Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5036/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Cavabdeh5, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar Cavabdeh5, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-44/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 577, ev 89, 4 saylı mənzilin ½ hissəsi Cavabdeh2, ¼ hissəsi Cavabdeh4 və ¼ hissəsi Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İddiaçı1 adına Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 89, 1 saylı mənzil xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
2. ünvan 1 ünvanda yerləşən evin sakinləri tərəfindən tərtib edilmiş akta və ünvan 2nzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh2 2003-cü ildən hazıradək ünvan 1 ünvanda yaşayır.
3. ünvan 3al İstismar Sahəsinin rəisi, mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, iddiaçılara məxsus mənzilə baxış keçirilmiş, baxış zamanı iddiaçılara məxsus mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən su axıdılması və mənzilə zərər dəyməsi müəyyən edilmiş, mənzilin mülkiyyətçisi xx.xx.2019-cu ildə ölmüş X1 vərəsələrinə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Mənzildə akt tərtib olunan tarixdə mərhumun vərəsələri (qızları) yaşadığı göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 4 ünvanda yerləşən 1 saylı mənzilin yararsız hala qalmasına səbəb olan cavabdehin evində olan nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və yararsız vəziyyətə düşmüş əmlakın dəyəri – mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 500 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən evinə mebelləri köçürən zaman, habelə 30 oktyabr 2019-cu il tarixdə iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzil 4-də yaşayan qonşusu tərəfindən su axıtması nəticəsində iddiaçının evini su basmış, bununla da yeni təmirdən çıxmış mənzilinə zərər dəymişdir. Özünü mənzilin sahibi kmi təqdim edən Cavabdeh1 onunla telefonla əlaqə saxladıqda hal-hazırda mənzildə qızlarının yaşadığını bildirmiş və mənzilə gələrək dəymiş zərəri ödəyəcəyini vəd etmişdir. Lakin cavabdeh vədlərinə əməl etməmiş, onun mənzilini təmir eləməmiş, dəymiş zərərin əvəzini ödəməmişdir.
6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi işə onların iştiakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır.
7. 11.11.2021-ci il tarixdə iddiaçının vərəsələri Cavabdeh5, İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının ölməsini və hazırda mərhum iddiaçının vərəsələri olduqlarını bildirmişlər. İş üzrə icraat təzələnmişdir. İddiaçı1 onun vərəsələri ilə əvəz edilmişdir.
8. İddiaçının vərəsələri iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, maddi ziyanın əvəzi olaraq 754 manat və 20 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişlər.
9. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli protokol qərarı ilə Cavabdeh1 əsl cavabdehlər ünvan 4 ünvanda yerləşən 4 saylı mənzilin paylı mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə əvəz edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)- 44/2022 saylı qətnaməsi ilə iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı hissədə təmin edilməsi, cavabdehlər Cavabdeh3 377 (üç yüz yetmiş yeddi) manat və Cavabdeh4 377 (üç yüz yetmiş yeddi) manat məbləğində maddi zərər, 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçılar Cavabdeh5, İddiaçı3 və İddiaçı2 ödənilməsi, 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hər birindən ekspertiza dəyərinin ½ hissəsi olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılara məxsus mənzilə 30 oktyabr 2019-cu il tarixdə cavabdehlərə məxsus mənzildən su axıdılması nəticəsində 754 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, su axıdılan anda cavabdehlərə məxsus mənzildə cavabdehlərdən Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızı yaşamışlar. Cavabdehlərə məxsus mənzilin əvvəlki mülkiyyətçisi X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Odur ki, iddia yalnız cavabdehlər Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızına qarşı təmin edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdehlər Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızı mübahhisəli evdə yaşamamışlar. Uzun müddətdir ki, yaşayış yoxdur. Azadə Binəqədi rayonunda, Nəzrin isə Şabran rayonunda yaşayır. Bundan başqa Ekspertiza Mərkəzinin rəyindən də göründüyü kimi 1 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən 157 saylı MKİS-nin mövqeyi qərəzli olmuş, onlar mübahisəli ünvanda yaşamadıqları və suyun onlardan axıdılması olmadan qərəzli akt tərtib edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə akt arasında ziddiyyət olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin uyğun olmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, belə olan halda məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 20.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamədən cavabdehlər cavabdehlər Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər, qətnamə iddiaçılar, eləcə də digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızına münasibətdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarından görünür ki, iddiaçılara məxsus mənzilə 30 oktyabr 2019cu il tarixdə cavabdehlərə məxsus mənzildən su axıdılması nəticəsində 754 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, su axıdılan anda cavabdehlərə məxsus mənzildə cavabdehlərdən Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızı yaşamışlar. Cavabdehlərə məxsus mənzilin əvvəlki mülkiyyətçisi X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 26.Göründüyü kimi cavabdehlərə məxsus mənzilin əvvəlki mülkiyyətçisi xx.xx.2019-cu il tarixdə vəfat etmiş, hadisə isə 30 oktyabr 2019-cu il tarixdə baş vermişdir. 27.İş materiallarında olan cavabdehlərin “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə alınmış şəxsi məlumatlarından görünür ki, onlar 4 saylı mənzilin əvvəlki mülkiyyətçisi X2 qardaşı X5 və digər qardaşı (ölmüş vərəsə) X3 övladları Cavabdeh4, Cavabdeh3dır. 28.Həmçinin ünvan 3al İstismar Sahəsinin rəisi, mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, iddiaçılara məxsus mənzilə baxış keçirilmiş, baxış zamanı iddiaçılara məxsus mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən su axıdılması və mənzilə zərər dəyməsi müəyyən edilmiş, mənzilin mülkiyyətçisi xx.xx.2019-cu ildə ölmüş X1 vərəsələrinə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Mənzildə akt tərtib olunan tarixdə mərhumun vərəsələri (qızları) yaşadığı göstərilmişdir. 29.Apellyatorlar isə mübahisəli mənzildə yaşamadıqlarını, qeyd olunan aktın qərəzli olmasını bildirsələr də, bunu təkzib edəcək sübutları, yəni mübahisəli ünvanda deyil, başqa ünvanda yaşamaları barədə mötəbər sübut təqdim etməmişlər. 30.Digər tərəfdən apellyasiya şikayətində birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspertin - ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamasına istinad edilsə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2853 saylı ekspert rəyindən müəyyən olunur ki, həqiqətən də ünvan 4 saylı evin 4 saylı mənzilinin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından 1 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bununla belə həmin texniki səbəbin müəyyə edilməməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 4 saylı evin 1 saylı mənzilin tikililərin üzərinə su sızması faktını aradan qaldırmır, belə ki istinad edilən rəyə əsasən, İddiaçı1 mülkiyyətində olan ünvan 4 saylı evin 1 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 754 manat məbləğində müəyyən olunmuşdur.
31. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh3 377 (üç yüz yetmiş yeddi) manat və Cavabdeh4 377 (üç yüz yetmiş yeddi) manat məbləğində maddi zərər, 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçılar Cavabdeh5, İddiaçı3 və İddiaçı2 ödənilməlidir.
33. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 39.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 754 manat dəymiş ziyanın tutulması olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi cavabdehlər Cavabdeh3 377 (üç yüz yetmiş yeddi) manat və Cavabdeh4 377 (üç yüz yetmiş yeddi) manat məbləğində təmin edilmiş, hazırki qətnamə ilə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirillmədən saxlanılmışdır. Göründüyü kimi qeyd olunan məbləğlər beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamədən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-44/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov