Məhkəmə qərarları › İş №2(103)-499/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-499/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-499/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə, (Cavabdeh2 hüquqi varisləri) X6, Cavabdeh3, X11, X8 və X2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbi barədə ərizəsinə dair, həmçinin iddiaçı X1 – cavabdehlər (Cavabdeh2 hüquqi varisləri) X6, Cavabdeh3, X11, X8, İddiaçı ASCyə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı ASC və ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 131 853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMCnin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 150 000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC ilə bank arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinin təminatı qismində, digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 187 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlərlə 18 iyul 2014-cü il il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 24.07.2014-cii il tarixli, RX seriyalı ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. “Bərpa Tikinti MMC-2011” bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 07.01.2019-cu il tarixə 131853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126 284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Kredit müqaviləsinin 3.3, 3.4, 5.2-ci bəndlərinə, Mülki Məcəllənin 319.6, 385, 442, 448.1, 740.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 MMC-dən 123953.81 (bir yüz iyirmi üç min doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan hazırki tarixə (07 mart 2019-cu il tarixə) qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3973.27 (üç min doqquz yüz yetmiş üç manat, iyirmi yeddi qəpik) manat faiz borcunun, ümumilikdə 228561.21 (iki yüz iyirmi səkkiz min beş yüz altmış bir manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMC-nin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə verərək Cavabdeh1 MMC-dən 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcunun, ümumilikdə 234487.21 (iki yüz otuz dörd min, dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmamanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, "xxxx" MMC-nin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı X7 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər İddiaçı ASC, Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanan 18 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ev üzərində ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 aprel 2014-cü ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların övladları da anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra o, cavabdehə məxsus olan ünvan 5 ünvanına köçərək orada yaşamağa başlamışdır. 16 iyul 2014-cü ildə o, həmin evə daimi qeydiyyata alınmışdır. Qeyd olunan ev onun ailə üzvləri ilə birlikdə daimi yaşadığı evdir və onun həmin evə dair hüquqları vardır. 2019-cu ilin avqust ayında ona məlum olmuşdur ki, Cavabdeh2 onun yaşadığı və qeydiyyatda olduğu evə dair ipoteka müqaviləsi bağlamış və evi ipoteka ilə yüklü etmişdir. Belə ki, digər Cavabdeh1 MMC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 ilə Cavabdeh1 MMC və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və ünvan 5 ünvanda yerləşən ev ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı olaraq bildirir ki, o, həmin ipoteka müqaviləsindən, evin ipoteka ilə yüklü edilməsindən tam məlumatsız olmuş və ondan müqavilənin imzalanması üçün razılıq alınmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qeyd olunan kredit və ipoteka müqavilələrinə istinad edərək cavabdehlərə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırmış, Cavabdeh1 MMC-dən ümumilikdə 228561 manat pul tutulmasını, ödəmənin Cavabdeh2 məxsus evə yönəldilməsini, evin açıq hərracdan satılmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı iş hazırda Səbail rayon məhkəməsinin icraatındadır, yəni nəticə etibarilə onun və ailə üzvlərinin yaşadığı evlə bağlı məhkəmə mübahisəsi var və evin satılması təhlükəsi mövcuddur. Bu isə onun və ailə üzvlərinin mənzil hüquqlarının pozulmasıdır. Belə ki, o, 2014-cü ildə yaşamaq üçün həmin evə köçmüş və 16 iyul 2014-cü ildə rəsmi qeydiyyata alınmışdır. O, həmin evə qeydiyyata alındıqdan iki gün sonra 18 iyul 2014-cü ildə isə Cavabdeh2 həmin evə dair notariat qaydada təsdiq edilən ipoteka müqaviləsi imzalamış, evi ipoteka ilə yüklü etmişdir. Bu zaman evdə qeydiyyatda olan ailə üzvü kimi onun heç bir yazılı razılığı alınmamış, ona heç bir məlumat verilməmişdir. Bu isə onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Göstərilənlərə əsasən hesab edir ki, ünvan 5 ünvanda yerləşən evə dair cavabdehlər Cavabdeh2, "xxxx" MMC və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli və həmin ev üzərindən ipoteka yüklülük götürülməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçı X1 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair mülki iş İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair ərizəsi üzrə Cavabdeh2 hüquq varisləri X9, Cavabdeh3, X15, X12 və X7 ilə, həmçinin iddiaçı X1 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair ərizəsi üzrə Cavabdeh2 hüquq varisləri X9, Cavabdeh3, X15, X12 ilə əvəz edilmiş və onlar cavabdehlər kimi işə cəlb edilmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-28/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinə əsasən 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat əsas borc, 57.986,13 (əlli yeddi min doqquz yüz səksən altı manat, on üç qəpik) manat faiz borcu, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcu olmaqla, ümumilikdə 191838,94 (bir yüz doxsan bir min səkkiz yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat borcun, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi 30 (otuz) manat və xidmət haqqı, kredit, ipoteka müqavilələrinin, nizamnamənin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş rüsumun əvəzi 54 (əlli dörd) manatın Cavabdeh1 MMC-dən tutularaq iddiaçı (Ləğv prosesində olan) İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 507000 (beş yüz yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsinin Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində (X9, Cavabdeh3, X15, X12 və X7 tərəfindən) həmin fərdi yaşayış evinin boşaldılması, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh1 MMCdən, 50 (əlli) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsinin cavabdehlər Cavabdeh1 MMC-dən, 75 (yetmiş beş) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iddiaçı X1 – cavabdehlər X9, Cavabdeh3, X15, X8, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən, LPO İddiaçı ASC-nin iddia tələblərinin təmin edilməyən hissəsində və “ipoteka predmetinin ilkin satış qiymətinin 507000 manat müəyyən edilməsi” hissəsində ləğv edilməsini, hazırki iş üzrə İddiaçı ASC-nin iddia tələblərinin tam şəkildə təmin edilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın hazırki satış (likvid) dəyərinə uyğun yenidən müəyyənləşdirilməsi barədə qətmanə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən qismən, iddia tələbinin tam olaraq təmin edilməməsi hissəsində apellyasiya məhkəməsi tərəfindən ləğv edilməli və iddia tələbi tam şəkildə təmin edilməlidir, qalan hissədə isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə, faiz borcu ilə bağlı hissədə iddia tələbini qismən təmin etmiş, MPM-nin 53cü maddəsinə uyğun olaraq iddiaçının ərizəsinə heç bir əhəmiyyət verməmişdir. Məhkəmə tələbin dəqiqləşdirilməsi barədə ərizədən sonra öz mülahizəsinə istinad edərək, faiz borcu ilə bağlı hissədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair 09 aprel 2019-cu il tarixli və 05 mart 2020-ci il tarixli ərizələrdə Bank tərəfindən faiz borcu kredit müqaviləsinin müddət sonu tarixinə 100634,40 manat tələb edilsə də, məhkəmə əsassız olaraq həmin hissədə LPO Bank tərəfindən verilmiş ərizəni təmin etməmiş və bununla da MPM-nin 53-cü maddəsinin tələbini pozmuşdur. Bildiririk ki, bank kreditdən istifadə edildiyi bütün müddət üzrə faiz hesablamağa haqlıdır. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətini müəyyən edərkən, "xxxx" MMC-nin ƏEM/D 72-1052/19 saylı, 24 dekabr 2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyinə əsasən, ipoteka predmetinin likvid dəyəri 507.000 manat müəyyən edilmişdir. Məhkəmə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli 187 kv.m. ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evin ilkin satış qiymətini ekspert rəyində qeyd olunan qiymətə uyğun müəyyənləşdirərkən nəzərə almamışdır ki, həmin müqavilə 2014-cu ildə, yəni qətnamə elan olunan tarixdən 7 il əvvəl bağlanmışdır və həmin dövrdən indiyədək keçmiş 7 il ərzində ölkədə baş vermiş iqtisadi proseslərin, o cümlədən milli valyutanın dəyərdən düşməsi nəticəsində əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqədar daşınmaz əmlak bazarında yaranmış eniş və qiymətlərin xeyli aşağı düşməsi mübahisə doğurmur və hamıya məlum olan faktdır. Hesab edirik ki, qiymətləndirmə ekspertizasının keçirilməsi özəl hüquqi şəxsə tapşırılmalı deyildi, Ədliyyə Nazirliyinin Qiymətləndirmə Ekspertiza Mərkəzinə həvalə olunmalı idi. "xxxx" MMC tərəfindən 2014-cü il tarixdə verilmiş ekspert rəyindən də görünür ki xərc metodu ilə fərdi yaşayış evinin torpaq sahəsi və həyətyanı tikili ilə birlikdə dəyəri 421.650 manat, uyğun satışların müqayisəsi metodu ilə obyektin dəyəri 459.500 manat, beləliklə 08 iyul 2014-cü il tarixə obyektin dəyəri 440.600 manat təşkil edir. Göründyü kimi, iki ekspert rəyi arasında ziddiyyətin aradan qaldırılması üçün yenidən ekspertiza təyin olunmalıdır. Həmin qətnamədən həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və X15 birgə apellyasiya şikayəti verərək qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işə baxılarkən vərəsələrin dairəsi müəyyən edilməmiş, ləğv prosesində olan İddiaçı ASC tərəfindən vərəsəlik şəhadətnaməsinin alınmasına yaradılan maneələr araşdırılmamış, ekspert tərəfindən əsas borc və fazilər hesablanaraq Mərkəzi Bankın qərarları nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilk iddia hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və X10 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-28/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi “18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli Kredit müqaviləsindən görünür ki, bank borcluya 48 (qırz səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.07.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında) 18.07.2014-cü il tarixli 124NH nömrəli kredit müqaviləsinə əsasən «Bank»ın Cavabdeh1 MMC-yə verdiyi 150.000 (yüz əlli min) manat məbləğində kreditin 18.07.2018-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 440.600 (dörd yüz qırx min altı yüz) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 22.04.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi 18.07.2014-cü il tarixli, 124NH nömrəli Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 07.01.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu "xxxx" MMC-nin 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən 07.01.2019-cu il tarixinə 131 853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126 284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarında olan 05.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu "xxxx" MMC-nin 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən 05.03.2020-ci il tarixinə 123 953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcunun, ümumilikdə 234487.21 (iki yüz otuz dörd min, dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən Cavabdeh2 verilmiş 18.07.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evində özü qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 06.07.2017-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan İddiaçı ASC cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.04.2014-cü il tarixli, AZ-İ seriyalı, 954751 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X3 arasında 26.04.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 27.06.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.07.2020-ci il tarixdə 246 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontorunda təqdiq olunmuş 23 sentyabr 2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və və 0,03 ha torpaq sahəsini Cavabdeh3 vəsiyyət etmişdir. İş materiallarında olan ünvan 7 ünvanlanmış 16.10.2020-ci il tarixli, 475 nömrəli məktubdan görünür ki, 27.06.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh2 ilə əlaqədar arvadı – X7, oğlu – X16, qızı - X12, qızı - X15, oğlu - Cavabdeh3 və anası - X4 müraciəti əsasında Bakı şəhəri 28 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC-nin, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/D 72-1052/19 saylı, 24.12.2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 534.000 (beş yüz otuz dörd min) manat, likvid dəyəri 507.000 (beş yüz yeddi min) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 27.01.2020-ci il tarixli 26252 saylı rəyindən görünür ki, borcalanın 18.07.2018-ci il tarixə banka olan borcu 197.740,01 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 131.853,81 manat, faiz borcu üzrə - 65.886,2 manat, hazırki ekspertiza tədqiqatı zamanı 18.07.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Qeyd olunan dövr üzrə hesablanmış faiz borcu 4159,67 manat təşkil edir. Borcalan tərəfindən 06.02.2019-cu il tarixdə 15.800,02 manat məbləğində ödəniş aparılmış, həmin ödənişin 7.900,0 manatı əsas borc üzrə, 7.900,02 manatı isə faiz borcu üzrə silindi. Ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatları 18 iyul 2014-cü il tarixli 124 NH saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 07.03.2019-cu il tarixə Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan borcu 186.099,61 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 123.953,81 manat, faiz borcu 62.145,8 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli 9/8520 saylı ekspert rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatları, 18 iyul 2014-cü il tarixli 124 NH saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin müqavilə müddətinin bitdiyi 18.07.2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 197.740 manat məbləğində müəyyən edlir, o cülmədən: əsas borcu 131.853,81 manat və faiz borcu 65.885,19 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi 18.07.2018-ci il tarixdən 05.03.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 10.322,93 manat təşkil edir. Borcalan tərəfindən 06.02.2019-cu il tarixdə 15.800,02 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişin 7.900,02 manatı faiz borcu üzrə, 7.900,0 manatı isə əsas borc üzrə silinmişdir. "xxxx" MMC-nin 05.03.2020-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 192.262,91 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borc üzrə 123.953,81 manat, faiz borcu 57.986,17 manat və faiz borcu (5% ilə) 10.322,93 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsi üzrə banka borclu olduğu əsas və faiz borcun tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğ hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə qətnamə 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat borcun tutulması hissəsində dəyişdirilməli və həmin məbləğ ekspert rəyinə uyğun olaraq 10.322,93 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyənləşdirilməsi hissəsində də haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini müəyyənləşdirmək üçün qiymətləndiricinin rəyini almamış, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmasına baxmayaraq, yalnız tərəflər arasında 2014-cü ildə bağlanmış müqavilədəki qiyməti əsas götürməklə qanunun tələbini pozmuşdur. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə müstəqil qiymətləndirmə rəyi alınması qərara alınmış və qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli H/01-PLS saylı ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 8 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 520.000 (beş yüz iyrimi min) manat, likvid qiyməti isə 470.000 (dörd yüz yetmiş min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda ilkin satış qiymət tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə rəyi əsas götürülməkə ipoteka predmeti olan əmlakın likvid dəyəri 470.000 (dörd yüz yetmiş min) manat məbləğində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ilk iddia üzrə cavabdehlər qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmasına, işə baxılarkən vərəsələrin dairəsinin müəyyən edilməməsinə istinad etsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 ilə əlaqədar arvadı – X7, oğlu X16, qızı X12, qızı X15, oğlu Cavabdeh3 və anası X4 müraciəti əsasında Bakı şəhəri 28 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, mərhum Cavabdeh2 birinci növbəli vərəsələri olan cavabdehlər notariat orqanına mirasın qəbul edilməsi ilə bağlı müraciət etməklə, miras əmlakı qəbul etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən həmin şəxslər cavabdehin hüquqi varisləri qismində cəlb edilmişlər. Apellyasiya şikayətinin ləğv prosesində olan İddiaçı ASC tərəfindən vərəsəlik şəhadətnaməsinin alınmasına maneələr yaratması ilə bağlı hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Kollegiya həmçinin iddiaçının apellyasiya şikayətinin iddia tələbinin faiz borcun düzgün hesablanmaması dəlilinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib edildiyindən əsaslı sayıla və qətnamənin ləğvi üçün əsas ola bilməz. İş materiallarında olan "xxxx" MMC-nin 23 fevral 2022-ci il tarixli 262-PLS nömrəli məktubundan göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 400 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza xərci 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, qiymətləndirmə tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC yə ödənilməlidir. Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 150 (bir yüz əlli) manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və X10 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 28/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi “18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 10.322,93 manat, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti isə 470.000 (dörd yüz yetmiş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-28/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi “18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinin müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 10.322,93 manat müəyyən edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ46NABZ********************, VÖEN: **********, İcraçının hesablaşma hesabı: “UniBank” KB-nin 11 saylı Dərnəgül filialı, kodu: 502058, SWİFT kod: UBAZAZ22) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar