŞ dolları faiz borcu da var. Qətnamədən faiz borcuna aid hissədə razı deyil. “Sədərək” Ticarət Mərkəzində paltar satırlar. ABŞ dollarının qalxmağı, eləcə də pandemiya maddi vəziyyətini daha da ağırlaşdırdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, faz borcu ilə bağlı hissədə ekspertiza keçirilməsi barədə vəsatət işin uzadılması məqsədilə verilmişdir. Ona görə də vəsatətin rədd edilməsini xahiş edir. Amma cərimə borcuna aid hissədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, 31 iyul 2014-cü il tarixli 1290-05 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” ASC Cavabdeh1 42 ay müddətinə illik 20% olmaqla 143076 ABŞ dolları kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzil və Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzil 31.07.2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin cərimənin məbləği ə ipoteka predmetindən birinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh1 şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən cərimənin məbləğinin çox olması və ipoteka predmetlərinin ilkin satış qiymətinin aşağı olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianı qismən təmin edərkən ipoteka perdmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilinin ilkin satış qiymətinin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə zamanı “xxxx” MMC tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli rəydə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilin likvid dəyəri 94500 manat müəyyən edilmişdir. Göründüyü kimi, sonuncu qiymətləndirmə şirkətinin verdiyi rəy işin hallarına uyğun olduğundan və həmin mənzilin likvid dəyərini düzgün əks etdirdiyindən, ilkin satış qiyməti o məbləğdə müəyyən edilməlidir. Bununla yanaşı, Sumqayıt şəhərində yerləşən digər ipoteka predmeti olan mənzillərin- Sumqayıt şəhəri, 18-ci mikrorayon, 1 nömrəli evin 2 nömrəli mənzilin likvid dəyəri 65000 manat, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 5 nömrəli evin 42 nömrəli mənzilin likvid dəyəri isə 71000 manat müəyyən edilmişdir. Lakin qətnamədə həmin mənzillərin ilkin satış qiyməti daha yüksək göstərilmişdir. İddiaçı tərəf bu halı mübahisələndirməmiş, cavabdeh mübahisələndirsə də qeyd olunan mənzillərin likvid dəyərinin daha yüksək olduğu təsdiq olunmamışdır. Ona görə də həmin mənzillərə münasibətdə ilkin satış qiyməti dəyişdirilməməlidir. İkincisi, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindədə kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə cərimənin hesablanmasının mümkün olmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehlərin də əmlak mənafeləri nəzərə alınmaqla onların həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də iddiaçının apellyasiya baxışı zaman olan mövqeyni də nəzərə alaraq azaldılmış cərimənin 10000 ABŞ dollarından 3000 ABŞ dollarınadək azaldılması da mümkün hesab edilməlidir. Çünki, cavabdehin də həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(001)-15/2020 saylı qətnaməsi bir ipoteka perdmetinin ilkin satış qiyməti və cərimə hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 600(altı yüz) manatın, 400 (dörd yüz) manatı Cavabdeh1, 200(iki yüz) manatı isə “xxxx” ASC-dən tutularaq xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** Hh № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(001)- 15/2020 saylı qətnaməsi qismən, yəni ipoteka perdmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilinin ilkin satış qiyməti və cərimənin məbləği hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilin ilkin satış qiyməti 94500 (doxsan dör min beş yüz)manat müəyyən edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə alınacaq cərimənin məbləği azaldılaraq 3000(üç min) ABŞ dolları müəyyən edilsin, əsas və faz borcu, eləcə də cəriməni cəmi isə 159459,36 (yüz əlli doqquz min dörd yüz əlli doqquz ABŞ dolları otuz altı sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İpoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 600(altı yüz) manatın, 400 (dörd yüz) manatı Cavabdeh1, 200(iki yüz) manatı isə “xxxx” ASC-dən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-499/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-499/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver