Məhkəmə qərarları › İş №2(103)-501/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-501/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-501/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-52/2018 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildən axıdılan suların onun mənzilinə vurduğu zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh X1 alınıb ona verilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5877/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qərardadı ilə əsasən cavabdeh X5, əsl Cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 63 saylı mənzildə yaşayan X4 məxsus su bakından su sızması və təmir işləri apardığı zaman həmin binanın 65 saylı mənzildə yaşayan Cavabdeh vurduğu maddi ziyan qismində 10000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdeh İddiaçı üzərinə öhdəçiliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2018 saylı, xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh zərərin əvəzi kimi 1047 manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşlılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 902 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-5852/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,ilkin iddia üzrə İddiaçı ona qarşı zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin o, həmin iddia tələbini əsassız hesab etmiş, əksinə İddiaçı ona zərər vurmuş və bu səbəbdən o, vurulmuş maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi ilə ona qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunduğu kimi qətnamə qəbul etmişdir.Belə ki, ünvan 3 ünvanında yerləşən 65 saylı mənzil tərəfindən 2014-cü ildə alınmış və bununla əlaqədar olaraq xx xxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına çıxarış verilmişdir. Mülkiyyətində olan mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Həmin binanın 4-cü mərtəbəsində, mülkiyyətində olan mənzilin altında İddiaçı yaşadığı mənzil (63 saylı mənzil) yerləşir. 65 saylı mənzili 2014-cü ildə alsa da, həmin mənzilə 2015-ci ilin oktyabr ayında ailə üzvləri ilə birlikdə yaşamağa köçmüş. Həmin mənzilə köçdüyü gündən İddiaçı mənə həmişə problem yaratmışdır. Hər dəfə şikayətlənirdi ki, guya uşaqların səs-küy salırlar. Demək olar ki, hər gün buna görə cavabdeh yaşadığı mənzilin qapısını döyürdü. Cavabdeh yaşlı qadın olduğundan, o, həmin hallara fikir verməməyə çalışmışdır. Sonuncu dəfə xx xxxxxx 2015-ci il tarixdə binanın blokunda İddiaçı arvadı Dilarə Mahmudova ilə üzbəüz gələrkən arvadını təhqir etmiş, nalayiq ifadələr işlətmiş, arvadını azyaşlı uşağı ilə yaşadıqları yuxarı mərtəbəyə qalxmağa qoymamış, sinəsinə qolu ilə zərbələr vurmuşdur. Bununla əlaqədar olaraq arvadı Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna müraciət etmiş və iş Yasamal Rayon Polis idarəsinə baxılması üçün göndərilmişdir. Bu hal ilə bağlı cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir.Bundan əlavə binaya yeni su xətti çəkildikdən sonra 63 saylı MTK-nin sədr tərəfindən blokun üstündə yerləşən su çənlərinin yığışdırılması xahiş edildi, çünki o, 5-ci mərtəbədə yaşadığından, su çənlərinin nasazlığından mənzilinə su sızmağa başlamışdır. İddiaçı başqa bütün qonşular su çənlərini su xəttindən ayırmışdırlar. İddiaçı məxsus su çənini saxlamağa davam etmiş və nəticədə 2015- ci ilin mart ayında ona məxsus su çəninin su xətti partlamış, yaşadığı mənzilin yataq otağına su axıtmışdır, bununla da yataq otağı yararsız hala düşmüş, divar kağızları qopmuş, divar tam saralmışdır, divarlarda kif əmələ gəlmişdir. Bununla əlaqədar olaraq o, 63 saylı MTK-nin sədrinə müraciət etmiş, o da öz növbəsində bu barədə İddiaçı xəbər vermişdir.Bundan başqa xx xxx 2016-cı il tarixdə cavabdeh İddiaçı yaşadığı mənzilin balkonunun qabaq və yan fasadını təmir edərkən, işlətdiyi ustalar tərəfindən yaşadığı mənzilin metal kirəmit dam örtüyü yararsız vəziyyətə salmışdır. Bununla əlaqədar olaraq o yenə 63 saylı MTK-nin sədrinə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, məkəmə işə baxarkən birtərəfli mövqe tutmuş, qeyd etdiyi halları nəzərə almamış, çəkişmə prinsinini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir.İş üzrə keçirilmiş məhkəmətexniki ekspertizası da birtərəfli olaraq rəy qəbul etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, 65 saylı mənzilin 63 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 63 saylı mənzilə 65 saylı mənzildən su axıdılmışdır. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, cavabdeh iştirak etmədiyindən tədqiq olunan 65 saylı mənzilə baxış keçirilməsi mümkün olmamış, həmin mənzilə suyun sızmasının, həmin su sızmasının 63 saylı mənzilin mülkiyyətçisinə məxsus su çəninin daşması səbəbindən olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bu günə kimi keçirilmiş məhkəmə tikinti-ekspertizanın rəyi məhkəmə tərəfindən mənə təqdim edilməmişdir. Bundan başqa da məhkəmə qətnamədə ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsini qeyd etsə də, o, məhkəmədən heç bir bildiriş almamış və keçirilmiş məhkəmə texnikiekspertizası rəylə əlaqədar öz fikrimi məhkəmədə bildirə bilməmişdir. Bundan əlavə texniki ekspertiza keçirilərkən ekspert bir dəfə yaşadıqları binaya gəlmiş, o, həmin vaxt iştirak etmiş, bir neçə dəfə ekspertdən xahiş etmişdir ki, mülkiyyətində olan mənzilə baxış keçirsin, lakin ekspert bildirmişdir ki, 63 saylı mənzilin mülkiyyətçisi olmadığı üçün ekspertizanın keçirilməsi mümkün deyil. Bundan sonra o, məhkəmə iclasında iştirak etmədiyindən, qəbul olunmuş ekspertizanın rəyi ilə bağlı öz mövqeyini bildirə bilməmişdir. Nəzərə alınsa ki, İddiaçı yaşadığı mənzilində tam yenidənqurma işləri aparmış, yaşadığı mənzilin yerləşdiyi sanitar qovşağın altında İddiaçı uşaq otağı yerləşdirmiş, eyni zamanda mənzilin divarlarını götürmüş və sütunlarla əvəz etmişdir, ekspertin gəldiyi nəticə çox güman ki səhf olmuşdur. İddiaçı yenidənqurma işlərinin aparılması ilə bağlı mən 63 saylı MTK-nin sədrinə müraciət etmiş və o, həmin məsələlərin qarşısını almağda aciz olduğunu bildirmişdir. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı mənzildə yenidənqurma işləri aparıldığından da su sızması baş verə bilər. Lakin nə məhkəmə, nə də ki, ekspert qeyd etdiyi halları nəzərə almamışdır.Beləliklə belə nəticəyə gəlmək olar ki, məhkəmə birtərəfli mövqe tutaraq, yalnız ilkin iddia üzrə iddiaçının mövqeyini müdafiə etmiş, mənim məhkəmədə iştirakını təmin etməmiş, tam əsassız nəticəyə gələrək, qanunsuz qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Mətbuat prospekti, ev 6A, mənzil 63 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə 71 saylı reyestr kitabında 10972-11000 saylı vərəqində 30/10972 sayla qeydiyyat aparılmışdır.ünvan 3, mənzil 65, xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 540 saylı reyestr kitabının 49725 saylı vərəqində qeydiyyata alımışdır.63 saylı MTKnın X3 ünvanladığı i xx.xx.2016-ciil tarixli məktubunda, mənzilə su axıntısının mənzilin üstündə yerləşmiş çəndən baş verdiyi, çənin də İddiaçı məxsus olduğu bildirilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18075 saylı xx xxxxxx 2017-ci il tarixli rəyində, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 6A saylı evin 63 saylı mənzilində yaranmış qüsurların su sızmaya aid olduğu, 65 saylı mənzilin 63 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 63 saylı mənzilə 65 saylı mənzildən su axıdılması və bunun nəticəsində də mənzilin konstruktiv elementləri üzərində qüsurların yarandığının müəyyən olunduğu, Su sızma nəticəsində 63 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1047 manat məbləğində müəyyən olunduğu, cavabdeh iştirak etmədiyindən tədqiq olunan 65 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından həmin mənzilə suyun sızmasının, həmin su sızmasının 63 saylı mənzilin mülkiyyətçisinə məxsus su çəninin daşması səbəbindən olub olmamasının müəyyən edilməsi üçün tədqiqatın aparılmadığı göstərilir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14385 saylı ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 6A saylı evin 63 saylı mənzilində yaranmış qüsurların su sızmaya aid olduğunu, 65 saylı mənzilin 63 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 63 saylı mənzilə 65 saylı mənzildən su axıdılması və bunun nəticəsində də mənzilin konstruktiv elementləri üzərində qüsurların yarandığı müəyyən olunur.Su sızma nəticəsində 63 saylı mənzilin tikililərində yaranmış qüsurların aradanqaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlrinə uyğun olaraq 1047 manat məbləğində müəyyən olunmuşdur.65 saylı mənzilin üst hissəsinin şiferlə örtülmüş vəziyyətdə olduğunu, iddia olunan su çəninin 65 saylı mənzilin üstündə yerləşmədiyini, su çənində hər-hansı nasazlıq olmadğını, həmin su çənindən su axmadığını, həmçinin dam örtüyündə başqa su çəninin də olduğunu, atmosfer çöküntülərinin də həmin əraziyə axdığını nəzərə alaraq, 65 saylı mənzildə yaranmış qüsurların səbəbini müəyyən etmək mümkün olmadı.65 saylı mənzidə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 902 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33847 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 6A saylı evin 65 saylı mənzilində yaranmış qüsurlar, həmin mənzilin üstündə (damında) yerləşən, İddiaçı məxsus su çənindən həmin mənzilə su axması nəticəsində yaranması üçün xarakterikdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 12515/2019 saylı qərardadına əsasən təyin edilmiş ekspertiza tətqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28979 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 6A saylı evin 65 saylı mənzilin üstündə 2 qat dam örtüyü olduğunu, iddiaçıya məxsus olmuş su çəninin cavabdehin mənzilinin dam örtüyündən kənarda, binaya ümumi girişin üstündə quraşdırıldığını, həmçinin cavabdehə məxsus mənzilin əlavə quraşdırılmış su çəninə yaxın olmuş hissələrinin ruberoidlə izolyasiya edilərək bağlandığını nəzərə alaraq, həmin su çəninin və ya başqa şəxslərə məxsus su çəninin daşmaslı nəticəsində 65 saylı mənzilə su sızması mümkün deyil. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1499 saylı ekspert rəyinə əsasən, qeyd olunur ki, qoyulmuş suallar üzrə ilkin ekspertiza tədqiqatı aparılaraq, 28979 saylı xx xxxxxx 2020-ci il tarixli rəy tərtib edilmişdir. Bundan əlavə rəydə qeyd olunur ki, su sızma baş verdiyi tarixdə 65 saylı mənzilin dam örtüyünün ilkin texniki vəziyyəti barədə hər-hansı məlumat olmadığından və faktiki olaraq hal-hazırda həmin mənzilin dam örtüyünün üzərində əlavə olaraq dam örtüyü quraşdırıldığından , həmçinin tikinti işlərinin aparılma müddətini müəyyən etmək üçün metodika olmadığından qərardadda qoyulan sullar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 21.1. maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakmdan məhrum olması və ya əmlakmm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı və iş materiallarına əlavə edilmiş ekspert rəyləri və iş üzrə izahatları alınmış şahid ifadələri ilə müəyyən edildi ki, Cavabdeh mənzilinə su axıdılmasınəticəsində ziyan vurulmuş, həmin mənzilə su binanın damında quraşdırlmış İddiaçı məxsus çəndənaxmışdır. İşin bu halı cavabdeh tərəfin öz izahatı, ekspert rəyi və şahid ifadəsi ilə təsdiq olunmuşdur.Şahid Ə.Əliyevin ifadəsindən sonra İddiaçı da həmin faktı inkar etməyərək göstərdi ki, hadisə başverən ərəfədə, bir neçə ay onlar Bakı şəhərində olmamışlar, ona görə də həmin vaxt çəndən suyunaxmasında onların təqsiri olmamışdır, ola bilsin ki, kimsə bunu qəsdən təşkil etmişdir. Kollegiya qeyd edirki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Kollegiya ekspert rəyləri natamam olduqlarından və bir birinə ziddiyyət təşkil etdiyindən mötəbərli sübut kimi qiymətləndirilə bilməz. Buna görə də apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış şahid Ə.Əliyevin ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-nin 1108.1-ci maddəsinin tələbinəgörə binanın damında (həm də qanunsuz olaraq) quraşdırılmış çənindən su axması nəticəsində vurulmuşzərərə görə, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübutolunmayanadək, həmin çənin sahibi məsuliyyət daşıyır. İddiaçı da qanunda birbaşa nəzərdə tutulmuşhəmin istisnalara dair hər hansı sübut təqdim etməmiş, demək ki, ona məxsus çəndən suyun axmasınəticəsində vurulmuş zərərə görə məhz o məsuliyyət daşıyır. Belə olan halda İddiaçı 902 manat alınaraq Cavabdehödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri 500 manatın (100+100+100+100+100) manat təşkil etdiyindən, həmin məbləğin 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-52/2018 nömrəli qətnaməsi qismən ləğv edilməli, qarşlıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı 902 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh oğuna ödənilməli, qətnamə qalan hissədə dəyişdirilməsən saxlanılmalı, keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının dəyəri 500 manatın (100+100+100+100+100) təşkil etdiyindən, həmin məbləğin 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-52/2018 nömrəli qətnaməsi qismən ləğv edilsin. Qarşlıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 902 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh oğuna ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri 500 manat (100+100+100+100+100) təşkil etdiyindən, həmin məbləğin 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar