Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5061/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 23 iyun 2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi qərara alınmış, qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət isə təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa,... birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şikayəti imzalamış Vəkil müvafiq səlahiyyətə sahib olduğuna dair elektron sistemə Cavabdeh MMC-nin direktoru qismində Eldəniz Əliyevin imzaladığı etibarnamə yerləşdirilsə də, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yer alan məlumatdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2r. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir - Eldəniz Əliyevin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənəd isə iş materiallarına əlavə olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5061/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5061/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver