Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5027/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı “pul tələbi”nə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı “iddianın təmin edilməsi tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 14 saylı evin 12,13,14 nömrəli mənzillərinin, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18/49-da yerləşən 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri-yaşayış sahəsi, 29.6 kv.m sahəli qeyri-yaşayış sahəsi, 41.1 kv.m sahəli qeyri-yaşayış sahələri üzərinə həbs qoyulması qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, sözügedən əmlakların ½ hissəsinə Maraqlı şəxs mülkiyyət hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu üçün şikayət əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə əmlakların üzərində mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmadığı bildirib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçının iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına, eləcə də, iddiaçı şirkətin banka ödəmiş olduğu kredit borcu hesabına alınmış olduğu mübahisəsiz olan avtomobilin özgəninkiləşdirilməsi ehtimalının məhkəmə tərəfindən xüsusi olaraq araşdırılmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxs(lər)in, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Göründüyü kimi qanunvericilikdə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, 06 mart 2017-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 14 saylı evin 12,13,14 nömrəli mənzillərinin, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18/49-da yerləşən 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri-yaşayış sahəsi, 29.6 kv.m sahəli qeyri-yaşayış sahəsi, 41.1 kv.m sahəli qeyri-yaşayış sahələrinin ½ hissəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ tanınmış və həmin qətnamə qanuni qüvvədədir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin olunsun. Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 14 saylı evin 12,13,14 nömrəli mənzillərinin, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18/49-da yerləşən 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri-yaşayış sahəsi, 29.6 kv.m sahəli qeyri-yaşayış sahəsi, 41.1 kv.m sahəli qeyri-yaşayış sahələrinin Yusifova (Abdullayeva) Təyminə Şamil qızının mülkiyyətində olan ½ hissəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5027/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5027/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver