Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5042/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanınkatibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 2539/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2539/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, Cavabdeh 20.000 (iyirmi min) manat mələğində pulun İddiaçı xeyrinə tutulması, dövlət büdcəsinə ödənilmiş olan 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 11609/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2539/2019 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı Cavabdeh onun xeyrinə 25.000 (iyirmi beş min) manat məbləğində əsas borcun və bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində ödənilməli olan, qanuna əsasən borcun üstünə hesablanmalı 9166 (doqquz min yüz altmış altı) manat faizin (xx xxxxxx 2016-cı il tarixdən qətnamənin çıxarıldığı günədək), ona məxsus puldan əsassız faydalanmağa görə və ona vurduğu zərərin əvəzi olaraq 10.000 manat, cəmi 44166 (qırx dörd min yüz altmış altı) manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair iddiası qismən təmin edilərək, Cavabdeh 40.000 (qırx min) manat borcun vaxtında qaytarılmadığına görə maddi ziyan olaraq illik 5 faiz olmaqla cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11609/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-933/2020 saylı qərarı iləİddiaçı kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 11609/2019 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-933/2020 saylı qərarında vurğulanmışdır ki,“İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü tarixdə İddiaçı 40.000 (qırx min) manat borc almışdır.xx.xx.2015-ci il tarixdə Həbibə 40.000+22.000=62.000 AZN borcu vardır. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(003)-336/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2015-ci il tarixli iltizamın etibarsız hesab edilməsi, borc verilmiş pulun 40.000 manat müəyyən edilməsi barədə iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir yeni hal müəyyən edilmədən həmin qətnaməyə zidd olaraq iltizamda qeyd edilmiş 22.000 manat pulun borc verilməsi kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin prosessual hüquq normalarının tələblərini nəzərə almamış, nəticədə sübutlara düzgün hüquqi qiymət verməmişdir.” Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, iddianın 20000 manat ödənilməsi hissəsi tam əsassızdır. İddia ərizəsinə etirazda iddiaçının nə məqsədlə belə bir kağız-iltizam verilməsini xahiş etməsi tam şəkildə qeydə alınmışdır. İddiaçı əlavə 20000 manat verməsi, nə vaxt və harada, təqdim edilən materiallarla sübut olunmur. Bundan başqa 62000 manat (40000+22000) borca dair işdə olan yazılı qəbz iddiaçının tələbi ilə yazılmışdır. Əslində iddiaçıdan cəmisi 36000 manat borc alınmış, lakin bu borc məbləği gələcək hesablaşmalar üçün 40000 manat kimi yazılmışdır. 22000 manat əlavə rəqəmin yazılması sırf iddiaçının təkidli xahişi ilə yazılmışdır və real əsaslara söykənmir. Bu qəbz qeyri-müəyyən məzmuna malikdir. 40000 manat borc alındığı halda bir ıl əızində nə üçün əlavə 22000 manat borc yaranmalı idi? Məhkəmə məhz bu məqama aydınlıq gətirməmişdir. Halbuki bu barədə cavabdehin kifayət qədər geniş izahatı vardır. Lakin məhkəmə bu izahata düzgün hüquqi qiymət verməmiş, eləcə də qanunvericiliyin tələbini də nəzərə almamışdır. Belə ki, göründüyü kimi həmin qəbzdə cavabdehin 40000 manat borc aldığı qeyd olunmuş, daha sonra isə bu borcun 40000+220xx xxxxxxx 62000 manata çatdığı yazılmışdır. 22000 manat borcun isə nədən yarandığı, hansı əsasla formalaşdığı qeyd olunmamış və bu rəqəm qeyri-müəyyən qalmışdır. Apelyasiya baxışı zamanı Cavabdeh və onun vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə. qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək iddianın dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-933/2020 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki iş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı 40.000 (qırx min) manat borc almışdır. xx.xx.2015-ci il tarixə Həbibə 40.000+22.000=62.000 AZN borcu vardır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh əvvəl verdiyi puldan 20.000 (iyirmi min) AZN geri almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh əvvəl verdiyi puldan 10.000 (on min) AZN geri almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh əvvəl verdiyi 40.000 (qırx min) AZN-dən 5.000 (beş min) AZN geri almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzin surətindən görünür ki, Əliyev Zakir İddiaçı 5000 (beş min) manat pulu alandan sonra qəbzi imzalamaqdan imtina etdiyi barədə qeyd aparmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, X3 “xxxxxxxx” MMC vasitəsilə xx.xx.2018-ci il tarixində İddiaçı nəğd olaraq 2.000 (iki min) manat məbləğində pul göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh 62.000 (altmış iki min) manat məbləğində borc pul vermiş və bununla bağlı cavabdehdən iltizam almışdır. Cavabdeh sürücüsü X3 vasitəsilə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərində müvafiq olaraq 20.000 (iyirmi min), 10.000 (on min), 5.000 (beş min) manat olmaqla borc məbləğindən ödənişlər etmiş, xx.xx.2017-ci il tarixində İddiaçı qəbzi imzalamaqdan imtina etdikdən sonra “xxxxxxxx” MMC vasitəsilə xx.xx.2018-ci il tarixində 2.000 (iki min) manat məbləğində pul ona göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki,İddiaçı Cavabdeh 62.000 (altmış iki min) manat məbləğində borc pul vermiş və bununla bağlı cavabdehdən iltizam almışdır. Cavabdeh sürücüsü X3 vasitəsilə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərində müvafiq olaraq 20.000 (iyirmi min), 10.000 (on min), 5.000 (beş min) manat olmaqla borc məbləğindən ödənişlər etmiş, xx.xx.2017-ci il tarixində İddiaçı qəbzi imzalamaqdan imtina etdikdən sonra “xxxxxxxx” MMC vasitəsilə xx.xx.2018-ci il tarixində 2.000 (iki min) manat məbləğində pul ona göndərilmişdir. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2539/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 2539/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5042/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5042/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver