Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5001/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 20880,58 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 9247,58 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu 137.16 manat iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3889.98 manat və ödənilmiş dövlət rüsumu olan 58.90 manat pulun «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib qarşılıqlı iddianın icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməsi, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi məhkəmə icraatına qəbul edilməsi və tələbə ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır. İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-3009/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını və qarşılıqlı iddia tələbi prosessual tələblərə cavab vermədiyi üçün geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib belə qənaətə gəlir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12-ci fəslinin 155- 156 maddələrində qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi qaydaları, həmçinin qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilərkən iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş ümumi qaydaları əsasında icraata götürülməsi öz əksini tapmışdır. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara almış, daha sonra cavabdeh tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Sözügedən qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardadda şikayət verilməsinin nəzərə tutulmadığı qeydi öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi qərardadından şikayət verilməsi mülki-prosesual qanunvericikdə nəzərdə tutulmamışdır. Həmçinin, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin verilməsi işin sonrakı hərəkətlərinə hər hansısa bir mane yaratmamaqla yanaşı, tam əksinə ilk və qarşılıqlı iddia ərizəsinin bir icraatda baxılması işin mahiyyəti üzrə daha hərtərəfli və obyektiv araşdırılması və yekunlaşması üçün şərait yaratmaqdadır. Digər tərəfdən isə iddiaçı «X4 Azərbaycan» QSC qarşılıqlı iddia ərizəsinə dair etirazını həm şifahi və həm də yazılı qaydada məhkəmədə bildirməkdən, işin apellyasiya icraatında baxılıcağı təqdirdə isə apellyasiya şikayətində və ya apellyasiya şikayətinə etirazında bildirməkdən məhrum edilməmişdir. Kollegiya qeyd edir ki, qərardaddan şikayətin verilə bilməməsi sonda qeyd edilməsə də, bu hal şikayətin verilməsinin mümkün olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin . Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5001/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5001/2025
29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver