Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5021/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(094)-34/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Osmanlı X2 Aynurə Zahid qızına 3500 manat pul vəsaitini aylıq 10 faiz depozit şərti ilə borc vermiş, sonuncu həmin borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı, borc məbləğinin 10 faizini depozit olaraq borc tam həcmdə bağlanana qədər hər ay ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh əsas və faiz borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2022-ci il tarixdə ondan borc olaraq götürülmüş 3500 manat məbləğində pul vəsaitinin və 5950 manat məbləğində faiz məbləğinin, qeyd edilən məbləğ bugünkü tarixə gecikdirildiyi vaxtadək əlavə 436 manat məbləğində faiz məbləğinin, məhkəməyə müraciət üçün çəkdiyi 700 manat məbləğində pul vəsaitinin və 115 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 29 aprel 2022-ci il tarixli borc müqaviləsinə əsasən tərəfindən 3500 manat məbləğində pul vəsaiti Cavabdeh borc olaraq verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinin şərtinə görə Cavabdeh götürülmüş borc məbləğini, həmçinin ödəniləcək günədək 10% faiz məbləğini 29 dekabr 2022-ci il tarixədək ona qaytarmalı idi. Lakin bugünədək cavabdeh tərəfindən ona cəmi 1000 manat məbləğində vəsait ödənilmişdir. Halbuki 29 dekabr 2022-ci il tarixədək razılaşdırılmış faiz məbləği daxil olmaqla ona 3850 manat məbləğində vəsait ödənməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Aralarında bağlanılmış müqavilənin 2.2.2-ci bəndinə görə borc məbləği tam bağlanılanadək hər ay 10% depozit məbləği ödənilməli idi. Həmin bəndin tələbinə əsasən cavabdehin 2022-ci ilin may ayından bugünədək borc məbləğini qaytarmadığı üçün 17 ay üzrə hesablanmış 5950 manat məbləğində faiz məbləği ödəməlidir. Həmçinin müqavilənin 1.4-cü bəndinə görə aylıq ödənişlərin gecikməsinə görə də onun tərəfindən borc məbləğinin 1%-i məbləğində gündəlik dəbbə pulu hesablanaraq ona ödənilməli idi. Tərəfindən müqavilə münasibətlərinə uyğun olaraq 04 oktyabr 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək borc məbləğinin qaytarılması xahiş edilsə də, bugünədək sözügedən məbləğ ona qaytarılmamışdır. Beləliklə aralarında bağlanılmış müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq əqd hesab edilir. Həmin əqdə əsasən cavabdehin götürdüyü borcu qaytarmaq və qanunvericiliyə əsasən sair vəzifələri yaranmışdır.
5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(094)- 34/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3500 manat əsas borc, 1800 manat faiz borcu, 151 manat gecikdirilmiş vaxt üçün faiz borcu, ödənilmiş hüquqi yardıma görə 386 manat, ödənilmiş dövlət rüsumuna görə 63 manat olmaqla cəmi 5900 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab etmişdir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı müqaviləyə əsasən borc məbləğinin qaytarılmadığı 17 ay üzrə hesablanmış 5950 manat faiz məbləğinin tutulmasını xahiş edir. Lakin işdən görünür ki, iddiaçı müqavilə müddəti ərzində cavabdehə pretenziya məktubu ilə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, aylıq 10 faiz məbləği müqavilə müddətinin sonunadək hesablanmalı və 2800 (350x8) manat müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və cavabdeh tərəfindən faiz məbləğindən 1000 manat ödəniş edildiyini nəzərə alaraq hesab etmişdir ki, ödənilməmiş 1800 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, məhkəmə kredit müqaviləsində onun imzasının olubolmadığını müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmişdir. Ekspertiza mövcüd qanunvericiliyin tələblərini pozaraq (Dövlət reyestrinə daxil edilməmiş metodik vəsaitlərə istinad edərək) səhv rəy bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 4/251 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizanın keçirilməsində “Əlyazmaların tədqiqat metodikası” və “İmzaların təhqiqat metodikası”na istinad edilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan RespublikasıQanununun 11-4-cü maddəsinə əsasən Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən Dövlət Reyestri açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir. Ekspert istinad etdiyi metodikalar Dövlət Reyestrində və açıq informasiya ehtiyatlarında yoxdur. Eyni zamanda ekspertin bilə-bilə yalan rəy verib-verməməsini müəyyən etmək məqsədi ilə həmin metodikaların ona təqdim edilməsinə dair məhkəmə ekspertiza mərkəzinə müvafiq sorğunun göndərilməsinə və ekspert tərəfindən buraxılmış səhvlərin aradan qaldırılması üçün təkrar ekspertizanın keçirilməsinə dair vəsatətlər qaldırmışdır. Lakin Pirallahı Rayon Məhkəməsi tərəfimdən qaldırılmış vəsatətlərimə heç bir münasibət bildirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 29 aprel 2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı ona 3500 manat verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə iddiaçı tərəfindən öhdəliyin icra edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. 29 aprel 2022ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının təqdim etdiyi guya onun tərəfindən aparılmış ödənişlərin kassa mədaxil orderləri ilə bağlı qeyd etmək istəyir ki, onlardan ikisi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində tərtib edilmişdir. Məntiqli sual yaranır ki, necə ola bilər müqavilə bağlanmamış o həmin müqavilə üzrə ödənişləri həyata keçirə bilər? Eyni zamanda həmin ödəniş qəbzləri iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir və onların üzərində onun imzası yoxdur. Beləliklə, iddiaçı istənilən sayda istənilən məlumatarı əks etdirən ödəniş qəbzləri təqdim edərək məhkəməyə sübut kimi təqdim edə bilər. Bütün bu faktlara məhkəmə heç bir məhəl qoymadan, ümumiyyətlə, qətnamədə ödəniş qəbzlərinə dair heç bir münasibət bildirməmişdir. Bu faktı məhkəmə prosesində qaldıranda iddiaçı onun iddiaçıya guya başqa borcunun olduğunu bildirmişdir və həmin borcdan əlavə borcu götürdüyü üçün həmin borcları birləşdirərək onunla kredit müqaviləsi bağlamışdır. Halbuki, kredit müqaviləsinin şərtlərindən aydın görünür iddiaçı həmin müqavilə üzrə 3500 manat verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı məhkəmə prosesi zamanı özü bildirmişdir ki, kredit müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Eyni zamanda təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, iddiaçı üçün borcların verilməsi sahibkarlıq faəliyyətidir. Mülki Məcəllənin 740.10-cü maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraqkreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Lakin iddiaçı kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququnu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Onun tərəfindən təqdim edilmiş kredit müqaviləsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün heç bir hüquqi əhəmiyyət daşımır. İddiaçı iddia ərzində məhkəməyə müraciət etmək üçün xərc çəkdiyi 700 manat məbləğdə pul vəsaitini ondan tələb edir və sübut qismində “X5 Company” MMC tərəfindən təqdim edilmiş 70 manatlıq (101/23 nömrəli müqavilə üzrə) və 630 (110/23 nömrəli müqavilə üzrə) manatlıq qəbzləri təqdim etmişdir. Lakin hansı məsələ ilə bağlı bu müqavilələr bağlandığı bilinmir. Məhkəmə proseslərində iddiaçını “Kiçikbəyov və partnyorları” Vəkil bürosunun nümayəndəsi təmsil etmişdir. Həmin büronun vəkilinə xidmət haqqının ödənilməsinə dair heçbir sənəd təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bidirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.
17. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adlansa da işin faktiki halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasındakı bağlanmış 29 aprel 2022-ci il tarixli müqavilə mövcud borcun etirafı haqqında müqavilədir.
18. Ona görə ki, iddiaçı məhkəmə iclasındpa verdiyi izahatlarda tərəflər arasında əvvəllər borc münasibətlərinin yarandığını, həmin borc qaytarlımadığından və əlavə pul verilməklə hazırkı müqavilənin imzalandığını bildirmişdir. Yəni, işin faktiki halları ilə bu müqavilə üzrə pul vəsaitinin cavabdehə verilməsi təsdiqini tapmır, lakin cavabdehin göstərilən məbləğlə razılaşaraq hazırkı müqaviləni imzalaması həmin məbləğdə borcun mövcud olmasını təsdiq edir.
19. Buna görə də hazırkı iddianın faktiki və hüquqi əsasları mövcud borcun etirafı haqqında müqavilə istiqamətində araşdırılmalıdır.
20. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
21. Cavabdehin şikayət dəlilində müqavilədəki imzanın ona məxsusluğunu müəyyən etmək məqsədi ilə təyin edilmiş ekspertiza üzrə ekspert rəyi mübahisələndirilmiş, əsas olaraq isə göstərilmişdir ki, ekspertin istinad etdiyi metodikalar Dövlət Reyestrində və açıq informasiya ehtiyatlarında yoxdur.
22. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, ekspert rəyi birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərək mötəbər sübut qismində qəbul edilmişdir. Hazırda həmin rəyin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmir. Ekspertin istinad etdiyi metodikaların çatımlılığı normativ tələb olsa da, bu çatımlılığın təmin edilməməsi özlüyündə rəyi şübhə altına ala bilməz.
23. Şikayətin digər dəlili müqavilə üzrə iddiaçı tərəfindən öhdəliyin icra edilməsinə dair heç bir sübut təqdim edilməməsi ilə bağlıdır ki, yuxarıda da qeyd edildiyi kimi, mövcud borcun etirafı haqqında müqavilə özlüyündə yeni öhdəlik yaratmamaqla, artıq yaranmış öhdəliyin etirafı mahiyyətindədir. Belə olan halda, təbii ki, müqavilədən sonra hər hansı pul məbləğinin verilməsinə və bunun müvafiq sübutlarla təsdiqinə ehtiyac yoxdur. Çünki, bu münasibətlər əvvəldən yaranmış, hazırkı müqavilə ilə əvvəllər yaranmış öhdəlik rəsmiləşdirilmişdir.
24. Ödəniş qəbzlərindən ikisinin müqavilənin tarixindən əvvələ təsadüf etməsi ilə bağlı isə kollegiya qeyd edir ki, bir halda ki, müqavilədən əvvəllər də tərəflər arasında borc münasibətləri olmuşdur, bu zaman ödənişlərin bir qisminin hazırkı borcun etirafı müqaviləsindən əvvələ təsadüf etməsi də normaldır.
25. Həmin ödəniş qəbzlərinin iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməsi də hazırkı iş üzrə əhəmiyyət kəsb etmir, ona görə ki, həmin ödəniş qəbzləri üzrə ödənişlərin həyata keçirildiyi, 1000 manat məbləğin qaytarıldığı iddiaçının özü tərəfindən etiraf edilir.
26. Şikayətin növbəti dəlili iddiaçının kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququnu təsdiq edən heç bir sənəd təqdim etməməsi ilə bağlıdır. Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti kredit müqaviləsi olmadığından, iddiaçının kredit verilməsi fəaliyyətinə dair səlahiyyətinin olub-olmamasını araşdırmağa da zərurət yoxdur.
27. İddianın təmin olunmalı olan hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, müzakirə olunduğu kimi 3500 manat məbləğdən 1000 manatın ödənildiyi iddiaçı tərəfindən etiraf edildiyindən, qalıq 2500 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Müqavilə üzrə borc öhdəliyi mövcud olmadığından kollegiya qeyd edir ki, həmin müqavilə üzrə borca hesablanmış faizlərin tutulması hissəsində də iddia təmin oluna bilməz.
29. Tələbin digər hissəsi isə hüquqi yardıma görə ödənilmiş pul məbləğinin tutulması ilə bağlıdır ki, kollegiya bu hissədə şikayət dəlilini əsaslı hesab edir.
30. Belə ki, həqiqətən də iddiaçı tələbin bu hissəsi ilə bağlı sübut qismində “X5 Company” MMC tərəfindən verilmiş qəbzləri təqdim etmişdir. Lakin, bu ödəniş qəbzlərinin təyinatı müəyyən edilmir. Məhkəmə proseslərində isə iddiaçını “Kiçikbəyov və partnyorları” Vəkil bürosunun nümayəndəsi təmsil etmişdir. Həmin büronun vəkilinə xidmət haqqının ödənilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Ona görə də bu hissədə iddia təmin oluna bilməz.
31. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən məzmunda qismən edilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(094)- 34/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2(094)- 34/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh oğluna qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh 2500 manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.