Məhkəmə qərarları › İş №2(103)-5043/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5043/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5043/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 qanuni nümayəndəsi, İddiaçı1, İddiaçı2, Cavabdeh, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1119/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki: “Araşdırılan sübutlarla məhkəmədə belə bir həqiqət müəyyən edilir ki, təqsirləndirilən şəxs Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait müqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Qeyd olunan fakt ticarət mərkəzinin rəhbərliyi tərəfindən məhkəmə iclası zamanı verilmiş ifadələrlə də öz təsdiqini tapmışdır. Daha sonra Cavabdeh həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı barədə məlumat vermiş, bundan sonra aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi ilə bağlı məlumat vermişdir. İcarədarlar özləri də bu barədə məlumatlı olmuş, ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. İcarə haqqının sonradan birbaşa ticarət mərkəzinə ödənilməsi və icarə haqqının azaldılması ilə bağlı məqam məhkəmə iclası zamanı araşdırılmış sübutlarla, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin ibtidai istintaq zamanı Cavabdeh dindirilməsi zamanı verdiyi ifadədə də öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadədə aylıq 16.000 manat məbləğində icarə haqqının 3.000 manat hissəsinin ona çatdığını, qalan 13.000 manat hissəsini isə Diqlas və Lotos ticarət mərkəzinin direktor müavini Bəhruz adlı şəxsə verdiyini bildirmişdir. (2-ci cild səh.7 ) Həmçinin ibtidai istintaq zamanı digər əhəmiyyət kəsb edən məsələ zərərçəkmişlərin tələb hüququnun Diqlas ticarət mərkəzində baş vermiş yanğından sonra yaranması ilə bağlıdır. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər verilmiş suallara cavab olaraq bildirmişlər ki, ticarət mərkəzi yanmadığı təqdirdə onların Cavabdeh qarşı verilmiş pulun geri qaytarılması ilə bağlı tələbləri olmayacaqdı. Bu fakt bir daha təsdiq edir ki, Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları satmaq fikri olmamış, onun belə bir səlahiyyətinin olmaması zərərçəkmiş şəxslərə öncədən bəlli olmuşdur. Qeyd olunan hal məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş Diqlas ticarət mərkəzinin direktoru və direktor müavini, həmçinin ibtidadi istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin verdiyi ifadələrlə təsdiq edilmişdir. Məhkəmə iclası zamanı Diglas ticarət mərkəzinin direktoru və direktor müavini bildirmişlər ki, Cavabdeh mağazaları satmaq səlahiyyəti olmamış, zərərçəkmiş şəxslərin də bundan məlumatı olmuşdur. Həmçinin bildirmişlər ki, Cavabdeh işdən uzaqlaşdıqdan sonra ticarət mərkəzinin qeydiyyat kitabında icarədar kimi Cavabdeh deyil, zərərçəkmiş şəxslərin adları qeyd olunmuş, obyektlər artıq Cavabdeh vasitəsi ilə deyil, birbaşa zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə icarəyə verilmişdir. Bu da bir daha sübut edir ki, Cavabdehlə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər arasında alqı-satqı olmamış, sadəcə təmirə çəkdiyi xərclər müqabilində gəlir əldə etmək üçün mağazaları həmin şəxslərə icarəyə vermişdir. Cavabdeh ticarət obyektlərini zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə satmaq niyyətinin olmaması həmin şəxslər tərəfindən müvafiq vəsaitlərin Elçinə verilməsindən sonra da icarə haqqını ödəməyə davam etmələri ilə bir daha sübut olunur. Belə ki, onlar arasında alqı-satqı barədə razılıq olmuş olsaydı, məntiqi olaraq artıq icarə haqqı ödəməyə ehtiyac qalmayacaqdı. Belə bir şəraitdə məhkəmə qeyd edir ki, ümumiyyətlə Cavabdeh əməlində ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı sübut olunan faktara əsasən, zərərçəkmiş şəxs kimi göstərilmiş şəxslərə münasibətdə ümumiyyətlə dədəluzluq cinayətinin tərkibi yoxdur. Belə ki, dələduzluq Cinayətlərinə Dair İşlər Üzrə Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1-ci bəndinə əsasən talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarının 27-ci bəndinə əsasən əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı2 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında Cavabdeh onun işlədiyi mağazaya yaxınlaşıb, mağazanı satdığını bildirmiş, sonda 19.000 manata razılaşmışlar. Qeyd olunan məbləği Elçinə vermiş, ticarət mərkəzi yandıqdan sonra 19.000 manatı geri tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aylıq icarə haqqı 1.750 manat ödəmişdir. Həmçinin bildirdi ki, ticarət mərkəzi yanmasaydı vermiş olduğu pulu geri tələb etməyəcəkdi. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı İddiaçı1 ifadəsində göstərmişdir ki, əri X26 2019-cu ilin fevral ayında Cavabdeh adlı şəxsə 22.000 manat pul verdiyini, onun müqabilində isə Elçin mağazanı onun adına sənədləşdirəcəyini bildirmişdir. 1 ay sonra ticarət mərkəzi yanmış, bundan sonra əri X26 və digər icarədarlar Cavabdeh pulları geri tələb etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, pulun Cavabdeh hansı şəraitdə, hansı şərtlərlə və kimin şahidliyi ilə verilməsi barədə məlumatı yoxdur. Həmçinin həyat yoldaşı X13 hər ay həmin ticarət obyektindən nə qədər gəlir əldə etməsi barədə məlumatı olmadığını bildirmişdir. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid X14 məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh 2009-cu ildə "Lotos" və "Diqlas 2" ticarət mərkəzinin ətrafında icarəyə yer götürüb alqı-satqı ilə məşğul olan şəxslərə icarəyə vermişdir. Cavabdeh ticarət mərkəzi ilə razılaşdığı icarə haqqını vermiş, ancaq özü icarəyə verdiyi şəxslərdən nə qədər icarə haqqı alması barədə məlumatı yoxdur. Çünki "Lotos" və "Diqlas 2" ticarət mərkəzinin ətrafında olan yerlər Cavabdeh icarəyə verilmiş, Cavabdeh icarəyə verdiyi şəxslərlə ticarət mərkəzinin nəzarətçilərinin ünsiyyəti olmamış, onlara icarə haqqını Cavabdeh ödəmişdir. Cavabdeh ticarət mərkəzində icarəyə götürdüyü mağazaları satmağa səlahiyyəti olmamış, icarəyə götürdüyü yerləri isə ya özü işlədə bilərdi, ya da həmin yerləri başqa şəxlərə icarəyə vermək hüququ var idi. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində təkrar dindirilmiş şahid X14 məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh qeyd olunan ticarət obyektlərin təmirinə 300.000 manat məbləğində xərc çəkmiş, çəkdiyi xərcin əvəzində gəlir götürmək məqsədilə qeyd olunan mağazaları icarəyə vermiş, icarə haqqının bir qismini ticarət mərkəzinə ödəmiş, az bir qismi isə Cavabdeh məxsus olmuşdur. Qeyd olunan məsələ istər ticarət mərkəzinin rəhbərliyinə, istərsə də icarədarlara bəlli olmuşdur. Həmçinin bildirdi ki, Cavabdeh işdən ayrıldıqdan sonra qeydiyyat kitablarına dəyişiklik edilmiş, icarədar qismində həmin şəxslərin adları qeyd edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən Cavabdeh verilmiş pul müqabilində icarə haqqları da azaldılmışdır. Bildirdi ki, onun məqsədi şəxsləri aldatmaq deyil, təmirə xərclədiyi vəsait müqabilində gəlir əldə etmək olmuşdur. Cavabdeh həmin mağazaları digər şəxslərə sata bilməzdi, onun belə səlahiyyətə malik olmaması zərərçəkmiş şəxslərə bəlli idi. Həmçinin verilmiş suala cavab olaraq bildirdi ki, ticarət mərkəzi yanmasaydı, yəqin bu şəxslərin də Cavabdeh şikayət etmək niyyətləri olmayacaqdı. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2009-2010-cu il tarixdən Diqlas və Lotos ticarət mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Cavabdeh Lotos və Diqlas ticarət mərkəzinin ətrafında olan mağazaları icarəyə götürüb, təmir etdirmiş, sonradan digər şəxslərə icarəyə vermişdir. Əldə olunan gəlirin az bir qismini özündə saxlamış, digər qismini isə müavinləri vasitəsilə ona çatdırmışdır. Verilmiş suallara cavab olaraq bildridi ki, Cavabdeh həmin ticarət obyektlərini satmaq səlahiyyəti yox idi, yalnız onu digər şəxslərə icarəyə verə bilərdi. Bu müddət ərzində Cavabdeh ticarət obyektlərinin təmirinə xərclədiyi 300.000 manat müqabilində icarə haqqlarından gəlir əldə etmiş, daha sonra ticarət mərkəzi yandıqdan sonra icarədarlarla Elçin arasında narazılıqlar yaranmış, onlar verdiyi pulu geri tələb etmişlər. Pul zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh ticarət obyektlərinin satışı müqabilində deyil, onun tərəfindən təmirə çəkdiyi xərcə görə verilmişdir. Bunun müqabilində icarə haqqları da zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh verilmiş vəsaitə mütənasib şəkildə azaldılmışdır. Həmçinin bildirdi ki, Cavabdeh onları aldatmaq niyyəti olmamış, sadəcə çəkdiyi xərc müqabilində icarə haqqının bir hissəsini özündə saxlamaqla gəlir əldə etmək məqsədi olmuşdur və ticarət mərkəzi yanmadığı təqdirdə zərərçəkmiş şəxslərin Cavabdeh qarşı hər hanısa tələbi olmayacaqdı. Qeyd olunan məbləğlərdə vəsaitin Cavabdeh verilməsində məqsəd isə, Cavabdeh artıq bu işdən uzaqlaşmaq niyyətinin olması, təmirə xərclədiyi 300.000 manat vəsait müqabilində gələcəkdə icarə haqqlarından əldə edəcəyi gəlirin öncədən zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən birdəfəlik ödənilməsi olmuşdur. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, Diqlas Ticarət Mərkəzində yerləşən bir neçə mağaza onun tərəfindən icarəyə götürülmüş və həmin mağazaların təmirinə təxminən 300.000 manat vəsait xərcləmişdir. Bunun müqabilində qeyd olunan mağazaları digər şəxslərə icarəyə verməklə gəlir götürmüşdür. Əldə olunan icarə haqqının bir hissəsini ticarət mərkəzinin rəhbərliyinə verib, az bir qismini isə özündə saxlamaqla gəlir əldə etmişdir. Bir müddət bu qayda üzrə işlədikdən sonra, mağazaların icarədarlarına işdən çəkiləcəyi barədə məlumat vermiş, icarədarlar onun tərəfindən təmirə çəkilmiş xərcin müqabilində müxtəlif məbləğlərdə vəsait ödəmişlər. Onunla icarədarlar arasında hər hansısa alqı-satqı mövcud olmamış, onun belə bir səlahiyyətinin olmaması icarədarlara da bəlli olmuşdur. Ticarət mərkəzinə məxsus qeydiyyat kitabına müvafiq dəyişikliklər edilmiş, icarə müqavilələrindən onun adı çıxarılmış, icarədarların adı siyahıya salınmışdır. Həmçinin icarə haqqlarının məbləği də ödənilmiş vəsaitə mütənasib olaraq azaldılmışdır. Bir müddət sonra Diqlas ticarət mərkəzi yanmış və bundan sonra icarədarlar ona ödədikləri pulun geri qaytarılmasını tələb etmişlər. Hal-hazırda icarədarlar tərəfindən ona verilmiş vəsaitlər geri qaytarılmış, lakin onun əməlində heç bir cinayət tərkibi mövcud olmamışdır. Belə ki, onun məqsədi həmin şəxsləri aldatmaqla vəsaiti ələ keçirmək deyil, sadəcə təmirə xərclədiyi vəsait müqabilində gəlir əldə etmək olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-410/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs İddiaçı1 və vəkili-nümayəndəsi Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, zərərçəkmiş şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmünün apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-410/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, “Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlmişdir ki, Cavabdeh zərərçəkmiş şəxsləri aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, aralarındakı münasibətlərin sırf mülki xarakterli münasibətlər olmasını nəzərə alınaraq Cavabdeh əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Cavabdeh mülkihüquq münasibətlərinin sübyektindən dələduza çevirmir və həmin epizod üzrə cinayət hadisəsinin baş vermədiyini və əməlində cinayət tərkibinin olmadığını təsdiq edir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(102)-173\2025 saylı qərarına əsasən, kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(103)-410/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.000 manatın və ödənilmiş 148 manat dövlət rüsumunun tutularaq İddiaçı2 Müşfiq oğluna ödənilməsi barədə və Cavabdeh 22.000 manatın və ödənilmiş 157 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh “Diqlas 2” ticarət mərkəzinin arxasında olan 18 kv.metr sahəsi olan mağazanın (satış piştaxtasının) ona məxsus olmasını və satdığını bildirmişdir və İddiaçı2 2019-cu ilin yanvar ayının ortalarında ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında 19.000 manat məbləğində pul vəsaitini alıb. O, zərərçəkənə satdığı əmlakı onun adına rəsmiləşdirəcəyinə söz vermişdir. xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. İddiaçı Cavabdeh pullarını tələb etdikdə sonuncu bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaq. Sonradan isə iddiaçıya müxtəlif vədlər verərək, pulun əvəzi olaraq torpaq sahəsi göstərsə də, sənədləşmə mərhələsinə gəldikdə müxtəlif bəhanələr gətirərək vədindən yayınmışdır. Cavabdeh satılan yerin ona məxsus olmasını və hətta satdığı yerin sənədləşməsi ilə bağlı vəd verməsi ilə bağlı səs yazısı göndərmişdir. İddiaçıdan alınan 19.000 manat məbləğində pul vəsaiti bu vaxta qədər qaytarılmamışdır. Həmçinin pul məbləğinin qarşılığında cavabdehə vəd edilən edilən 18 kv.m sahəsi olan mağaza (satış piştaxtası) 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi ilə birlikdə yanaraq tamamı ilə məhv olmuşdur. İddiaçı1 əri Rafiq Orucov 2011-ci ildən Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti, “Diqlas 2” ticarət mərkəzində olan mağazada (piştaxtada) kişi geyimləri satmaqla ailəsinin dolanışığını təmin etmişdir. 2019cu ilin fevral ayında əri Rafiq Orucov iddiaçıya bildirmişdir ki, özünü işlətdiyi piştaxtanın sahibi kimi təqdim edən şəxs Cavabdeh onun işlətdiyi piştaxtanın yanında başqa bir piştaxtanı satır və 22.000 manata razılaşıblar. Onlar öz ailələrinin gələcək maddi təminatını təmin etmək məqsədi ilə qərara gəlmişlər ki, piştaxtanı alsınlar. 2019-cu ilin fevral ayının sonu əri 22.000 manatı “Diqlas 2” ticarət mərkəzində Cavabdeh ödəmişdir. Cavabdeh da onun ərinə söz vermişdir ki, satdığı piştaxtanın sənədlərini verəcək. xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və onlar ümumiyyətlə vəd edilən sahədən istifadə edə bilməmişdir. Belə ki, pulu cavabdehə ödədikdən qısa zaman keçməmiş ticarət mərkəzi bütünlüklə yanmışdır. Ticarət mərkəzi yanandan sonra məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. Onun əri və daha 6 nəfər həmin gün Cavabdeh pullarını tələb etdikdə sonuncu onlara bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaq. Sonradan isə ümumiyyətlə Cavabdeh danışıqlara gəlməmiş və bir müddət sonra isə ümumiyyətlə zənglərə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı1 əri Rafiq Orucov vəfat etmişdir. Azyaşlı iki övladı ilə tamamilə çıxılmaz hala düşmüş və digər zərərçəkənlər kimi o da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçılar və digər şəxslər aidiyyəti üzrə müraciət edildikdən sonra, Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış və müvafiq araşdırma aparılıb. İddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaq zamanı Cavabdeh İddiaçı1 ərindən 22.000 manat aldığını, daha sonra isə 18.000 manat aldığını bildirmişdir. İstintaq zamanı Cavabdeh İddiaçı2 19.000 manat aldığını bildirmişdir. Cavabdeh iddiaçılardan aldığı pulları əvvəlcə satdığı piştaxtaların dəyəri kimi, daha sonra Ticarət Mərkəzinin tikintisi zamanı verdiyi 350.000 manat dəyərində olan elektrik avadanlıqlarının əvəzini əldə etmək məqsədi ilə satdığını, daha sonra isə həmin vəsaitin əvəzi olaraq əvvəlcədən icarə haqqı olaraq cavabdehlərdən birdəfəyə aldığı vəsait olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərə təqdim edilən əmlaklar Ticarət Mərkəzinə məxsus olub. 25 iyun 2023-cü il tarixli ittihama əsasən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 81Q ünvanında yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarəyə götürdüyü X15 məxsus mağazaları guya ona məxsus olmasını iddiaçılara bildirib aldadaraq onların etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyətli olmadığı halda həmin mağazanı iddiaçılara satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə etməklə bu adla müvafiq olaraq 22.000 və 19.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək iddiaçılara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cavabdeh qarşı sürülən ittihamı əsaslı saymayaraq 13 dekabr 2023cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü çıxarmışdır. Məhkəmə zamanı cavabdeh digər zərər çəkən şəxslərə vurduğu ziyanı ödəsə də, iddiaçılara hər hansı ödəniş etməmişdir. İddiaçılara ancaq borc müqaviləsi bağlamağı və pulun əvəzində torpaq sahəsi təklif etmişdir. Nizami Rayon Məhkəməsi Cavabdeh bəraət verərkən hökmünü aşağıdakı qaydada əsaslandırıb; 1) ... ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, ümumiyyətlə cavabdehin Ticarət mərkəzinə məxsus mağaza və ya torpaq sahəsini satmaq hüququ yoxdur. Məhkəmədə şahid qismində dindirilən Ticarət Mərkəzinin nümayəndəsi bildirmişdir ki, cavabdeh ancaq ticarət mərkəzindən götürdüyü mağazanı başqa şəxsə subicarəyə verə bilərdi və onun mağazanı satmaq hüququ yoxdur. Məhkəmə araşdırması dövründə digər zərərçəkmiş şəxslər X16, X2, X29, X7, X27, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin tam ödənildiyini bildirmişlər. Apellyasiya instansiya məhkəməsi iddiaçılar cinayət işi üzrə zərərçəkən şəxs qismində Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarla şikayət təmin edilməmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmünü qüvvədə saxlayıb. Apellyasiya instansiya məhkəməsinin qərarında cavabdehin iddiaçılardan aldığı pula və onlar arasında yaranan münasibətlərə aşağıdakı qaydada qiymət verib. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumiləşdirilməklə belə nəticəyə gəlir ki, Cavabdeh ilə zərərçəkmiş kimi təqdim olunan şəxslər arasında icarə münasibətlərindən yaranan işgüzar münasibətlər mövcud olmuş, zərərçəkmiş şəxsdən alınmış pullar həqiqətən Cavabdeh ilə zərərçəkmiş şəxslərlə razılaşmaya əsasən göründüyü kimi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham yalnız zərəçəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur, həmin ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş “sübutlar” Cavabdeh təqsirli bilinməsi üçün kifayət etmir. Həmçinin məhkəmə Mülki Məcəllənin 21.1., 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək aşağıdakı yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Cavabdeh zərərçəkmiş şəxsləri aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, aralarındakı münasibətlərin sırf mülki xarakterli münasibətlər olmasını nəzərə alınaraq Cavabdeh əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Cavabdeh mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Hazırkı iddia tələbi ilə bağlı, cavabdehin iddiaçılara ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülki-hüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 410/2024 saylı qərarı və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)- 483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Cinayət Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 410/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində baxılan zaman qeyd edilən cinayət işi üzrə iddiçılardan başqa digər zərərçəkmiş şəxslər X8, X1, X25, X4, X19, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. İddiaçılara isə dəymiş ziyanın bir qisminin ödənilməsi və yerdə qalan məbləğə borc müqaviləsinin bağlanması, sonradan isə dəymiş ziyanın əvəzi kimi torpaq sahəsi təklif edilsə də bununla bağlı hər hansı addım atılmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində qeyd edilir ki, cavabdeh guya onlara ticarət mərkəzində olan qeyri-yaşayış obyektlərinin alğı-satqısını vəd etmişdir. Halbuki belə alğısatqıdan söhbət gedə bilməzdi, həmçinin bu məsələ həm birinci instansiya, həm apelyasiya, həm də Ali Məhkəmənin hökm və qərarlarında da öz təsdiqini tapmışdır. İş üzrə iddiaçılardan başqa əlavə olaraq, yeddi nəfər də zərərçəkmiş şəxs olub və onların heç biri öz ifadələrində ticarət mərkəzində olan qeyri-yaşayış obyektlərinə dair cavabdeh tərəfindən çıxarış vəd edildiyini iddia etmirlər. Cavabdehə “Diqlas” və digər ticarət mərkəzlərində yer verilib, onu da bildirir ki, Azərbaycanda qayda belədir ki, burda ticarət mərkəzləri heç kəsin mülkiyyətinə verilmir, sadəcə icarəyə verilir. Cavabdehə təxminən 30- 40-a yaxın mağaza verilib və ticarət mərkəzi ilə cavabdeh arasında olan rəsmi icarə müqaviləsinə əsasən, Cavabdeh həmin mağazaları başqalarına subicarəyə vermək hüququna malik olmuşdur. Həmin ticarət mərkəzinin yanması cavabdehlə əlaqəli deyil, bununla bağlı Nizami Rayon Məhkəməsinin hökmü də mövcuddur ki, həmin hökm əsasında təqsirli şəxslər cəzalandırılıblar. Zərərçəkmiş şəxslərə isə baş verən yanğından dolayı dəymiş ziyanla bağlı kompensasiyalar ödənilmişdir. Və həmin şəxslərin kompensasiya prosesində cavabdehin onlara obyektin satışını həyata keçirməsi ilə bağlı hər hansı iddiaları olmamışdır. İddiaçıların və digər zərərçəkmişlərin bildirdikləri ümumi fikrə əsasən, ticarət mərkəzi yanmasaydı, onlar Cavabdeh pul tələb etməyəcəkdilər, onda belə bir sual meydana çıxır, “Necə olub ki, cavabdeh pul əvəzində onlara çıxarış vəd edib və ticarət mərkəzi yanmasa idi demək ki, çıxarış da tələb edilməyəcəkdi?” Burda aydın görünür ki, ziddiyyət var. Bugünkü iddianın predmeti olan məsələ ilə bağlı onu qeyd edir ki, orda hər kəs bilirdi və bilməli idi ki, heç kəsin həmin ticarət obyektlərinə münasibətdə çıxarış vermək hüququ mövcud deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1119/2025 nömrəli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən, pul zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh ticarət obyektlərinin satışı müqabilində deyil, onun tərəfindən təmirə çəkdiyi xərcə görə verilmişdir. Bunun müqabilində icarə haqqları da zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh verilmiş vəsaitə mütənasib şəkildə azaldılmışdır. Həmçinin Cavabdeh onları aldatmaq niyyəti olmamış, sadəcə çəkdiyi xərc müqabilində icarə haqqının bir hissəsini özündə saxlamaqla gəlir əldə etmək məqsədi olmuşdur və ticarət mərkəzi yanmadığı təqdirdə iddiaçıların Cavabdeh qarşı hər hanısa tələbi olmayacaqdı. Qeyd olunan məbləğlərdə vəsaitin Cavabdeh verilməsində məqsəd isə, Cavabdeh artıq bu işdən uzaqlaşmaq niyyətinin olması, təmirə xərclədiyi 300.000 manat vəsait müqabilində gələcəkdə icarə haqqlarından əldə edəcəyi gəlirin öncədən zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən birdəfəlik ödənilməsi olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların iddia tələbinin əsasını tərəflər arasında pul məbləğinin qarşılığında iddiaçılara vəd edilən mağazaların (satış piştaxtası) 26 mart 2019cu il tarixdə “Diqlas 2” ticarət mərkəzinin yanması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. İddiaçıların hüquq-mühafizə orqanlarına şikayət ərizəsi əsasında müraciətləri üzrə Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış, cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar iddia tələbinin dəlillərində cavabdehlə ticarət obyektlərinin alğı-satqı edilməsi barədə razılığa gəldiklərini bildirsələr də, lakin məhkəmə araşdırılması zamanı onlar arasında belə bir razılığın əldə edilməsi öz təsdiqini tapmamışdır. İşin bu halı sözügedən hökmdə də öz əksini tapmış və məhkəmənin qənaəti də bu istiqamətdə olmuşdur. Bundan başqa, qeyd edilməlidir ki, işgüzar adətlərə əsasən iri ticarət mərkəzlərində yerləşən obyektlər ayrı-ayrılıqda şəxslərə satılmır, ticarət mərkəzi ümumilikdə bir şəxsə məxsus olmaqla, həmin şəxs tərəfindən müxtəlif şəxslərə icarəyə verilir. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdehin iddiaçılar qarşısında obyektlərin mülkiyyətə veriləcəyi barədə hər hansı öhdəliklər götürməsi, habelə həmin öhdəliyi yerinə yetirməməsi və ya hər hansı qanunazidd əməli nəticəsində iddiaçılara zərər vurması müəyyən edilməmişdir. İddiaçı iddia tələbinin dəlillərində qeyd edir ki, cavabdehin iddiaçılara ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülki-hüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin qeyd olunan dəlilinə münasibətdə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə qeyd edir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəlicəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan hazırda məhkəmədə işin araşdırılması zamanı Cavabdeh tərəfindən hər hansı hüquqa zidd bir əməlin törədilməsi müəyyən olunmur. Qeyd olunan faktiki hal məhkəmədə cinayət işinin araşdırılmış halları (şahid ifadələri, zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin ifadələri ilə) müəyyən olunmuşdur. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara görə təqsirləndirilən şəxs Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait müqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Qeyd olunan fakt ticarət mərkəzinin rəhbərliyi tərəfindən məhkəmə iclası zamanı verilmiş ifadələrlə də öz təsdiqini tapmışdır. Daha sonra Cavabdeh həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı barədə məlumat vermiş, bundan sonra aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi ilə bağlı məlumat vermişdir. İcarədarlar özləri də bu barədə məlumatlı olmuş, ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. İcarə haqqının sonradan birbaşa ticarət mərkəzinə ödənilməsi və icarə haqqının azaldılması ilə bağlı məqam məhkəmə iclası zamanı araşdırılmış sübutlarla, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin ibtidai istintaq zamanı Cavabdeh dindirilməsi zamanı verdiyi ifadədə də öz təsdiqini tapmışdır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Bu baxımdan cavabdehin Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə verməsi, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsaitin müqabilində icarə haqqının bir hissəsini özünə saxlaması, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə verməsi işin müəyyən edilmiş faktiki halları olmaqla, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirildiyi, onun iddiaçılarla aralarında olan razılaşmaya əməl etdiyini və hər hansı pozuntuya yol vermədiyini göstərən diqqətçəkən məqamlardandır. Hazırda işdən də göründüyü kimi, iddiaçıların istifadəsində olan qeyri-yaşayış sahələrinin yanması, bu halın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və nəticədə iddiaçılara maddi zərərin dəyməsi hansısa mötəbər sübutlarla öz əksini tapmamışdır. Belə ki, cinayət işi materiallarından da görünür ki, ticarət mərkəzi yanmasa idi, iddiaçıların belə bir tələbləri olmazdı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların cavabdehin təqsirli, hüquqazidd əməlləri (delikt törətməsi) nəticəsində maddi ziyana məruz qalması barədə iddia tələbinin hər hansı hüquqi əsası mövcud olmamışdır. Məhkəmə iddia dəlilinə qiymət verməyi davam etdirib qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı, zərərçəkmiş və təqsirləndirilən şəxslər arasındakı mübahisənin mülki hüquqi xarakterli mübahisə olduğu qənaətinə gəlinmişdir. Belə ki, tərəflər arasında olan mülki mübahisənin delikt olubolmaması, o cümlədən cavabdeh tərəfindən deliktin törədilməsi faktının öz təsdiqini tapması yalnız mülki mühakimənin nəticəsində mümkündür ki, həmin fakt da məhkəmədə təkzibedilməz dəlillərlə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Təqdim edilən video yazılara münasibətdə məhkəmə qeyd etmişdir ki, MPM-in 10.10.-ci maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə iddiaçıların nümayəndəsi tərəfindən təqdim edilmiş video yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video və səs yazılarına münasibətdə məhkəmə bildirir ki, əvvəla, həmin video yazılar cavabdeh barəsində cinayət hüquqi tədbirlərin aparıldığı dövrdə çəkilmişdir və mümkündür ki, cavabdeh cinayət hüquqi tədbirlərin tətbiqindən çəkinərək, hər hansısa vədi versin. İkincisi isə, həmin video yazılarda aparılan danışıqlar konkret və aydın şəkildə hansısa məsələni müəyyən etməyə imkan vermir, bu baxımdan həmin video yazılar əsasında cavabdehin iddiaçılara nəyisə vəd etməsi, yaxud da məhz hazırki mübahisəli məsələ üzrə cavabdehin əməlləri nəticəsində iddiaçılara maddi ziyanın dəyməsini təsdiq edəcək mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmaması açıqaşkardır. Belə olan təqdirdə iddiaçılara məhz cavabdehin əməlləri nəticəsində maddi zərərin dəyməsinin müəyyən edilməsi məqsədi baxımından istinad edilən video yazıları əhəmiyyət kəsb etmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21.1, 21.2, 385.1, 386.1, 425, 442, 448.1, 448.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 78.1, 80, 81, 119.1, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” işi üzrə Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1119/2025 nömrəli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əri Rafiq Orucov 2011-ci ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Diqlas 2” ticarət mərkəzində olan mağazada (piştaxtada) kişi geyimləri satmaqla ailəsinin dolanışığını təmin etmişdir. 2019-cu ilin fevral ayında əri Rafiq Orucov iddiaçıya bildirmişdir ki, özünü işlətdiyi piştaxtanın sahibi kimi təqdim edən şəxs Cavabdeh onun işlətdiyi piştaxtanın yanında başqa bir piştaxtanı satır və 22.000 manata razılaşıblar. Onlar öz ailələrinin gələcək maddi təminatını təmin etmək məqsədi ilə qərara gəlmişlər ki, piştaxtanı alsınlar. 2019-cu ilin fevral ayının sonu əri 22.000 manatı “Diqlas 2” ticarət mərkəzində Cavabdeh ödəmişdir. Cavabdeh da onun ərinə söz vermişdir ki, satdığı piştaxtanın sənədlərini verəcək. 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və onlar ümumiyyətlə vəd edilən sahədən istifadə edə bilməmişlər. Belə ki, pulu cavabdehə ödədikdən qısa zaman keçməmiş ticarət mərkəzi bütünlüklə yanmışdır. Ticarət mərkəzi yanandan sonra məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. Onun əri və daha 6 nəfər həmin gün Cavabdeh pullarını tələb etdikdə, sonuncu onlara bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaqdır. Sonradan isə ümumiyyətlə Cavabdeh danışıqlara gəlməmiş və bir müddət sonra isə ümumiyyətlə zənglərə cavab verməmişdir. 05 iyun 2022-ci il tarixdə İddiaçı1 əri Rafiq Orucov vəfat etmişdir. Azyaşlı iki övladı ilə tamamilə çıxılmaz hala düşmüş və digər zərərçəkənlər kimi o da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı və digər şəxslər aidiyyəti üzrə müraciət etdikdən sonra, Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış və müvafiq araşdırma aparılmışdır. İddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaq zamanı Cavabdeh İddiaçı1 ərindən 22.000 manat aldığını, daha sonra isə 18.000 manat aldığını bildirmişdir. (bax: Cinayət işinin 1-ci cild, iş vərəqi 103-104, 135-137, ittiham aktının 17-ci səhifəsi, abzas 2). İstintaq zamanı Cavabdeh İddiaçı2 19.000 manat aldığını bildirmişdir. (bax: Cinayət işinin 1-ci cild, iş vərəqi 103-104, 135-137, ittiham aktının 18-ci səhifəsi, abzas 1). Cavabdeh iddiaçıdan aldığı pulları əvvəlcə satdığı piştaxtaların dəyəri kimi, daha sonra Ticarət Mərkəzinin tikintisi zamanı verdiyi 350.000 (üç yüz əlli min) manat dəyərində olan elektrik avadanlıqlarının əvəzini əldə etmək məqsədi ilə satdığını, daha sonra isə həmin vəsaitin əvəzi olaraq əvvəlcədən icarə haqqı olaraq cavabdehlərdən bir dəfəyə aldığı vəsait olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, onlara təqdim edilən əmlaklar Ticarət Mərkəzinə məxsus olub. 25 iyun 2023-cü il tarixli ittihama əsasən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 81Q ünvanında yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarəyə götürdüyü X15 məxsus mağazaları guya ona məxsus olmasını iddiaçılara bildirib aldadaraq onların etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı iddiaçılara satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə etməklə bu adla müvafiq olaraq 22.000 və 19.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək iddiaçılara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Cavabdeh qarşı sürülən ittihamı əsaslı saymayaraq 13 dekabr 2023-cü il tarixli, 1(007)- 483/2023 saylı bəraət hökmü çıxarmışdır. Məhkəmə zamanı cavabdeh digər zərər çəkən şəxslərə vurduğu ziyanı ödəsə də, iddiaçılara hər hansı ödəniş etməmişdir. İddiaçılara ancaq borc müqaviləsi bağlamağı və pulun əvəzində torpaq sahəsi təklif etmişdir. Nizami Rayon Məhkəməsi Cavabdeh bəraət verərkən hökmünü aşağıdakı qaydada əsaslandırıb; 1) ... ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. (bax: Nizami RM-nin 13 dekabr 2023-cü il tarixli hökmü, səhfə 7, abzas 2). Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, ümumiyyətlə cavabdehin Ticarət mərkəzinə məxsus mağaza və ya torpaq sahəsini satmaq hüququ yoxdur. Məhkəmədə şahid qismində dindirilən Ticarət Mərkəzinin nümayəndəsi bildirmişdir ki, cavabdeh ancaq ticarət mərkəzindən götürdüyü mağazanı başqa şəxsə subicarəyə verə bilərdi və onun mağazanı satmaq hüququ yoxdur. Məhkəmə araşdırması dövründə digər zərərçəkmiş şəxslər X16, X2, X29, X7, X27, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin tam ödənildiyini bildirmişlər. İddiaçılar cinayət işi üzrə zərərçəkən şəxs qismində Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmündən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmü qüvvədə saxlanılıb. Apellyasiya instansiya məhkəməsinin qərarında cavabdehin iddiaçılardan aldığı pula və onlar arasında yaranan münasibətlərə aşağıdakı qaydada qiymət verilib. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumişdirilməklə belə nəticəyə gəlir ki, Cavabdeh ilə zərərçəkmiş kimi təqdim olunan şəxslər arasında icarə münasibətlərindən yaranan işgüzar münasibətlər mövcüd olmuş, zərəçəkmiş şəxsdən alınmış pullar həqiqətən Cavabdeh ilə zərərçəkmiş şəxslələr razılaşmaya əsasən göründüyü kimi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham yalnız zərəçəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur, həmin ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş “sübutlar” Cavabdeh təqsirli bilinməsi üçün kifayət etmir. (bax: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının 19 səhfəsinin 7-9 abzasları və 20 səhifənin 2-ci abzası). Həmçinin məhkəmə Mülki Məcəllənin 21.1., 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək aşağıdakı yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Cavabdeh zərərçəkmiş şəxsləri aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, aralarındakı münasibətlərin sırf mülki xarakterli münasibətlər olmasını nəzərə alınaraq Cavabdeh əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Cavabdeh mülki hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. (bax: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının 19 səhfəsinin 7-9 abzasları və 20 səhifənin 2-ci abzası). Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İddiaçı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh 22.000 manatın və ödənilmiş 157 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. İddiaçı məhkəmə tərəfindən müəyyən edilən işin aşağıdakı hallarını qəbul etmir. İşin düzgün həlli üçün məhkəmənin araşdırmadığı əsas hallar aşağıdakıdır. Cavabdeh tərəfindən iddiaçıdan hər hansı pul vəsaiti (icarə və ya piştaxtanın əvəzi olaraq) almaq hüququnun olub olmamasını. Aldığı pul vəsaiti qarşılığında iddiaçıya hər hansı əvəz verib-vermədiyini. Hazırkı işdə iddiaçı məhkəmə qətnaməsini tamamilə qanunsuz hesab edərək mübahisələndirir. Məhkəmə Cavabdeh tərəfindən iddiaçıya qarşı razılaşmanın lazımınca icra olunmaması, yəni mülki hüquqi xarakterli pozuntuya yol verməsini nəzərə almayıb. Cavabdehin iddiaçya ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülkihüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı (bax: xx.xx.2024-cü il tarixli qərarın 19 səhfəsinin 7-9 abzasları və 20 səhifənin 2-ci abzası) və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)- 483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində baxılan zamanı qeyd edilən cinayət işi üzrə iddiaçılardan başqa digər zərərçəkmiş şəxslər X11, X2, X29, X7, X27, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. İddiaçılara isə dəymiş ziyanın bir qisminin ödəniməsi və yerdə qalan məbləğə borc müqaviləsinin bağlanması, sonradan isə dəymiş ziyanın əvəzi kimi torpaq sahəsi təklif edilsə də bununla bağlı hər hansı addım atılmamışdır. Bu işdə məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh ilə iddiaçılar arasında icarə münasibətlərindən yaranan işgüzar münasibətlər mövcüd olması və ən əsası cavabdehin iddiaçıya qarşı əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntuya yol verməsinin müəyyən edildiyini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə (Qərarın 19 səhfəsinin 7-9 abzasları və 20 səhifənin 2-ci abzası) cavabdehin yuxarda qeyd edilən, yəni iddiaçıya qarşı əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntuya yol verməsini müəyyən etmişdir. Belə olan halda məhkəmənin qeyd edilən halların mülki mühakimə icraatı qaydasında sübut olunmaması ilə bağlı nəticəyə gəlməsi anlaşılmazdır. Əgər Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə hadisənin, yəni cavabdehin qanun pozuntusuna yol verdiyi və razılaşmanı lazımınca icra etməməsi halı müəyyən edilibsə, cavabdeh iddiaçıdan daşınmaz əmlakla bağlı pul almaq hüququ olmadığı halda iddiaçıdan bununla bağlı pul vəsaiti alıbsa, məhkəmənin özünün məntiqi ilə subicarəyə vermək hüququnun olması mülki icraat qaydasında sübut edilməmişdirsə hansı əsasla iddia tələbinin rədd edilməsi nəticəsinə gəlinirdi? Məhkəmənin hazırkı işdə gəldiyi qəbul edilməz nəticələrindən biri də, cavabdehin ticarət mərkəzinin tikintisi zamanı verdiyi 300.000 manatlıq elektrik avadanlığının əvəzi kimi ticarət mərkəzinin mülkiyyətçisindən deyil, iddiaçılardan əvvəlcədən birdəfəyə həmin avadanlığın əvəzini almasını qanuni hesab etməsi və bu əsasla da iddianı rədd etməsidir. Məhkəmə nəzərə almamışdır ki, həmin avadanlıq ticarət mərkəzinin binasına istifadə edilib və iddiaçıların istifadə etdiyi və onlara vəd edilən sahə isə ticarət mərkəzinin ətrafında quraşdırılmış piştaxtalardır. Bu halda iddiaçılardan alınan vəsait necə qanuni hesab edilə bilər? Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-1119/2025 saylı qətnaməsini tamamilə ləğv edilməsi İddiaçı1 iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. İddiaçı2 Müşfiq oğlunun apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə Cavabdeh “Diqlas 2” ticarət mərkəzinin arxasında olan 18 kv.m. sahəsi olan mağazanın (satış piştaxtasının) ona məxsus olmasını və satdığını bildirmişdir və İddiaçı2 2019-cu ilin yanvar ayının ortalarında ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında 19.000 manat məbləğində pul vəsaitini almışdır. O, zərərçəkənə satdığı əmlakı onun adına rəsmiləşdirəcəyinə söz vermişdir. xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. İddiaçı Cavabdeh pullarını tələb etdikdə sonuncu bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaqdır. Sonradan isə iddiaçıya müxtəlif vədlər verərək, pulun əvəzi olaraq torpaq sahəsi göstərsə də sənədləşmə mərhələsinə gəldikdə müxtəlif bəhanələr gətirərək vədindən yayınmışdır. Cavabdeh satılan yerin ona məxsus olmasını və hətta satdığı yerin sənədləşməsi ilə bağlı vəd verməsi ilə bağlı səs yazısı göndərmişdir. İddiaçıdan alınan 19.000 manat məbləğində pul vəsaiti bu vaxta qədər qaytarılmamışdır. Həmçinin pul məbləğinin qarşılığında cavabdehə vəd edilən edilən 18 kv.m. sahəsi olan mağaza (satış piştaxtası) xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi ilə birlikdə yanaraq tamamilə məhv olmuşdur. İddiaçılar və digər şəxslər aidiyyəti üzrə müraciət edildikdən sonra, Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış və müvafiq araşdırma aparılıb. İddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaq zamanı Cavabdeh İddiaçı1 ərindən 22.000 manat aldığını, daha sonra isə 18.000 manat aldığını bildirmişdir. (bax: Cinayət işinin 1-ci cild, iş vərəqi 103-104, 135-137, ittiham aktının 17-ci səhifəsi, abzas 2 ). İstintaq zamanı Cavabdeh İddiaçı2 19.000 manat aldığını bildirmişdir. (bax: Cinayət işinin 1-ci cild, iş vərəqi 103-104, 135-137, ittiham aktının 18-ci səhifəsi, abzas 1). Cavabdeh iddiaçılardan aldığı pulları əvvəlcə satdığı piştaxtaların dəyəri kimi, daha sonra Ticarət Mərkəzinin tikintisi zamanı verdiyi 350.000 (üç yüz əlli min) manat dəyərində olan elektrik avadanlıqlarının əvəzini əldə etmək məqsədi ilə satdığını, daha sonra isə həmin vəsaitin əvəzi olaraq əvvəlcədən icarə haqqı olaraq cavabdehlərdən bir dəfəyə aldığı vəsait olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərə təqdim edilən əmlaklar Ticarət Mərkəzinə məxsus olub. xx.xx.2023-cü il tarixli ittihama əsasən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 81 Q ünvanında yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarəyə götürdüyü X15 məxsus mağazaları guya ona məxsus olmasını iddiaçılara bildirib aldadaraq onların etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyətli olmadığı halda həmin mağazanı iddiaçılara satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə etməklə bu adla müvafiq olaraq 22.000 və 19.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək iddiaçılara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cavabdeh qarşı sürülən ittihamı əsaslı saymayaraq xx.xx.2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü çıxarmışdır. Məhkəmə zamanı cavabdeh digər zərər çəkən şəxslərə vurduğu ziyanı ödəsə də, iddiaçılara hər hansı ödəniş etməmişdir. İddiaçılara ancaq borc müqaviləsi bağlamağı və pulun əvəzində torpaq sahəsi təklif etmişdir. Nizami Rayon Məhkəməsi Cavabdeh bəraət verərkən hökmünü aşağıdakı qaydada əsaslndırıb; ... ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. (bax: Nizami RM-nin13 dekabr 2023-cü il tarixli hökmü, səhfə 7, abzas 2) Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, ümumiyyətlə cavabdehin Ticarət mərkəzinə məxsus mağaza və ya torpaq sahəsini satmaq hüququ yoxdur. Məhkəmədə şahid qismində dindirilən Ticarət Mərkəzinin nümayəndəsi bildirmişdir ki, cavabdeh ancaq ticarət mərkəzindən götürdüyü mağazanı başqa şəxsə subicarəyə verə bilərdi və onun mağazanı satmaq hüququ yoxdur. Məhkəmə araşdırması dövründə digər zərərçəkmiş şəxslər X12, X2, X29, X7, X27, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin tam ödənildiyini bildirmişlər. İddiaçılar cinayət işi üzrə zərərçəkən şəxs qismində Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023- cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarla şikayət təmin edilməmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmünü qüvvədə saxlanmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarı Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. İddiaçı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh 19.000 manatın və ödənilmiş 148 manat dövlət rüsumunun tutularaq İddiaçı2 Müşfiq oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. İddiaçı məhkəmə tərəfindən müəyyən edilən işin aşağıdakı hallarını qəbul etmir: - Cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməməsini. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən və məhkəmə tərəfindən araşdırılmayan faktiki hallar: İşin düzgün həlli üçün məhkəmənin araşdırmadığı əsas hallar aşağıdakıdır. - Cavabdeh tərəfindən iddiaçıdan hər hansı pul vəsaiti (icarə və ya piştaxtanın əvəzi olaraq) almaq hüququnun olub olmamasını. - Aldığı pul vəsaiti qarşılığında iddiaçıya hər hansı əvəz verib - vermədiyini. Hazırkı işdə iddiaçı məhkəmə qətnaməsini tamamilə qanunsuz hesab edərək mübahisələndirir. Məhkəmə Cavabdeh tərəfindən iddiaçıya qarşı razılaşmanın lazımınca icra olunmaması, yəni mülki hüquqi xarakterli pozuntuya yol verməsini nəzərə almayıb. Cavabdehin iddiaçya ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülkihüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı (bax: xx.xx.2024-cü il tarixli qərarın 19 səhfəsinin 7-9 abzasları və 20 səhifənin 2-ci abzası) və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində baxılan zamanı qeyd edilən cinayət işi üzrə iddiaçılardan başqa digər zərərçəkmiş şəxslər X11, X2, X29, X7, X27, X3 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. İddiaçılara isə dəymiş ziyanın bir qisminin ödəniməsi və yerdə qalan məbləğə borc müqaviləsinin bağlanması, sonradan isə dəymiş ziyanın əvəzi kimi torpaq sahəsi təklif edilsə də bununla bağlı hər hansı addım atılmamışdır. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-1119/2025 saylı qətnaməsini tamamilə ləğv edilməsi və İddiaçı2 Müşfiq oğlunun iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 qanuni nümayəndəsi, İddiaçı1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, proseslərin heç birində iştirak etməmiş, mərhum yoldaşı iştirak etmişdir. O, prosesə yoldaşı vəfat etdikdən sonra qoşulmuşdur. Ticarətlə onun yoldaşı məşğul olmalı idi. Cavabdeh aldığı pulu ödəyəcəyinə söz verəs də, daha sonra ümumiyyətlə, zənglərə cavab verməmişdir. Onun yoldaşı cavabdehə 22.000 manat pul vermiş, qarşılığında cavabdeh orada maqazin kimi bir yer verməli idi. 22.000 manatı cavabdehə onun yoldaşı bazarda, həmin sahəni almaq üçün vermişdir. Cavabdeh sənədlərin hamıya bir vaxtda veriləcəyini bildirib, gözləmələrini demişdir. Cavabdeh onlara 4.000 manat pul, torpaq sahəsini verəcəyini desə də, sonradan onlara torpağın cavabdehə aid olmadığı məlum olmuşdur. Cavabdeh ona 4.000 manat təklif edib, şikayətini geri götürməsini təklif etmiş, o, isə bu təkliflə razılaşmamışdır. 2022-ci ildə vəfat etmiş həyat yoldaşının vərəsələri o, iki uşağı, mərhumun atasıdır. Cavabdeh düşünür ki, onun həyat yoldaşı həyatda deyilsə o, nə qiymət desə o olacaq. Amma o, bilir ki, Elçinə verilən pul 18.000 manat yox 22.000 manat olub, çünki o pul evdən aparılıb verilib. Onun yoldaşı bazarda işləmiş, Elçin bazarda başqa bir yeri satmış, lakin mağaza yoldaşına təhvil verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, bazara gələndə, Cavabdeh ona özünü bazarın rəhbəri kimi təqdim etmişdir. O, başqa bir sırada, talvarın altında il yarım əvvəl icarə haqqı 400-500 manat olan yerdə işləmiş, cavabdehin işçisi ona Elçinin 19.000 manata yer satmasını demiş, o da gələcək üçün yatırım etmək istədiyindən, əlverişli ərazi olduğuna görə borcxərc edib Elçinlə danışmışdır. Səs yazıları da var ki, həmin sahəni onun adına qeydiyyata keçirmək üçün Elçin ondan 3/4-ə şəkil, şəxsiyyət vəsiqəsinin surətini istəyib, notariusun qarşısında görüşmələri üçün vaxt təyin edib, həmin sahəni onun adına keçirib çıxarış verəcəyini bildirib. Cinayət işinə baxılarkən 10 nəfər zərərçəkəndən 8 nəfərin şikayəti təmin olunaraq alınan pullar geri qaytarılmışdır. Yalnız ona və Xatirə xanıma münasibətdə Elçinin günahsız olması deyilmişdir. Cavabdeh onlara dəfələrlə vəd versə də, torpağı var, satacaq ödəyəcək, borc alacaq ödəyəcək desə də, ödəniş etməmişdir. Hörmətli, ölkə başçısı İlham Əliyev onlara qayğı göstərib, mallarının az da olsa pulu onlara ödənilərkən adları qeydiyyata alınmışdır. Həmin vaxt cavabdeh dəfələrlə gəlib “mənim adımı orada hallandırmayın, vergi məni incidəcək, mən özüm sizə o pulu qaytaracağam” demişdir. Onlar da insanlıq edib, şikayət etməmiş, onların pullarının da tez bir zamanda verilməsini gözləmişlər. Proses qutarandan sonra isə cavabdeh “gedin nə istəyirsiniz edin mən vermirəm” demişdir. O, 19.000 manatı, 5.000 ABŞ dolları, 10.500 manat olmaqla cavabdehə 2019-cu ilin fevral ayında vermiş, həmin ilin martın 20-22-də isə yanğın baş vermişdir. Elçin onu Özbəkistan küçəsində yerləşən notariusun qarşısına dəvət etmiş, təyin olunan yerə getsələr də, Elçin müxtəlif bəhanələr uydurub işi olmasını demişdir. 19.000 manatı Elçinə verməsinə dair səs yazısı olmaqla yanaşı cavabdeh həmin məbləği almasını etiraf edir. Pulu cavabdeh Özbəkistan küçəsində, notariat ofisinin qarşısında, öz şəxsi maşınında ondan almışdır. Bu səs qeydində də göstərilib ki, 5.000 ABŞ dolları, 10.500 manat alıb. O vaxt 1 ABŞ dollarının kursu 1.70 manat ilə hesablanmışdır. Orada bazar sistemidir deyə heç bir sənəd, müqavilə yoxdur. Cavabdeh özü ona çıxarışla obyekti satmasını vəd etmişdir. Həmin sahədə yalnız Elçinə məxsus talvar kimi bir yer olmuş, sağı, sollu dükanlardan ibarət olmuşdur. Elçinin özünün ayrı pul yığanı və ofisi olmuşdur. Elçin sənədləri ona notariusda göstərəcəyini demişdir. O, pulu sayıb Elçinə verərkən cavabdeh ona şəxsiyyət vəsiqəni gətirmədiyini desə də, pulu alıb qaytarmamışdır. Sənədləşmə işindən anlayışı olmadığından Elçinin verdiyi vədlərə inanmışdır. Cavabdeh işə baxılarkən öna ödəniş etməmiş, onlara torpaq verəcəyini demişdir. Sonradan torpağın cavabdehə məxsus olmadığı, cavabdehin yenidən onları aldatmaq istədiyi məlum olmuşdur. Cavabdeh onlara 4.000 manat pul təklif edib, hər birinə 4 sot torpaq verəcəyini demiş, torpaq sahəsinin qaynanasına, baldızına aid olmasını bildirmiş, onlar birlikdə torpaq sahəsinə baxış keçirmiş, yoxaladıqdan sonra onlar torpağın cavabdehə aid olmadığını müəyyən etmişlər. Cavabdeh onlardan ayrı-ayrılıqda aldığı 19.000-22.000 manata qarşı 4000 manat verməklə məsələni həll etmək istəmişdir. Nümayəndənin dedikləri, yəni sənədlərin yanması cəfəngiyyatdır, çünki “Diqlas” ticarət mərkəzi və “Lotos” ticarət mərkəzi eyni bir şirkət idi, “Diqlas” ticarət mərkəzində ofis deyilən bir şey yox idi, “Lotos” ticarət mərkəzinin 4-cü mərtəbəsində rəhbər şəxslərin ofisləri var idi, bütün sənədlər də orada olurdu və yanmaqdan da söhbət gedə bilməz. O, bir il yarım işləmiş, əvvəlcədən heç bir ödəniş etməmiş, aylıq 600-700 manat icarə haqqı vermişdir. “Diqlas” ticarət mərkəzinin rəhbərləri kimdənsə pul alaraq ora salmamışlar. Elçin sadəcə onlara vəd verdi ki, həmin sahə onundur. Orada Araz və Bəhruz üçün Elçin deyirdi ki, “onlar heç kimdir, buranın yiyəsi mənəm, mən də sənə sənəd verəcəyəm”. Hər şeyi yanma hadisəsinin üzərinə atırlar. Onların adları qeydiyyata düşməyib, Elçin sahəni 1.200-1.300 manata icarə vermiş, həmin məbləğ ödənilmiş, icarə haqqında dəyişiklik olmamışdır. Cavabdeh ona sərf etməyən heç nəyi xatırlamır. O, 2019-cu ilin fevral ayında Özbəkistan küçəsində cavabdehə məxsus avtomobildə pulu cavabdehə vermiş, O vaxtkı danışıqların səs yazıları da var, məhkəmə həmin səs yazılarını yoxlaya bilər. Cavabdeh pul yığan işçisi var idi. Cavabdeh izahatında oranın ona verilməsini desədə, həmin vaxt onlara həmin sahənin ona məxsus olmasını demiş, hamı tağların altının Cavabdeh şəxsi əmlakı olmasını bilmişdir. Ona Elçinin öz işçisi Elçin onunla danışmaq istədiyini demişdir. Onun Elçinə 5.000 manatlıq, 10.000 manatlıq yer üçün 19.000 manat təklif edməsi inandırıcı deyil. Elçinin işçisi ona sənədli halda Elçin sahəni 19.000 manata ona satmaq istədiyini demişdir. O, inanıb razılaşmışdır. 2009-cu ildə oranın tikintisi başlayıb, 2019-cu ildə isə yanıb. 10 il ərzində 400 manatdan hesablayanda azı Elçinin orada olan 50 yerə görə 350.000 manatdan dəfələrlə artığını qazanıb. Cavabdehin sövdələşməni satması ilə bağlı dedikləri cəfəngiyyatdır. Elçin ona iki yerin birlikdə 6 kvadratmetr olmasını, sənədli, çıxarışlı yeri ona satmasını demişdir. O, valideynləri ilə məsləhətləşmiş, onlar sənədsiz yerdirsə alma demişlər. O, sənədlərin olmasını, sənədli olan hər şeyin də qanuni olmasını, cavabdehin onu notariat ofisinin qarşısına çağırmasını görüb inanmışdır. Səs yazısında cavabdeh ona başının qarışıq olmasını, sənədləri gətirə bilmədiyini, 5.000 ABŞ dollarını və 10.500 manatı alıb sayandan sonra hamını birlikdə notariusa aparacağını, sənələri də verəcəyini demişdir. Bu şəkildə 1 ay keçdi, hər dəfə sənədləri soruşanda cavabdeh “az qalıb tələsməyin verəcəm deyirdi.” Bundan sonra da məlum hadisə baş verdi. Yanvar və ya fevral ayının ortaları fəaliyyətə başladım, mart ayının 26-da mərkəz yanmışdır. Kim sənədsiz yerə sadəcə Arazın dəftərində Elçin silinib Nurlan yazılacaq deyə 19.000 manat verər. Bazardır da səhərisi gün güc sahibləri gəlib bazardan çıxara bilər. “Diqlas” ticarət mərkəzi yanmasaydı onlar həmin sahənin Elçinin olmadığını bilməyəcəkdilər. Elçin “Lotos” ticarət mərkəzinin arxasında onlara şikayət etməmələrini, onun adının heç yerə verilməməsini, onların pulunu verəcəyini demişdir. İcarə haqqına görə o, iki mağazaya görə 1 ay 1.750 manat ödəmiş, əlavə olaraq da cavabdehin pul yığanına da 20 manat vermişdir. O, aldığı yerə görə icarə haqqı verməsinin səbəbini soruşanda Elçin icarə haqqının o, çıxandan sonra verilməyəcəyini, həmin sahəni onun adına keçirəcəyini demişdir. Cinayət işinə baxılarkən Elçin onlara hər birinə 2000 manat olmaqla cəmi 4000 manat pul təklif etmiş, şikayət geri götürüldükdən sonra torpaq sahəsi veriləcəyini vəd etmişdir. Araşadırma zamanı torpağın Elçinə aid deyil. Elçin Maksuddan aldığı 5000 manata görə 4000 manat qaytarıb, 1000 manatı 10 günə qaytaracağını deyib, bu günədək qaytarmayıb. Elçin indi deyir ki, sənədlər yanıb, lakin “Diqlas” ticarət mərkəzi və “Lotos” ticarət mərkəzi eyni holdinqə məxsus idi. “Diqlas” ticarət mərkəzində Cavabdeh başqa heç kəsin ofisi yox idi. Araz müəllim və Bəhruz müəllimin ofisləri isə “Lotos” ticarət mərkəzidə idi. Yəni, Elçinin dediyi öz adını sildirib onların adını yazdıracağı dəftər də “Lotos” ticarət mərkəzində idi. “Diqlas” ticarət mərkəzində əvvəllər onun başqa obyekti olmamışdır. O, 2- 3 sıra kənarda icarə haqqını Bəhruz adlı şəxsə verməklə işləmidir. O, tağlar ancaq Elçin müəllimə məxsus olmuşdur. Elçin onundur deyib satırdı. Onun bazarda əvvəlki işlədiyi yer göy çadırla əhatələnmiş dərzi aparatını qoyub işlədiyi, hər ay 600 manat icarə haqqı ödədiyi yer olmuşdur. Cavabdeh tağlar olan yerə 200.000-300.000 manat xərc çəkməsini desə də, ora çəkilən xərc 50.000 manat ola bilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, İddiaçı1 yoldaşı Rafiq ona 18.000 manat, Nurlan isə 19.000 manat vermişdir. O, bazarda işləmiş, “Diqlas” ticarət mərkəzinə verdiyi 350.000-360.000 manatlıq elektrik mallarının müqabilində “Diqlas” ticarət mərkəzindəki yerlərdən ona özünün işlətməsi, icarəyə verməsi üçün sahələr verilmişdir. O, pulu verərkən “Diqlas” ticarət mərkəzinin sahibi Araz, işlədən Kənan Nağıyev olmuşdur. O, da 350.000 manatlıq elektrik məhsullarını Kənan Nağıyevə 2009-2010-cu illərdə vermiş, onun əvəzində sonuncu “Diqlas” ticarət mərkəzindəki mağazaları götürüb tikməsini, istəsə özü işlətməsini, istəsə icarəyə verməsini demişdir. O da, mağazaları tikib icarəyə verməyə razılaşmış, bundan sonra “Diqlas” ticarət mərkəzində mağaza formasında obyektlər tikib icarəyə vermişdir. O, Rafiqə, yəni İddiaçı1 yoldaşına işlətməyə mağaza vermişdir. Amma Nurlana hələ verməmişdir. Nurlan “Diqlas” ticarət mərkəzi yanmamışdan bir il əvvəl ora gəlmişdir. “Diqlas” ticarət mərkəzi yanmamışdan bir il əvvəl o, oradan getmək istəmiş, təklif etmişdir ki, ora qoyduğu pulu kim istəyirsə ona versin, həmin sahə də, ona qalsın. Belə ki, ona çatası pul silinəcək, qalanı da şirkətə veriləcəkdi. O, həmin sahəyə qoyduğu pulu götürüb, qalanını şirkətə verdi. Nə qədərini götürməsi yadında deyil, qeydiyyat dəftərlərinin hamısı yanmışdır. Nurlanı o, tanımamış, belə ki, Nurlan əvvəl “Diqlas” ticarət mərkəzində işləməmişdir. Nurlan özü oranın pulunu verməsini, dərzi olaraq oranı işlədəcəyini ona təklif etmiş, Nurlan özü ona 19.000 manatı təklif etmiş, o da, Nurlanla razılaşmış, əvəzində Nurlana iki mağaza formasında obyekt vermişdir. Obyektlərin sahəsini xatırlamır. Oranı 19.000 manata qiymətləndirərək Nurlana vermişdir. Həmin vaxt demişdir ki, ticarət mərkəzindən gedəcək, qalmayacaq, kim istəyirsə ona yaxınlaşsın. O, 19.000 manata oranı Nurlana öz ticarət payı olaraq satmışdır. Yer yenə “Diqlas” ticarət mərkəzinin olmuş, lakin Nurlan işlətmişdir. Öz icarə hüququnu satmışdır. 19.000 manatın neçə ilin icarə haqqı olmasını o, bilmir. Orada hər yerin öz qiyməti olmuş, bir az satış çox olan yerlər yaxşı qiymətə getmiş, bir az zəif olan yerlər aşağı qiymətə getmişdir. Onun özü ilə icarə müqaviləsi bağlanmış, həmin müqavilə də yanmışdır. Müqavilənin neçə ilə bağlanmasını xatırlamır. Sənədləşmə ilə bağlı o, mərkəzin müdiriyyətinin yanına gedib demişdir ki, dəftərdən onun adı silinsin, bundan sonra icarə haqqını iddiaçılar ödəyib, mağazanı da onlar işlədəcək. Özünün ödədiyi qədər iddiaçılar icarə haqqı ödəməli idilər. Nə qədər icarə haqqı verdiyini hazırda o, xatırlamır. Onun “Diqlas” ticarət mərkəzindəki payı belə idi ki, mağazadan asılı olaraq elə olurdu ki, 200 manat, 300 manat, 400 manat ona aid olurdu. Həmin pay da verdiyi elektrik məhsullarından qaynaqlanırdı. Yəni, onun əvəzində ona həmin paylar çatırdı. Bundan başqa o, həm də mağazaları tikmişdir. Belə ki, o, çəkdiyi xərcləri götürüb, əvəzində öz qazancımdan əl çəkirdi. Bu danışıqlar “Diqlas” ticarət mərkəzi yanmamışdan 7-8 ay əvvəl olmuş, o, sahələri iddiaçılara təhvil vermişdir. Elə həmin vaxtlar da Nurlanla yanaşı İddiaçı1 yoldaşı ilə də razılaşmış, onları rəisin yanına aparmış, dəftərdən öz adını pozdurub onların adını yazmışdır. Barəsində cinayət işi başlanılanda ondan şikayət edən şəxslərlə razılaşmış, o, iddiaçılara torpaq təklif etmiş, onlar isə razılaşmamışlar. Həmin vaxt ona yaxın adamı vəziyyətdən çıxması üçün 5-10 sot torpaq sahəsi verəcəyini demişdir. İddiaçılar onunla razılaşmamış, pullarını tələb etmişlər. Sonra torpağın sahibi də torpağı verməmişdir. Torpaq verilsəydi o, torpaq sahibinə sonradan pulunu ödəyəcəkdi. Barəsində şikayət edənlərlə razılaşması belə oldu ki, o, “Diqlas” ticarət mərkəzindəki yerləri mərkəz yanan vaxtı onlara vermiş, onlar heç orada işləməmiş, onlar onu şantaj etdiklərindən, həbs olunacağı ilə hədələdiklərindən razılaşmış, bilsəydi ki, barəsində bəraət veriləcək, cinayət işinə baxılarkən heç o pulu zərərçəkənlərə verməz, onlarla razılaşmazdı. Onlara cəmi nə qədər pul verdiyini yazmış, həmin sənəd evindədir. O, iddiaçılara da həmin vaxt təkliflər etmiş, pul da təklif etmiş, iddiaçılar onunla razılaşmamışlar. İddiaçılara nə qədər pul təklif etməsini indi xatırlamır. Onunla bağlanan icarə müqavilələrinin müddətini xatırlamır. O, özü ilə bağlanan icarə müqaviləsinin müddəti üçün iddiaçılarla razılaşmışdır. Müqavilələrin 10 illik, 15 illik bəlkə də, daha çox müddətə bağlanmasını düşünür. Özü nə qədər icarə haqqı verməsini xatırlamır. Hazırda işləmədiyindən, maddi imkanı olmadığından iddiaçılara pul qaytara bilmir. Orada heç kəsə çıxarış verilməyib. Oranın sənədi heç kimlə olmayıb. Hamı ilə bazar sövdələşməsi olub. Çölün sənədi olmayıb, içərinin sənədi olub. İddiaçılar həmin vaxt ondan ancaq içərinin sənədlərinin olub-olmamasını soruşmuş, o da, işərinin sənədinin olmasını demişdir. O, heç kimə sənədlə bağlı söz verməmişdir. Razılığa əsasən o, həmin sahələrdən geri çəkiləcək, həmin sahələr artıq iddiaçılara məxsus olcaqdır. Oranın çölünün sənədinin olmaması ona məlum olmuşdur. Rəsmi sənəd olmasa da, o, obyektini vermiş, “Diqlas” ticarət mərkəzi yanandan sonra sığorta da daxil, oranın yanmasına görə o, heç kəsdən 1 manat belə pul almamış, iddiaçılara yanmış mallarına görə pul ödənilmiş, ona isə heç nə verilməmişdir. Onun aldığı 18.000 manat, 19.000 manat “Diqlas” ticarət mərkəzində yanmamışdır, amma yanmış kimi bir şey olmuşdur. O, iddiaçılardan təmir haqqını istəməmiş, ora qoyduğu pulu istəmişdir. Təmiri işləri onun tərəfindən görülmüşdür. Nurlandan hardasa 7-8 ay icarə haqqı almışdır. İcarə haqqının məbləğini Nurlan 1750 manat deyir, yəqin elə də olub. 6 kvadratmetr sahədən ibarət yer üçün o, Nurlandan 1750 manat almışdır. Sahə təmirli olmuş, lakin Nurlan dərzi işlədiyindən oradakı rəfləri söküb atmışdır. O, 19.000 manatı təmirə görə yox, oranın yerinə görə Nurlandan almışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayara izahatında göstərmişdir ki, Birinci instansiya məhkəməsində təqdim etdikləri etirazda da, iddia tələbinin əsası ilə bağlı öz münasibətlərini bildirmişlər. Birincisi, cinayət mühakimə icraatında olan məsələləri bugünki mülki mühakimə icraatına dəyişib məhkəmədə hər hansısa bir fikir yaratmaq, formalaşdırmaq istiqamətində hörmətli iddiaçılar fikirlər səsləndirirlər. Cinayət mühakimə icraatında bütün zərərçəkmişlər birinci instansiyada da, apellyasiya instansiyasında da hətta şikayəti olmayanlar belə dəvət olundular və həmin ticarət mərkəzinin rəhbərliyi, müavinləri də gəlib izahat verdilər və hamı bildirdi ki, onlara Cavabdeh heç vaxt çıxarış vəd verməyib və vəd verə də bilməzdi. Hamı bilir ki, orada piştaxtanın çıxarışı olmur, bunu hər kəs bilir. Sadəcə Azərbaycan Respublikasında işgüzar bazar münasibətləri belədir, Sədərəkdə də, Binədə də, Diqlasda da belədir. “Orada Cavabdeh də, başqalarına da pulunu verirsən və alqı-satqı kimi olur, amma rəsmiyyət prosesində icarə olur. Sən o yerdən çıxanda, deyirsən ki, mən buradan çıxıram, həmin o istədiyin qiymətə verirsən, ticarət mərkəzinin kitabında sənin yerinə gələn qeydiyyata düşür. Bu da o formada olub və Cavabdeh ki, oradan götürüb misal üçün 1.200 manata, 600 manata icarəyə verib, razılıq da belə olub ki, biz sənin yerinə keçəndən sonra oradan, məsələn, 1.200 manatın 300 manatı Cavabdeh çatıb, qalan 900 manatı ticarət mərkəzinə çatıb. Yəni artıq o 300 manatı siz mənə verməyəcəksiniz, 900 manat verəcəksiniz.” İş üzrə ifadələrdə də, cinayət mühakimə icraatında ifadələrdə də, məhkəmə aktlarında da bu məsələ öz əksini tapıb, yəni anlaşma bu şəkildə olub. Yəni şəxs rəsmiyyətdə icarə ilə götürdüyü yeri, o öz payını, böyüklüyündən-kiçikliyindən asılı olaraq bir obyektdən misal üçün 500 manat, 300 manat ona çatacaq payı, onların o hüququnu satıb bunlara, onlar da keçib onun yerinə və həmin ticarət mərkəzinə 600 yox 400 manat ödəməyə başlayıblar, hansı ki, Cavabdeh 200 manatın özünə götürür, 400 manatını yuxarıya, yəni ticarət mərkəzinin rəhbərliyinə verir. Ticarət mərkəzinin, həm onun rəhbərliyinin, həm onun müavininin hamısının izahatında bu öz əksini tapmışdır. Digər zərərçəkmişlər də hətta apellyasiyada şikayətləri olmasa da, izahatlarında bildirdilər ki, onlara heç kim çıxarış vəd etməyib, vəd də edə bilməzdi, çünki piştaxtanın, ticarət obyektinin ümumi qeyri-yaşayış sahəsi, ticarət mərkəzi kimi çıxarışı var, amma digər yerlərin Cavabdeh adına çıxarışı olmayıb. Cavabdeh tərəfindən Nurlandan və Xatirə xanımın ərindən müvafiq olaraq 19.000 manat və 22.000 manat alınıbdır. Cavabdeh oradan çıxırdı, onlar ora gəlirdi, yəni piştaxtanı özləri işlədirdi, onlarda nə vaxt çıxmaq istəsəydilər, həmin yeri kiməsə satacaqdılar. Tutaq ki, X bir adam gələcəkdi, istədiyi qiymətə satacaqdı, sonra bu adam ticarət mərkəzinə pul ödəməyə başlayacaqdı. Yəni Cavabdeh bu yeri iddiaçılara hansısa müddətə verməyib və bu ticarət mərkəzində formalaşan işgüzar münasibətdir, Sədərəkdə də, Binədə də, digər ticarət mərkəzlərində də qayda belədir. 2019-cu ildə baş vermiş hadisədir, yanğın da mart ayında olmuşdur. Bu zaman dövlət komissiyası yaradılır, bu komissiya da həmin şəxslərə materiallara görə pul ödəyir, yəni dövlət tərəfindən yanğın nəticəsində əşyası, malları, mülkləri yanan insanların zərəri qarşılanıb. İddiaçıların orada nə satdıqları ona məlum deyil. Elçin iddiaçılardan alınan 19.000 manatı və 22.000 manatı özünə götürüb, çünki Elçin həmin ticarət mərkəzinin 350.000 manat dəyərində olan işıqlandırma sistemini həyata keçirmiş və buna görə ona icarə ilə 30-40 dənə obyekt verilmişd amma faktiki olaraq mülkiyyət münasibətləri ilə idi. Bunu ticarət mərkəzinin rəhbərliyi, müavini də təsdiq edir ki, kimə icarəyə verildi, üstünə nə qədər pul qoyulub verildi, onlar buna qarışmır, zatən qayda belə idi. Məhkəmə hökmlərində də, qərarlarında da təsdiq olundu ki, oradan çıxanda onlar kitaba qeydiyyat olundu, həmin kitablar da yanğın nəticəsində yanmışdır. Elçin özü çoxdan, yəni Diqlas ticarət mərkəzi qurulandan və işə başlayandan bəri orada işləyir. Cavabdeh oradan tamamilə çıxırdı, bu biznesdən ayrılıb, başqa biznes quracaqdı. Elçin orada fəaliyyətə başlayanda piştaxtaya görə nə qədər pul verdiyi ona məlum deyil. “Elçin ümumiyyətlə, təmir-tikinti işlərinə xərc çəkib, onun müqabilində ona o obyektlər verilib və o şərtlə verilib ki, bura nə qədər işləyir, işləyəcəksən, işləmək istəməyəndə də, çıxacaqsan, yəni satıb gedəcəksən.” Elçinlə ticarət mərkəzi arasında icarə müqaviləsi olub, bütün bu mübahisə predmeti ilə əlaqəli olan yerlərin hamısına dair müqaviləsi olub, yanğın nəticəsində həm o müqavilə, həm də qeydiyyat kitabları yanıb. Bunun qarşılığında müəyyən bir məbləğdə icarə haqqı müəyyən olunub. Tutaq ki, yerin biri 18 kv.m-dir, misal üçün 18 kv.m. görə 500 manat, 50 kv.m. görə 1.200 manat icarə haqqı ödənilir, həm icarə haqqı, həm də satış qiyməti yerin sahəsinə görə fərqlənir. Diqlas ticarət mərkəzi Elçinlə müqavilə bağlamış, iddiaçılarla bağlamamıdır. Elçin bu adamlarla şifahi icarə müqaviləsi bağlayıb. 19.000 manat, 22.000 manatdan əlavə iddiaçılar aylıq ödəniş etməli idilər. Amma ödənişin məbləğində azalma olacaqdı. Abdullayev Şəhriyarın, Orucov Əlinin izahatında var ki, bu gün 1.200 manat ödəyirsə, buranı ona verib çıxandan sonra 900 manat ödəyəcək. 600 manat ödəyirsə, sahəni ona verib çıxandan sonra, ona çatacaq 200- 300 manat var, hansı ki, o, onu üstünə əlavə edib ticarət mərkəzinə verir, o məbləğ artıq ödənməyəcəkdir. Razılaşma da belə olmuş, hamı bunu etiraf etişdir. Digər zərərçəkənlərlə cinayət mühakimə icraatının gedişində anlaşma olub, Cavabdeh deyir ki, “mən onlarla halallaşıram”. İddiaçılarla halallaşmamasına isə o, qarışa bilmir. Bugünkü məhkəmə mübahisəsi deliktdən, yəni təqsirli hüquqazidd hərəkətdən yaranır. Cinayət işində isə əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmaması araşdırılır. Bu iki iddiaçıdan başqa da zərərçəkmişlər var və onların heç biri deməyib ki, Cavabdeh onlara çıxarış vəd edib, onların izahatları da vardır. Məsələ bundan ibarətdir ki, cavabdeh 350.000 manatlıq məhsul müqabilində o yerləri alıb. Binə, Sədərək və digər ticarət mərkəzlərində də bir qayda var ki, oradakı obyektlər heç kəsin mülkiyyətinə verilmir, icarə ilə rəsmiləşdirilmir. İddiaçılar da oradan çıxanda yenə başqa şəxslərə obyekt satılır və icarə haqqı sonuncular tərəfindən ödənilir. Yəni, işgüzar bazar adəti bundan ibarətdir. Yəni, Bəhruz müəllim, Araz müəllim öz ifadələrində bunu təsdiq ediblər. X34 Arazın müavini olub. Çıxarış cavabdeh tərəfindən heç kəsə vəd olunmayıb, bugünkü mübahisə də onun üstündə qurulub. Cavabdeh aldığı pulu şirkətə ödəməli deyildi. Cavabdeh vaxtında şirkətə pul ödəyib yer alıb, deyiblər ki, çıxana qədər işlədəcəksən. Çıxanda da başqasına sata bilərsən. Şirkətə pulu cavabdeh nağd verməyib, müəyyən elektrik məhsulları şəklində verib. Onu verməsini də iş materiallarındakı izahatlar təsdiq edir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 izahatında göstərmişdir ki, onun gəlini ilə arasında miras əmlak barədə heç bir mübahisəsi yoxdur. Oğlundan ona heç nə qalmayıb, nə qalıbsa gəlininə qalıb. Oğlu bir gün onun yanına əlində pulla gəlib ona yoldaşının qızıllarını satmasını bildirib həmin bu pula mal almasını demişdir. O, oğlu ilə birlikdə Bərdə bazarından mal-qara alırdılar. Oğlu həmin vaxt aldığı malı böyüdüm sataraq yer alacağını demişdir. Sonra bir gün oğlu həmin inəyi satmış, gəlinin qohumlarının verdiyi pulu əlavə edib 22.000 manat düzəltmişdir. O, həmin vaxt oğluna ehtiyatlı olmasını demiş, oğlu isə aldığı sahənin sənədli olmasını ona bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 rəsmi qaydada məlumat verilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbləri təmin olunmadığından və iddiaçılar apellyasiya şikayətlərində hər biri qətnaməni özlərinə aid hissədə mübahisələndirdiklərindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyindən apellyasiya şikayətləri təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçıların iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Hazırkı mülki iş üzrə iddiaçıların da zərərçəkən şəxs qismində tanındıqları cinayət işi üzrə qanuni qüvvəsini alan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh əməlində dədəluzluq cinayətinin tərkibi yoxdur. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Lakin müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Cavabdeh tərəf iddia tələblərinə qarşı etirazında iddiaçılarla icarə, subicarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olmasını bildirsə də, mülki iş üzrə tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, artıq “Diqlas” ticarət mərkəzində fəaliyyət göstərmək istəməyən cavabdehin əsl niyyəti həmin mərkəzin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ona ayrılan qeyri-yaşayış sahələrini özgəninkiləşdirmək, yəni iddiaçılara vermək, satmaq, sonuncuların niyyəti isə həmin daşınmaz əmlakı almaq olmuşdur. Kollegiyanı bu qənaətə gəlməyə əsas verən işin faktiki halları aşağıdakılardan ibarətdir. Belə ki, mülki qanunvericiliyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (MM-in 700.1., 700.2., 700.3.-cü mad.) Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh iddiaçılardan, sonuncular tərəfindən geri qaytarılması tələb olunan, pul vəsaitini aylıq ödənişlər olaraq, yəni hissə-hissə deyil, bütövlükdə almışdır. “Diqlas” ticarət mərkəzində yanğın baş verdikdən sonra sənədləşmə işlərinin başa çadırılmasının mənasız olmasını görən iddiaçılar verdikləri pulun geri qaytarılmasını tələb etmiş, əks təqdirdə hüquqmühafizə orqanına müraciət edəcəklərini cavabdehə bildirmişlər. Bakı şəhəri Nizami RPİ-in rəisi C.Məmmədova verdiyi əl ilə yazdığı ilkin izahatında Cavabdeh mağazaları satmasına görə Rafiqdən 20.000 manat, Nurlandan 19.000 manat almasını göstərmişdir. (cinayət işi cild İ. İş.v. 13) Daha sonra cinayət işi üzrə dindirilən (yuxarıda qeyd olunan) zərərçəkən və şahidlərin əksəriyyətinin ifadələri ilə yanaşı Cavabdeh da verdiyi izahatlardan müəyyən olunur ki, Cavabdeh “Diqlas” ticarət mərkəzində yerləşən qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda iddiaçılar da daxil olmaqla bir neçə şəxsdən həmin sahələri satmaq niyyəti ilə pul vəsaiti almış, cinayət işi üzrə məhkəmə istintaqının davam etdiyi müddətdə iddiaçılar istisna olmaqla digər zərərçəkən şəxslərə aldığı pul vəsaitlərini geri qaytarmış, pulu geri qaytarılan şəxslər Cavabdeh qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Bundan başqa cavabdehin izahatında qeyd etdiyi ticarət mərkəzindən getmək istəməsi, ticarət mərkəzinə qoyduğu xərcə görə iddiaçılardan birdəfəlik pul alması, bazarda olan işgüzar adətlərə görə iddiaçıların da öz növbəsində ticarət mərkəzindən gedərkən birdəfəlik ödənilən məbləği yeni gələn şəxsdən tələb etmək hüquqlarının olmasını bildirməsi, daha sonra iddiaçılara aldığı pulun bir hissəsini qaytarmağı təklif etməsi, bu faktı təsdiq edən səs və video görüntülər də, kollegiyaya tərəflər arasında daşınmaz əmlakın icarəsi, subicarəsi ilə deyil, alqı-satqısı ilə bağlı razılaşmanın olması qənaətinə gəlməyə əsas verir. Daha sonra Cavabdeh izahatında mərhum R.E.Orucovdan 18.000 manat almasını qeyd etsə də, onun ilkin izahatında həmin vəsaitin 20.000 manat olmasını göstərməsini, cinayət işi üzrə məlum olan bütün hallar barədə düzgün danışmaq vəzifələri, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətləri barədə xəbərdar edilən hazırkı iş üzrə iddiaçıların aparılan cinayət təqibi boyu verdikləri bütün ifadələrdə, üzləşmə aktında həmin vəsaitin 22.000 manat olmasını qeyd etmələri, nəhayət Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, mərhum R.E.Orucovun atası, E.O.Orucovun da izahatında həmin vəsaitin 22.000 manat olmasını göstərməsi, kollegiyaya cavabdehin mərhum R.E.Orucovdan aldığı vəsaitin 18.000 manat deyil, əslində 22.000 manat olması qənaətinə gəlməyə əsas verir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdlə bağlı yaranan mübahisənin düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hazırkı mülki işə baxan birinci instansiya məhkəməsi isə apardığı araşdırma zamanı düzgün hüquqi əsaslandırma aparmamış, cavabdehin izahatında göstərdiyi, hər hansı bir mötəbər sübuta əsaslanmayan halları işin müəyyən edilmiş faktiki halları kimi sübuta yetirilməsi qənaətinə gəlmiş, cavabdehə verilən vəsaitin ticarət obyektlərinin satışı kimi deyil, təmirinə çəkilən xərclər olması qənaətinə gələrkən alınan vəsaitin iddiaçılara təklif olunan ticarət obyektlərinin təmirinə xərclənməsi üçün kifayət edəcək məbləğ olubolmamasını, hansı səbəbdən icarəyə verilən ticarət obyektinə görə təmir xərclərinin icarəçilərdən əvvəlcədən alınmasını, icarəyə verilən ticarət obyektinin faktiki olaraq iddiaçılardan hansına təhvil verilməsini, icarə haqqının azaldılmasını təsdiq edən hansı sübutların mövcud olmasını, “Dilqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində mərkəzə məxsus daşınmaz əmlakın məhv olmasına görə iddiaçılara hansı ziyanın vurulmasının mümkün olmasını, işgüzar adətlərin qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası olmasını, cavabdehin izahatında qeyd etdiyi halların işgüzar adətlər kimi qəbul edildiyi halda belə qanunvericiliyə zidd olan işgüzar adətlərin tətbiq edilməsinin yolverilməz olmasını, barəsində cinayət təqibi başlanıldığı ilk gündən özünü təqsirli bilməyən, bütün istintaq boyu müdafiəçi ilə təmin olunan Cavabdeh hansı səbəbdən cinayət hüquqi tədbirlərin tətbiqindən çəkinərək vədlər verə bilməsini, əhəmiyyətsiz əqdlər üzrə iddiaçılardan aldığı pulu qaytarmamaqla cavabdehin əsassız varlanması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, nəticədə iş üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsində pozuntuya yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, hazırkı işdə cavabdeh özünə aid olmayan daşınmaz əmlaklarlara dair forma və məzmununa əməl edilməyən əhəmiyyətsiz alqı-satqı müqaviləsi üzrə iddiaçılardan aldığı vəsaiti özündə saxlayıb geri qaytarmamaqla əsassız varlandığından iddiaçılar həmin vəsaiti cavabdehdən geri tələb etməkdə haqlıdırlar. Ona görə də iddiaçıların apellyasiya şikayətləri təmin edilərək birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1119/2025 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə maddi ziyana görə 22.000 manat, dövlət rüsumlarına görə 236 manat olmaqla cəmi 22.236 manat tutulsun. Cavabdeh İddiaçı2 xeyrinə 19.000 manat, dövlət rüsumlarına görə 222 manat olmaqla cəmi 19.222 manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar