Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-50/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, X9 və digərlərinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, qaz kəmərinin əvvəlki yerinə qaytarılması, torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(009)-15/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK və onun faktiki rəhbəri Nazim İbrahimovun ona məxsus Bakı şəhəri, Səbail rayonu, keçmiş 1128 saylı keçiddə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 04.12.2007-ci il tarixli 18/03-8/7179 saylı məktubuna əsasən yeni ünvanı ünvan 1xdən istifadə və sahibliyində olan 0,72 hektar torpaq sahəsində yerləşən, eyni tarixli Qeydiyyat Vəsiqəsi əsasında ona mülkiyyət hüququ əsasında məxsus 505,2 kv.m-dən ibarət qeyri-yaşayış sahələri ilə əlaqədar Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28.02.2001-ci ildə hazırlanmış texniki pasportda “A” tikilisi kimi göstərilən, ümumi sahəsi 329,4 kv.m-dən ibarət istehsalat sahəsinin 248,8 kv.m ibarət olan hissəsinin qanunsuz söküntüsü ilə əlaqədar hər kv.m üçün 2.000 (iki min) – 514.000 (beş yüz on dörd min) manat, söküntü zamanı istehsalat sahəsinin döşəməsi üçün alınmış 350 kv.m ağ və yaşıl rəngli mərmər plitələrin 220 kv.m söküntü altında qalaraq məhv edildiyi üçün, hər kv.m 40 manat – 8.800 (səkkiz min səkkiz yüz) manat, söküntü ilə əlaqədar məhv etdiyi mal-material və avadanlıq (beş ədəd hər birinin alış qiyməti 4 min manat olan termoplasavtomat və 5 ton, hər tonu 1.000 manat olan xammal-qranula üçün) 25.000 manat, həyətin əvvəlki vəziyyətinin bərpası üçün əlavə tökülmüş torpağın çıxarılması, 100 maşın çınqıl və şebel alınması, həyətə tökülərək yayılması və sahənin yenidən planlaşdırılması üçün 30.000 (otuz min) manat, 2009-2015-ci illər ərzində qanunsuz hərəkətləri ilə əlaqədar ona verdiyi əzab və istirablar nəticəsində xəstəliyinin ağırlaşması ilə əlaqədar müalicə və dərman preparatlarının alınmasına verdiyi 100.000 manat - ümumilikdə maddi zərərlə əlaqədar 677.800 (altı yüz yetmiş yeddi min səkkiz yüz) manat və mənəvi zərərlə əlaqədar 100.000 (yüz min) manatın tutularaq ona ödənilməsi və qaz kəmərinin onun istifadə və sahibliyində olan torpaq sahəsindən çıxarılması və əvvəlki 2009-cu ilədək olan vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin həcmini artıraraq Cavabdeh2, X9, Səbail rayon İcra Hakimiyyəti, Cavabdeh3 və Səbail rayon Polis idarəsini əlavə cavabdehlər qismində göstərərək, tikilmiş binanın sökülməsi və qaz kəmərinin ona məxsus torpaq sahəsindən çəkilməsi nəticəsində 1.000.000 (bir milyon) manat maddi zərərin, 200.000 (iki yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh2 İB-dən tutularaq ona ödənilməsi, qaz kəmərinin onun ərazisindən çıxarılıb köhnə yerinə qaytarılmasının Cavabdeh2 İB-yə həvalə edilməsi, 30 avqust 2016-cı il tarixdə Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis idarəsinin əməkdaşlarının onun torpaq sahəsinə qanunsuz müdaxilə etmələri nəticəsində dəymiş 100.000 (yüz min) manat mənəvi zərərin Səbail RPİ-dən xeyrinə tutulması, ona məxsus 8 sot torpaq sahəsinin Cavabdeh3 alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda istifadə və sahiblik hüququ əsasında ona məxsus 0,72 hektar torpaq sahəsi üzərində yerləşən, əsas sahəsi 452,8 kv.m, yardımçı sahəsi 52,6 kv.m, ümumi sahəsi 505,2 kv.m-dən ibarət qeyriyaşayış sahələri Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyatı idarəsinin 000856 saylı 01/03/2001-ci il tarixli Qeydiyyat vəsiqəsi və həmin idarənin hazırladıgı 28.02.2001-ci il tarixli texniki pasporta əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 103 saylı, 27.02.2008-ci il tarixli sərəncamı ilə onun sahibliyində olan torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış sahələrindən təxminən 250-300 metr aşağıda bir tərəfi Bakı şəhəri, X14 küçəsinə paralel, digər tərəfləri isə Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçiddə yerləşən “Delfin Avtoservis" MMC-yə məxsus torpaq sahəsinə qədər uzanan və 8 saylı ünvanda yerləşməsi göstərilən 76450 kv.m-dən ibarət torpaq sahəsini yaşayış və ofis binaları tikintisi üçün cavabdeh "xxxx" MTK-ya ayırmışdır. Sərəncamda həmin torpaq sahəsinin ünvanı qəsdən saxtakarlığa yol verilərək X14 küçəsi 8 kimi göstərilmiş, qədim qəbiristanlığın ərazisi olduğu və ərazidən uzun illər boyu-25-30 il ərzində təxminən 150 metr uzunluğunda 500 mm diametrli maqistral qaz borusunun keçməsi saxtakarlığa yol verilərək qəsdən göstərilməmişdir. Ona məxsus yuxarıda göstərdiyi ünvanda yerləşən torpaq sahəsində yerləşən və mülkiyyətində olan, texniki pasportda "A" tikilisi, 1-ci mərtəbə, istehsalat binası kimi göstərilən, ümumi sahəsi 329,4 kv.m-dən ibarət qeyriyaşayış sahəsi ilə qonşu sahədə Akademik A.Abbaszadə küçəsi dalan 2, 10 saylı ünvanda yerləşən torpaq sahəsində Ruhənqiz Zeynalovaya məxsus yaşayış evi və digər 3 (üç) ailəyə məxsus torpaq sahələri, həm də hər iki arxasında həm yamarıc tərəfdə fərdi yaşayış evləri, həm də istehsalat sahəsinin sökülmüş 248,8 kv.m-dən ibarət hissəsinin arxasında yerləşən torpaq sahəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının sədri Cavabdeh3 məxsus 3 mərtəbəli yaşayış evi, onun evinin arxa hissəsinə bitişik torpaq sahəsində isə "xxxx" MMC, onun giriş qapısına aparan ara maşın yolunun sağından başlayaraq bir tərəfdən «Oksford» məktəbinin hasarı boyu Badamdar qəsəbəsinə aparan maqistral yola qədər uzanan və Akademik A.Abbaszadə küçələrinin əhatəsində olan keçmiş qəbiristanlığın 76450 kv.m-dən ibarət torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 103 saylı, 27.02.2008-ci il tarixli sərəncamı ilə yaşayış və ofis binaları tikintisi üçün cavabdeh "xxxx" MTK-ya ayrılmış və qəsdən maqistral qaz nəql edilən borunun 10 metrdən olan hissəsinin MMC-nin torpaq sahəsindən keçərək 150 metrdən ibarət hissəsinin isə iş üzrə cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin həm yuxarı hissəsinin, həm də A.Abbaszadə küçəsinə paralel torpaq sahəsinin daxilindən keçərək üzü Milli Məclisə doğru yerin səthindən 3-4 metr hündürlükdə təxminən 500 mm diametrli işlək vəziyyətdə olan maqistral qaz borusunun keçməsini sərəncamda saxtakarlığa yol verərək qəsdən göstərilməmiş və MTK-ya başqalarının, o cümlədən onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri ilə qorunan hüquq və mənafeyinin pozulmasına imkan və şərait yaratmışdır. 0"Kristal” MTK ona məxsus qeyriyaşayış sahəsinin istehsalat sexinin arxasında yerləşən ona məxsus zəbt edilmiş torpaq sahəsində Cavabdeh3 inşa etdirdiyi 3 mərtəbəli yaşayış evi, onun evinin arxasında yerləşən "xxxx" MMC-nin sahibi Cümşüd Fəttahinin etibarından sui-istifadə edərək ona məxsus avtoservisi alacağı barədə yalan məlumat verərək onu aldatmış, MMC-yə məxsus tikililəri qanunsuz olaraq sökərək ona küllü miqdarda zərər vurmuş, MMC ilə MTK arasında olan və MMC-yə aparan daxili yolu qanunsuz olaraq hasara alaraq bağlamış və orada qazıntı işləri apararaq qaz kəmərini MTK-ya məxsus torpaq sahəsindən çıxararaq oradan yerin altı ilə aparılmasına cəhd etdikdə Fəttahi Cümşüd aldadıldığını başa düşərək qazıntı və söküntü işlərinin dayandırılmasını tələb etmiş və tələblərinə əməl edilmədiyini görərək 06 may 2009-cu il tarixli teleqramla ölkə Prezidentinə, əlaqədar təşkilat və vəzifəli şəxslərə müraciət edərək Nazim İbrahimovun qohumları kimi özlərini təqdim edən "xxxx" MMC-nin rəhbəri Müqalib Kərimov və Süleyman adlı şəxsin qanunsuz hərəkətlərinin dayandırılması, ağacların kəsilməsinin, MTK-ya ayrılmış torpaq sahəsində aparılan qazıntı işləri ilə əlaqədar 14-15-ci əsrlərə aid qəbirstanlığın dağıdılması nəticəsində üzə çıxmış insan skeletlərin konservasiya edilməsi barədə təcili tədbir görülməsini xahiş etmiş, teleqram və 15.05.2009 və 18.05.2009-cu il tarixli ərizələrlə Səbail rayon Polis idarəsinə müraciət etmiş və bu ərizələrlə əlaqədar toplanmış HK/620,641 saylı materiallar üzrə Nazim İbrahimovun müdaxiləsi əsasında araşdırma səthi aparılmış, əməllərində özbaşınalıq, əmlakı məhv etmə və dələduzluq yolu ilə başqasının əmlakını zor tətbiq etmə cinayətlərinin tərkibi olan şəxslər qanunsuz olaraq cinayət məsuliyyətdən azad edilərək, cinayət işinin qaldırılması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmə barədə ərizəçiyə məlumat verilmişdir. ''Kristal” MTK-nin sahibi kimi özünü təqdim edən əvvəllər tanımadığı xaricdə yaşayan həmvətənlərimizlə iş komitəsinin sədri Nazim İbrahimov 2008-ci ilin sonunda tabeliyində işləyən X3 vasitəçiliyi ilə bir neçə dəfə onu özünün Komitədə olan iş kabinetinə və Cavabdeh1 MTK-nın həmin binanın birinci mərtəbəsində yerləşən ofisinə dəvət edərək, onu orada çalışan türk və azərbaycan əsilli memarlarla tanış etmiş və dediyi kimi ölkə Prezidenti ücün inşa edəcəyi 3 ədəd-ikisi 25 mərtəbəli, biri 32 mərtəbəli binaların maket və layihə sənədləri ilə tanış etmiş və ölkə Prezidentinin tapşırığı əsasında ona məxsus torpaq sahəsi və qeyri-yaşayış sahələrinin alqı-satqı müqaviləsi əsasında alınmasını iki gün ərzində yekunlaşmasını, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin isə 6 ay sonra - 02 may 2009-cu ildə ona veriləcəyini bildirmiş və onu ona ayrılmış torpaq sahəsinə apararaq "xxxx" Avtoservisin arxasından başlayaraq «Oksford» məktəbinin torpaq sahəsi daxilindən Akademik A.Abaszadə küçəsinə qədər uzanaraq qazdırdıgı təxminən 15-20 metr dərinliyində olan katlavanı göstərərək ölkə Prezidenti ücün inşa edəcəyi binalar üçün onları qazdırdığını və onların arasından keçərək MTK-nın ərazidən keçən qaz borusunu isə alqı-satqı ilə aldığı "xxxx" MMC-yə aparan ara yolu qazaraq oradan yerin altı ilə Milli Məclisin binasına qədər çəkəcəyini bildirmişdir. Nazim İbrahimovun dəyəri ödənilmədən alqı-satqı müqaviləsi bağlamaq barədə olan təklifi tərəfindən qəbul edilməmiş və alqı-satqı müqaviləsi ancaq əmlakın pulu ödənildikdən sonra bağlanacağı ona bildirilmişdir. Nazim İbrahimov davamlı təkidləri və ölkə Prezidentinin adından istifadə etməklə yuxarıda göstərdiyi ünvanda yerləşən ona məxsus daşınmaz əmlakın əvəzi sonradan ödənilməklə təcili olaraq ona satılmalı olmasına onu inandırmağa cəhd etmiş və bunun üçün ölkənin birinci şəxsinin adından istifadə edərək onu dediklərinə inandırmağa çalışsa da, təklifinə rədd cavabı almışdır. N.İbrahimov bundan sonra onu aldatmaq məqsədi ilə yeni şirnikləndirici təklif irəli sürərək ona məxsus daşınmaz əmlakının altında olan toprağın 50 faizinin ona yuxarıda göstərdiyi şərtlə satılmasını və birlikdə artıq özünə və ona məxsus olacaq sahədə şərikli qaydada torpağın uzunluğu boyu 4 mərtəbəli, iki mərtəbəsi yerin altında olacaq maşın dayanacagı, qalan iki mərtəbəsi yerin üstündə yerləşəcək idman kompleksi, restoran və kafelər, əyləncə mərkəzləri və onların da üzərində 14 mərtəbədən ibarət ofis mərkəzi inşa etməklə əlaqədar yeni təklif irəli sürmüş və təklifi ilə əlaqədar artıq memarlara hazırlatdığı layihə-maketi də təqdim etdikdən sonra onun sonuncu təklifini qəbul etsə də, əmlakın 50 faizinin dəyəri ancaq ödənildikdən sonra təklifi ilə əlaqədar alqı-satqı müqaviləsi bağlanacağı barədə ona məlumat verilmişdir. N.İbrahimov adını çəkmədiyi, lakin ona məxsus şirkətin ağır texnika, qurğu və yük maşınlarının hökümətin sifarişi əsasında Bakı- Aeroport yolunun tikintisində çalışdığını və sifarişçinin ona 56 milyon borcu olduğunu və hələlik o pul verilmədiyi üçün ona alacağı torpaq sahəsi üçün verəcəyi pulu ancaq 2009-cu ilin may ayında verə biləcəyi barədə məlumat verərək, sahənin alqı-satqısını təcili aparmağı təklif etmişdir. Bu təklifə qəti etirazından sonra N.İbrahimov pulun yarı hissəsini may ayının 2-3-də verəcəyini, qalan hissəsinin isə 2009-cu ilin dekabr ayında verəcəyini bildirərək dərhal alqı-satqı müqaviləsi bağlamağı və birgə fəaliyyətə başlamağı təklif etmiş və növbəti dəfə rədd cavabı almışdır. 2009-cu ilin may ayının 2-də N.İbrahimov ona zəng vuraraq kabinetinə dəvət etmiş və guya ona vermək üçün gətirdiyi ******* manat pulu qardaşı Tağı İbrahimov ondan alaraq elə yarım saat əvvəl Kiyevdə aldığı zavodun sahibinə apardığını bildirmiş və yenə də səhəri gün alqı-satqı müqaviləsi bağlamağı təkidlə xahiş etsə də, ona "xxxx" MMC ilə bağlı aldatma faktı barədə məlumatlı olduğunu və obyektinin ümumiyyətlə və şəxsən ona satılmaması barədə cavab verilmiş və o gündən sonra onunla bütün əlaqələri tam kəsmişdir. Bundan bir qədər sonra, təxminən 2009-cu ilin iyun ayının əvvəlində səhhəti kəskin surətdə pisləşmiş və onkoloqiya diaqnozu ilə ağır vəziyyətdə "Nefçilər" xəstəxanasına yerləşdirilmiş və orada aparılan müayinələrlə əlaqədar vəziyyətinin həddən artıq ağır olması müəyyən edilmiş və müalicə üçün təcili olaraq ailə üzvlərinin müşayiəti ilə xarici ölkəyə aparılmışdır. O, xaricdə müalicə aldığı vaxt vəziyyətinin ağır olduğu və əməliyyatdan sağ çıxa bilməyəcəyi barədə məlumat alan Nazim İbrahimov işçilərinin vasitəsi ilə ünvan 3 ünvanda ailəsi ilə birlikdə daimi yaşayan və eyni zamanda ona məxsus mübahisəli sahənin gözətçisi olan X4 etibarından sui-istifadə edərək onu aldatmış və guya obyekti alqı-satqı vasitəsi ilə ondan artıq aldığı barədə ona yalan məlumat verərək, ağır texnikanı ona məxsus olan sahəyə salaraq darvaza qapısını sındırmış və mülkiyyət hüququ əsasında ona məxsus və 28 fevral 2001-ci il tarixli texniki pasportda "A" tikilisi kimi göstərilən 1 mərtəbəli ümumi sahəsi 329,4 kv.m. olan istehsalat sahəsinin 248,8 kv.m-dən ibarət olan hissəsini qanunsuz olaraq sökmüş, orada olan dəyəri 20-25 min manat olan mal-material, avadanlıq (5 ton, hər tonunun qiyməti 1000 manat olan qranula və hər birinin qiyməti 4 min manat olan 5 ədəd Yaponiya istehsalı olan termoplasavtomat dəzgahları), təxminən 350 kv.m-dən ibarət mərmər plitələrin 220 kv.m hissəsini, 20 ədəd dəmir istehsal stol-stul, alətləri və digər avadanlıqları yararsız hala salaraq məhv etmiş və sexin o hissəsini sökdükdən sonra altında olan torpaq sahəsini 3-4 metr dərinliyində qazaraq "xxxx" MMC və ona ayrılmış torpaq sahəsindən yerin üstü ilə keçən 500 mm diametr olan maqistral qaz kəmərini həmin torpaq sahələrindən çıxararaq onun torpaq sahəsində yerləşən istehsalat sexinin sökdürdüyü 248,8 kv.m hissəsinin altında yerləşən zəbt edərək qazdırdığı torpaq sahəsinə xəndəyə salmış və qazıntı işlərini Milli Məclisin binasına qədər davam etdirərək qaz borusunu yerin altına salaraq, topraq sahələrindən çıxarılmış artıq qalan torpaq kütləsini qravil və şebenlə örtülü həyətinə tökərək həyətini də yararsız hala salmışdır. Beləliklə, cavabdeh MTK və onun faktiki sahibi olan Nazim İbrahimov özbaşınalığa yol verərərək əmlakını qanunazidd olaraq sökərək içərisindəki əmlakının da bir hissəsini məhv etmiş, onun altındakı torpaq sahəsini zəbt edərək qazdırmış və maqistral boru kəmərini ora salaraq, bu yolla ona küllü miqdarda maddi və həm də mənəvi zərər vurmuşdur. Bu hərəkətləri ilə Nazim İbrahimov onu və ətrafda yaşayan insanları eyni zamanda baş verə biləcək təhlükə ilə üzbəüz qoymaqla, ona ayrılmış torpaq sahəsinin satılmasını təmin etmiş və küllü miqdarda qazanc əldə etmişdir. Eyni zamanda "xxxx" MTK və şəxsən onun əsl sahibi olan və ona məxsus qeyriyaşayış sahəsinin qanunsuz söküntüsünə rəhbərlik edərək göstəriş vermiş, qanunazidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olan Diaspora üzrə Komitə sədri X7 “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun təsbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilməsi barədə 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarının tələblərini korrupsiya xarakterli cinayət əməlləri ilə pozaraq "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən keçən maqistral qaz kəmərini oradan qanunsuz olaraq çıxararaq mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydalarını pozaraq fərdi yaşayış evlərinin əhatəsində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus qeyriyaşayış sahəsini qanunsuz olaraq sökmüş və onun altındakı istifadə və sahibliyində olan torpaq sahəsini qanunazidd olaraq zəbt edib qazaraq, qaz kəmərini yerin altı ilə Milli Məclisin inzibati binasına qədər çəkdirmiş və beləliklə maqistral qaz kəmərini ona məxsus "xxxx" MTK-ya ayrılmış keçmiş qəbiristanlığın torpaq sahəsini, başqalarının, o cümlədən onun da hüquqlarını pozmaqla alqı-satqı üçün yararlı vəziyyətə gətirərək başqa bir şəxsə sataraq xüsusi ilə külli miqdarda qazanc eldə etmişdir. Zərərvuran bilavasitə "xxxx" MTK və onun əsl sahibi Nazim İbrahimov olsa da, sonuncu artıq 6 ilə yaxın müddətdə maqistral qaz xəttini onun həyətindən çıxararaq əvvəlki yerinə qaytaracağı və onun mülkiyyətində olan əmlakı qanunsuz olaraq sökməsi ilə əlaqədar vurduğu maddi və mənəvi zərəri ödəyəcəyi barədə yalan vədlər verməyə davam etdirməkdədir. "xxxx" MTK ona məxsus 329,4 kv.m sahəsi olan istehsalat sexinin 248,8 kv.m-dən ibarət olan hissəsini qanunsuz söküntüsü ilə əlaqədar vurduğu maddi zərərə görə həmin sahənin hər kv.m üçün 2 min manat, söküntü zamanı sexin döşəməsi ücün alınmış 350 kv.m ağ və yaşıl rəngli mərmər plitələrin 220 kv.m məhv etdiyi üçün hər kv.m üçün 40 manat, söküntü ilə əlaqədar məhv etdiyi mal-material və avadanlıq üçün isə 25000 (iyirmi beş min) manat, həyətin əvvəlki vəziyyətinin bərpası üçün 30000 (otuz) min manat maddi və ağır onkoloji xəstə olaraq əmlakının qanunsuz söküntüsü və yüksək vəzifə tutan insanların adından istifadə etməklə ona hədə-qorxu gəlməsi, bununla əlaqədar vurduğu maddi ziyanı ödəməkdən müxtəlif bəhanələrlə imtina etməsi, qaz borusunu onun ərazisindən çıxarmaması, həyətinin əvvəlki vəziyyətini bərpa etməkdən imtina etməsi ilə əlaqədar ona düşünülmüş şəkildə verdiyi əzab və istirablar, səhhətinin daha da pozulmasına səbəb olduğu üçün təkcə bu dövr ərzində müalicəsinə və bahalı dərman preparatlarının alınmasına 100000 (yüz min) manat xərclənmişdir ki, onu da maddi zərər kimi ödəməklə yanaşı, eyni zamanda bu dövr ərzində xəstə insana qanunazidd hərəkətləri ilə verdiyi əzab və iztirablarla əlaqədar 100000 min manat da mənəvi zərərlə əlaqədar pul ödəməli və qaz kəmərini onun istifadə və sahibliyində olan torpaq sahəsindən çıxarmalı və əvvəlki yerinə qaytarmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(009)-15/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti və apelyasiya baxışı zamanı apelyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hazırki mübahisə ilə bağlı aşağıdakı hallar sübut edilməli idi: 1. Onun əmlak hüquqları varmı, nədən ibarətdir və bu iddianı qaldırmaq üçün onun subyektiv hüququ varmı? 2. Onun əmlak hüquqlarına müdaxilə varmı və bu müdaxilə hansı formadadır? 3. Müdaxilə varsa, buna görə kim məsuliyyət daşıyır. Birinci sual üzrə: 10.08.1991-ci ildə Suraxanı rayon XDS İcraiyyə Komitəsinin 12 saylı qərarı ilə "xxxx" Kommersiya Müəssisəsi yaradılmış, 21.10.1992-ci ildə Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 2571 saylı sərəncamı ilə "xxxx" KM-nin fəaliyyəti dayandırılmış və onun əmlakı və vəsaiti hüquqi varisi sayılan "xxxx" Kommersiya Şirkətinə verilmişdir. 21.12.1992-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2182 saylı sərəncamı ilə "xxxx" KM-nin dayandırılmadan əvvəlki müraciətləri nəzərə alınaraq ona Səbail rayonu 1128-ci keçiddə istehsalat sahəsi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1993-cü ilin sentyabr ayında Sərəncama uyğun 0,72 hektar torpaq sahəsi ayrıc aktına əsasən "xxxx" KM-nin hüquqi varisinə təhvil verilmişdir. 24.09.1993-cü ildə torpaq sahəsinin və oradakı tikililərin inşaat pasportu və layihə sənədləri Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. 1994-2000-ci illərdə bu torpaq sahəsinə "Çənlibel” KM-nin hüquqi varisi "xxxx" KŞ sahiblik etmiş, orada ambarlar tikmiş və fəaliyyət göstərmişdir. 30.12.2000-ci ildə “Komersant" KŞ Səbail rayonu 1128-ci keçiddə yerləşən 072, ha torpaq sahəsini, onun üzərində olan 2 anbar və istehsal bazası sexini ona satmış, o da hüquqlarını Dövlət reyestrində qeydə aldırmışdır. Hüquqi varisliyin "xxxx" KM-dən "Komersant” KŞ-yə keçməsi birincinin təsisçilərinin yığıncağının protokolu əsasında baş vermişdir. Bir növ hüquqi şəxsin təsviyəsi baş vermişdir. Hüquqi şəxsin təsviyəsi institutu həmin dövrdə mülki qanunvericilikdə nəzərdə tutulan institut olmuşdur. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 36-cı maddəsinə əsasən hüquqi şəxslər təsviyə və ya yenidən təşkiletmə (qatılma, ayrılma və ya birləşmə) yolu ilə ləğv edilir. Hüquqi şəxslərin təsviyəsi və yenidən təşkili qaydası SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə, kooperativ və ictimai təşkilatların təsviyəsi və yenidən təşkili qaydası, habelə onların nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Təsviyə zamanı təsviyə edilən hüquqi şəxsin əmlakının yeni hüquqi şəxsə keçməsi də o vaxtkı Mülki Məcəllədə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 465-ci maddəsində qeyd olunur ki, "Hüquqi şəxs təsviyə edildiyi halda təsviyə olunmuş hüquqi şəxsin vətəndaşın ölümü və ya səhhətinin pozulması ilə əlaqədar olaraq vurduğu ziyanın ödənilməsi haqqında tələb, yuxarı təşkilata və ya hüquqi şəxsin təsviyə edilməsinə dair qərarda göstərilən təşkilata verilir. ...Təsviyə edilən hüquqi şəxsin yuxarı orqanı olmayan hallarda, həmin hüquqi şəxsdən ziyana görə alınmalı olan ödəməni vermək vəzifəsi, təsviyə edilən hüquqi şəxsin əmlakını alan təşkilatın üzərinə qoyulur.” Məhkəmənin məlumatı üçün hüquqi şəxslərin təsviyəsi və yenidən təşkili qaydası SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə, kooperativ və ictimai təşkilatların təsviyəsi və yenidən təşkili qaydası, habelə onların nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRİ qanunları və onların tətbiqi haqqında 28.10.1992-ci il Qanununa əsasən “SSRİ-də müəssisələr haqqında" 1990-cı il 4 iyun tarixli Qanun” 1994-cii ildə “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qanuni qüvvəsini saxlamışdır. 21.10.1992-ci ildə Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 2571 saylı sərəncamı ilə hüquqi varislik təsdiq edilmişdir. Bu sərəncam bu günə kimi mübahisələndirilməmişdir. 21.12.1992-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2182 saylı sərəncamı ilə "xxxx" KM-nin dayandırılmadan əvvəlki müraciətləri nəzərə alınaraq ona Səbail rayonu 1128-ci keçidində istehsalat sahəsi layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi onun hüquqi varisi "xxxx" KŞ-nə təhvil verilmişdir. Həmin torpaq sahəsinin 0.72 ha olması ayrıc aktı ilə təsdiq edilmişdir. Bundan sonra "Komersant” KŞ tərəfindən həmin torpaq sahəsində tikililər inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində bu əmlak qeydə alınmışdır. İddiaçı bu əmlakı 30.12.2000-ci ildə almış və adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Torpaq sahəsinin ölçüsü iddiaçıya verilmiş əmlakın Texniki Pasportunda da əks olunmuşdur. Bu günə kimi nə torpaq ayrılması barədə ilkin sənədlər, nə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2182 saylı sərəncamı, nə də daşınmaz əmlakı dövlət reyestrində aparılan qeydiyyatlar mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının əmlakına dair dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmənin istinad etdiyi 1970-ci ilin Torpaq Məcəlləsinə gəldikdə isə, 1991ci ildən həmin Məcəllə qüvvədən düşmüş və yeni Məcəllə qəbul edilmişdir. O səbəbdən 1970-ci ilin Torpaq Məcəlləsi bu münasibətlərə tətbiq edilə bilməzdi. 1991-ci ildən 1999-cu ilə kimi qüvvədə olan Məcəlləyə əsasən isə bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir. Məhkəmənin öz-özlüyündə torpaq sahəsinə dair hüquqlara xitam verməsi səlahiyyət həddini aşmaqdır. Hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda məhkəmənin iddiaçının hüquqlarını şübhə altına alması əsassızdır və məhkəmə baxış predmetindən kənara çıxıb. Onun əmlak hüquqlarına müdaxilə varmı və bu müdaxilə hansı formadadır: Hesab edir ki, onun daşınmaz əmlakına iki formada müdaxilə edilib: a) Birincisi - 2009-cu ildə onun ərazisinin qonşuluğunda o vaxt Xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə komitəsinin sədri olan Nazim İbrahimova aid Cavabdeh1 MTK tərəfindən yaşayış binası inşa edilərkən, həmin yaşayış binasının tikintisi üçün nəzərdə tutulan torpaq şähəsindən keçən orta təzyiqli, daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrik hissəsinin yeri dəyişdirilmiş və həmin qaz kəmərinin 50 metrlik hissəsi iddiaçıya məxsus torpaq sahəsindən keçirilmişdir. Həmin kəmərin iddiaçının ərazisindən çəkildiyi zaman ona məxsus torpaq sahəsində yerləşən və mülkiyyətində olan, texniki pasportda İ mərtəbəli “A” tikilisi kimi göstərilən 329,4 kv.m sahəsi olan istehsalat binasının 248,8 kv.m hissəsi sökülmüşdür. b) İkincisi - ona aid torpaq sahəsinin qaz kəmərinin keçdiyi hissəsi də daxil olmaqla ümumilikdə 11 sotu Mərkəzi Seçki Komissiyasının sədri Cavabdeh3 yerli icra hakimiyyəti orqanı və polis əməkdaşlarının iştirakı ilə zəbt etmiş, hasarlamış və orada özünə yaşayış evi inşa etmişdir. Onun bu iddiaları işdə olan sübutlarla tam təsdiq edilir. Torpaq sahəsinə girilərək orada olan binanın bir hissəsinin sökülməsi və oradan qaz kəmərinin keçirilməsi aşağıdakı sübutlarla təsdiq edilir. Belə ki, SOCAR Cavabdeh2 İB-nin verdiyi arayış da təsdiq edir ki, Cavabdeh1 MTK-ya ayrılmış yaşayış binasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsindən keçən orta təzyiqli daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrik hissəsinin yeri dəyişdirilmiş və həmin qaz kəmərinin 50 metrlik hissəsi iddiaçıya məxsus torpaq sahəsindən keçirilmişdir.” Amma məhkəmə anlaşılmaz arqument gətirərək cavabdehin özünün təqdim etdiyi bu sübutu qəbul etmir. Lakin məhkəmə onu da qeyd edir ki, yerli baxış zamanı qaz kəmərinin ərazidən keçdiyi müşahidə olunub, lakin “Kəmər həmin ərazini ayıran daş hasarın arxa tərəfindən sahibi məlum olmayan tikilinin həyətindən (onun iddia etdiyi kimi Cavabdeh3 tərəfindən zəbt edilmiş ərazidən) keçir.” Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 15.04.2015-ci il tarixli məktubu və məhkəmə tikinti-texniki ekspertizasının 22.02.2016-cı il tarixli rəyi də texniki pasportda 1 mərtəbəli “A” tikilisi kimi göstərilən 329,4 kv.m sahəsi olan istehsalat binasının 248.8 kv.m hissəsinin sökülməsini təsdiq edir. Adıçəkilən arayışa əsasən torpaq sahəsi 7200 kv.m olmalı olduğu halda faktiki olaraq 6036,7 kv.m, yəni 1163,3 kv.m az olduğu müəyyən edilmişdir. Müdaxilə varsa, buna görə kim məsuliyyət daşıyır: Qaz kəmərinin onun torpaq sahəsindən məcburi çəkilməsinə görə məsuliyyəti, bu kəmər “Kristal" MTK-nın maraqları üçün və hətta texniki dəstəyi ilə çəkilsə belə, "Azəriqaz” İB daşıyır, çünki belə qaz kəmərlərinin çəkilməsi səlahiyyəti dövlət müəssisəsi kimi müstəsna olaraq "Azəriqaz” İB-yə aiddir. Bütün bu hadisə ərazidə mühafizəçi işləyən Məmməd Məmmədovun şahidliyi ilə baş verib. Sonuncu ifadəsində qeyd edib ki, ərazinin sahibi, yəni o, ölkədə olmadıqda Cavabdeh1 MTK-nın sahibləri Cavabdeh2 İB əməkdaşları ilə birlikdə gəlib əraziyə giriblər, binanı (A tikilisini) sökərək, həmin ərazidən qaz kəməri keçiriblər. Məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, Məmməd Məmmədov hüquqi marağı olan şəxsdir. Mühafizəçinin ərazi ilə bağlı hüquqi marağı necə ola bilər, bəlli deyil. İddia predmetinə dair hüquqi marağı olan şəxsin mülki prosesdə prosessual statusu üçüncü şəxsdir. Bundan əlavə məhkəmə şahidin ifadələrini ona görə mötəbər saymır ki, o, nədən nazir postunda olan şəxslə hüquqi davranmayıb, ondan sənədin surətini istəməyib. Torpaq sahəsinin hansı hissəsinin və kimin tərəfindən zəbt edilməsi məsələsinə gəldikdə isə bu faktın sübut edilməsi vəzifəsinin onun üzərinə qoyulması məhkəmə tərəfindən kobud pozuntu sayılır. Əvvəla məhkəmə yerli baxış zamanı onun ərazisindən çəkilmiş qaz kəmərinin haradan keçdiyini müəyyən edib: "Kəmər həmin ərazini ayıran daş hasarın arxa tərəfindən sahibi məlum olmayan tikilinin həyətindən keçir.” Belə olan halda məlum olur ki, məhkəmə (hakim) həmin zəbt olunmuş həyətdə olub, lakin həyətdən faktki kimin istifadə etdiyini müəyyən etməyib. Bundan əlavə qaz kəmərinin məhz ona aid "A” tikilisinin altından keçməsi, ona aid torpaq sahəsinin nə qədər azalması, bu torpaq sahəsinin daş hasarın məhkəmənin sahibinin məlum olmayan arxa hissəsindəki torpaq sahəsi ilə üst-üstə düşməsini və torpaq sahəsindən kimin istifadə etməsini müəyyən etmək gərəkirdi. Lakin bu halların müəyyən edilməsi onun imkanları xaricində idi və ya xüsusi bilik tələb edirdi. Məhz bu səbəbdən onun ekspertiza təyin edilməsi və sübutların təmin edilməsi barədə vəsatətləri məhkəmə tərəfindən təmin edildi. Məhkəmə Ekspertiza Mərkəzinin 22.02.20016-cı ildə verdiyi rəyə əsasən ona məxsus “A" tikilisinin 36,5x6,0 metr, 3,0x3.0 metr və 3,2x2.5 metr ölçüdə hissəsinin tam söküldüyü və bu tikilinin ona məxsus torpaq sahəsi ilə əhatə olunduğu müəyyən edilmişdir. Ekspert digər suallara cavab verilməsi üçün əlavə sənədlərin və həmin sahələrə aid mütəxəssislərin cəlb edilməsinin zəruri olduğunu bildirmişdir. "MBA Consalting Group” şirkətinin verdiyi 17.05.2016-cı il tarixli rəyə əsasən qaz kəmərinin onun torpaq sahəsinin altından keçirilməsi nəticəsində ona dəyən zərər 76.000 manat təşkil edir. Onun mülkiyyətində olan ‘’A” tikilisinin 248.8 kv.m-nin sökülməsi nəticəsində ona dəyən zərər 398.400 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mütəxəssislərinin tərtib etdiyi arayışa əsasən Cavabdeh1 MTK-ya ayrılmış yaşayış binasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsindən keçən orta təzyiqli daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrik hissəsinin yeri dəyişdirilmiş və həmin qaz kəmərinin 50 metrlik hissəsi iddiaçıya məxsus torpaq sahəsindən keçirilmişdir. Həmin kəmərin yerinin dəyişdirilməsi texniki və təhlükəsizlik norma və qaydalarına uyğun çəkilib. Kəmər çəkilən zaman torpaq sahəsinin kimə məxsus olması barədə heç bir məlumat olmamışdır. Qaz kəməri çəkilərək mövcud kəmərlərə birləşdirilərkən ətrafdakılar üçün heç bir təhlükə yaratmamışdır. Qaz kəməri çəkildikdən sonrakı illər ərzində, kəmərin 1 metrliyində “Qaz təsərrüfatında təhlükəsizliyi qaydaları”, “Tikinti norma və qaydaları”-nın, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında” 21.06.1999-cıı il tarixli 103 saylı qərarının tələblərini kobud şəkildə pozularaq 6 mərtəbəli bina inşa edilmiş və digər bir hissədə tikinti işləri aparılaraq qaz kəməri hasarın içirisinə salınmışdır, hazırki vaxtdan həmin qaz kəməri torpağın sahibi və ətrafdakılar üçün təhlükə yaradır, baxış zamanı hazırki vəziyyətdə sözügedən qaz kəmərinin yerinin dəyişdirilməsi üçün heç bir alternativ marşrut müəyyən edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətindən yeni çəkiliş zolağı alındığı təqdirdə qaz kəmərinin çəkilişə tələb olunan pul vəsaitinin məbləği müəyyən edilə bilər. 04.08.2016-cu ildə Səbail rayon Məhkəməsi sübutların təmin edilməsi barədə qərar qəbul etsə də, qərar icra edilməmişdir. 26.07.2018-ci ildə Səbail Rayon Məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin mütəxəssis rəyi təqdim olunmadığı üçün qərardadda qoyulmuş suallar cavablandırılmamışdır. Ona görə də xahiş edilmişdir ki, mülki işin materialları (əlavə məhkəmə tikinti ekspertizası təyin edilməklə) ekspertizaya qaytarılsın və ekspertizanın baş tutması üçün tədbirlər görülsün. Lakin məhkəmə heç bir tədbir görməmişdir. O, dəfələrlə məhkəməyə ərizə və vəsatətlərlə müraciət edərək məhkəmə ekspertizası təyin edilməsi və sübutların təmin edilməsi barədə qərardadların icra edilməsini tələb etmiş, lakin məhkəmə bu qərardadların icrasını təmin etmədən və iddianı təsdiq edəcək sübutları almadan (bu sübutlar dövlət orqanların inhisarında idi) onun torpaq sahəsinin kimin tərəfindən zəbt edildiyini, hansı hissəsinin zəbt edildiyini və sairə məsələləri sübut edə bilmədiyini qeyd etdi. Bundan əlavə məhkəmə qeyd edir ki, “iddiaçı Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının iddiaçının torpaq sahəsinə qanunsuz müdaxiləsinin əsaslarını, hüquqlarının hansı formada pozulmasını göstərə bilməmişdir." Onun torpaq sahəsinin bir hissəsi Cavabdeh3 tərəfindən zəbt edilib hasarlanarkən orada Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis İdarəsinin əməkdaşları omuş, öz vəzifələrindən istifadə edərək Cavabdeh3 adamlarının torpaq sahəsini zəbt etməsinə və hasarlanmasına şərait yaratmışlar. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin göstərdi ki, 2009-cu ildə nəticə etibarı ilə Nazim İbrahimovla hər hansı danışığa getməmiş, sonuncunun bütün təkliflərini rədd etmişdir. Buna baxmayaraq, o, xaricdə müalicədə olduğu vaxt Nazim İbrahimov mübahisəli obyektin mühafizəçisi Məmməd Məmmədovu aldadaraq guya torpaq sahəsini ondan almasını bildirmiş və «A» tikilisinin bir hissəsini sökərək oradan qaz kəmərinin keçirilməsinə nail olmuşdur. Müalicədən qayıtdıqdan sonra, həyacanlanmasın deyə, uzun müddət ona baş vermiş hadisə barədə məlumat verilməmişdir. Cavabdeh3 isə xeyli müddət əvvəldən onun torpaq sahəsinin təxminən 6 sotunu zəbt edərək orada yaşayış evi inşa etdiyi üçün aralarında mübahisələr baş vermiş, lakin Cavabdeh3 həmin sahəyə görə ona kompensasiya ödəyəcəyinə inandırdığı üçün barışmışlar. 2014-cü ildə Cavabdeh3 ondan «A» tikilisinin yerləşdiyi 2 sot torpaq sahəsinin ona satılmasını təklif etmiş və onlar hər sotu 100.000 olmaqla, 2 sot torpaq sahəsini 200.000 ABŞ dollarına razılaşmışlar, əvvəl zəbt olunmuş 6 sot torpağın kompensasiyası məsələsi isə açıq qalmışdır. Bundan sonra Cavabdeh3 «A» tikilisinin uçurulmuş hissəsinin yarımçıq qalan divarını da uçurdaraq həmin sahədən istifadə etməklə evinin tikintisini başa çatdırmışdır. Lakin, bu müddət ərzində ölkədə baş vermş devalvasiyalar nəticəsində manatın dollara nisbətdə xeyli dəyər itirməsindən sonra Cavabdeh3la aralarında 2 sotun dəyəri ilə bağlı mübahisə yaranmışdır, belə ki, o, əvvəlkitək 200.000 ABŞ dolları tələb etmiş, Cavabdeh3 isə 200.000 manat ödəməyə razı olmuşdur. Razılıq əldə olunmadığına görə Cavabdeh3 adamları 2 sot torpağı ondan zorla almışlar, belə ki, 30.08.2016-cı il tarixdə yaranmış mübahisə zəminində Səbail rayon Polis İdarəsinin əməkdaşları onun oğlu Ruslanı və mühafizəçisi Məmmədi polisə apararaq gün ərzində orada saxlamış, həmin müddətdə isə Cavabdeh3 adamları hasar inşa edərək, onun 2 sot torpağını zəbt etmişlər. Zəbt nəticəsində qaz kəmərinin çəkildiyi sahə Cavabdeh3 həyətində düşmüşdür. Məhz bunun nəticəsində birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı qaz kəmərinin qonşu torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər proses iştirakçıları (nümayəndələri) hər hansı üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Odur ki, Kollegiya işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları aşağıdakılardan ibarətdir: - dekabr 1992-ci il tarixli, 2182 nömrəli torpaq sahəsi ayrılması haqqında Sərəncamdan görünür ki, "xxxx" kiçik müəssisəsinin 6.13.90-cı il tarixli 016 nömrəli və A.Əmirov adına NQÇİ-nin 20.02.90-cı il tarixli, 013-3/47 nömrəli məktubları nəzərə alınaraq, Səbail rayonunun 1128-ci keçidində istehsalat sahəsi lahiyələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 21.10.1992-ci il tarixli, 2571 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 12.10.1990-cı il tarixli, 480 nömrəli kiçik müəssisələrin yaradılması və inkişafı haqqında qərarına və təsisçilərin yığıncağının 25.09.1992-ci il tarixli, 40 nömrəli protokoluna əsasən "xxxx" kiçik müəssisəsinin yaradılması və nizamnaməsinin qeydə alınması haqqında Suraxanı rayon XDS İcraiyyə Komitəsinin 10 avqust 1991-ci il tarixli, 12 nömrəli qərarın qüvvəsinə xitam verilməsi, "xxxx" kiçik müəssisəsinin fəaliyyətinin tam dayandırılması, möhür və ştampların Suraxanı rayon Dİİ-nə təhvil verilməsi, "xxxx" kiçik müəssisəsinin əmlakı və vəsaiti "xxxx" komersiya şirkətinə verilməsi və həmin şirkətin onun hüquqi varisi hesab edilməsi, eləcə də Suraxanı rayon Dİİ-nə, DVM-nə, sənaye investisiya bankına "xxxx" KM-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar bütün haqq-hesabları yoxlamaqları və müvafiq tədbirlərin görülməsinin tapşırılmasına sərəncam verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 27.02.2008-ci il tarixli yaşayış və ofis binalarının lahiyələndirilməsi haqqında Sərəncamının surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 28.11.2007-ci il tarixli, 1/3-1111 saylı razılıq məktubunu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 19.12.2007-ci il tarixli, 1944 saylı rəyini və Cavabdeh1 MənzilTikinti Koopertivinin 09.11.2007-ci il tarixli, 37 saylı müraciətini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən 76450 kv/metr torpaq sahəsi, icarə əsasında yaşayış və ofis binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1 MTKnın istifadəsinə verilməsi, eləcə də ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi, qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən, Cavabdeh1 MTK-nın öz vəsaiti hesabına aparılması göstərilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya QYM 000856 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçiddə yerləşən əsas sahəsi 452,8 yardımcı sahə 52,6 kv/metr, ümumi sahəsi 505,2 kv metr olan əmlak xüsusi mülkiyyət kimi 01.03.2001-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçidə dair 28.02.2001-ci il tarixli texniki pasportdan görünür ki, qeyd olunan bina 1 mərtəbəli, tikinti sahəsi 522.2 kv/metr, tikinti həcmi 1566.6 kv/metr, ümumi faydalı sahəsi 505.2 kv/metr, əsas sahələr 451.8 kv/metr, köməkçi sahəsi 52,5 kv/metr, divarın materialı daş, tikildiyi il 1993, köhnəlməsi 5 faizdən ibarətdir. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin 04.12.2007-ci il tarixli 18/53-8/7179 saylı məktubundan görunur ki, Səbail rayonu, Ak. Abbasqulu Abbaszadə küç. (köhnə 1128-ci keçid) yerləşən və İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin ünvanı ünvan 504.2016-cı il tarixli, 2(009)-335/2016 saylı qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (Socar) daxil olmuş 17.05.2016-cı il tarixli məktubu ilə təqdim edilmiş arayışına əsasən: Seriya QYM 000856 nömrəli (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanda 2009-cu ildə "Kristal” MTK tərəfindən yaşayış evləri inşa edilməsi nəzərdə tutulan yaşayış evlərinin tikinti ərazisinə düşən "8-ci Mədən” QPS-dən gələn orta təzyiqli, daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrlık hissəsəsinin yeri dəyişdirilərək yeraltı çəkilmişdir. Həmin qaz kəmərinin 50 p/metr hissəsi İddiaçı məxsus ərazi kimi təqdim olunmuş sahədən keçir. “8-ci Mədən” QPS-dən gələn orta təzyiqli, daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrlik hissəsəsinin yeri dəyişdirilərkən texniki və təhlükəsizlik norma və qaydalara uyğun çəkilib Qaz kəməri çəkilən vaxt ərazinin kimə məxsus olması barədə heç bir məlumat olmamışdır. Seriya QYM 000856 nömrəli (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında X10 məxsus ünvan 6 ünvan Bakı şəhəri. Akademik A.Abbaszadə küçəsi-8) ünvanda yerləşən torpaq sahəsində qaz kəməri çəkilərək mövcud kəmərə birləşdirilərkən ətrafdakılar üçün heç bir təhlükə yaratmamışdır. Qaz kəməri çəkildikdən sonrakı illər ərzində, kəmərin 1 metrliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları", “Tikinti norma və qaydalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında" 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarlarının tələblərinin kobud şəkildə pozularaq 6 mərtəbəli bina inşa edilmiş və digər bir hissədə isə tikinti işləri aparılaraq qaz kəməri hasarın içinə salınmışdır. Hazırkı vaxtda həmin qaz kəməri torpağın sahibi və ətrafdakılar üçün təhlükə yaradır. Seriya QYM 000856 nömrəli (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanda yerləşən torpaq sahəsinin üzərindən və ya torpağın altından keçən qaz kəmərinin hazırkı vəziyyətdə yerinin dəyişdirilməsi üçün heç bir alternativ marşrut müəyyən edilmədi, Bakı şəhəri icra Hakimiyyətindən yeni çəkiliş zolağı alındığı təqdirdə qaz kəmərinin çəkilişinə tələb olunan pul vəsaitinin məbləği müəyyən edilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2016-cı il tarixli, 24749 saylı rəyindən görünür ki, 1-ci sual üzrə İddiaçı məxsus ünvan 10 ünvan Bakı şəhəri Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən torpaq sahəsinin üzərindəki “A” tikilisinin texniki pasport üzrə 36,5x6,0 metr, 3,0x3,0 metr və 3,2x2,5 metr ölçüdə göstərilən hissələrinin faktiki olaraq tamamilə söküldüyü müəyyən edilmişdir. 2-ci sual üzrə Tədqiq olunan qeyri-yaşayış sahəsinin “A” tikilisinin, QYM seriyalı, 000856 N-li (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 10 ünvan Bakı şəhəri Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən, 28.02.2001-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsi ilə əhatə olunduğu müəyyən edilmişdir. 3 və 4-cü suallar üzrə tədqiq olunan qeyri-yaşayış sahəsinin “A” tikilisinin bir hissəsinin tamamilə söküldüyünü, eləcə də torpaq sahəsindəki inşaat tullantılarının və torpaq qatının tədqiq olunan torpaq sahəsinin ayrı-ayrı yerlərində dağıntı vəziyyətində olduğunu nəzərə alaraq, “A” tikilisinin sökülmüş hissələrinin bərpa dəyəri, eləcə də ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün nə qədər pul vəsaiti tələb olunması, həmin işlərin aparılması zamanı müvafiq hasablamalar əsasında bu işlərin həcmi müəyyən edildikdən və həmin işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. 3 və 4-cü suallar üzrə Tədqiq olunan torpaq sahəsinin üzərindən və ya altında qaz kəmərinin keçib-keçməməsinin, həmin kəmərin müvafiq sənədlərə uyğun çəkilməsinin, eləcə də qaz kəmərinin ətrafdakılar üçün təhlükə yaratmasının, həmçinin qaz kəməri mövcud olduğu halda, çıxarılaraq digər hissədən keçirilməsi üçün nə qədər pul vəsaiti tələb olunmasının müəyyən edilməsi tikinti texniki ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən edilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2019-cu il tarixli, 22739 saylı rəyinin tədqiqat hissəsindən görünür ki, tədqiq olunan torpaq sahəsi 4 bucaqlı şəkildə olub, bir tərəfdən küçə ilə, digər tərəfdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş küçə tərəfdəndir. Baxış zamanı tədqiq olunan obyekti üzrə tərtib edilmiş texniki pasportun məlumatları ilə həmin obyektin faktiki vəziyyəti müqayisə edilərkən, mübahisəli torpaq sahəsinin üzərindəki «A» tikilisinin texniki pasport üzrə 36,5x6,0 metr, 3,0x3,0 metr və 3,2x2,5 metr ölçüdə göstərilən hissələrinin faktiki olaraq tamamilə söküldüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallarla əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəsisləri tərəfindən «GPS» sistemli ölçmə (qlobal mövqe təyin etmə) aparatı vasitəsilə tədqiq olunan torpaq sahəsi üzrə yerində ölçmə işləri aparılmış, lakin araşdırmanın nəticələrinə dair mütəxəssis rəyin Mərkəzə təqdim edilməmişdir. Eyni zamanda qeyd olunur ki, Məhkəmə ekspertiza mərkəzində AzərbaycanRespublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə, İcra Hakimiyyətlərinin sərəncamlarına Bağlar Təsərrüfatı İdarəsinin orderlərinə, Bələdiyyə və Aqrar İslahat Komissiyasının qərarlarına (dövlət aktı, kadastr planı, çıxarış və s.) əsasən vətəndaşala verilmiş torpaqlar və həmin torpaqların koordinatlar barədə məlumat bazası, belə torpaq sahələrinin texniki koordinatlar əsasında yerində müəyyən edilməsi üçün zəruri olan GPS sistemli xüsusi ölçmə avadanlığı və bu işlərin aparılması üçün metodika olmadığı üçün qərardadın 1,2 və 3-cü suallar üzrə tədqiq olunan torpaq sahəsinin sərhədlərini, ölçülərin, sahəsinin müəyyən olunması ilə əlaqədar qoyulmuş sualların həlli mümkün olmamışdır. Qərardadın 5 və 6-cı suallar üzrə isə tədqiq olunan torpaq sahəsinin üzərindən və ya altında qaz kəmərinin keçib-keçməməsinin, “A" tikilisinin sökülməsi səbəbinin qaz kəmərinin “A” tikilisinə aid ərazidən keçməsi ilə əlaqədar olubolmamasının, “A” tikilisinə müdaxilə edilmədən qaz kəmərinin həmin ərazidən çəkilməsi mümkün olub-olmamasının müəyyən edilməsi tikinti texniki ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən edilə bilməsi qeyd olunmuşdur. - "xxxx" Qiymətləndirmə Şirkətinin 17.05.2016-cı il tarixli, MB 09/087 saylı qiymətləndirmə hesabatından görünür ki, torpaq sahəsinin altından keçirilən qaz kəməri həmin torpaq sahəsinə aid hissədən çıxarılıb digər hissədən yəni, mühafizə zolağından kənarlaşdırıldığı halda, “A” tikilisinin (248.8 kv/metr) söküntüsü nəticəsində iddiaçıya dəymiş ziyanın həcmi 76000 (yetmiş altı min) manat, torpaq sahəsinin altından keçirilən qaz kəməri mövcud vəziyyətdə saxlanılsa yəni, mühafizə hissəsində qalsa “A” tikilisinin (248.8 kv/metr) söküntüsü nəticəsində iddiaçıya dəymiş ziyanın həcmi 398400 (üç yüz doxsan səkkiz min dörd yüz) manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 03.11.2015-ci il tarixli **********06 saylı məktubundan görünür ki, Cavabdeh1 MTK-nın adına ünvan 13 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 02.07.2019-cu il tarixli **********25 saylı məktubundan görünür ki, ünvan 14 ünvanında yeoləşən (ümumi sahəsi) 505,2 kv.m köməkçi sahəsi 52,60 kv.m əsas sahə 452 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin) 0,72 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 28.06.2019-cu il tarixli **********18 saylı məktubundan görünür ki, Cavabdeh1 MTK-nın 1999-2016-cı illər dövrü üçün adına dövlət reyestrində əmlakın qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X8 ünvanladığı 15.04.2015-ci il tarixli **********49 saylı məktubundan görünür ki, İdarənin arxiv məlumatlarına əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 505,2 kv.m, köməkçi sahəsi 52,60 kv.m, əsas sahəsi 452,80 kv.m-dən ibarətdir. İstifadəsində olan torpaq sahəsi 7200,0 kv.m təşkil edir. Yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, arxiv texniki pasportuna əsasən «A» tikilisinin sahəsi 248,8 kv.m olan 2,3,4,5 saylı yerləşkələr sökülmüşdür. Texniki pasporta əsasən torpaq sahəsinin ümumi sahəsi ilə faktiki sahəsi arasında 1163,3 kv.m fərq mövcuddur və faktiki torpaq sahəsi 6036,70 kv.m təşkil edir. Mülkdə aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Yaşayış və ya qeyri-yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət edilməklə müvafiq İcra Hakimiyyəti ilə razılaşdırılmaqla sərəncam əsasında həyata keçirilir. - 8 saylı Səbail RPİ İŞ-nin 13.07.2009-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 1128 keçid ünvanda yerləşən "xxxx" MMC-nin müdiri X2 ərizəsi əsasında aparılmış istintaq araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 103 nömrəli 27.02.2008-ci il tarixli sərəncamına əsasən ünvan 17 ünvanda yerləşən 76450 kv.m torpaq sahəsi Cavabdeh1 MTK-ya verilmiş və ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin köçürülməsi, qarşılıqlı razılaşma əsasında, müvafiq qanunvericiliyə əsasən Cavabdeh1 MTK-nın öz hesabına aparılması tapşırılmışdır. "xxxx" MMC-yə məxsus avtoservisin b-boksunun həmin əraziyə düşdüyündən şirkətin müdiri X5 ilə həmin boksun sökülməsi ilə bağlı razılaşma əldə olunmuşdur. Lakin boks söküldükdən sonra X5 bu barədə müvafiq orqanlara şikayət etməyə başlamışdır. Bununla toplanmış materialı nəzərdən keçirdikdə göstərilən faktın mülki xarakterli olduğu müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında olan mübahisə mülki qaydada məhkəmə həll olunmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən ailə üzvləri ilə birlikdə İddiaçı məxsus 1128-ci keçiddə halhazırda ünvanı Səbail rayonu, X14 küçəsi 2-ci döngə, 10 nömrəli evdə yaşamaqla həmin evin, həm də evin torpaq sahəsinə bitişik İddiaçı məxsus 0,72 hektar torpaq sahəsində yerləşən, onun mülkiyyətində olan 500 kv/metrdən ibarət qeyri-yaşayış sahələrininistehsalat sexi və anbarların mühafizəsi ilə məşğul olur. 2008-ci ildən başlayaraq Diaspora ilə iş Komitəsinin Qaraxanov Nazim soyadlı işçisi yaşadığı ünvana gələrək obyektin satılması və sahibi ilə əlaqədar ondan məlumat almış və Ruslan Zeynalovla əlaqə yaratmaqla yerin satılmaması barədə ondan məlumat alsa da, icazəsi olmadan tanımadığı şəxslərlə sexin ərazisinə daxil olmuş və həyətin qeyri yaşayış sahələrini dəfələrlə ölçməyi davam etdirmişdir. 2009-cu ilin mart ayında Ruslan Zeynalovun toyundan təxminən 1 ay sonra İddiaçıla Diaspora üzrə iş Komitəsinin üzvü Nazim İbrahimov ilk dəfə onun yaşadığı evdə görüşüb çay süfrəsində danışıqları zamanı Nazim İbrahimov ölkənin X17 üçün katlavan qazdığı yerdə bir ədəd 32 mərtəli, iki ədəd 25 mərtəbədən ibarət yaşayış binaları inşa edəcəyi barədə İddiaçı məlumat verərək Prezidentin həm ona məxsus 0,72 hektar torpaq sahəsinin, həm də ona bitişik "xxxx" MMC-nin torpaq sahəsinin alınması barədə göstəriş verdiyini, lakin hal-hazırda ona məxsus ağır texnika və maşınların Bakı-Aeroport yolunda işlədikləri və sifarişçinin onun şirkətinə külli miqdarda pul borcu olduğu üçün torpağın alqı-satqısının nisyə aparılacağı dəyərinin isə sonra veriləcəyini bildirmiş və Ramiz müəllim ona qəti etiraz edərək torpağını ancaq dəyəri ödənildikdən sonra satacağını bildirmiş və bundan sonra o da onlarla birlikdə katlavan qazılan yerə getmiş və qaz boru kəmərinin “Oksford” məktəbinin həyətindən keçən hissəsinin yerin səthindən təxminən 12-15 metr hündürlükdə havadan asılı olduğunu görmüşlər. Bundan təxminən bir qədər sonra Ruslan ona demişdir ki, Nazim İbrahimov torpağın yarısını nağd pulla alacağını və onlara aid hissəsi də payları kimi olaraq şərikli qaydada atası ilə birlikdə 2 mərtəbəsi yerin altında, 2 mərtəbəsi yerin üstündə olmaqla, 12 (on iki) mərtəbəli ofis mərkəzi inşa etdirəcəkləri barədə məlumat vermiş və onun ailəsi ilə birlikdə orada işləyəcəyini və alqı-satqının 2009-cu ilin may ayının 2-də baş verəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim İbrahimov 02 may 2009-cu ildə də alqı-satqının nisyə aparılmasını təklif etdikdə Ramiz müəllim ona ağır cavab verərək onun ofisini tərk etmiş və bir daha nə onu, nə də oğlu Ruslanı narahat etməmələrini tələb etmiş, oğluna və ona onlarla hər hansı bir formada əlaqəyə girməməyi tapşırmışdır. Bununla yanaşı Qaraxanov istehsalat sexinin arxasında yerləşən Delfin çilingər sexinin sahibi ilə də danışıqlar apararaq ona məxsus 40 sot torpaq sahəsinin yarı hissəsini pulla, qalan yarı hissəsinin əvəzində isə Badamdar qəsəbəsində yerləşən “Qanlı göl” deyilən yerdə işlək vəziyyətdə olan Nazim İbrahimova məxsus avto təmir sexinin verəcəyi ilə əlaqədar vəd vermiş, ona məlum olmayan səbəblərdən onlar arasında olan danışıqlar uzun müddət ərzində davam etmiş və nəhayət 2009-cu ilin təxminən may ayının sonu və ya iyun aylarında Nazim İbrahimovun göstərişi ilə ona məxsus ağır texnika "xxxx" MMC-yə məxsus bir neçə boksu sökərək, Delfinə gedən yolu diktlərdən ibarət hasarla bağlamışdır. Elə bu vaxt onlar arasında mübahisə başlamış və Cümşüd müəllim ona məxsus "xxxx" MMC-nin ərazisini tərk etməyi, hasarı sökməyi və qanunsuz olaraq sökdükləri boksları bərpa etməyi tələb etsə də, onlar buna məhəl qoymayaraq ərazini tərk etməkdən imtina etmişlər. "xxxx" MMC-nin sahibi Cümşüd müəllim ölkənin Prezidentinə teleqram vurduqdan sonra bu işlə Polis orqanları məşğul olmağa başlamışlar. Elə o vaxt Cümşüd müəllim ona demişdir ki, bunlar yalan vəd verməklə ona nə almaq istədikləri torpağın pulunu nə də ki, vəd verdikləri avtomobil təmir sexini vermirlər. Onun etibarından istifadə edərək onun əmlakını dələduzluq yolu ilə ələ keçirmək və onun ərazisindən keçərək Badamdar yoluna gedən qaz turbasını onlara ayrılmış torpaq sahəsindən çıxararaq qanunsuz olaraq sökdükləri boksların torpaq sahələrini və MMC-yə gedən yolu qazaraq yerin altı ilə aparmaq məqsədləri olduğunu bildirmişlər. O, Cümşüd müəllimdən bu məlumatı aldığı zaman artıq təxminən 2009-cu ilin may ayının əvvəlindən İddiaçı, Nazim İbrahimovun torpağın nisyə alınması barədə danışıqlara son qoymuş və torpağın satılmaması barədə ona və oğlu Ruslana bildirmişdir. 2009-cu ilin iyun ayının ortalarında İddiaçı səhhətində yaranmış problemlə əlaqədar Neftçilər xəstəxanasına yerləşdirilmiş və onun xərçəng xəstəsi olduğu müəyyən edilmiş və o, ailə üzvləri - oğlu Ruslan və həyat yoldaşı vasitəsi ilə xaricə əməliyyat olunmaq üçün aparıldıqdan sonra, onlarla hər hansı bir əlaqəsi olmadığı halda, Nazim İbrahimovun rəhbərliyi altında ona məxsus ağır texnika və insanlar icazəsi olmadan həyətə darvaza qapısını sındıraraq daxil olmuş və dərhal içərisində dəzgah, avadanlıq, stol, stul qranit, mərmər və xammal olan istehsalat sexini, o, ora çatanadək sökməyə başlamışlar. O, onlardan hərəkətlərini dayandırmağı tələb etdikdə, Nazim İbrahimov maşınından latın əlifbası ilə olan sənədi götürmüş və ona göstərərək torpaq sahəsini İddiaçı sonuncu xəstəxanada olan zaman notariusun iştirakı ilə alqı-satqı müqaviləsi əsasında aldığını bildirmiş, həmin sənədi latın dilində olduğu üçün oxuya bilmədiyindən ona inanmış və onlara mane olmamışdır. Ruslan xaricdən qayıdandan sonra ona hadisə barədə tam məlumat vermiş və bildirmişdir ki, Nazim İbrahimovla heç bir müqavilə bağlanmayıb, sonuncu sadəcə olaraq onu aldatmaq yolu ilə sexin həmin hissəsini sökərək onun altında olan torpağını neçə metrsə dərinlikdə qazdırmış və qaz turbasını Delfin MMC-nin həyətindən çıxararaq yerin altına basdırmış və daha sonra küçəni də X21 qədər qazaraq qaz turbasını yerin altına salmış və qazıntılardan çıxmış torpaq kütləsini sexin həyətinin bir hissəsinə tökərək həyəti də yararsız hala salmışdır. Belə qərara gəlmişlər ki, atasının əməliyyatından sonra səhhəti ağır oldugu üçün ona bu barədə hələlik heç bir məlumat verməsinlər, çünki ona bu olanlar pis təsir edə bilərdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, atası Nazim İbrahimovla sonuncu dəfə 02 may 2009-cu ildə görüşəndən sonra o, müqaviləni bağlamağı və pulu isə sonra verəcəyini yenə də təklif etmiş və bundan sonra atası onunla bütün münasibətləri kəsmişdir. Atası 2009-cu ilin iyun ayında Neftçilər xəstəxanasında müalicə alan zaman onun xərçəng xəstəsi olması müəyyən edilən kimi anası ilə birlikdə onu xaricə əməliyyat olunması ücün aparmışlar. Oradan qayıdandan sonra sexin söküldüyünü gördükdə, gözətçi Mamed bildirmişdir ki, Nazim İbrahimov ona alqı-satqı müqaviləsini göstərərək torpaq sahəsini Ramiz müəllimdən aldığını bildirdiyinə görə müqaviləni oxuya bilməsə də, ona inanmış və söküntüyə mane olmadığını bildirmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək: - ona məxsus «A» tikilisinin sökülməsi və qaz kəmərinin ona məxsus torpaq sahəsindən çəkilməsi nəticəsində 1.000.000 (bir milyon) manat maddi zərərin, 200.000 (iki yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh2 İB-dən tutularaq ona ödənilməsi; - qaz kəmərinin onun ərazisindən çıxarılıb köhnə yerinə qaytarılmasının Cavabdeh2 İB-yə həvalə edilməsi; - 30 avqust 2016-cı il tarixdə Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis idarəsinin əməkdaşlarının onun torpaq sahəsinə qanunsuz müdaxilə etmələri nəticəsində dəymiş 100.000 (yüz min) manat mənəvi zərərin Səbail RPİ-dən xeyrinə tutulması; - ona məxsus 8 sot torpaq sahəsinin Cavabdeh3 alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının irəli sürdüyü tələblər və məhkəməyə bildirdiyi faktiki hallar heç də həmin iddia tələblərinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmamış və mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamışdır, belə ki, iddiaçının iddia tələblərinin əsasını özünə məxsus 0,72 sot torpaq sahəsinin Cavabdeh3 əvvəl dəyərini ödəyəcəyinə söz verməsinə baxmayaraq ödəməməsi və 0,6 sotunu qanunsuz olaraq zəbt etməsi, iş üzrə digər cavabdeh olan N.İbrahimovun onun mülkiyyətində olan 248 kv.m qeyri-yaşayış sahəsini sökərək, onun altında olan torpaq sahəsini qazdıraraq ona ayrılmış torpaq sahəsindən keçən qaz kəmərini keçirməklə, Səbail rayon İH-nin təsərrüfat şöbəsinin rəisinin, Badamdar Bələdiyyəsinin sədrinin, Səbail RPİ-nin CAŞ müfəttişinin, həmin rayonun Pİ-nin Post Patrul xidmətinin əməkdaşlarının psixi və fiziki zor tətbiqi ilə ona maddi və mənəvi ziyan vurulması təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbində iddiaçı N.İbrahimovu və Səbail rayon İcra Hakimiyyətini cavabdeh kimi göstərsə də, iddianın məzmununda onların əməllərinin hüququnu pozmasını əsaslandırmağa çalışsa da, sonda onların hər birinə qarşı tələbin nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçiddə yerləşən və (hazırki ünvanı Ak. Abbas Abbaszadə küç. 8 saylı ünvan) sahibliyində olan 0,72 sot torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə hesab etmişdir ki, prosessual qanunvericiliyin tələbinə əsasən sübut növü kimi qiymətləndirilməsi nəzərdə tutulan ekspertiza rəylərindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin üzərindəki “A” tikilisinin texniki pasport üzrə 36,5x6,0 metr, 3,0x3,0 metr və 3,2x2,5 metr ölçüdə göstərilən hissələrinin faktiki olaraq tamamilə söküldüyü müəyyən edilsə də, iddiaçı konkret olaraq bu söküntünün kimin tərəfindən həyata keçirilməsinə dair sübutlar təqdim etmədiyi üçün məhkəmə bu söküntü ilə əlaqədar vurulmuş zərər üzrə cavabdehi müəyyən etməmişdir. Belə ki, işin materiallarından və yerində müayinə zamanı (yerli baxış) müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 27.02.2019-cu il tarixli sərəncamı ilə ünvan 4 ünvanda yerləşən 76450 kv/metr torpaq sahəsi, icarə əsasında yaşayış və ofis binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1 MTK-nın istifadəsinə verilməsi nəzərdə tutulsa da, faktiki olaraq iddiaçıya məxsus ərazidə həmin MTK tərəfindən yaşayış və ofis binasının tikintisinin həyata keçirilməsi müəyyən edilməmişdir. İddiaçı tələbində sözügedən sərəncamda həmin torpaq sahəsinin ünvanının qəsdən saxtakarlığa yol verilərək - X14 küçəsi, 8 kimi göstərilməsini, qədim qəbiristanlığın ərazisi olmasını və ərazidən uzun illər boyu - 25-30 il ərzində təxminən 150 metr uzunluğunda 500 mm diametrli maqistral qaz borusunun keçməsinin saxtakarlığa yol verilərək qəsdən göstərilməməsini qeyd etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, tərəfindən həmin sərəncamın qanuniliyini onun hüquqlarını pozan hissədə mübahisələndirməmişdir. Həmçinin iddiaçı xaricdə müalicə aldığı vaxt vəziyyətinin ağır olduğu və əməliyyatdan sağ çıxa bilməyəcəyi barədə məlumat alan Nazim İbrahimovun işçilərinin vasitəsi ilə ünvan 3 ünvanda ailəsi ilə birlikdə daimi yaşayan və eyni zamanda ona məxsus mübahisəli sahənin gözətçisi olan X4 etibarından sui-istifadə edərək onu aldatması və güya obyekti alqı-satqı vasitəsi ilə ondan artıq alması barədə ona yalan məlumat verərək ağır texnikanı ona məxsus olan sahəyə salaraq darvaza qapısını sındırması və mülkiyyət hüququ əsasında ona məxsus və 28 fevral 2001-ci il tarixli texniki pasportda "A" tikilisi kimi göstərilən 1 mərtəbəli ümumi sahəsi 329,4 kv.m olan istehsalat sahəsinin 248,8 kv.m-dən ibarət olan hissəsini qanunsuz olaraq sökməsi, orada olan dəyəri 20-25 min manat olan mal-material, avadanlıq (5 ton, hər tonunun qiyməti 1000 manat olan qranula və hər birinin qiyməti 4 min manat olan 5 ədəd Yaponiya istehsalı olan termoplasavtomat dəzgahları), təxminən 350 kv.m-dən ibarət mərmər plitələrin 220 kv.m hissəsini, 20 ədəd dəmir istehsal stol-stul, alətləri və digər avadanlıqları yararsız hala salaraq məhv etməsini göstərsə də, bu halların mövcud olmasını təsdiq edən mötəbər və tutarlı sübut növləri təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi şahid ifadələrini onun qeyd edilən tələblərinin əsaslı olmasını təsdiq edən sübut növü kimi qiymətləndirməmişdir, ona görə ki, Məmməd Məmmədov onun mühafizəçisi, Ruslan Zeynalov isə oğludur. Hər iki ifadəyə tənqidi yanaşan məhkəmə hesab etmişdir ki, Ruslan Zeynalovun ifadəsində göstərilənlər əsasən Məmməd Məmmədovun ifadələri əsasında qurulmuşdur. Sonuncu isə ifadəsində iddiaçının ailəsi ilə xaricdə olan zaman Nazim İbrahimov ona latın əlifbası ilə olan sənədi göstərərək torpaq sahəsini İddiaçı sonuncu xəstəxanada olan zaman notariusun iştirakı ilə alqı-satqı müqaviləsi əsasında aldığını bildirməsini, həmin sənədi latın dilində olduğu üçün oxuya bilmədiyi üçün ona inanaraq onlara mane olmadığını göstərmişdir. Məhkəmə hesab etmişdir ki, şahid gözətçi kimi mühafizəsi tapşırılmış əmlakın gözü qarşısında söküntüsünü həyata keçirən şəxsin həmin əmlakın sahibinin bu söküntüyə razılıq verməsi sənədini təqdim etdiyi halda, latın əlifbası ilə oxuya bilməsə də, ən azından onun surətini həmin şəxsdən götürülməsinə cəhd edər, sonuncunun buna imtina etdiyi halda isə iddiaçı və ailəsi ilə əlaqə saxlaya, bu mümkün olmadığı təqdirdə yol verilmiş özbaşınalıqla əlaqədar polisə müraciət edə bilərdi. Bundan əlavə, iddaçı obyekti xəstəxanada satdığı təqdirdə oğlu Ruslan bu barədə ona məlumat verər və heç bir anlaşılmazlıq baş verməzdi. Belə ki, Məmməd Məmmədov 1996-cı ildən iddiaçı və onun ailə üzvləri ilə tanışdır və təbii olaraq əgər sonuncular şahidin mühafizə etdiyi sahəni və tikilini satmış olsa idilər bu barədə şahidin məlumatı olmalı idi, sonuncu da bu alqı-satqı barədə artıq söküntü işləri aparılarkən guya məlumatsız olmazdı. Göstərilənlərə əsasən məhkəmə şahid ifadəsini qeyri-səmimi verilən ifadə kimi qiymətləndirmiş və iddiaçının da həmin ifadə əsasında irəli sürdüyü dəlilləri əsassız saymışdır. Birinci instansiya məhkəməsi iddianın qaz kəmərinin iddiaçıya məxsus torpaq sahəsindən çəkilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışda 2009-cu ildə "Kristal” MTK tərəfindən yaşayış evləri inşa edilməsi nəzərdə tutulan yaşayış evlərinin tikinti ərazisinə düşən "8-ci Mədən” QPS-dən gələn orta təzyiqli, daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrlik hissəsinin yeri dəyişdirilərək yeraltı çəkilmişdir. Həmin qaz kəmərinin 50 p/metr hissəsinin İddiaçı məxsus ərazi kimi təqdim olunmuş sahədən keçməsi təsdiq edilsə də, məhkəmə hesab edir ki, bu faktın mövcudluğu da iddianın göstərilən hissədə əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, arayışda qeyd edildiyi kimi qaz kəmərinin 50 p/metr hissəsinin İddiaçı məxsus ərazi kimi təqdim olunmuş sahədən keçməsinin göstərilməsi həmin sahənin İddiaçı məxsus ərazi olması demək deyildir. Adından göründüyü kimi, qaz kəmərinin 50 p/metr hissəsi İddiaçı məxsus ərazi kimi təqdim olunmuş sahədən keçməsi bu iddiaçıya məxsus ərazi kimi təqdim olunmuşdur. Əslində isə məhkəmə cavabdehin iddianın bu hissəsinin əsassız olmasına dair istinad etdiyi hallara dair irəli sürdüyü dəlillər ilə razılaşaraq hesab edir ki, məhkəməyə təqdim olunan sənədlərdə iddiaçının iddia etdiyi 0,72 ha torpaq sahəsinin ayrılması ilə bağlı ziddiyətli məqamlar vardır. Daha sonra birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin "xxxx" KM-nə ayrılması, "xxxx" KŞ-yə keçməsinə və s. məsələlərə qiymət vermiş və qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 21.12.1992-ci il tarixli 2182 saylı sərəncamında sərəncam verildiyi dövrdə mövcud olmayan "xxxx" KM-nə Səbail rayonu ərazisində 1128ci keçiddə torpaq sahəsi istehsalat sahəsinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması göstərilir. Sərəncamda ayrılan torpaq sahəsinin ərazisinin nə qədər olması göstərilmir. Həmçinin, sərəncamda torpaq sahəsinin planlaşdırılması, sənədləşdirilməsi ilə bağlı göstərişlər verilmişdir ki, həmin göstərişlərin icrası barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. O cümlədən torpaq sahəsini ayrıldıqdan və "xxxx" şirkətinin istifadəsində hesab edildikdən sonra həmin ərazidən sərəncamda göstərilən təyinatına uyğun heç bir iş görülməmiş, heç bir tikinti işi layihələndirilməmiş, istehsalatın qurulması üçün tikinti işləri aparılmamış və bu günə kimi istifadəyə yarasız bir yer kimi qalmışdır. Bu təqdirdə həmin istifadəsiz torpaq sahəsi barədə qanunvericiliyin yuxarıda sadalanan tələbləri tətbiq olunmalı (Azərbaycan SSR-in 07.07.1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 45-ci maddəsi: torpaqdan istifadə hüququna xitam verilməsinin əsasları və tikintiyə icazənin qüvvədə olma müddəti ilə bağlı qüvvədə olan Azərbacan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsi: icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir) və həmin torpaq sahəsi onun istifadəsində hesab olunmamalıdır. Həmçinin 1992-ci ilin dekabr ayından bu vaxta kimi həmin ərazidən istifadəni təsdiq edən digər sənədlər də (məsələn: istifadədə olan torpaq sahəsi üçün qanunamüvafiq dövlət vergisinin verilməsi barədə) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsində təsbit olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahəsini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünü idarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 241.4-cü maddəsində göstərilir ki, hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquqi varisinə keçir. Mübahisəli torpaq sahəsinin isə müvəkkil qurumlar tərəfindən nə "xxxx" şirkətinə, nə də iddiaçının istifadəsinə və ya mülkiyyətinə verilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmə tərəfindən həmin mübahisəli torpaq sahəsinə yerli baxış keçirilərkən baxış zamanı yeri dəyişdirilmiş qaz kəmərinin haradan keçirilməsini dəqiqləşdirmək məqsədi ilə baxışda iştirak edən "Azəriqaz" İB-nin əməkdaşlarının müvafiq texniki vasitələrin köməyindən istifadə edilmiş və müəyyən edilmişdir ki, "Azəriqaz" İB-nin balansında olan 500 mm diametrli daşıyıcı qaz kəmərinin iddiaçıya məxsus tikililər olan əraziyə heç bir aidiyyəti yoxdur. Kəmər həmin ərazini ayıran daş hasarın arxa tərəfindən sahibi məlum olmayan tikilinin həyətindən keçir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı həmin kəmərin yerinin dəyişdirilməsi tələbini irəli sürə bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin koordinatları, kadastr planı təqdim edilməmişdir. Yerində baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də kəmərin keçdiyi ərazinin mübahisəli torpaq sahəsinə aidiyyəti yoxdur. Kəmərin keçdiyi ərazinin kimə məxsusluğunun yerində müəyyən edilməsi mümkün olmamışdır. Göstərilən əsaslardan məhkəmə hesab etmişdir ki, tikilmiş binanın sökülməsi və qaz kəmərinin ona məxsus torpaq sahəsindən keçirildiyinə görə "Azəriqaz" İB tərəfindən iddiaçıya ******* manat maddi ziyan və 200000 manat mənəvi ziyanın ödənilməsi tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın 30.08.2016-cı il tarixdə Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının iddiaçının torpaq sahəsinə qanunsuz müdaxilə etmələri nəticəsində dəymiş 100.000 (yüz min) manat mənəvi zərərin Səbail RPİ-dən iddiaçının xeyrinə tutulması hissəsi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddiaçı həm Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis İdarəsinin əməkdaşlarının onun torpaq sahəsinə qanunsuz müdaxiləsinin əsaslarını, huquqlarının hansı formada pozulmasını göstərə bilməmiş, həm də iddia olunan müdaxilənin Səbail rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən olunmasını göstərdiyi halda, tələbini yalnız sonuncuya qarşı qaldırmışdır ki, bu tələbin də əsaslı olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə daha sonra iddianın iddiaçıya məxsus 8 sot torpaq sahəsinin Cavabdeh3 alınaraq geri qaytarılması hissəsinə hüquqi qiymət verərək tələbin bu hissəsinin də təmin edilməsinin mümkünsüzlüyü nəticəsinə gəlmişdir. Belə ki, yerli baxış zamanı iddiaçıya məxsus sahədə hasarlanma işləri aparılması faktı olsa da, həmin sahənin məhz iddiaçının göstərdiyi cavabdeh tərəfindən zəbt edilməsi və bu sahənin də məhz 8 sot olmasına dair iddiaçı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışında iddiaçının vəsatəti təmin edilərək, 20.11.2019-cu il tarixli 2(103)-13226/2019 saylı qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Seriya QYM 000856№-li (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (tikililərə) aid və İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ölçüsü və sərhədləri müəyyən olunsun.
2. Seriya QYM 000856№-li (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (tikililərə) aid və İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ölçüsü və sərhədləri İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə eynidirmi? İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ölçüsü və sərhədləri İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə fərq mövcud olduğu halda, uyğunsuzluğun həcmi (ölcüsü) və hissəsi müəyyən edilsin.
3. Seriya QYM 000856№-li (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (tikililərə) aid və İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ərazisinə müdaxilə edilmə (zəbt olunma) halları mövcuddurmu? İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinə müdaxilə edilmə (zəbt olunma) halları mövcud olduğu halda, müdaxilənin ölçüsü və hissəsi, həmçinin müdaxilənin hansı torpaq sahəsilə (kimə məxsus torpaq sahəsilə) əhatə olunması müəyyən edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəsisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş 05.11.2020-ci il tarixli arayışda göstərilmişdir ki, mübahisələndirilən əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüş, torpaq sahəsinin koordinatlarını və digər texniki parametrlərini əks etdirən sxem hazırlanmışdır. Qərardadla mütəxəssis qarşısında qoyulmuş suallar qeydiyyat vəsiqəsi ilə bağlı olduğu üçün sualların cavablandırılması məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən belə cavablandırılmışdır ki, sözügedən əmlaka müayinə edilməsi üçün idarənin müvafiq şöbəsinin mütəxəssisinin iştirakı təmin edilmişdir, lakin yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında təqdim edilmiş koordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazilərə aiddir. "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə tərtib edilmiş sxemdə mübahisəli torpaq sahəsinin sahəsi 5704 kv.m göstərilmişdir. Arayışa həmçinin, mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxem də əlavə olunmuşdur. Qeyd olunan arayışa əsasən Ekspertiza Mərkəzi tərəfindən 30.12.2020-ci il tarixli 10/3813 saylı ekspert rəyi hazırlanıb məhkəməyə təqdim olunmuşdur. Lakin, mütəxəssis arayışına mübahisəli yerin sxemi əlavə olunmasına baxmayaraq, ekspert tərəfindən müstəqil şəkildə heç bir araşdırma aparılmadan tədqiq olunan torpaq sahəsinin sərhədlərinin, ölçülərinin, sahəsinin müəyyən olunması ilə əlaqədar qoyulmuş sualların həllinin mümkün olmadığı qeyd olunmuş, bununla da ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmamış qalmışdır. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin 10.03.2021-ci tarixli 2(103)-165/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza Mərkəzinin təqdim etdiyi 18.11.2021-ci il tarixli 10/3264 saylı rəydə göstərilmişdir ki, Seriya QYM 000856№-li (qeydə alma tarixi 01.03.2001-ci il) Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 6 ünvan Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi-8) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (tikililərə) aid və İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ölçüsü ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü eyni olmadığı müəyyən olunur. Belə ki, İddiaçı ayrılmış (texniki pasporta uyğun) torpaq sahəsinin ölçüsü 7200 kv.m olduğu halda faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 5704 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində münasibət bildirilmədiyindən həmin tikililərə aid torpaq sahəsinə müdaxilə hallarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, tədqiq olunan obyekt texniki pasport üzrə «A», «B», «V» və «İ» literli tikililərdən ibarət, torpaq sahəsinin hər iki tərəfdən eni 50 m, uzunluğu 144 m olmaqla, ümumi sahəsi 7200 kv.m təşkil etdiyi halda, faktiki vəziyyətdə «A» tikilisinin bir hissəsi sökülmüşdür, torpaq sahəsinin eni şimal tərəfdə 39,8 m, cənub tərəfdə 50,1 m, uzunluğu qərb istiqamətində 127,9 m, şərq istiqamətində 128,4 m olmaqla, ümumi sahəsi 5704 kv.m təşkil edir. Əsas sahəsi 452,8 kv.m, yardımçı sahəsi 52,6 kv.m, ümimi sahəsi 505,2 kv.m olan həmin tikililər iddiaçının mülkiyyəti kimi, tikililərin yerləşdiyi 7200 kv.m torpaq sahəsi isə qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin X8 ünvanladığı 15.04.2015-ci il tarixli **********49 saylı məktubundan görünür ki, yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, arxiv texniki pasportuna əsasən «A» tikilisinin sahəsi 248,8 kv.m olan 2,3,4,5 saylı yerləşkələr sökülmüşdür. Texniki pasporta əsasən torpaq sahəsinin ümumi sahəsi ilə faktiki sahəsi arasında 1163,3 kv.m fərq mövcuddur və faktiki torpaq sahəsi 6036,70 kv.m təşkil edir. Texniki pasport və mütəxəssis tərəfindən tərtib olunmuş sxemin (c.2, i.v.246) müqayisəli təhlilindən isə aydın olur ki, texniki pasportda torpaq sahəsi düzbucaqlı şəkildə qeyd olunduğu, yəni həm şimal, həm də cənub tərəfdə eni 50 m göstərildiyi halda, faktiki olaraq torpaq sahəsinin yalnız cənub tərəfdə eni 50,1 m-dir, şimal tərəfdə isə onun eni 39,8 m təşkil edir. Torpağın eninə azalan xətt üzrə getməsi texniki pasportdakı sxemdən də görünür, lakin bu azalma hazırki iş üzrə mübahisə predmetini təşkil etmir. Mübahisə yalnız torpaq sahəsinin şimal tərəfdə olan hissəsinin qismən zəbt edilməsi, həmin hissədə yerləşmiş «A» tikilisinin sökülməsi və həmin sahədən qaz kəmərinin çəkilməsi ilə bağlıdır. Mütəxəssis rəyindən aydın olur ki, torpağın uzunluğu 144 m olmalı olduğu halda, qərb istiqamətində 127,9 m, şərq istiqamətində isə 128,4 m-dir. Yenə də müqayiləsi təhlil nəticəsində müəyyən olunur ki, torpaq sahəsinin uzununa azalması şimal tərəfdən baş vermişdir, yəni torpağın şimal hissəsində eninə olan sərhəd divarina bitişik inşa olunmuş «A» tikilisinin texniki pasport üzrə 236 kv.m hissələri (219 kv.m (36,5x6,0), 9 kv.m (3,0x3,0) və 8 kv.m (3,2x2,5)) sökülmüş və həmin hissə ümumi torpaq sahəsindən ayrılmışdır. İddiaçı hesab edir ki, çatışmayan hissə (2 sot) Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, tədqiqat obyektindəki tikililərin iddiaçının mülkiyyətində, həmin tikililərin yerləşdiyi 7200 kv.m torpaq sahəsinin isə qanuni istifadə və sahibliyində olması müvafiq hüquq müəyyənedici sənədlər əsasında rəsmiləşdirilərək qeydə alınmışdır və onların mötəbərliyi hazırki işin baxış predmetinə aid deyildir. Torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilməklə dövlət mülkiyyətinə aid olması da iddiaçını həmin torpağın qanuni istifadəçisi olması hüququndan məhrum etmir, yalnız maraqlı şəxs bunu mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya hesab edir ki, iddiaçı tikililərin (o cümlədən qismən sökülmüş «A» tiklisinin) mülkiyyətçisi, torpaq sahəsinə münasibətdə isə həmin sahəyə qanuni əsaslarla sahiblik edən şəxsdir. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsinin Azərbaycan SSR Torpaq Məcəlləsinin 45-ci maddəsi, Azərbacan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə və qüvvədə olan Mülki Məcəlləsinin 241-ci maddəsinə istinadən torpaq sahəsinin iddiaçının istifadəsində hesab olunmaması barədə gəldiyi nəticəni və bununla bağlı apardığı araşdırmanı tamamilə əsassız və qanunsuz hesab edir. İşdə olan Cavabdeh2 İB-nin mütəxəssisləri tərəfindən verilmiş arayışdan (c.1, i.v.156-157) müəyyən olunur ki, 2009-cu ildə "Kristal” MTK tərəfindən yaşayış evləri inşa edilməsi nəzərdə tutulan yaşayış evlərinin tikinti ərazisinə düşən "8-ci Mədən” QPS-dən gələn orta təzyiqli, daşıyıcı Dş 500 mm-lik qaz kəmərinin 200 p/metrlık hissəsəsinin yeri dəyişdirilərək yeraltı çəkilmişdir. Həmin qaz kəmərinin 50 p/metr hissəsi İddiaçı məxsus ərazi kimi təqdim olunmuş sahədən keçir. Qaz kəməri çəkildikdən sonrakı illər ərzində, kəmərin 1 metrliyində 6 mərtəbəli bina inşa edilmiş, digər bir hissədə isə tikinti işləri aparılaraq qaz kəməri hasarın içərisinə salınmışdır. Beləliklə, nəticə ondan ibarətdir ki, iddiaçıya məxsus «A» tikilisi qismən sökülərək qaz kəmərinin 50 p/metr hissəsi həmin tikilinin altından çəkilmiş, daha sonra isə həmin hissə (iddiaçının bildirməsinə görə 2 sot) ümumi sahədən ayrılaraq zəbt edilməklə, hasara alınmışdır (iddiaçının bildirməsinə görə Cavabdeh3 tərəfindən). Kollegiya hesab edir ki, həm tikiliyə, həm də torpaq sahəsinə iddiaçının əmlak hüquqları mübahisəsizdir və hazırki iddianı qaldırmaq üçün onun subyektiv hüququ vardır. Həmçinin Kollegiya hesab edir ki, iddiaçının əmlak hüquqlarına müdaxilə baş vermişdir və bu müdaxilə tikilinin sökülməsi, həmin hissədən qaz kəmərinin çəkilməsi və həmin hissənin zəbt edilməsində ifadə olunur. Bununla yanaşı, Kollegiya baş vermiş müdaxilə və buna görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının izahatlarından (iddia ərizəsi, əlavə, ərizə, şikayət, vəsatət və s.) aydın olur ki, 2008-ci ilin sonlarında onunla N.İbrahimov arasında şərikli bina tikintisi, bu məqsədlə onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin alqı-satqısı və s. barədə danışıqlar getmiş, lakin bütün danışıqlar nəticəsiz qalmış, hər hansı razılaşma baş tutmamış, 2009-cu ilin iyun ayında isə iddiaçı xəstələnməsi nəticəsində xaricə aparılmış və burada olmadığı vaxt N.İbrahimov mühafizəçi Məmməd Məmmədovu aldadaraq, sonuncunu guya torpaq sahəsinin bir hissəsini hələ iddiaçı Bakıda xəstəxanada olarkən almasına inandırıb, hər hansı müqavimət olmadan «A» tikilisinin qismən sökülərək, həmin hissədən yeraltı qaz kəmərinin çəkilməsinə nail olmuşdur. İddiaçı bir tərəfdən bildirir ki, xəstə olduğu üçün Məmməd Məmmədov və ailə üzvləri uzun müddət baş vermiş hadisəni ondan gizlətmiş, buna görə də hazırki iddia ilə məhkəməyə 6 ildən sonra müraciət etmişdir. Digər tərəfdən isə qeyd edir ki, N.İbrahimov əvvəlki vəziyyəti bərpa etməsi və söküntüyə və qaz kəmərinin onun ərazisindən keçirilməsinə görə vurduğu zərəri ödəməsi barədə söz vermiş, lakin uzun müddət vədinə əməl etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O da nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə 09.07.2015-ci ildə müraciət etmiş və həmin vaxt sökülmüş sahənin zəbt olunması barədə heç nə göstərməmişdir. Yalnız 11.06.2018-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, torpaq sahəsinin qaz kəməri keçən 2 sotunun 30.08.2016-cı il tarixdə Cavabdeh3 hasara alaraq öz həyətinə qatmasını göstərmişdir. Apellyasiya baxışında isə iddiaçı həmin məsələlərə daha da aydınlıq gətirərək göstərmişdir ki, 2014-cü ildə Cavabdeh3 ondan «A» tikilisinin yerləşdiyi 2 sot torpaq sahəsinin ona satılmasını təklif etmiş və onlar hər sotu 100.000 olmaqla, 2 sot torpaq sahəsini 200.000 ABŞ dollarına razılaşmış, əvvəl zəbt olunmuş 6 sot torpağın kompensasiyası məsələsi isə açıq qalmışdır. Bundan sonra Cavabdeh3 «A» tikilisinin uçurulmuş hissəsinin yarımçıq qalmış divarını da uçurdaraq həmin sahədən istifadə etməklə evinin tikintisini başa çatdırmış, lakin, bu müddət ərzində ölkədə baş vermş devalvasiyalar nəticəsində manatın dollara nisbətdə xeyli dəyər itirməsindən sonra, Cavabdeh3la aralarında 2 sotun dəyəri ilə bağlı mübahisə başlamışdır, belə ki, o, əvvəlkitək 200.000 ABŞ dolları tələb etmiş, Cavabdeh3 isə 200.000 manat ödəməyə razı olmuşdur. Razılıq əldə olunmadığına görə Cavabdeh3 adamları 2 sot torpağı ondan zorla almışlar, belə ki, 30.08.2016-cı il tarixdə yaranmış mübahisə zəminində Səbail rayon Polis İdarəsinin əməkdaşları onun oğlu Ruslanı və mühafizəçisi Məmmədi polisə apararaq gün ərzində orada saxlamış, həmin müddətdə isə Cavabdeh3 adamları hasar inşa edərək, onun 2 sot torpağını zəbt etmişlər. Zəbt nəticəsində qaz kəmərinin çəkildiyi sahə Cavabdeh3 həyətində düşmüşdür. Məhz bunun nəticəsində birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı qaz kəmərinin qonşu torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur. İddiaçı göstərilənlərin həqiqiliyinə dair həmçinin iş materallarına əlavə olunmuş telefon danışıqlarını əks etdirən səs yazılarına (CD) istinad etmişdir. Səs yazıları ilə bağlı Kollegiya qeyd edir ki, həmin danışıqlar iş üzrə tərəflər arasında yox, başqa şəxslər arasında aparılmışdır (düzdür, bir tərəfin iddiaçının oğlu olması istisna olunmur). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.» Göründüyü kimi, yalnız əlaqədar tərəflər, yəni əqdin birbaşa tərəfləri arasında olan danışıqları əks etdirən səs yazısının sübut kimi istifadə edilməsinə yol verilir. Bu baxımdan təqdim olunmuş səs yazıları hazırki işdə sübut əhəmiyyətinə malik deyil. İddiaçının Cavabdeh2 İB-yə yönəlmiş tələbi ona məxsus «A» tikilisinin sökülməsi və qaz kəmərinin ona məxsus torpaq sahəsindən çəkilməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, Cavabdeh2 İB-nin həmin hərəkətləri nəticəsində ona 1.000.000 manat maddi zərər, 200.000 manat mənəvi zərər dəymişdir, ona görə də qeyd olunan vəsait həmin cavabdehdən tutulmalı və sonuncuya qaz kəmərinin onun ərazisindən çıxarılıb köhnə yerinə qaytarılması həvalə olunmalıdır. Kollegiya qeyd olunan tələblə razılaşmır. Bir tərəfdən iddiaçı özü bildirir ki, N.İbrahimov onun mühafizəçisi M.Məmmədovu aldatmaqla heç bir maneə olmadan «A» tikilisinin bir hissəsini sökdürmüşdür, yəni izahatdan belə aydın olur ki, Cavabdeh2 İB-nin əməkdaşlarının həmin tikilinin sökülməsində heç bir iştirakı və təqsiri yoxdur. Digər tərəfdən, Kollegiya hesab edir ki, qaz kəmərinin mübahisəli ərazidən aparılması məhz iddiaçının özünün razılığı ilə baş vermişdir. Buna dair birbaşa sübutlar olmasa da, iddiaçının və onun əsas şahid qismində təqdim etdiyi mühafizəçi M.Məmmədovun ifadələri və rəftarı belə nəticəyə gəlməyə əsas verir (şahid ifadəsinə tənqidi yanaşan birnci instansiya məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır, Kollegiya da həmin əsaslarla razılaşır). İddiaçının apellyasiya baxışında verdiyi izahatından aydın olur ki, 2009-cu ildə «A» tikilisinin sökülmüş hissəsinin qonşu ərazi ilə sərhəd təşkil edən divarı toxunulmamış qalmışdır, yəni sökülən hissə yarımçıq sökülmüş, arxa divarı, yəni Cavabdeh3 torpağı ilə (iddiaçının deməsinə görə) sərhəd təşkil edən divar yerində olmuş və yalnız 2014-cü ildə Cavabdeh3la sökülmüş və altından qaz kəməri keçən 2 sot torpaq sahəsinin alqı-satqısı barədə razılıq əldə olunduqdan sonra Cavabdeh3 tərəfindən sökülmüş, daha sonra 30.08.2016-cı il tarixdə isə, qiymət fərqinə görə alqı-satqı baş tutmamasına baxmayaraq, sonuncu hasara alaraq öz həyətinə qatmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı «A» tikilisinin sökülməsindən məlumatlı olmuş, buna görə də, ən azı 2014-cü ildə söküntüdən məlumatlı ola-ola məhkəməyə müraciət etməmiş, yarımçıq tikilinin alqı-satqısı barədə sövdələşməyə getmişdir. İddiaçının «Zərərvuran bilavasitə "xxxx" MTK və onun əsl sahibi Nazim İbrahimov olsa da, sonuncu artıq 6 ilə yaxın müddətdə maqistral qaz xəttini onun həyətindən çıxararaq əvvəlki yerinə qaytaracağı və onun mülkiyyətində olan əmlakı qanunsuz olaraq sökməsi ilə əlaqədar vurduğu maddi və mənəvi zərəri ödəyəcəyi barədə yalan vədlər verməyə davam etdirməkdədir» deməsi də qeyd olunan nəticəni təsdiq edir. Kollegiya onu da qeyd edir ki, iddiaçı sökülmüş 2 sot torpaq sahəsinin 2014-cü ildə satılması barədə razılığa gəldiyi və bununla da həmin sahəyə marağını itirdiyi təqdirdə, 2015-ci ildə "xxxx" MTK-ya qarşı iddia qaldırmasının səbəbləri də aydın deyildir. Beləliklə, idiaçıya məxsus torpaq sahəsinin üzərindəki “A” tikilisinin texniki pasport üzrə 36,5x6,0 metr, 3,0x3,0 metr və 3,2x2,5 metr ölçüdə göstərilən hissələrinin faktiki olaraq tamamilə söküldüyü və qaz kəmərinin də məhz həmin hissədən çəkilməsi müəyyən edilsə də, iddiaçı konkret olaraq bu söküntünün kimin tərəfindən həyata keçirilməsinə dair sübutlar təqdim etməmişdir. İş materiallarından və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 27.02.2008-ci il tarixli sərəncamı ilə ünvan 4 ünvanda yerləşən 76450 kv.m torpaq sahəsi, icarə əsasında yaşayış və ofis binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1 MTK-nın istifadəsinə verilməsi nəzərdə tutulmuş və bu sərancamla iddiaçının hüquq və mənafeyinə xələl yetirilməmiş, iddiaçıya məxsus ərazidə həmin MTK tərəfindən yaşayış və ofis binasının tikintisinin həyata keçirilməsi müəyyən edilməmişdir. İddiaçı xaricdə müalicə aldığı vaxt vəziyyətinin ağır olduğu və əməliyyatdan sağ çıxa bilməyəcəyi barədə məlumat alan Nazim İbrahimovun işçilərinin vasitəsi ilə ünvan 3 ünvanda ailəsi ilə birlikdə daimi yaşayan və eyni zamanda ona məxsus mübahisəli sahənin gözətçisi olan X4 etibarından sui-istifadə edərək onu aldatması və güya obyekti alqı-satqı vasitəsi ilə ondan artıq alması barədə ona yalan məlumat verərək ağır texnikanı ona məxsus olan sahəyə salaraq darvaza qapısını sındırması və mülkiyyət hüququ əsasında ona məxsus, 28 fevral 2001-ci il tarixli texniki pasportda "A" tikilisi kimi göstərilən 1 mərtəbəli ümumi sahəsi 329,4 kv.m olan istehsalat sahəsinin 248,8 kv.m-dən ibarət olan hissəsini qanunsuz olaraq sökməsi, oradakı dəyəri 20-25 min manat olan mal-material, avadanlıq (5 ton, hər tonunun qiyməti 1000 manat olan qranula və hər birinin qiyməti 4 min manat olan 5 ədəd Yaponiya istehsalı olan termoplasavtomat dəzgahları), təxminən 350 kv.m-dən ibarət mərmər plitələrin 220 kv.m hissəsini, 20 ədəd dəmir istehsal stol-stul, alətləri və digər avadanlıqları yararsız hala salaraq məhv etməsini göstərsə də, bu halların mövcud olmasını təsdiq edən mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Həmin hissədə iddianı təsdiq edən yeganə sübut kimi təqdim olunmuş şahid Məmməd Məmmədovun ifadəsinə gəldikdə isə, Kollegiya birinci instansiya məhkəməsinin həmin ifadəyə tənqidi münasibəti ilə tam razılaşır və onu inandırıcı və həqiqətə uyğun hesab etmir. Həmçinin yerli baxış zamanı rayon məhkəməsi müəyyən etmişdir ki, "Azəriqaz" İBnin balansında olan 500 mm diametrli daşıyıcı qaz kəmərinin iddiaçıya məxsus tikililər olan əraziyə heç bir aidiyyəti yoxdur, kəmər həmin ərazini ayıran daş hasarın arxa tərəfindən sahibi məlum olmayan tikilinin həyətindən keçir. Kəmərin keçdiyi həmin ərazinin kimə məxsusluğunu yerində müəyyən etmək isə mümkün olmamışdır. Yerli baxış zamanı iddiaçıya məxsus sahədə hasarlanma işlərinin aparılması faktı müəyyən olunsa da, həmin sahənin məhz iddiaçının göstərdiyi cavabdeh, yəni Cavabdeh3 tərəfindən zəbt edilməsi müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, iddiaçı həmin həyətin Cavabdeh3 məxsus olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir, nə də məhkmə icraatında bu hal müəyyən olunmamışdır. Belə olan halda isə ona qarşı yönəlmiş tələb, bu tələbin əsaslarından asılı olmayaraq, təmin edilə bilməz. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, "Azəriqaz" İB, Cavabdeh1 MTK və Cavabdeh3 qarşı yönəlmiş iddia tələbləri rədd olunmalıdır. Kollegiya həmçinin hesab edir ki, iddianın 30.08.2016-cı il tarixdə Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının iddiaçının torpaq sahəsinə qanunsuz müdaxilə etmələri nəticəsində dəymiş 100.000 (yüz min) manat mənəvi zərərin Səbail RPİ-dən iddiaçının xeyrinə tutulması hissəsi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddiaçı həm Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis İdarəsinin əməkdaşlarının onun torpaq sahəsinə qanunsuz müdaxiləsinin əsaslarını, huquqlarının hansı formada pozulmasını göstərə bilməmiş, həm də iddia olunan müdaxilənin Səbail rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən olunmasını göstərdiyi halda, tələbini yalnız sonuncuya qarşı qaldırmışdır ki, bu tələbin də əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2019 saylı iş üzrə 22 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, X9 və digərlərinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, qaz kəmərinin əvvəlki yerinə qaytarılması, torpaq sahəsinin geri qaytarılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.