Məhkəmə qərarları › İş №2(103)-5056/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5056/2024

09.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5056/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas yoxdur) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 saylı qətnaməsindən maraqlarına toxunulan şəxslər X6 və X3 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni-Yasamal-1, 14 saylı evin 135 saylı mənzilə görə istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)- 1035/2004 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yeni- Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə mənzil icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi qət edilmişdir.

3. X1 və X3 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(004)- 1035/2004 saylı qərardadına əsasən X1 və X2 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməklə mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Maraqlarına toxunulan şəxslər X6 və X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddia tələblərinin tam həcmdə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 saylı qətnaməsindən maraqlarına toxunulan şəxslər X6 və X3 tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Belə ki, maraqlarına toxunulan şəxslər X6 və X3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə baxmayaraq mülki iş mövcud deyildir.

9. Maraqlarına toxunulan şəxslər X6 və X2 nümayəndəsi və vəkili Nümayəndə müraciətinə cavab olaraq Bakı şəhəri Yasamal Məhkəməsi tərəfindən göndərilmiş 01 dekabr 2023-cü il tarixli, 2755/2023 saylı məktubda qeyd edilir ki, 30 noyabr 2023-cü il tarixində Yasamal rayon Məhkəməsinə daxil olmuş 24 noyabr 2023-cü il tarixli 1222 nömrəli müraciətlərinə cavab olaraq bildirilmişdir ki, İddiaçı olduğu 2-2037/2003 müki iş arxivdə aşkar olunmadığından sorğuya cavab verilməsi mümkün olmamışdır.

10. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işin arxivdə aşkar olunmamasının səbəbləri ilə bağlı hər hansı araşdırma aparılmamışdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavədə qeyd edilir ki, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilibedilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir.

12. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 saylı qətnaməsindən maraqlarına toxunulan şəxslər X6 və X3 apellyasiya şikayəti verilmiş, qətnamənin qəbul edildiyi məhkəmə tərəfindən mülki işin hansı səbəbdən məhkəmənin arxivində olmaması araşdırlmamış, icraatın bərpası ilə bağlı hər hansı tədbir görülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunulan şəxslər X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)- 1035/2004 saylı qətnaməsindən maraqlarına toxunulan şəxslər X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar