Məhkəmə qərarları › İş №2(103)-5050/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5050/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5050/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3097/2024 saylı, 06 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli müqaviləyə əsasən bank borcalana 48 ay müddətinə illik 22% ödəmək şərtilə 3500 manat məbləğində kredit, habelə xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi il isə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit kartı verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürmüşdür.

2. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 3.130,63 manat əsas borcu vardır.

3. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 975,18 manat əsas borcu vardır.

4. 26 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixində vəfat etmiş X5 vərəsəsi Cavabdehdır. Cavabdeh mərhumdan miras qalmış Xüsusi Şərtlərlə Təyinat üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabında 1.174,78 manat məbləğində pul vəsaitindən tam pay hüququ əldə etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsi üzrə 3.130,63 manat əsas kredit borcu və xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə 974,52 manat əsas, vəfat etdiyi tarixə 0,66 manat faiz olmaqla, cəmi 975,18 manat kredit kartı borcunun ödənilmiş 61,31 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin MXD departamenti ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 3.500 manat məbləğində kredit, xx.xx.2020-ci il tarixli, BPM**********90 kredit müqaviləsinə əsasən Bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1.000 manat məbləğində kredit kartı X6 verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X13 Yusif xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər 26 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 vərəsəsi Cavabdehdır. xx.xx.2024-cü il tarxili maliyyə arayışlarına əsasən X5 Banka ödənilməmiş qalan xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsi üzrə 3.130,63 manat əsas kredit borcu və xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə 974,52 manat əsas, vəfat etdiyi tarixə 0,66 manat faiz borcu olmaqla cəmi 975,18 manat kredit kartı borcu qalmışdır. Cavabdeh - Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3097/2024 nömrəli, 6 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 saylı nağd kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ümumilikdə 1.174 (bir min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti, həmçinin iddianın təmin edilmiş hissəsinə münasibətdə 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsiqət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X8 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalandan 1.174 manat məbləğində pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. İddiaçı cavabdehin borcalanın başqa əmlakını da miras kimi qəbul etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Müzakirəsi gedən özbaşına tikilinin isə borcalandan miras qaldığı və miras kütləsinə daxil olduğu işin halları ilə sübut edilmir. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh qəbul etdiyi miras aktivi həcmində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən miras aktivinin həcmi miras passivindən az olduğundan iddia qismən əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739, 743, 1151.1, 1146, 1243.2, 1255 və 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3097/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-ninxeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********90 №- li kredit müqaviləsi üzrə 3.130,63 manat əsas kredit borcu və xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə 974,52 manat əsas, vəfat etdiyi tarixə 0.66 manat faiz borcu olmaqla cəmi 975,18 manat kredit kartı borcunun, ödənilmiş 61,31 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. X5 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X5 vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Cavabdeh qızı miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Həmçinin məhkəmə prosesi zamanı vərəsə Cavabdeh izahatında qeyd etmişdir ki, X3 ona miras kimi ev qalmışdır, lakin evin sənədlərində problem olduğundan evə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İzahatında qeyd etmişdir ki, hal-hazırda o evdə yaşayır və bütün komunal xərcləri ödəyir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, qarşı tərəf məhkəmə prosesi zamanı evi qəbul etdiyini bildirmişdir və hal-hazırda da orada yaşayır. Cavabdeh bildirir ki, hazırda yaşadığı ev ona yoldaşından keçmişdir. Cavabdeh faktiki olaraq miras əmlakı qəbul etmişdir. Şəhadətnamənin verilməməsi miras əmlakın qəbul edilməməsi demək deyil. Birinci instansiya məhkəməsinn qətnaməsinin ləğv olunmasını, iddianın tam şəkildə təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

25. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

29. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

31. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

32. 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

34. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli müqaviləyə əsasən bank borcalana 48 ay müddətinə illik 22% ödəmək şərtilə 3500 manat məbləğində kredit, habelə xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi il isə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit kartı verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürmüşdür.

38. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqavilələri üzrə müəyyən olunmuş məbləğdə borc alan üçün kredit versə də, sonuncu ödəməli olduğu kredit məbləğlərini banka ödəməkdən yayınmış və nəticədə onun "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 3.130,63 manat, xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə isə 975,18 manat borcu yaranmışdır. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

39. İddianın təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh borcalandan 1.174 manat məbləğində pul vəsaitini miras əmlak kimi qəbul etmiş, lakin qəbul etdiyi miras aktivinin həcmi miras passivindən az olduğundan iddia kredit müqavilələri üzrə yaranmış borca görə aldığı miras həcmində əsaslıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin borcalanın başqa əmlakını da miras kimi qəbul etdiyi öz təsdiqini tapmamışdır.

40. Apellyasiya şikayətində göstərilən dəlillər üzrə işin hallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh - xx.xx.2021-ci il tarixində vəfat etmiş X5 yeganə vərəsəsidir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh mərhumdan miras qalmış Xüsusi Şərtlərlə Təyinat üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabında 1.174,78 manat məbləğində pul vəsaitindən tam pay hüququ əldə etmişdir.

41. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən yaranmış kredit borcunun borc verənə qaytarmaq üzrə vəzifəsi vərəsəlik qaydasında ölmüş şəxsin vərəsəsi olan cavabdehə keçmiş və o, iddiaçının qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.

42. Nəzərə alınmalıdır ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

43. Vərəsələrin məsuliyyətinin həddi isə miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

44. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

45. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş miras əmlak yalnız Xüsusi Şərtlərlə Təyinat üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabında 1.174,78 manat məbləğində pul vəsaitindən ibarətdir. İddiaçının miras əmlak olaraq istinad etdiyi fərdi yaşayış evinin də, özbaşına tikili olmaqla mərhum X6 mülkiyyət hüququ ilə məxsus olmadığından, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququ (miras aktivi) olaraq nəzərdən keçirilməsi qanuna ziddir.

46. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3097/2024 nömrəli, 6 iyun 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar