Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5009/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh3, Cavabdeh5 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən üçünçü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəfail Kərimov cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Səmədov X5 rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1B saylı ünvanda yerləşən evin 47,48,49,51 və 52 saylı mənzillərində binanın əsas yük daşıyıcı divarları dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsində yerləşən 1B saylı bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhər İcra hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Əsasnamə üzrə vəzifələrindən biri Birlik balansında olan mənzil fondunun qorunub saxlanılması və yaşayış fondunun texniki baxışını təmin etmək və bununla da mənzil qanunvericiliyinin tələblərinə nəzarəti həyata keçirməkdir. ünvan 1 ünvanında yaşayan vətəndaş Kərimov Rəfail yaşadığı binada sakinlər tərəfindən yaşadıqları mənzillərdə qanunsuz dəyişikliklər edilməsi ilə əlaqədar olaraq müxtəlif orqanlara şikayət xarakterli müraciətlər etmişdir. MKİS-nin əməkdaşları tərəfindən mənzillərə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən mənzillərlə eyvanlar arasında olan divar sökülmüşdür. Müvafiq icazəverici sənəd mövcud olmadığı üçün cavabdehlərə qanunsuz hərəkətlərə son qoyulması və binanın əsas yükdaşıyıcı divarı sökülərək genişləndirilmiş pəncərə boşluqlarının əvvəlki vəziyyətə qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər 47 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 hal-hazıra kimi edilən xəbərdarlıqlara qəti olaraq məhəl qoymamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən evin 47 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirmə işlərinin aparılması vəzifəsinin həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (sədrlik edən: İlkin Əliyev) Qətnamədən narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və Cavabdeh6 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prossessual Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyaisya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı, üçüncü şəxs X2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının apellyasiya şikayətindən imtina edilməsi, əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, bu hal məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəfin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin apellyasiya şikayətindən imtinası əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Üçüncü şəxs X3 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1016/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin. Üçüncü şəxs X2 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5009/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5009/2022
29.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver