Məhkəmə qərarları › İş №2(103)-4993/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4993/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4993/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 122/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X5 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 42396,94 ABŞ dolları, faiz üzrə 14594,76 ABŞ dolları olmaqla, cəmi 56991,70 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-VX-*** dövlət qeydiyyat nişanlı, “X9” minik markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 122/2020 saylı məhkəmə qərardadı ilə hazırki mülki iş üzrə iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin əsl İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatın ilə əvəz edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində zamanı: "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "Sənaye” Filialı ilə borcalan Cavabdeh arasında imzalanmış xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsi (səh.21); ödəniş cədvəli (səh.16); xx xxxx 2013-cü il tarixli, 1138 saylı ipoteka müqaviləsi (səh.12); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "Sənaye” Filialının Cavabdeh ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 19/2636 saylı bildirişin surəti (səh.29); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "Sənaye” Filialının Cavabdeh ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 19/2705 saylı bildirişin surəti (səh.26); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 QİŞ-nə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubun surəti (səh.19); xx xxxx 2013-cü il tarixli AA seriyalı 094016 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış (səh.27); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə "İddiaçı” QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "İddiaçı” QSC-yə güzəşt edilməsinə dair müqavilənin surəti «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə "İddiaçı” QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun "İddiaçı” QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavə; xx xxxxxx 2017-ci il tarixli arayış; "İddiaçı” QSC BOKT ilə "X5 Edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Xidmət müqaviləsi (səh.43); xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığı (səh.7) sübut kimi təqdim edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 7849 saylı rəyinə əsasən, xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxx 2016-cı il tarixinə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "Sənaye” Filialına olan borcu 53.434,47 ABŞ dolları məbləğində (əsas borc 42.397,36 ABŞ dolları və faiz borcu 11.037,11 ABŞ dolları) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir, aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir (səh.77). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-122/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsi üzrə 42396,94 ABŞ dolları məbləğində əsas borc, 11037,11 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 53434,05 ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “X9” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 53434,05 ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manatın 187 manatı Cavabdeh, 13 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 217; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 47-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borclu Cavabdeh aid hüquqi sənədlər, borc və ipoteka müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən İddiaçı QSC X8 Təşkilatına təhvil verilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında imzalanmış xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 19% dərəcəsi ilə 51500 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus 2011-ci il buraxılışlı, "X9" minik markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayan) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı, Cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus "X9" minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə onun banka 42396,94 ABŞ dolları əsas borc, 14594,76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 56991,70 ABŞ dolları məbləğində borcu yaranmışdır. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyinə əsasən xx xxxx 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx xxxx 2016-cı il tarixinə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 53434,47 ABŞ dolları məbləğində (əsas borc 42397,36 ABŞ dolları və faiz borcu 11037,11 ABŞ dolları) müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ekspertinin xx xxxxxxxx 2019-cu il tarixli, 7849 nömrəli rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 218.3cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun qaytarılması hissəsində qismən təmin edilməli, iddiaçının tələb etdiyi 42.396,94 ABŞ dolları məbləğində əsas və ekspert rəyi ilə müəyyən edilmiş 11.037,11 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 53.434,05 ABŞ dolları məbləğində borcCavabdeh tutularaq İddiaçı QSC X8 Təşkilatına ödənilməlidir. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh tutularaq iddiaçı "İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilməlidir. Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx xxxx 2016-cı il tarixdə bitmişdir. İddiaçı hazırki iddia ilə xx xxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, iddiaçı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən sonra üç illik iddia müddətini ötürməmiş, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-122/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 77, 88, 103, 217, 384, 385-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 464-cü maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə ekspertiza rəyinə əsaslanmaqla kifayətlənmişdir. Lakin cavabdeh tərəfindən isə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə mübahisələndirilən qətnamədə müəyyən edilir ki, iddia tələbinin dəbbə puluna aid hissədə 3487,24 manat məbləği təmin edilməmişdir və məhkəmə bu dəbbə pulunun təmin edilməməsini qətnaməsində əsaslandırmamışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına istinad etməli idi. Lakin bu qərara istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Güründüyü kimi məhkəmə kredit müqaviləsi üzrə faiz borcunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilən hallara baxmadan yalnız ekspert rəyinə əsasən müəyyən edərək qərar qəbul etmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim edilmişdir. Lakin həmin sübutları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının və ya prosessual hüquq normalarını tələblərini pozmaqla işə baxmışdır. Cavabdehapellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-122/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə istinadən qeyd edilmişdir ki, müqavilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq ödəmə cədvəli tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2013-cii ildə Sənaye filialına 1880 ABŞ dolları, xx.xx.2013-cü ildə 600 ABŞ dolları, xx.xx.2013-cii ildə 3000 ABŞ dolları, xx.xx.2014-cü ildə 3700 ABŞ dolları, xx.xx.2014-cü ildə 1800 ABŞ dolları, xx.xx.2014-cü ildə 1500 ABŞ dolları, xx.xx.2014-cü ildə 800 ABŞ dolları, xx.xx.2014-cü ildə 700 ABŞ dolları, xx.xx.2014-cü ildə 1450 ABŞ dolları, xx.xx.2014-cii ildə 1300 ABŞ dolları, xx.xx.2014- cü ildə 1000 ABŞ dolları, xx.xx.2014-cü ildə 800 ABŞ dolları, xx.xx.2014-cü ildə 1000 ABŞ dolları, xx.xx.2014-cü ildə 1200 ABŞ dolları, xx.xx.2014-cü ildə 700 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 800 ABŞ dolları, cəmi 23230 ABŞ dolları pul ödənilmişdir. Eyni zamanda «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin verdiyi xx.xx.2018-ci il tarixli çıxarışda göstərilmişdir ki, borcalanın bağlanmış kredit öhdəlikilərinin məbləği 51500 ABŞ dolları təşkil edir və aktiv öhdəlikləri barədə məlumat yoxdur. Beləliklə müəyyən olunur ki, borcalanın bağlanılan borcunun məbləği ilə (51500 ABŞ dolları) tələb olunun borcun məbləği (56991 ABŞ dolları) arasında kəskin fərq var. Digər tərəfdən, iddiaçı tərəf iddia ərizəsində tələb olunan borc məbləğini hesablayarkən cavabdeh tərəfindən ödənilən məbləğləri nəzərə almamış, yaxud onların təyinatını düzgün göstərməyərək bütün ödənişləri faiz borclarına silmişdir. Cavabdehlə kredit verən təşkilat arasında kredit münasibətlərindən irəli gələn pul öhdəliklərinin həcminin dəqiqləşdirilməsi üçün təkrar mühasibatlıq ekspertizası keçirilməli, eləcə də bankla cavabdeh arasında bank və maliyyə əməliyyatlarının xüsusi şəkildə araşdırılıması təmin edilməli idi. Bu barədə cavabdeh tərəf məhkəmədə vəsatət versə də, məhkəmə bu vəsatəti əsassız olaraq təmin etməmişdir. Cavabdeh tərəf iddiaçı təşkilata sonuncu dəfə xx.xx.2015-ci ildə ödəniş etmişdir. İddiaçı isə həmin ödəmə tarixindən 3 il keçdikdən sonra 2018-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Bu isə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsidir. Bununla bağlı olaraq bildirilir ki, iddiaçı iddia müddətini ötürdüyünə görə məhkəmə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Lakin işə baxan məhkəmə kredit müqaviləsinin müddətinin xx xxxx 2016-cı il tarixdə bitdiyini, iddiaçının xx xxxxxx 2018-ci il tarixdə məhkəmə müraciət etdiyini əsas götürərək iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir, tərəflər arasında bağlanılan kredit müqaviləsinin 6.9.1-ci bəndinə əsasən gecikdirilmiş borc yarandığı tarixdən Borc verən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasını başlayır. İddia müddətinin hesablanmağa başlandığı vaxt müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərini müdafiə edərək məhkəmə-mühasibatlıq ekspertizasının rəyin tədqiqat hissəsində göstərilənlərlə razı olmadıqlarını, birinci instansiya məhkəməsinin ekspertiza rəyinə əsaslanmaqla kifayətləndiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Azərbaycan Respublikası MM-in 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 439-441, 442, 443.1, 445.1, 448.1, 449, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, tərəflər qətnamənin qəbul edilməsinə əsas olan tələbə dair (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim etmədiyindən, əsası və aidiyyəti olmayan dəlillər təqdim edildiyindən, apellyasiya şikayətlərinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə əlavə ekspertizanın təyin edilməsi, habelə qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, mülki iş üzrə tələb həddində keçirilmiş ekspertizanın sübut növündə mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmir. Apellyasiya şikayətləri əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 122/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar