Məhkəmə qərarları › İş №2(103)-5059/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5059/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5059/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “X8” Bakı Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X8” Bakı Filialının Cavabdeh qarşı “kreditin, kredit borcuna görə hesablanmış fazilərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1033/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X8” Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "X8” Bakı Filialı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8410,81 manat (bundan 7588,23 manat əsas (vaxtı keçmiş kredit) borcu və 822,58 manat faiz boru) və 30 manat dövlət rüsumunun "X8” Bakı filialının xeyrinə tutulması və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş **-VB-*** qeydiyyat nömrəli, 2019-cu il buraxılışı, qara rəngli, mühərrik 1031685, Ban XTA212140L2380410 markalı avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə olunan vəsaitdən "X8” Bakı filialına olan borcun ödənilməsi, qalan məbləğin isə avtomobilin sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: kreditor borcalana 24 ay müddətinə illik 19% dərəcəsi ilə avtomobil almaq məqsədi ilə 9100 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürməsinə dair "X8” Bakı Filialı ilə Cavabdeh arasında 26 dekabr 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi bağlanmış və ödəniş cədvəli tərtib edilmiş, 26 dekabr 2019-cu il tarixli məxaric orderinə əsasən bu vəsait ödənilmişdir (səh.11,15,16), Cavabdeh 26 dekabr 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi "VAZ 21214” markalı, mühərrik 1031685, ******* ban, rəngi qara ili 2019 olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz üzərinə götürməsi haqqında "X8” Bakı Filialı ilə Cavabdeh arasında 26 dekabr 2019-cu il tarixli, 87 Aİ saylı ipoteka müqaviləsi bağlanmışdır (səh.12), "LADA 21214 Urban” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində olması haqqında AD 748738 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin ipoteka üzrə qeydiyyatda olduğu müəyyən edilir (səh.19), Cavabdeh borcunu ödənilməsi təklif edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilməsi haqqında "X8” Bakı Filialının Cavabdeh ünvanladığı 18 iyun 2020-ci il tarixli və 20 oktyabr 2020-ci il tarixli bildirişlərin surətləri (səh.17-18), 22.10.2020-ci il tarixli ərizə ilə Cavabdeh ilə bağlanılmış 26.12.2019-cu il tarixli 87AV saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq 26.12.2019-cu il tarixli 87Aİ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus 10VB111 qeydiyyat nömrəli, 2019-cu il buraxılışlı Qara rəngli mühərrik 1031685, BAN XTA 212140L2380410, VAZ 212114 URBAN markalı avtomobil ipoteka yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmişdir (səh10), 01.02.2021-ci il tarixli maliyyə arayışına əsasən 26.12.2019-cu il tarixli 87A saylı kredit müqaviləsi üzrə Cavabdeh iddia məhkəməyə verilən tarixə cəm borcunun 8410, 81 manat müəyyən edilmişdir (səh.84). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1033/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 26 dekabr 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə 7588,23 manat məbləğində əsas borc, 822,58 manat məbləğində faiz borcu olmaqla, cəmi 8410,81 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq iddiaçı "X8” Bakı Filialına ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.7, 10.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuş, nəticədə Banka 7588,23 manat məbləğində əsas borc, 822,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8410,81 manat məbləğində borcu qalmışdır., tərəflər arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, 87Aİ nömrəli ipoteka müqaviləsi qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, belə ki, notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış ipoteka müqaviləsi etibarsız sayıldığından və buna görə də hüquqi nəticələrə səbəb olmadığından hazırki iddia tələbi "tutmanın girov əmlaka yönəldilməsi, girovun hərracda satılması, hərracdan əldə olunan vəsaitdən borcun ödənilməsi” hissəsində təmin edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri. Binəqədi rayon Məhkəməsinin 2(001)-1033/2021 saylı Qətnaməsi təmin olunmayan hissədə ləğv olunması, kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş 10-VB-l 11 qeydiyyat nömrəli, 2019-cu il buraxılışlı, mühərrik ******* Ban XTA212140L2380410 markalı avtomobilə yönəldilməsi, avtomabilin hərrac vasitəsi ilə satılması, əldə olunan vəsaitdən "X7" Bakı filialına olan borcun ödənilməsi, qalan məbləğin isə avtomobil sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.7, 11.1, 11.2; Azərbaycan Respublikasının Mülki Prosessal Məcəllənin 357.1, 385.1, 385.1.1, 384.0, 384.0.2, 384.0.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bağlanılmış 26 dekabr 2019-cu il tarixli 87AV saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə. 19 faiz hesablanmaqla 9100 manat məbləğində avtomobil alınması məqsədi ilə kredit verilmişdir. Alnınan həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. Eyni tarixli 87 Aİ saylı ipoteka müqaviləsinə əsasən. 10-VB-lll qeydiyyat nömrəli. 2019-cu il buraxılışlı. mühırrik 1031685, Ban XTA212140L2380410 markalı avtomobil yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verdimiş AA Nİ40571 nömrəli, 27 dekabr 2019-cu il tarixli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışa” əsasən qeydə alınmışdır. Və müvafiq olaraq avtomobilin qeydiyyat şəhadətnaməsində ipoteka qeydi aparılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “X8” Bakı Filialının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, ipoteka müqaviləsinin qeydiyyata alındığını, lakin məhkəmə qətnaməsi ilə kreditin ipoteka predmetinə yönəldilmədiyini bildirmiş, qətnamənin təmin edilməyən hissədə ləğv edilərək, tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-12, 15, 34.1, 36.1, 36.3, 47.4, 48,; Mülki Məcəllənin 269-270, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və ipoteka müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Diqqətə çatdırılmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü və 11.2.-ci maddələrinə əsasən: “ İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka hüququ isə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İşə əlavə edilmiş sənədlərin nüsxələrindən müəyyən edilir ki, ipoteka predmeti dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətinin təqdim edilməsi onun dövlət qeydiyyatı üçün əsas olan tələbdir (Qanunun 12.3.1 maddə). Ona görə dövlət qeydiyyatına alınmış hüquqarın və ondan irəli gələn əqdlərin etibarsızlığını tərəflərin iradə ifadəsinə zidd təfsir edilməsi qanuni hesab edilə bilmədyindən, ipoteka predmetinə yönəldilmə hissəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni əsaslarının müəyyən edilmədiyi və səhv təfsir edilməsi aşkardır. Qeyd edilənlərdən irəli gələrək bu hissədə qətnamə ləğv edilməli və apellyasiya şikayəti təmin edilməlidir. Dövlət rüsumuna görə apellyasiya şikayətində tələb olmadığından ödənilmiş hissədə bu xərclər iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X8” Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1033/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi qismən- ipoteka predmetinə yönəldilmə hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilsin. Tələb kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş **-VB-*** qeydiyyat nömrəli, 2019-cu il buraxılışı, qara rəngli, mühərrik 1031685, Ban XTA212140L2380410 markalı avtomobilə yönəldilsin, avtomobil hərrac vasitəsilə satılsın və əldə olunan vəsaitdən "X8” Bakı filialına olan borc ödənilsin, qalan məbləğ isə avtomobilin sahibinə qaytarılsın . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar