Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus, ünvan 1 ünvanda yerləşən mənzilinə onun təqsirli hərəkətləri nəticəsində vurulmuş 5000 manat məbləğində maddi ziyanın və tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. İddiaçı bildirir ki, qeyd olunan mənzil göstərdiyi ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində yerləşir. Həmin binanın 5-ci mərtəbəsində, yəni onun mənzilinin üstündə cavabdehə 19 noyabr 2005-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək məxsus olmuş 51 saylı mənzil yerləşir. Cavabdeh 2022-ci ilin sentyabr ayında həmin mənzili satmışdır. Lakin xeyli müddətdir ki, yəni 2018-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayınadək cavabedhin mənzilindən ona məxsus mənzilə su axıdılmış və dəfələrlə onun tərəfindən xəbərdarlıq edilməyinə baxmayaraq cavabdehin mənzilində olan nasazlığı aradan qaldırmaması nəticəsində onun mənzili bərbad vəziyyətə düşmüşdür. O, bildirir ki, hər dəfə cavabdehə qonşuluq münasibətlərinə hörmətlə yanaşmasını bildirib bunun qarşısını almağı xahiş etmişdir. Cavabdeh suyun axıdılmasının müəyyən müddət qarşısını alsa da, yenidən su axıdılması mütəmadi olaraq davam etdirilmişdir. Cavabdeh mənzili satan ərəfədə isə onun təqsiri nəticəsində bərbad vəziyyətə düşən mənzilini təmir etdirməsini, yaxud da ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etsə də, müxtəlif bəhanələr gətirərək bunu elməmiş və mənzili başqa bir şəxsə sataraq çıxıb getmişdir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən heç bir tədbir görülmədiyini və ümumiyyətlə hər hansı tədbir görülməsindən imtina etdiyini görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o əvvəl yaşadıqları binanın aid olduğu «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə müraciət etmişdir. «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti onun müraciəti əsasında mənzillərə baxış keçirərək həqiqətən də cavabdehə məxsus olmuş 51 saylı mənzildən axıdılan su nəticəsində onun mənzilinin bərbad vəziyyətə düşməsi müəyyən olunmuş və müvafiq olaraq akt tərtib olunmuşdur. İddiaçı bildirir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ustaların hesablaması ilə ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəymişdir. 3.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 48 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 2083,0 manat məbləğində pulun və iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi,aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1111.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 48 saylı mənzildə su sızması vurulmuş zərərin həcmi 2083,0 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2083 manat İddiaçı xeyirinə tutulmalıdır.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki:- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 48 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır;- xx.xx.2022-ci il tarixli aktdan görünür ki, «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X14(0ZEA8E7), cəmiyyətin komendantı X13 (AZE№********), qonşu X8 (AZE№********) bu aktı ona görə tərtib etmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 saylı yaşayış binasının 5-ci mərtəbə 51 saylı mənzilindən 2018-ci ildən su sızması nəticəsində aşağı mərtəbədə olan 4-cü mərtəbə 48 saylı axması nəticəsində ziyan dəymişdir. Su axması nəticəsində 48 saylı mənzilin divar kağızlarının kiflənmiş, mənzilin elektrik xətlərində nasazlıq və təhlükə yaranmış, tavanın bir hissəsin qopmuşdur;- Azərbaycan Respublikası «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 18 №-li arayışına əsasən, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən yaşayış binasının 51 saylı mənzilində xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həmin mənzilin mülkiyyətçisi olub;- Azərbaycan Respublikası «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-ci il tarixli 02 №-li arayışına əsasən, X4 Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən yaşayış binasının 51 saylı mənzilində qeydiyyatsız yaşayır;- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə sorğusuna cavab məktubunda görünür ki, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12, mənzil 48 ünvanı xx.xx.2006-cı il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 9 saylı NK-nın 4ə-583 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/1 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 48 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mulki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq. Bakı şəhəri. Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 sayiı evin 48 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 20 saylı mənzildən su axıdıldığı, nəticədə 18 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur.Qeyd olunur ki. 51 saylı mənzilin qapısı bağlı olduğundan. 48 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarda göstərilən amilləri nəzərə alaraq. 18 saylı mənzilə su sızması 51 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 48 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2083,0 manat məbləğində müəyyən olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3, 1096.1, 1096.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77, 99.1, 101.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 51 saylı onun mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir (alqı-satqıya dair sənədlər apellyasiya məhkəməsinə təqdim olunacaqdır). Həmin tarixdən də qeyd olunan mənzildə nə o, nə də ailə üzvləridən heç kəs yaşamamışdır. Mənzil yeni alıcılara təhvil verilmişdir. İddiaçı iddia edir ki, 2018-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayınadək cavabedehin mənzilindən ona məxsus mənzilə su axıdılmış və dəfələrlə onun tərəfindən xəbərdarlıq edilməyinə baxmayaraq cavabdehin mənzilində olan nasazlıqların qaldırmaması nəticəsində onun mənzili bərbad vəziyyətə düşmüşdür. Bildirir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, əgər həqiqətən də su onun mənzilindən axıdılıb mənzili bərbad hala salmış olsaydı iddiaçı niyə onun mənzili satıb getməyini gözləyirdi? Niyə vaxtında məhkəməyə müraciət etmirdi? Üstəlik də onun artıq həmin mənzil ilə heç bir əlaqəsi qalmadığını, mənzilin yeni sakinlərinin (mülkiyyətçilərinin) orada yaşaması,əsaslı təmir etdirməsini bilə-bilə mənzilin satışından 2 ay sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə tikinti-texni ki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024cü il tarixli, 3-16-16/2-10/1 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylıevin 48 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2083,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspert rəyi ziddiyətlidir. Belə ki, ekspertiza rəyində tədqiqat aparılan mənzillər kimi 48 və 51 saylı mənzillər göstərilmiş amma eyni zamanda bildirilmişdir ki, 51 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də 48 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ekspertiza rəyi ehtimallar əsasında qurulmuşdur. Ümumiyyətlə, su sızmasının hansı tarixlərə təsadüf etdiyi, su sızması olmuşdursa məhz 51 saylı mənzildən olub-olmaması, sızmanın binanın ümumisu təhcizatı xətlərindən,eləcə də qonşu mənzillərdən də ola biləcəyi dəqiq müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X14 və digərləri tərəfindən akt tərtib edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 saylı yaşayış binasının 5-ci mərtəbə 51 saylı mənzilindən 2018-ci ildən su sızması nəticəsində aşağı mərtəbədə olan 4-cü mərtəbə 48 saylı axması nəticəsində ziyan dəymişdir. Su axması nəticəsində 48 saylı mənzilin divar kağızlarının kiflənmiş, mənzilin elektrik xətlərində nasazlıq və təhlükə yaranmış, tavanın bir hissəsin qopmuşdur. Sual olunur ki, 2022-ci ildə MMMC tərəfindən (və ya digər şəxslər tərəfindən) necə müəyyən oluna bilmişdir ki, su sızması məhz 2018-ci ildən baş vermişdir? Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-89/2024 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 48 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 2083 manat məbləğində pul və dövlət rüsumu qət edilmişdir. Suyun məhz onun mənzilindən sızması, hüquq pozuntusunun məhz onun təqsiri üzündən baş verməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçının özünün də MMMC-nə yazdığı ərizələrin məzmunundan da göründüyü kimi iddiaçı bildirir ki, “yuxarı mərtəbələrədən naməlum şəraitdə su sızması nəticəsində mənzili bərbad vəziyyətə düşmüşdür.” Göründüyü kimi suyun sızması digər mənzildən, həmçinin məndən asılı olmayan binanın su təchizatı sistemində ola biləcək nasazlıq da qaynaqlana bilərdi. Eyni zamanda iddiaçı həmin ərizələrində ümumiyyətlə, 2018-ci ildən bəhs etmir. Hansı səbəbdənsə MMMC birdən-birə müəyyən etmişdir ki, 2018-ci ildən onun mənzilindən su sızması baş vermişdir. Eyni zamanda mənzilin xx.xx.2022-ci il tarixdən onun mülkiyyətində olmaması işin mübahisəsiz halıdır. Bildiyinə görə alqı-satqıdan sonra mənzili təhvil verdikdən sonra yeni mülkiyyətçilər tərəfindən mənzildə (məhz mənzilin sanitar qovşağında) təmir işləri aparmışlar. Hesab edir ki, əgər iddiaçının bildirdiyi kimi su sızması (zərər vurma) 2018-ci ildən baş verirdisə, iddiaçı bunun həcminin artmaması, daha çox zərər vurulmaması üçün tədbirlər görməli idi. İddiaçı isə hansı səbəbdənsə o evi satıb yeni mülkiyyətçiyə təhvil verdikdən, yeni mülkiyyətçi mənzilin sanitar otağında təmir apardıqdan 2 ay sonra məhkəməyə müraciət etmişdir. O Azərbaycan Respublikasında olmadığından keçirilən məhkəmə proseslərindən xəbərsiz olmağı onun məhkəmə müdafiəsindən kənar qalmağı, işin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməməsi ilə nəticələnmişdir. İş materiallarında olan poçt zərfindən də göründüyü kimi məhkəmə bildirişləri "xxxx"qeydi ilə geri qaytarılmışdır. Bu hal binanın MMMC tərəfindən verilmiş arayışla da təsdiqlənir. O Azərbaycan Respublikasının Rusiya səfirliyində əmək fəaliyyəti ilə məşğuldur. İddia tələbindən və keçirilən məhkəmə proseslərindən xəbərsiz olmuşdur. Məhkəmə prosesləri zamanı ölkədə olmadığından o keçirilən məhkəmə proseslərində, həmçinin ekspertizanın keçirilməsində də iştirak edə bilməmişəm. Ekspert rəyindən aydınolur ki, su sızmasının onun mənzilindən olduğu ehtimal edilmişdir, bu barədə ekspertin özü tərəfindən dəqiq, konkret müəyyən olunmuş hal müəyyən edilmir. Ekspert MMMC aktına əsaslanmışdır. Rəyin özü də daxilən ziddiyətlidir. Belə ki, rəydən aydın olur ki, 51 nömrəli mənzildə qapının bağlı olması səbəbindən ekspertlər dəqiq nəticəyə gələ bilməmişlər. Bu hallar isə işin nəticəsinə təsir etmişdir. Eyni zamanda ekspertiza rəyində 51, 48 saylı mənzillərin eyni proyektdə olduğu bildirilsə də əslində belə deyil. Bildiyinə görə iddiaçının mənzilində proyekt dəyişdirilərək mənzilin sanitar qovşağı otağa çevrilmişdir ki, bu da 51 saylı mənzilin sanitar qovşağının (hamam) altında yerləşir. İddiaçının mənzilinə məhz onun mənzilindən və onun mənzilin sahibi olduğu dövrdə su sızmasını sübut etmək iddiaçının vəzifəsi idi. Lakin qeyd etdiyi kimi iddiaçının yazdığı ərizələrdən belə aydın görünür ki, özü də etiraf edir ki, mənzilinə su sızması naməlum şəraitdə baş vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəmə daxil olnadək mülki iş üzrə icraat dayandırlmışdır.
7. Mülki iş üzrə ekspert rəyi xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 51 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsur olmadığından 48 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 48 saylı mənzilidə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırlması üçün yerində yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 2083 manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini, ekspert rəyinə əsasən də mənzilə su axıdılmasının dəqiq səbəbinin müəyyən edilməsinin mümkün olmadığını, cavabdehin özünün də burada yaşamadığını, 2022ci ildə isə həmin mənzili başqa şəxsə satdığını, həmin şəxs tərəfindən də mənzildə əsaslı təmir işlərinin aparıldığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı əvvəllər cavabdehin həyat yoldaşına mənzilə su axıdılması ilə bağlı müraciətlər etdiyini, cavabdehin həyat yoldaşı tərəfindən bu məsələnin həll olunacağının bildirildiyini, lakin suyun axıdılmağının qarşısının alınması ilə bağlı heç bir tədbir görülmədiyini, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etdiyini bildirmiş,apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 cavabdeh tərəfindən ona mənzil satıldıqdan sonra həqiqətən də mənzilin su-kanalizasiya sistemində problem olduğunu, sonradan onun tərəfindən mənzildə əsaslı təmir işlərinin aparıldığını və həmin problemin də beləliklə aradan qalxdığını qeyd etmişdir. Apellyasiya baxışının hədləri: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 14.Məhkəmə kollegiyası qeyd edilənlərə və mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Mülki iş üzrə keçirilmiş ekspert rəyinin nəticə hissəsində mənzilə su axıdılmadının dəqiq səbəbini müəyyən edilməsinin mümkün olmadığı qeyd edilsə də, məhkəmə kollegiyasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadəsində onun tərəfindən cavabdehdən mənzil alınarkən mənzilin su-kanalizasiya sistemində problem olduğunu, bunun cavabdehlər tərəfindən ona qabcaqdan billdirilmədiyini, onun tərəfindən mənzildə əsaslı təmir işləri aparıldığdan sonra bu problemin aradan qalxdığını qeyd etmişdir, bu isə öz növbəsində iddiaçının mənzilə məhz cavabdehin mənzildən su axıdılmasını, digər sübutların məcmusunda birgə qiymət verilərkən, iddia tələbinin əsassız olmasını istisna edir. Belə ki, cavabdeh tərəfindən bunun əksini (etirazının əsasını) isbat edəcək mötəbər sübut təqdim edilməmişdir.
15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri və ekspertiza xərci cavabdehə aid edilməlidir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-89/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.