Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5029/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borc tələbi, zaminlik, zaminliyə xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızının nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 MMC, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qarant QSC "xxxx" KB ilə prinsipial Cavabdeh1 MMC arasında bağlanmış, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit müqaviləsinə əsasən, qarant prinsipialın bu müqavilədə nəzərdə tutulmuş bütün tələblərə riayət etməsi şərti ilə ona 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək, qarantiya məbləği illik 3 faiz olmaqla 600.000 manat məbləğində və ya həmin məbləğin ekvivalentində digər valyutada qarantiya üzrə kredit xətti açmağı öhdəsinə götürmüşdür.
2. QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək 2.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür.
3. QSC "xxxx" KB ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə əsasən, kreditor borcalana 2.200.000 manat və əlavə olaraq 700.000 manat məbləğində kredit xətti açmışdır. Sazişin 2.1-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır.
4. QSC "xxxx" KB ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 2 ay müddətinə xx.xx.2013-cü il tarixədək, illik 17 faiz ödəmək şərti ilə 1.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür.
5. QSC "xxxx" KB ilə, borcalan Cavabdeh1 MMC, zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.200.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.
6. QSC "xxxx" KB ilə, borcalan Cavabdeh1 MMC, zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013- cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.900.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Sazişin 2-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır.
7. QSC "xxxx" KB ilə, borcalan Cavabdeh1 MMC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
8. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli ümumi sahəsi 5.750,27 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3122 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
9. İpoteka saxlayan QSC "xxxx" KB, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayan və borcalan arasında bağlanmış 441 saylı xx.xx.2010-cu il tarixli kredt xətti müqaviləsinə uyğun olaraq borcalan tərəfindən 60 ay müddətinə alınmış 2.000.000 manat və ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xəttinin qaytarılmasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 430,97 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
10. QSC "xxxx" KB tərəfindən Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvanlanmış xx.xx.2014-cü il tarixli 12/442 saylı pretenziyaya əsasən, QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/2509/12 saylı, xx.xx.2013-cü il tarixdə 1xx/xx/2827/13 saylı, xx.xx.2013-cü il tarixdə 1xx/xx/2914/13 saylı kredit müqavilələri və xx.xx.2012-ci il tarixdə qarantiya üzrə kredit xətti müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 arasında xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin qeyd olunan müqavilələrin tələbləri Cavabdeh1 MMC tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, müqavilələrin müddətinin bitməsinə baxmayaraq heç bir ödəniş olunmamış, bununla da kredit öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bunun nəticəsində xx.xx.2014-cü il tarixinə Cavabdeh1 MMC-nin banka xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə 3.050.344,77 manat məbləğində, xx.xx.2013- cü il tarixli 1xx/xx/2827/13 saylı kredit müqaviləsi üzrə 10.290,69 ABŞ dolları məbləğində, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.285.990 manat məbləğində və xx.xx.2012-ci il tarixli qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən açılmış qarantiyalar üzrə 2.454,91 ABŞ dolları və 1.361,67 Avro komissiya borcu qalmışdır. Ona görə də birgə borclulara kredit müqavilələri üzrə borcun 10 gün müddətində banka ödənilməsi əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankını (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 İsrafilovna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (bundan sonra cavabdehlər və ya MMC, yaxud cavabdehlərin ad və soyadları) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150344,77 manat faiz borcu olmaqla, cəmi 3050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10290,69 ABŞ dolları borcun müştərək qaydada cavabdehlər MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutulmasına, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 85990 manat faiz borcu olmaqla cəmi ******* manat borcun müştərək qaydada cavabdehlər MMC-dən və Cavabdeh2 tutulmasına, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməklə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı və xx.xx.2012-ci il tarixli FG/001 saylı müqavilələr üzrə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayon, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, həmin əmlakın boşaldılmasına və onun açıq hərracdan satılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd olunmuş halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh MMC üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş bunun nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə cavabdehin banka 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu, olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu qalmışdır. Cəmiyyətlə bağlanmış kredit müqavilələrinin 5.4.5-ci bəndinə əsasən alınmış krediti və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəmək ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borcalanın vəzifəsidir. Həmin müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək borcalanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş, öhdəliklər icra edilməmişdir. Bank ilə cəmiyyət arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda Bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında imzalanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi və bu müqaviləyə edilmiş xx.xx.2013-cü il tarixli 01 saylı əlavə sazişə əsasən, eyni zamanda bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini tamailə və ya hissə-hissə icra etmədikdə o cümlədən lazımınca icra etmədikdə zamin borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 4.3-cü bəndinə əsasən zamin kreditor qarşısında borc alanın öhdəliklərinə görə tam həcmdə borcun əsas məbləğinin faizlərin və cərimənin ödənilməsi borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borc alanın kreditor qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən kreditora dəymiş zərərin əvəzinin ödənilməsi daxil olmaqla məsuliyyət daşıyır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyət nəzərdə tutulmamışsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 5.700.000 manat məbləğində müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, oğlunun təklifi ilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m ümumi sahədən ibarət 25 nömrəli qeyriyaşayış binasını MMC-nin Bankdan aldığı borclara görə ipoteka ilə yüklü edilmişdir. Halhazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi ilə razılaşmır. Borc MMC tərəfindən ödənilməlidir.
15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonra MMC-nin rəhbərliyi tərəfindən MMC-nin fəaliyyəti düzgün qurulmadığına görə MMC Bankdan aldığı borcları qaytara bilməmişdir. O, MMC-nin Bank Qarşısında olan öhdəliklərinin icrasına təminat verilməsi barədə zaminlik müqaviləsi bağlasa da, götürülmüş krediti MMC qaytarmalıdır.
16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında göstərmişdir ki, ipoteka saxlayan Bank Avrasiya ASC, ipoteka qoyan Cavabdeh2 və MMC arasında bağlanmış 14 fevral 2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan və borclan arasında bağlanmış 441 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə uyğun olaraq borcalan tərəfindən 60 ay müddətinə alınmış 2.000.000 manat kredit xəttinin qaytarılmasını təmin etmək məqsədilə xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən kredit müqaviləsi üzrə borc "xxxx" ASC-yə ödənilmişdir.
17. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2010-cu il tarixli qiymətləndirməyə əsasən ipoteka predmetinin dəyəri 567.650 manat məbləğində qiymətləndirilmişdir.
18. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən, Zəkiyə Cavabdeh2 İsrailovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli ümumi sahəsi 2028,1 m 2 olan qeyri-yaşayış sahəsi xx.xx.2010-cu il tarixli 441 saylı müqavilə üzrə 60 ay müddətinə Bank Avrasiya ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
19. "xxxx" ASC tərəfindən Bakı şəhər notariusu X4 ünvanlanmış xx.xx.2012-ci il tarixli 03/44 saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ipoteka qeydiyyatına alınmışdır. "xxxx" ASC həmin əmlakın QSC "xxxx" KB-nin xeyrinə sonrakı ipotekaya qoyulmasına etiraz etmir.
20. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1xx/xx/2509/12 KM saylı xx.xx.2012-ci il tarixli, FG/BAKSELL/001 bank qaratiya müqaviləsi, xx.xx.2012-ci il tarixli FG/001 qarantiya kredit xətti müqaviləsi, xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli 02 saylı əlavə saziş üzrə Bank qarşısında ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3122 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır.
21. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/470 saylı arayışına əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 2.900.000 manat əsas, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu mövcuddur.
22. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/471 saylı arayışına əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 1.200.000 manat əsas, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu mövcuddur.
23. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/472 saylı arayışa əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi çərçivəsində açılmış LG-FALCON-UKR-06 saylı qarantiya üzrə xx.xx.2014-cü il tarixinə 477,88 ABŞ dolları əsas, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu mövcuddur.
24. "xxxx" MMC-nin Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 5.750,27 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2012-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 6.300.000 manat, likvid dəyəri 5.700.000 manat müəyyən olunmuşdur.
25. Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2014cü il tarixli 50 saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 4.800.000 manat təşkil edir.
26. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 2(011)- 3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbi təmin edilmiş, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bank xeyrinə tutulması, Bank ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borc müştərək qaydada MMC-dən və Cavabdeh2 Bank xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümümi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binası boşaldılaraq ilkin satış qiyməti 5.700.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə əsasən 3.050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Bank xeyrinə tutulması qət edilmişdir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan sənədlərə və icraat zamanı müəyyənləşdirilən hallara istinadən belə əsaslandırmışdır ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170//00//2509/12 saylı kredit müqaviləsinə, xx.xx.2012-ci il tarixli FG/001 saylı garantiya üzrə kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixl 1xx/xx/2914/13 saylı kredit xətti müqaviləsinə əsasən MMC öhdəliklərini yerinə yetirməməsi nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla, cəmi 3.050.344,77 manat, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10.290,69 ABŞ dollar borcu, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu vardır. Həmçinin məhkəmə qeyd etmişdir ki, birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri, tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir.
28. Bundan əlavə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçı Bank Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat olmaqla hərraca çıxarılmasının xahiş etməsini, iş üzrə keçirilən qiymətləndirmə rəyi ilə ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 4.800.000 manat olmasının müəyyən edilməsini nəzərə alıb hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 5.700.000 manat olmaqla hərraca çıxarılmalıdır.
29. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia ərizəsində xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan məbləğ ABŞ dolları ilə tələb olunsa da, borc cavabdehlərdən iddiaçının xeyrinə ABŞ dollarının borcun ödəniş gününə manata uyğun məzənnəsi nəzərə alınmaqla tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (İ və İİ bəndlər), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 442, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
31. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
32. Cavabdeh2 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ona aid olan hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyinə görə, 18 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsi ona aldadılaraq imza edilmişdir. İpoteka müqaviləsini təsdiq edən notarius ona müqavilənin mahiyyətini izah etməmişdir. Cavabdeh imzaladığı ipoteka müqaviləsi ilə kredit xəttinə ipoteka edilsə də, digər vergi işlərinə görə əmlak yüklü edilməmişdir. Müqavilədən görünür ki, cavabdeh kiril əlifbası ilə imza etmişdir. Digər cavabdehlər və iddiaçı onu aldadaraq belə müqaviləni ona imza etdirmişlər. Cavabdehin əmlakına tutma yönəldilməsi onun mülkiyyət hüquqlarını poza bilər.
34. Cavabdeh3 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin borcun hesablanması, ipoteka predmetinin dəyərinin müəyyən olunması və borcun onlardan tutulması hissəsində ləğv edilməsi, borcun onlardan tutulması hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırmışıldır ki, iddia ərizəsində iddiaçı tərəfin tələb etdiyi borc məbləği və ona hesablanmış faizlərin məbləği şişirdilmişdir. Həmin borc məbləğlərinin düzgün hesablanıb-hesablanmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, borc məbləğlərinin və onlara hesablanmış faizlərin müqaviləyə uyğun formada hesablanması üçün məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi zəruri idi. Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilə bilər. xx.xx.2012-ci il tarixli RG/001 saylı müqavilə üzrə tələb edilən və məhkəmə tərəfindən tutulan əsas borcun məbləği 477,88 ABŞ dolları olsa da, həmin əsas borca 9.812,81 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Bu əsas borc və ona hesablanmış faiz borcu arasında kəskin ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə bu hissədə də Azərbaycan Respublikası MPM-nin tələblərinə zidd olaraq tam və hərtərəfli araşdırma aparmamışdır. Bundan başqa, məhkəmə tərəfindən ipoteka predmeti olan ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli qeyriyaşayış binasının ilkin satış qiymətinin 5.700.000 manat hesablanmaqla açıq hərracdan satılması və borcun həmin məbləğə tutulması qət edilmişdir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat hesablamasını tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən aparılmış xx.xx.2012-ci il tarixli qiymətləndirmə rəyini əsas tutmuşdur. Həmin əmlakın dəyəri 2012-ci ildən sonra daha da bahalaşmışdır. Belə ki, 2012-ci ildə əmlak dəyərləndirildikdən sonra orada yenidənqurma işləri aparılmış və real bazar dəyəri 8.000.000-10.000.000 manat arasında qiymətləndirilir. Bu hissədə də real məhkəmə araşdırması aparılmamışdır. Bundan başqa, iddiaçı qarşısında borc müqavilələri MMC mülki öhdəliklər daşıyır və borc onlardan tutulmamalıdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər Mədinə Bağırova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Saqi Məmmədov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçının Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etməsini, iş üzrəı keçirilən qiymətləndirmə rəyi ilə ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 4.800.000 manat olmasının müəyyən edilməsininəzərə alıb düzgün olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 5.700.000 manat olmaqla hərraca çıxarılmalıdır.
39. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 425.1, 442-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 405-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
41. Qətnamədən cavabdehlər Cavabdeh2 (Vəkil X10) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2120/2016 nömrəli, 23 may 2016-cı il tarixli qərarı ilə (hakimlər Ənvər Şadiyev (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Gündüz Quliyev) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
43. İşin faktiki hallarını və tətbiq olunan normaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə apellyasiya instansiya məhkəməsinin qətnaməsi Səmədovaya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
44. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh Səbinə Hüseynova (Süleymanova) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-411/2024 nömrəli qərarı (hakimlər X13 (məruzəçi), X1 və X6) ilə kassasiya şikayəti təmin olunaraq, cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
46. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla aşağıda göstərilənlərlə əsaslandırmışdır. - İşin halları ilə müəyyən edilir ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi, həmçinin borcun icrasının təmini kimi zaminlik münasibətləri, yəni Mülki Məcəllənin 470.1-ci maddəsi təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki iş üzrə borcu götürən MMC-dir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək 2.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Bank ilə MMC arasında bağanmış xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit müqaviləsinə əsasən, qarant prinsipialın bu müqavilədə nəzərdə tutulmuş bütün tələblərə riayət etməsi şərti ilə ona 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək, qarantiya məbləği illik 3 faiz olmaqla 600.000 manat məbləğində və ya həmin məbləğin ekvivalentində digər valyutada qarantiya üzrə kredit xətti açmağı öhdəsinə götürmüşdür. Həmçinin Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə əsasən, kreditor borcalana 2.200.000 manat və əlavə olaraq 700.000 manat məbləğində kredit xətti açmışdır. Sazişin 2.1-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır. Eyni zamanda, Bank ilə, MMC, zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.200.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Bundan başqa, Bank ilə, MMC, zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.900.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Sazişin 2-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır. - Həmçinin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 saylı qeyri-yaşayış binasını xx.xx.2012-ci il tarixində 1xx/xx/2509/12 saylı sonrakı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli həmin müqaviləyə edilmiş 01 saylı əlavə saziş əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa, bank ilə cəmiyyət arasında xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cəmiyyətə 1.200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsi əsasında cəmiyyətin bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini üzərinə götürmüşdür. Lakin borcalan cavabdeh cəmiyyət üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş bunun nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə cavabdehin banka 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu, olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu qalmışdır. - Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamələr cavabdeh Səbinə Hüseynovaya (Süleymanova) münasibətdə mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmələrin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. - Lakin, işə baxan məhkəmələrin cavabdeh Səbinə Hüseynovaya (Süleymanova) münasibətdə iddianı təmin edərkən əsas götürdükləri xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə MMC-yə 2.200.000 manat kredit verilməsinə, həmin müqavilə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişlə dəyişdirilərək MMC yə əlavə olaraq 700.000 manat kredit verilsə də, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi ilə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə zamin olan Səbinə Hüseynova (Süleymanova) kreditin məbləğində dəyişiklik edilməsi barədə xx.xx.2013-cü il tarixli 02 saylı əlavə sazişdən məlumatsız olmuşur. - Həmçinin Bank ilə, MMC, habelə zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək götürülmüş kreditin məbləği 2.900.000 manat göstərilmiş, Sazişin 2-ci bəndində isə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavənin, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilməsi, digər qəbul edilmiş şərtlərin qüvvədə saxlanması qeyd olunmuşdur. - Göründüyü kimi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə kreditin məbləğinin dəyişməsinin şərtlərin öz əksini tapmayıb, kredit müqaviləsi və ondan sonrakı saziş vahid müqavilə kimi qəbul edilmiş, kredit müqaviləsi üzrə götürülmüş 2.200.000 manat məbləğin 2.900.000 manat olmasının səbəbi açıqlanmamışdır. - Halbuki, qanunun mənasına görə, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstərişlər və sair. - Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Yuxarıda sadalanan normaların mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. - Həmçinin, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. - Apellyasiya instansiyası məhkəməsi, yalnız xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi, həmçinin müqaviləyə dəyişikliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə istinad edib iddia tələbini zamin Səbinə Hüseynovaya (Süleymanova) münasibətdə təmin etməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. - Lakin hazırki halda iddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi, habelə müqaviləyə dəyişikliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə saziş zamin Səbinə Hüseynova (Süleymanova), habelə digər zaminlər tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onların razılıqları alınmamışdır. - İddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişdə, habelə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə ümumiyyətlə kredit və zaminlik müqaviləsinin mühüm şərti, yəni əsas borcun məbləği dəyişdirilməklə, məhkəmələr tərəfindən əsassız olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi və ondan sonrakı sazişə vahid müqavilə kimi yanaşılmışdır. - Apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən, zamin Səbinə Hüseynovanın (Süleymanova) ümumiyyətlə imzalamadığı və bağlanmasında bilavasitə istirak etmədiyi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013cü il tarixdə edilmiş 02 saylı əlavə sazişin məzmunu, habelə əsas borcun məbləği barədə məlumatlı olub-olmadığını araşdırmadan, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə kreditin məbləğinin dəyişməsinin şərtlərinin öz əksini tapmamasını yoxlayıb qiymətləndirmədən, başqa sözlə, onun razılığı olmadan zaminliyin təmin etdiyi kredit müqaviləsi üzrə öhdəlikdə sonradan hər hansı dəyişikliyin əmələ gəlib-gəlmədiyini, bu dəyişikliyin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olubolmadığını araşdırmadan, birinci instansiya məhkəməsi tərəfindən iddianın zaminlərə münasibətdə təmin edilməsini əsaslı hesab etmişdir. - Eyni zamanda apellyasiya instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişin 2-ci bəndində, xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavənin, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilməsi, digər qəbul edilmiş şərtlərin qüvvədə saxlanması qeyd olunmasına diqqət yetirməmiş, həmin hala hər hansı hüquqi qiymət verməmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
47. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
48. Apellyasiya şikayəti - cavabdehin işə birinci instansiya məhkəməsində baxılarkən icraatdan məlumatsız olması, məhkəmə tərəfindən yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında işə baxılması, əlavə araşdırmanın aparılmaması, zamin kimi hüquqlarının pozulması, ödənişlərin nəzərə alınmaması, faizlərin şişirdilməsi, ekspertizanın təyin olunmaması, ipoteka predmetinin likvid dəyərinin düzgün müəyyən olunmaması və s. göstərilmiş, bununla da iş bütün hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və nəticədə yanlış nəticəyə gəlinmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı LPO QSC "xxxx" KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, hazırda cavabdeh tərəfin apellyasiya şikayətində ümumilikdə borc tələbi, ipoteka predmetinin dəyəri və kredit müqviləsinin etibarsızlığı kimi halların yoxlanılması göstərilsə də, həmin dəlillər iş üzrə digər cavabdehlərin – X3 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərində yoxlanılmış, həmin dəlillərə dair hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsidə hüquqi qiymət verilmiş, eləcə də həmin qətnamədən verilmiş şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2120/2016 nömrəli, 23 may 2016-cı il tarixli qərarı ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Belə olan halda isə, cavabdehin hazırkı apellyasiya şikayətinin dəlilləri əvvəlki məhkəmə icraatları zamanı yoxlanılmış, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, hazırkı şikayətin dəlilləri əsassızdır və şikayət təmin olunmamalıdır.
c) Proses iştirakçılarının izahatı
50. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-411/2024 nömrəli qərarında birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına (zaminə) münasibətdə yoxlanılması göstərilsə də, şikayətin dəlillərində göstərildiyi kimi qətnamənin ümumilikdə (kredit müqaviləsinin etibarsızlığı, borc məbləği və ona hesablanmış faizlərə, ipoteka predmetinin qiymətləndirilməsi və s. münasibətdə) yoxlanılmalı olduğunu qeyd etmişdir.
51. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olmasını, apellyasiya şikayətinin dəlillərində tək zamin - cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə deyil, ümumilikdə kredit müqaviləsinin etibarsızlığı, borc məbləği, ipoteka predmetinn dəyəri və s. bütün halların mübahisələndirildiyini, həmin dəlillərin isə iş üzrə digər cavabdehlərin şikayəti əsasında araşdırılaraq, hüquqi qiymət verilməsini, hazırkı halda isə həmin dəlillərin yenidən yoxlanılmasına heç bir qanuni əsasın olmadığını, apellyasiya baxışının həddinin yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-411/2024 nömrəli qərarındakı göstərişlər üzrə olmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki vaxtadək icra olunmamış, ipoteka qoyulmuş əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi təmin olunmamışdır.
52. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
53. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
58. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur.
59. Maddə 443.1. Borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər.
60. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 56. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
62. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
63. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
64. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
65. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
66. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada)
67. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada)
68. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
72. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
76. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
77. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
78. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
79. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apelyasiya baxışının hədləri
80. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
81. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
82. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, əvvəlki məhkəmə icraatları zamanı cavabdehlər X3 və Cavabdeh3 şikayətləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)- 411/2024 nömrəli qərarındakı göstərişlər üzrə cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni iddia tələblərinin zamin kimi Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə təmin olunması hissələrində ləğv ediməli, iddia tələbləri Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə təmin olunmamalıdır.
84. İlkin olaraq qeyd olunmalıdır ki, tərəflər arasında müvafiq kredit, ipoteka və zaminlik və s. müqavilələrindən irəli gələn (tərəflər arasında bağlanmış müqavilələrin mahiyyəti və s. gidər xəruri şərtləri yuxarıda ətraflı sadalanmışdır) mübahisə yaranmış, kredit öhdəliyi borclu tərəfindən lazımi qaydada yerinə yetirilmədiyindən iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iddia birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş, iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə tutulmalı olan cəmi 3050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə cəmi 10290,69 ABŞ dolları borc müştərək qaydada həmçinin cavabdeh (zamin) Cavabdeh4 aid edilmişdir.
85. Birinci instansiya məhkəməsi iddia tələbini yoxlanılan hissədə təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçı qarşısnda kredit və s. müqavilələrdən irəli gələn icra olunmamış öhdəliyinin olması iş materialları ilə təsdiq olunmuş, Cavabdeh4 zamin kimi borcun ödənilməsini üzərinə götürmüş, bu səbəbdən də borcların ödənilməsi müştərək qaydada ona aid edilməlidir.
86. Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını, kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı mövqeyini də, nəzərə alaraq yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
87. Belə ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin (bundan sonra, MM) 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
88. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
89. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır.
90. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 04 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
91. Eləcə də, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır.
92. Əks halda isə, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə bütövlükdə xitam verilir.
93. Lakin, kassasiya instansiyasının da qeyd etdiyi kimi, məhkəmələr cavabdeh Səbinə Hüseynovaya (Süleymanova) münasibətdə iddianı təmin edərkən əsas götürdükləri xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə MMC-yə 2.200.000 manat kredit verilməsinə, həmin müqavilə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişlə dəyişdirilərək MMC yə əlavə olaraq 700.000 manat kredit verilsə də, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi ilə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə zamin olan Səbinə Hüseynova (Süleymanova) kreditin məbləğində dəyişiklik edilməsi barədə xx.xx.2013-cü il tarixli 02 saylı əlavə sazişdən məlumatsız olmuşur.
94. Həmçinin, Bank ilə, MMC, habelə zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək götürülmüş kreditin məbləği 2.900.000 manat göstərilmiş, Sazişin 2-ci bəndində isə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavənin, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilməsi, digər qəbul edilmiş şərtlərin qüvvədə saxlanması qeyd olunmuşdur.
95. Göründüyü kimi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə kreditin məbləğinin dəyişməsinin şərtlərin öz əksini tapmamış, kredit müqaviləsi və ondan sonrakı saziş vahid müqavilə kimi qəbul edilmiş, kredit müqaviləsi üzrə götürülmüş 2.200.000 manat məbləğin 2.900.000 manat olmasının səbəbi açıqlanmamışdır.
96. Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Yuxarıda sadalanan normaların mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
97. Həmçinin, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.
98. Lakin hazırki halda iddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi, habelə müqaviləyə dəyişikliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə saziş zamin Səbinə Hüseynova (Süleymanova) tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onun razılığı alınmamışdır.
99. İddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişdə, habelə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə ümumiyyətlə kredit və zaminlik müqaviləsinin mühüm şərti, yəni əsas borcun məbləği dəyişdirilməklə, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi və ondan sonrakı sazişə vahid müqavilə kimi yanaşılmışdır.
100. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəf zamin Səbinə Hüseynovanın (Süleymanova) ümumiyyətlə imzalamadığı və bağlanmasında bilavasitə istirak etmədiyi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişin məzmunu, habelə əsas borcun məbləği barədə məlumatlı olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
101. Belə olan halda isə, birinci instansiya məhkəməsi tərəfindən iddianın zamin kimi Səbinə Hüseynovaya (Süleymanovaya) münasibətdə təmin edilməsi əsaslı və qanuni hesab oluna bilməz.
102. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir, bununla bağlı hər hansı hüquqi qiymətləndirmə aparmamışdır.
103. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia zamin kimi cavabdeh Səbinə Hüseynovaya (Süleymanovaya) aid hissədə əsassızdır, bu səbəbdən də təmin olunmamalıdır.
104. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, tələbini həmin hissədə əsaslandırmamışdır.
105. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
106. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə qeyd edilən hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin həmin hissədə ləğvinə tam əsasdır.
107. Həmçinin, cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə (borc məbləğinin şişirdilməsi, ipoteka predmetinin qiymətləndirilməsi və s.) münasibətdə kassasiya instansiya məhkəməsinn qərarında ifadə olunmuş mövqe də nəzərə alınmaqla məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə digər cavabdehlərin şikayəti əsasında əvvəlki məhkəmə icraatları zamanı həmin dəlillər araşdırlmış və onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən, həmin dəlillər yeni apellyasiya baxışının predmeti ola bilməz və yenidən yoxlanıla bilməz.
108. Yuxarıda da qeyd edildiyi kimi, hazırki apellyasiya baxışının həddini məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-411/2024 nömrəli qərarındakı göstərişlər təşkil etmişdir.
109. Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillər üzrə əvvəlki şikayətin qeyri-mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 avqust 2022-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Ali Məhkəmənin mülki kollegiyasının 23 fevral 2023cü il tarixli qərardadı mövcuddur.
110. Hazırki apellyasiya şikayətinin sonradan mümkün sayılması isə kassasiya instansiyasının yuxarıda qeyd edilən qərarı ilə mülkin işin cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı göstərişlərinin prosessual qanunvericiliyin tələbləri baxımından yoxlanılması istiqamətində olmuşdur. Lakin, bu hal apellyasiya şikayətində qeyd olunan digər dəlillərin araşdırılmasına əsas yaratmamışdır.
111. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni yoxlanılan hissədə cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə ( “Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada Cavabdeh4 iddiaçının xeyrinə tutulması” hissələrində) ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalıdır.
112. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 MMC, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi qismən, yəni yoxlanılan hissədə cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə ( “Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada Cavabdeh4 iddiaçının xeyrinə tutulması”) ləğv olunsun, iddia tələbləri cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.