Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4997/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Bəhrəmzadənin sədrliyi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-501/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(009)-501/2023 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin - cavabdehlər Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası qismən təmin edilmişdir. Cavabdeh3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(009)-501/2023 saylı qərardadı ilə şikayət Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh3 məhkəmənin həmin qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-501/2023 saylı 10 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan rədd edilməsi, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-501/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik tərəfindən müəyyən edilən normaya əsasən mülki işlər üzrə sənədlərin göndərilməsi ilə bağlı hərəkətləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Qeyd edilən tələblərə cavab verməyən şikayətlər isə məhkəmə tərəfindən geri qaytarılır. Cavabdeh3 tərəfindən məhkəməyə verilmiş şikayət elektron kabinet vasitəsilə göndərilsə də, şikayət müəyyən edilmiş formaya uyğun deyil. Belə ki, şikayət verən şəxs tərəfindən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan 363.1.1-1-ci maddəsinin tələblərinə riayət edilməmiş, şikayət qanunvericilik tərəfindən müəyyən edilmiş formada tərtib edilməmiş və elektron qaydada düzgün formada göndərilməmişdir. Halbuki, qərardaddan şikayət verən şəxs tərəfindən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan 363.1.1-1-ci maddəsinin tələblərinə riayət edilməlidir. Qeyd olunmalıdır ki, Apellyasiya şikayətinin nümunəvi forması Mülki Prosessual Məcəllləyə əlavə edilmişdir (Əlavə 2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, şikayət qanunvericilik tərəfindən müəyyən edilmiş formada tərtib edilmədiyindən geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7043/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-501/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4997/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4997/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver