Məhkəmə qərarları › İş №2(103)-5045/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5045/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5045/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 və onun vəkili X7 iştirakları ilə Ləğv prosesində olan “xxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 qarşı kredit müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin, Cavabdeh1 ləğv prosesində olan “xxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borc öhdəliyinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC NamazovİftixarBayram oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 830450,68 manat məbləğində əsas, 240879,57 manat məbləğində faiz, 121453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 1192783,27 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ilkin satış qiyməti 138740 manat müəyyən olunmaqla sonuncunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzilinin açıq hərracdan satılması, mənzilə tutmayönəldikdən və satıldıqdan sonra Cavabdeh1 mənzili ən geci bir ay müddətində tərk etmədikdə və çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-yə qaşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzilinin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” QSC ilə “xxxxxx” MMC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 7 faiz hesablanmaq şərti ilə 60 ay müddətinə 700000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu öhdəliklərin icrasına görə məsuliyyəti öhdəsinə götürmüşdür. xx xxxxxx 2011-ci il tarixdə kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən müqavilənin mətninə dəyişiklik edilərək “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasında fəaliyyət göstərən X4 Namazov” sözlərinə “Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 89 ünvanında yaşayan, xx.xx.2008ci il tarixində Bakı-Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh1” sözləri ilə əvəz olunmuşdur. Bununla yanaşı həmin tarixdə kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsi imzalanmışdır ki, həmin müqaviləyə əsasən Cavabdeh1 “xxxxxx” MMC ilə bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyi öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh1la bağlanmış xx xxxx 2008-ci il tarixində kreditin verilməsi haqqında ********** saylı kredit müqaviləsinə borcun restrukturizasiyası məqsədiilə imzalanmış xx xxxx 2013-cü il tarixli 1 saylı əlavə sazişə görə cavabdehə verilmiş 700000 manat kreditə əlavə olaraq 607460,40 manat məbləğində kredit verilir, kredit üzrə faiz 16%, ödənilməli olan son tarixi sə xx xxxx 2016-cı il müəyyən olunmuşdur. Bundan başqa, Cavabdeh1la bağlanmış xx xxxx 2008-ci il tarixində kreditin verilməsi haqqında ********** saylı kredit müqaviləsinə imzalanmış xx xxxx 2013-cü il tarixli 2 saylı əlavə sazişə görə cavabdehə verilmiş 1304460,40 manat kreditə əlavə olaraq 100000 manat məbləğində kredit verilməsi qeyd edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhər iBinəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəlikləri icra etməmiş və banka 830450,68 manat məbləğində əsas, 240879,57 manat məbləğində faiz, 121453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 1192783,27 manat məbləğində borcu yaranmışdır. “xxxxxxxxxxxxx” QSC ilə “xxxxxx” MMC, Cavabdeh1 və Eldarov Sahib Mövlud oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilə barədə isə onun məlumatı yoxdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə cavabdehin təşəbbüsü və təkidi ilə müəyyən şərtlərlə hazırkı iddianın predmeti olan kredit də daxil olmaqla “xxxxxx” MMC-nin, onun və X1 borcları üzrə qalıqların ləğv edilməsi barədə “xxxxxxxxxxxxx” QSC ilə onların arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən “xxxxxx” MMC kredit müqavilələri üzrə pul vəsaitlərini hissə – hissə xx xxxxxx 2018ci il tarixədək banka ödəməli, o, “xxxxxx” MMC-də ona məxsus olan 100 % təsis payını müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirməli, pay sonuncunun adına rəsmiləşdirildikdən sonra “xxxxxx” MMC-yə yeni direktor təyin olunmalı, MMC-nin mənfəətindən 10% məbləğində pul vəsaiti ona ödənilməli, həmin müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə yaranmış borclar 3 il ərzində hissə – hissə “xxxxxx” MMC tərəfindən ödənilməli, borclar müqavilə tarixindən etibarən 3 il müddətində silinməli, müəssisənin təsisçiliyi ona geri qaytarılmalı idi. Müqavilə üzrə onun üzərinə düşən tələb və öhdəliklərə tam əməl olunmuşdur. Belə ki, o, müqavilənin 1.3-cü bəndinə əsasən “xxxxxx” MMC-nin 100% təsis payını Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirmiş, MMC-yə yeni direktor təyin olunmuş, rəhbərlik yeni təsisçi və direktor tərəfindən həyata keçirilmişdir. Lakin müqavilənin digər tərəfləri üzərlərinə götürdüyü öhdəliklərə əməl etməmişlər, nə “xxxxxxxxxxxxx” QSC müqavilənin 1.6-cı bəndinə əsasən onu kredit borclarının ödənilməsindən azad etməmiş, nə də S.M.Eldarov müqavilənin 1.8-ci bəndinə əsasən mənfəətdən ona 10% ödəməmişdir. Bundan başqa, kredit müqavilələri üzrə yaranmış borcların hissə – hissə ödənilməsi öhdəliyini “xxxxxx” MMC üzərinə götürmüşdür, yəni, kredit borcu onun deyil, “xxxxxx” MMC tərəfindən ödənilməli idi. Hətta, “xxxxxx” MMCkreditborcunuödəməsəbelə, həmin borcun ona aidiyyatı yoxdur. Beləki, müqavilənin 1.16-cı bəndində nəzərdə tutulmuşdur ki, kredit borcları və digər öhdəliklər müqavilə imzalandığı gündən 3 il müddətində ödənilmədikdə Cavabdeh1 və X6 müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarının ödənilməsindən azad olunurlar və həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili ipoteka yüklülüyündən azad edilir. Bundan başqa, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən “xxxxxx” MMC-dən xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 299610,30 manat, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 805359,90 manat pulun tutularaq “xxxxxxxxxxxxx” QSC-yə ödənilməsi, tutmanın Bakı şəhəri Sabunçu rayonu, xxxxxx qəsəbəsi, 9-cu mədən küçəsi, 45 ünvanında yerləşən əmlak kompleksinin və Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzilin açıq hərracdan satılması, əmlak kompleksinin və mənzilin boşaldılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(001)-3698/2009 saylı icra sənədində göstərilən tələb tam təmin olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbi isə təmin edilərək, Cavabdeh1“xxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti qarşısında xx xxxx 2008-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin ləğv edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan “xxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nüamyəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti ilkin iddia ərizəsininin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11420/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1188/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xagiş etmiş və əlavə olaraq bildirmişdir ki, müqavilənin 1.16-cı bəndindən əvvəl daha 15 bənd var, həmin bənd o anlama gəlməməlidir ki, borc bağlanmaya bilər. Göstərilən müqavilə bankın ümumi maraqlarından kənar olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və həmçinin onun vəkili apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının nümayəndəsinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmayaraq onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə «xxxxxx» MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən «Şirkət» bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit müqavilələr üzrə yaranmış ümümi borcun ümumilikdə 7.130.556.51 AZN və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə xx.xx.2018-ci il tarixinədək «Kreditor»a öz öhdəsinə götürür («xxxxxx» MMC) ödəniş tam başa çatdığı təqdirdə isə «Kreditor» qeyd edilən borcalanlara qarşı əlavə tələb irəli sürməməsini öz öhdəsinə götürür. Bu müqavilənin imzalanması qeyd olunan borcluların yeni borc alanla əvəz edilməsi hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilə şərtləri üzrə götürülmüş öhdəliklərin icrasına əməl olunub-olmamasını müqavilə tərəflərinin hamısının iştirakını təmin etməklə müzakirə etməli olduğu halda, bunu etməmiş, müqavilənin iş materiallarında əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin olmamasına diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən müqavilənin hazırki vaxta kimi qüvvədə olub-olmamasını, eləcə də, müqavilənin 1.15-ci bəndinin icra edilibedilməməsini aydınlaşdırmamışdır. Belə ki, həmin bəndin məzmununa görə bu müqavilənin 1.1 bəndində göstərilən kredit borcları və «xxxxxx» MMC-nin kreditor qarşısında olan digər öhdəliklərini bu müqavilə imzaladığı gündən 3 il müddətində tam və ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra edilmədikdə X8 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, xxxxxx qəsəbəsi, 9-cu Mədən küçəsi, 45 ünvanında o 57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m kömə sahədən ibarət əmlak kompleksini hər hansı bir şərt və tələb irəli sürmədən Eldarov Sahib Mövlud oğlunun və ya Kreditorun müəyyən etdiyi digər şəxsin adına 10 gün məddətində özgəninkiləşdirməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir..” Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Belə ki, iş materiallarında olan xx xxxx 2008-ci il tarixli, ********** №-likredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxx” QSC “xxxxxx” MMC-yə 60 ay müddətinə illik 7 faiz hesablanmaqla 700000 məbləğində kreditverilmişdir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli, ********** №- li ipoteka müqaviləsindən görünür ki, həmin tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədiləBakışəhəri, C.Xəndan küçəsi, ev 3066, ev 40A, mənzil 89 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MH seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2011-ciiltarixli, ********** №- li kredit müqaviləsi üzrə öhdəliklərin verilmə müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxxxx” MMC ilə “xxxxxxxxxxxxx” QSC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyi və ödənilməli məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli, ********** №-li zaminlik müqaviləsindən görünür ki, “xxxxxx” MMC Cavabdeh1 ilə“xxxxxxxxxxxxx” QSC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə öhdəliklərin verilmə müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına görə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixdə bağlanmış “xx xxxx 2008-ci il tarixli, ********** №-li kredit müqaviləsinə 1 №-li əlavə saziş”dən görünür ki, müqavilənin mətnində “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Nizamnaməyə əsasında fəaliyyət göstərən X5 Namazov” sözləri “Azərbaycan Respublikasının vətəndaşı, ünvan 6 m. 89 ünvanda yaşayan, xx.xx.2008-ci il tarixində Bakı – Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh1” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan xx xxxx 2013-cüiltarixli “Kreditin verilməsi haqqında xx.xx.2008ci il tarixli, ********** saylı müqaviləyə 02 saylı əlavə saziş”dən görünür ki, müqavilənin 2.1 və 3.5-ci bəndləri dəyişdirilərək aşağıdakı kimi müəyyən olunmuşdur: “Kreditor borcalana 1307460,40 manat və əlavə olaraq 100000 manat məbləğində kredit verir” İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə banka 830450,68 manat məbləğində əsas, 240879,57 manat məbləğində faiz, 121453,02 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 1192783,27 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxx” QSC ilə“xxxxxx” MMC, Cavabdeh1 və Eldarov Sahib Mövludoğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilədən (kollegiya tərəfindən müqavilənin əslinə baxış keçirilmişdir) görünür ki, müxtəlif tarixlərdə “xxxxxx” MMC, Cavabdeh1 və X6 ilə bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 5107421,51 manat, əlavə olaraq 20123135 manat və 331500 ABŞ dolları olmaqla ümumilikdə 7130556,51 manat və 331500 ABŞ dolları məbləğində pul vəsaitini “xxxxxx” MMC hissəhissə xx xxxxxx 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin borclar 3 il müddətində ödənilmədikdə Cavabdeh1 və X2 borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ünvan 6 m. 89 ipoteka yüklülüyündən azad olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(001)-3698/2009 №-li qətnaməsinin surətindən görünür ki, “xxxxxx” MMC-dən xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 299610,30 manat, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 700000 manat məbləğində əsas borc, 105359,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 805359,90 manat məbləğində pul vəsaitinin “xxxxxxxxxxxxx” QSCnin xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədində göstərilən tələb tam təmin olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2015ci il tarixli müqavilənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iş materiallarında yoxdur. Buna görə də kollegiya tərəfindən məhkəmə iclasında “xxxxxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında müqavilənin əslinə baxış keçirilmiş, müqavilənin surətinin əsli ilə düz olduğu sədrlik edən hakim tərəfindən təsdiqlənmişdir. “xxxxxxxxxxxxx” QSC ilə “xxxxxx” MMC, Cavabdeh1 və Eldarov Sahib Mövlud oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmış və müqavilənin şərtlərində qeyd olunmuşdur ki, müxtəlif tarixlərdə “xxxxxx” MMC, Cavabdeh1 və X6 ilə bağlanmış kredit müqavilələrinə, o cümlədən hazırkı iddianın predmeti olan xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borclar, ümumilikdə 7130556,51 manat və 331500 ABŞ dolları məbləğində pul vəsaitini “xxxxxx” MMC hissə-hissə xx xxxxxx 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdur. Həmçinin Cavabdeh1 “xxxxxx” MMC-də ona məxsus olan 100 faiz təsis payını 5 iş günü müddətində Eldarov Sahib Mövlud oğlunun adına rəsmiləşdirməyi, rəsmiləşdirmədən sonra 3 iş günü müddətində MMC-yə aid olan bütün sənədləri, əmlakları sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.16-cı bəndində qeyd olunmuşdur ki, həmin borclar 3 il müddətində ödənilmədikdə Cavabdeh1 və X2 borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ünvan 6 m. 89 ipoteka yüklülüyündən azad olunur. Məzmunundan göründüyü kimi müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti müddəti müəyyən olunmuş və həmin müddət xx xxxxxx 2018-ci il tarixdə başa çatmışdır. Müqavilənin 1.16-cı bəndi onu nəzərdə tutur ki, 3 il müddətində ödənilmədikdə Cavabdeh1 və X2 borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ünvan 6 m. 89 ipoteka yüklülüyündən azad olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Kollegiya iş materiallarına araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı bankın tələbi əsassızdır. Belə ki, xx xxxx 2008-ci il tarixli, ********** №-likredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” QSC “xxxxxx” MMC-yə 60 ay müddətinə illik 7 faiz hesablanmaqla 700000 məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, C.Xəndan küçəsi, ev 3066, ev 40A, mənzil 89 ipoteka ilə yüklü edilmişdir. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(001)-3698/2009 №-li qətnaməsi ilə “xxxxxx” MMC-dən xx xxxxxx 2007-ci iltarixli kredit müqaviləsi üzrə 299610,30 manat, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 700000 manat məbləğində əsas borc, 105359,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 805359,90 manat məbləğində pul vəsaitinin “xxxxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. Daha sonra xx xxxxxx 2011-ci il tarixdə, ********** №-li kredit müqaviləsi üzrə öhdəliklərin verilmə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 “xxxxxx” MMC ilə“xxxxxxxxxxxxx” QSC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyi və ödənilməli məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Sonradan həmin müqavilə üzrə bir neçə əlavə saziş bağlanmış, ən son xx xxxxxx 2015-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən müxtəlif tarixlərdə “xxxxxx” MMC, Cavabdeh1 və X6 ilə bağlanmış kredit müqavilələrinə əsasən yaranmış 5107421,51 manat, əlavə olaraq 20123135 manat və 331500 ABŞ dolları olmaqla ümumilikdə 7130556,51 manatvə 331500 ABŞ dolları məbləğində pul vəsaitini “xxxxxx” MMC hissə-hissə xx xxxxxx 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, həmin borclar 3 il müddətində ödənilmədikdə Cavabdeh1 və X2 borclarının ödənilməsindən azad olunurlar, həmin kredit borcları üzrə kreditor onlara qarşı tələb irəli sürə bilməz, həmçinin, ünvan 6 m. 89 ipoteka yüklülüyündən azad olunur. Göründüyü kimi ilkin iddia tələbi üzrə iddiaçı hazırki iddiasında tələb etdiyi borc məbləğlərinin mənbəyini, həmin borcların yaranma əsaslarını sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin işin materialları da həmin borc məbləğlərinin mövcud olmasını təkzib edir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədində göstərilən tələb tam təmin olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir. Buna görə də kollegiya hesab edir ki, həm ilkin iddianın predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğuna, həmdə xx xxxxxx 2015-ci il tarixdə müqavilənin 1.16-cı bəndinə əsasən müddət başa çatdığından İftaxar Namazovun kredit borclarının ödənilməsindən azad olunması, mənzilin ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddianı rədd etmiş, qarşılıqlı iddianın kredit borcu öhdəliyinin ləğv edilməsi hissəsində təmin etmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3527/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar