Məhkəmə qərarları › İş №2(103)-5037/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5037/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5037/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Seyfəddin Əliyevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoruna, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh5, Cavabdeh6, ”Bakı” Mənzil Kooperativinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) “iclas protokollarının, mənzilin alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin və Cavabdeh2 cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh1, Bakı Mənzil Kooperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsi cəlb olunmaqla) “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(004)- 138/2021 nömrəli mülki iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoruna, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh5, Cavabdeh6 və ”Bakı” Mənzil Kooperativinə qarşı “iclas protokollarının, mənzilin alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh2 cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh1, “Bakı” Mənzil Koperativinə və DƏDRİX-in 1 saylı ərazi idarəsinə qarşı 16.03.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə İddiaçı heç bir hüququ olmadan, qanunun tələblərini pozmaqla xüsusi mülkiyyətçisi olaraq onun mənzilini zəbt etdiyindən ilkin iddianın rədd olunmasını, onun tərəfindən təqdim olunmuş, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 30.09.2009-cu il tarixli, 034202 saylı orderin etibarsız hesab edilməsini, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6, mənzil 7-də yerləşən 4 otaqlı məzilini qanunsuz olaraq zəbt etmiş İddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsi barədə qarşılıqlı iddianın tam təmin olunması xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(004)-138/2021 saylı qərardadı ilə ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində İddiaçı mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi tələbinə dair hissədə mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(004)-138/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 14.02.2014- cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 01.02.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınh küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı 15.04.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(004)-138/2021 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin həmin hissəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsini, əks təqdirdə şikayətin mülki iş ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin yuxarıda göstərilən hissəsində mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam versə də bunun səbəblərini hər hansı bir hüquqi dəlillə əsaslandırmamış və qərardad formal olaraq çıxarılmışdır. Hansı ki, bunun səbəbləri barədə qərardadda izah verilməli idi. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(004)-138/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində İddiaçı mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi tələbinə dair hissədə mülki işə məhkəmədə baxılmalı deyil. Belə ki, həmin hissədə tələb inzibati orqana qarşı yönəldiyindən inzibati hüquq münasibətlərindən irəli mübahisələrə ümumi məhkəmələr tərəfindən baxıla və həll edilə bilməz. Bunda görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar