Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-335/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12100 manat əsas borcun və əsas borcun bir ilə hesablanmış illik faiz dərəcəsi beş faiz olmaqla 605 manat kompensasiyanın və dövlət rüsumu əvəzi olaraq 30 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-335/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh və cavabdehin vəkili X7pellyasiya şikayətini müdafiə etdilər, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdehlə 20 ilə yaxın eyni məktəbdə müəllim vəzifəsində çalışmışdır. 2017-ci ilin martaprel aylarından başlamaqla təxminən iki-üç ay ərzində cavabdeh ondan 12100 manat məbləğində borc almışdır. Cavabdeh borc məbləğini həmin ilin sentyabr ayına kimi qaytaracağına söz vermiş, lakin borcunu qaytarmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, müalicə olunmaq məqsədi ilə onunla birlikdə Nizami rayon 272 saylı orta məktəbində müəllimə işləyən İddiaçı xx xxxxxx 2015-ci il tarixdə hər ayına 15 faiz (405 manat) ödəmək şərti ilə cəmi 2700 manat borca pul götürmüşdür. Bunun müqabilində iddiaçı ona məxsus əmək haqqı kartını götürmüş və hər ay həmin kartından 405 manat pulu faiz olaraq götürmüşdür. İddiaçı ümumilikdə ondan həmin 2700 manat pulun müqabilində 2017-ci ilin noyabr ayınadək onun əmək haqqı kartından pul çıxardaraq həmin pulu verdiyi 2700 manat pulun faizi kimi götürmüşdür. Həmçinin iddiaçı onu məcbur etmişdir ki, o, Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən mağazadan kredit yolu ilə öz adına 1143 manat dəyərində Samsung markalı telefon alsın. Telefonu aldıqdan bir neçə gün sonra iddiaçı həmin telefonu ondan alaraq Neftçilər metrosunda yerləşən bir mağazaya dəyərindən dəfələrlə ucuz qiymətə 405 manata satmış və həmin pulu da ona borca verdiyi 2700 manatın faizi kimi götürmüşdür. İddiaçının cəmi faiz kimi aldığı məbləğ 9315 manat təşkil edir. 2017-ci ilin dekabr ayında isə öz tanışı X2 iştirakı ilə iddiaçıya daha 2500 manat pul verərək ona bildirmişdir ki, aldığı pulun əsas məbləğini ödəyir. Bununla da, iddiaçıya cəmi 11815 manat pul vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarında olan Cavabdeh məxsus AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş əlyazmada qeyd olunmuşdur ki, “Cavabdeh İddiaçı 2700 manat və 1900 manat pul almışam. Maaş kartımı girov qoymuşam 1600+3500+2400 manat. İmza : Cavabdeh.” Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxx 2019-cu il tarixli 7219 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub Nazxanıma vermişəm. xx.xx.2017. İmza:” sözləri ilə bitən qəbzdəki yazılar (“Qətibə” yazılarından başqa); 35-ci vərəqəsində olan Cavabdeh adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsinin arxa tərəfindəki “Cavabdeh İddiaçı..” sözləri ilə başlayıb, “...İmza: Cavabdeh.” sözləri ilə bitən qəbzdəki yazılar və “Süleymanova” yazısından əvvəl yerləşən imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub Nazxanıma vermişəm. xx.xx.2017. İmza:” sözləri ilə bitən qəbzdə “...xx.xx.2017. İmza” yazıları qarşısındakı imza - İSAYEVA DOSTUXANİM ZÜLFÜQAR qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub Nazxanıma vermişəm. xx.xx.2017. İmza” sözləri ilə bitən qəbzdəki “Sənubər xanımdan” yazıları qarşısındakı və “Sənubər” yazısından aşağıda yerləşən “Qətibə” yazılarının – Cavabdeh tərəfindən və ya İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə-komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 30897 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqəsində X1 adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfindəki “Cavabdeh...” sözləri ilə başlayıb “...İmza: Cavabdeh.” sözləri ilə bitən qəbzdəki yazılar (7-ci sətrdəki 1600+3500+2400 man. yazılarından başqa) - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqəsində Cavabdeh adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsi kserosurətinin arxa tərəfindəki “Cavabdeh...” sözləri ilə başlayıb “...İmza: Cavabdeh.” sözləri ilə bitən qəbzdə 7-ci sətirdəki “1600+3500+2400 man.” yazıları - Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi ekspert rəyləri ilə cavabdehin yalnız 2700 manat və 1900 manat olmaqla cəmi 4600 manat məbləğində borc aldığı öz təsdiqini tapır. Eyni zamanda məhkəmə iclasında iddiaçı özü etiraf etdi ki, mülki işin 35-ci vərəqəsində olan əlyazmanın 7-ci sətrindəki “1600+3500+2400 man.” Yazılarını o, özü yazmışdır. Həmçinin iddiaçı cavabdehin ondan 4600 manat məbləğdən də artıq 12100 manat məbləğində borc aldığını iddia etsə də, bunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəmə iclasında təqdim etdiyi özünə məxsus telefondakı səs yazısı isə sübut kimi qəbul edilə bilməz. Çünki həmin səs yazısı dinlənilmiş və müəyyən olunmuşdur ki, cavabdeh yazılışın aparılmasından məlumatsız olmuşdur. Bu növ səs yazıları isə gizli yolla əldə edilmiş hesab olunur. Halbuki, Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsində təsbit olunmuşdur ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmçinin kollegiya qeyd edir ki, hətta həmin səs yazısı sübut kimi qəbul edilsə belə, bu mübahisənin həllinə heç bir təsir etmir. Çünki həmin səs yazısında cavabdeh özünün iddiaçıdan 1900 manat, bacısının isə 1600 manat borca götürdüyünü bildirmişdir. Göründüyü kimi həmin səs yazısı ilə də iddiaçının istinad etdiyi hallar təsdiq olunmur. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin material üzrə izahatı alınmış İddiaçı öz ifadəsində bildirmişdir ki, “o, 1987-ci il tarixdən müəllimə işləyir. 1989-cu ildən isə Bakı şəhəri 272 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Cavabdeh 20 ilə yaxındır ki, tanıyır. Belə ki, həmin vaxtlardan Qətibə onunla qeyd etdiyi orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 2017-ci ilin martaprel aylarında Cavabdeh ona bildirmişdir ki, onun səhhətində problemlər var və təcili müalicə olunmalıdır. Bu səbəbdən də ondan 2700 manat borca pul istəmişdir. O da Qətibənin maaş kartını girov götürərək ona 2700 manat borca lotereya pulu vermişdir. O, hər ay onun kartından 200 manat pul götürüb, qalan pulları da onun özünə qaytarırmış. 2017-ci ilin sentyabr ayına qədər o, onun kartından 412 manat pulu götürüb, 200 manatı borcuna görə özündə saxlayıb, qalan pulları da onun özünə qaytarırmış. Sonradan pul kartı bağlanmışdır”. Göründüyü kimi iddiaçı polis idarəsində borc məbləğinə görə cavabdehin maaş kartından 412 manat çıxartdığını etiraf etmişdir. Eyni zamanda iddiaçı izahatında həmin pulun 200 manat hissəsini cavabdehə geri qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Cavabdeh də həmin faktı etiraf etmir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının borc məbləğinə görə cavabdehdən 412 manat pulu geri alması faktı təsdiq olunmalıdır. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, telefon mağazasında satıcı işləyir, xx xxxxxx 2017-ci il tarixdə təqribən saat 3 radələrində iki qadın mağazaya daxil olduğunu, İddiaçı adlı qadının telefon satmaq istədiyini bildirmişdir. O da telefonun kredit olub-olmadığını soruşmuşdur. Qətibə xanım telefonun kredit olduğunu bildirmişdir. O da öz növbəsində bu telefonu çox ucuz məbləğdə alacağını bildirmişdir. Bu zaman Qətibə xanım razı olmamış, lakin İddiaçı satmaqda israrlı olduğunu bildirmişdir. O, telefona 410 manat qiymət qoymuşdur. Qətibə xanım çox pis olmuş, lakin Dostuxanım telefonu satmışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məxsus telefonun satılması və bunun müqabilində 410 manat məbləğində pul vəsaiti alması şahid ifadəsi ilə təsdiq olunur. Həmin şahid ifadəsinə tənqidi yanaşmaq və onun qeyri-mötəbər sübut kimi qəbul edilməsi üçün isə hər hansı obyektiv və ya subyektiv hallar yoxdur. Beləliklə, qeyd olunan sübutlara əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı cəmi 4600 manat borc məbləğindən 822 manat (410 + 412 = 822) geri qaytarmışdır. Ödənilmiş həmin məbləğlər ümumi borcdan çıxıldıqda isə müəyyən olunur ki, cavabdehin cəmi borcu 3778 manat təşkil edir (4600 – 822 = 3778). Borcun maaş kartı vasitəsilə tamamilə qaytarılması ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında ona məxsus maaş kartından xx xxxxxx 2015-ci tarixdən xx xxxxxx 2017-ci il tarixədək “xxxx” ASC-yə məxsus bankomatlardan kimlər tərəfindən pulun alınması barədə bankın nəzarət kamerası ilə qeydə alınmış foto və video görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərardad qəbul edilmiş və icrası “xxxx” ASC-yə həvalə edilmişdir. “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki foto və video görüntülərin heç birində isə iddiaçı görünməmişdir. Göründüyü kimi həmin borcun maaş kartı vasitəsilə tamamilə qaytarılması ilə bağlı cavabdehin istinad etdiyi hallar da öz təsdiqini tapmır. Ona görə də kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli və cavabdehdən 3778 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər əsassızdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin hazırki işdə cavabdehin iddiaçıdan götürdüyü 4600 manat borcun qaytarılma tarixi qeyri-müəyyəndir. Çünki iddiaçı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan cavabdehin tərtib edib imzaladığı əlyazmada da bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Qaytarılma tarixi müəyyən olunmadığı halda isə borcun hansı müddətdə gecikdirilməsini də müəyyən etmək mümkün deyildir. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməli. məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən tərəflər arasında bərabər bölünməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-335/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3778 (üç min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 165 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı və Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-503/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-503/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver