Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5016/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-2092/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 72 saylı kredit müqaviləsinə əsasən cavabdehə 17 ay müddətinə illik 25% faiz ödənilmək şərtilə 3500 manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 ilə həmin tarixdə 72/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 2092/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən X3 İddiaçı ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə alaraq iddianın rədd edilməsi barədə nəticəyə gələrkən maddi hüquq normalarını pozmuş, iddia müddətini tətbiq edərkən sözügedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008, xx.xx.2013, xx.xx.2014cü il tarixli qərarlarının tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 72 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 17 ay müddətinə illik faiz dərəcəsi 25% faiz ödənilmək şərtilə 3500 manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə 72/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı bank Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi əsas gətirilərək hazırkı iddia qaldırılmışdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi əsasına görə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, xx.xx.2013-cü il tarixli 72 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 17 ay müddətinə, yəni xx xxxxxx 2014cü ilədək müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx xxxx 2018-ci ildə daxil olmuşdur. Müqavilə müddətinin başa çatdığı xx xxxxxx 2014-cü il tarixdən iddia müddətinin başa çatdığı xx xxxxxx 2017-ci il tarixədək iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə əsas olan hal baş verməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsasına görə iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 2092/2020 saylı qətnaməsi Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5016/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5016/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver