Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5012/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4155 (dörd min yüz əlli beş) manat maddi ziyan tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədən xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermiş və eləcə də, ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə "xxxx" ASC-yə göndərilsə də, Hökumət evində gedən kadr islahatı səbəbindən birinci mərtəbədə yerləşən, poçt qəbul edən şəxsin səhlənkarlığı sahəsində tam ünvanına çatmayaraq gecikməyə səbəb olmuşdur. İddiaçının mübahisə predmeti olan sahəyə cavabdeh hüquqi şəxs kimi "xxxx" ASC-nin Tikilməkdə olan Meliorasiya və X1 üçün qəbul olunmuş qətnamədən apellyasiya şikayətinin verilməsinin prosessual müddətin keçmiş olduğu müəyyən olunmuşdur.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh "xxxx" ASC-nin ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan poçt bildirişindən (i.v. 165) görünür ki, cavabdeh "xxxx" ASC-də Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, qətnaməndən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün əsas yoxdur.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Cavabdeh "xxxx" ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(009)-55/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülməsi əsas gətirilərək, müddətin bərpa edilməməsi qənaətinə gəlinmişdir. Beləliklə xx.xx.2022-ci il tarixli 2(009)- 55/2022 saylı mülki iş üzrə qəbul olmuş qətnamə cavabdeh tərəfə vaxtında təqdim edilmədiyi üçün yəni, "xxxx" ASC-yə göndərilən məhkəmə aktı Hökümət Evində gedən kadr islahatı səbəbindən, birinci mərtəbədə yerləşən Poçtda çalışan şəxsin səhlənkarlığı səbəbindən, tam ünvana çatmadığına görə gecikməyə səbəb olmuşdur. İddiaçının mübahisə predmenti olan sahəyə cavabdeh "xxxx"ASC-nin Tikilməkdə olan Meliorasiya və X2 üçün qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi prosessual müddətinin keçmiş olduğu müəyyən olunmuşdur. Odur ki, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə ərizədə qeyd olunanları əsassız olduğunu düşünərək təmin edilməməsi qənaətinə gəlmişdir. Həmin qərardaddan cavabdeh tərəfin nümayəndəsi tərəfindən şikayət hazırlanaraq, xx.xx.2023-cü il tarixdə nümayəndəyə məxsus ASAN İMZA kimistifadəsində olan +99455 ***-**-** mobil nömrə ilə elektron kabinetdə şikayət yerləşdirmişdir. Bundan sonra, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-55/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli, 2(009)-55/2022 nömrəli qərardadını Mülki-Prosessual Məcəllənin 10-1.1 və 10-1.3-cü maddələrinin tələblərini əsas gətirərək verilmiş şikayətin “Elktron məhkəmə” qaydasında verilmədiyini və eləcə də həmin məcəllənin 361.1, 363.1.1 və 363.1.2-ci maddəsinin tələblərinin pozulması ilə verildiyi qənaətinə gəlmişdir. Qeyd olunan maddənin tələbləri əsassızdır. Belə ki, tərəflərindən hazırlanmış şikayət cəmiyyətin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məxsus ASAN İMZA kimi istifadəsində olan +99455 ***-**-** mobil nömrə ilə elektron kabinetdə şikayət yerləşdirmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC-nin şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-55/2022 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
13. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi poçt vasitəsilə cavabdeh "xxxx" ASC-nin ünvan 1 ünvanına göndərilmiş və məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.
18. Göründüyü kimi cavabdeh "xxxx" ASC-yə münasibətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 18 oktyabr 2022-ci il tarixə qədər olmuşdur.
19. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilərək, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
20. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
22. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, cavabdeh "xxxx" ASC tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev