Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5062/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3317/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehd\n 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh ondan 50.000 manat dəyərində borc almış və qeyd olunan borcu xx xxxx 2017-ci il tarixinədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi Cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Cavabdeh götürdüyü borc məbləğini geri ödəməkdən yayınır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” MMC-nin şikayəti əsasında onun barəsində xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə iş başlanmış və Bakı şəhər prokuroluğunun istintaq idarəsində istintaq edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “xxxxxxxxx” MMC-də satış müdiri vəzifəsində çalışmışdır. Ramil Səfərov 2016-cı ilin əvvəllərində şəxsi ehtiyaclarına sərf etmək üçün şirkətdən hissə-hissə 6 ay ərzində təqribən 53-54 min manat məbləğində pul götürmüşdür, 2016-cı ilin sonlarında özü könüllü olaraq şirkətin direktoru X1 yanına gedib şirkətdən təqribən dəyəri 54 min manat olan mal götürdüyünü etiraf etmişdir. Bu etirafından sonra şirkət daxili audit yoxlaması təşkil etmiş və malın dəyəri olaraq 54 min manat Cavabdeh hesabında çatışmazlıq müəyyən edilmişdir. Bundan sonra təxminən 4 min manata yaxın pulu şirkətə ödəmiş və borcu 50 min manat olmuşdur. Həmin məbləğə dair Cavabdehla İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Lakin həmin müqavilə görünüş üçün formal olaraq bağlanmış müqavilə olmuşdur. Müqavilənin məqsədi yalnız şirkətə borclu olduğu 50 min manatı təstiq etmək olmuşdur. Notariat kontorunda nəğd olaraq 1 manatda olsun pul verilməmişdir. Bundan sonra yuxarda qeyd etdiyi kimi barəsində olan cinayət işi baxılması üçün Məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Yuxarda sadalananlardan göründüyü kimi kredit müqaviləsi imzalanarkən şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmiş, yəni müqavilədə göstərilən borc məbləğ müqavilə üzrə borc alana, yəni Cavabdeh verilməmiş, o, həmin borc məbləğini qəbul etməmişdir. Onunla İddiaçı arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər İddiaçı tərəfindən faktiki olaraq yerinə yetirilmədiyindən kredit müqaviləsindən irəli gələn öhdəliyi əmələ gəlməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3317/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh 50.000 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandıraraq, əlavə olaraq göstərilmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə tam aydın olur ki, mübahisə predmeti olan kredit müqaviləsi məhz “xxxxxx” LTD MMC-yə olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə bağlanmışdır və formal olaraq bağlanmış kredit müqaviləsi üzrə ona heç bir pul ödənilməmişdir. Bu hal İddiaçı və X5 ifadələri ilə də təsdiq olunur. Bundan başqa onunla cavabdeh arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq Mülki Məcələnin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər İddiaçı tərəfindən faktiki olaraq yerinə yetirilmədiyindən kredit müqaviləsindən irəli gələn öhdəliyi əmələ gəlməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən göründüyü kimi, “xxxxxx” LTD MMC-yə dəymiş maddi ziyan, həmçinin borc müqaviləsində qeyd edilən 50.000 manat pul vəsaiti tam ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, qəbul olunmuş qətnamə həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11848/2019 saylı, xx xxxxxxxx 2019-cuil tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3317/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1184/20 saylı, xx xxxxxx 2020ciil tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışında keçirilən məhkəmə iclaslarında iştirak edən apelyator və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən kredit müqaviləsi Cavabdeh ilə “xxxxxx LTD” MMC arasında yox, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Yəni, kredit müqaviləsinin subyektləri ilə pul mənimsənilməsi ilə əlaqədar cinayətin subyektləri fərqli şəxslərdir. Digər tərəfdən, Cavabdeh istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündə mənimsəmə cinayətinin predmeti 326.606,20 manat, kredit müqaviləsinin predmeti isə 50.000 manat olmaqla, fərqli pul vəsaitləridir. Halbuki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018- ci il tarixli hökmündən görünür ki, şahid qismində ifadə verən İddiaçı göstərmişdir ki, Cavabdeh Rafael oğlu 2012-ci ilin iyun ayında «xxxxxx LTD»MMC-də satış meneceri kimi işə başlamışdır. Cavabdeh Dərnəgül tikinti bazarının ərazisi təhkim olunmuşdur. Ramil həmin ərazinin bir hissəsini Elvin, bir hissəsini isə Murad adlı satış menecerlərindən təhvil almışdır. Həmin şəxslər Ramil ilə birlikdə müştərilərlə görüşüb hər bir müştəri üzrə hansı məbləğdə qalıq qaldığını müəyyənləşdirmişlər. 2017-ci ilin əvvəllərində şirkət rəhbərliyi satış meneceri Cavabdeh Rafael oğlunun kassaya sifariş verdiyi mala nisbətdə daha az pul mədaxil etdiyini görüb.Ondan bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, Rami lisə pulların müştərilərdə olduğunu və ödəyəcəklərini bildirmişdir. Rəhbərlik tərəfindən Ramilin ərazisində müştərilərlə üzləşmələrin aparılması barədə göstəriş verildiyindən o, satış meneceri Vüqar Məmmədova, eləcə də daxili audit işləyən X9 Səmədova təhkim olunmuş ərazidə müştərilərlə üzləşmələrin aparılmasını tapşırmışdır. Üzləşmənin birinci günündə Ramil ona zəng edib müştərilərdən təxminən 25-30 min pul götürüb şəxsi işlərinə xərclədiyini demiş, ona vaxt verilməsini, müştərilərlə üzləşmənin keçirilməməsini xahiş etmiş, üzləşmə keçirilərsə müştərilərin ona inamının azalacağını bildirmişdir. Bundan sonra şirkət rəhbərliyi Ramillə görüşmüş, onlar Ramildən kimdə və nə qədər mal olması barədə siyahı verməsini tələb etsələr də Ramil bundan yayınmağa çalışmışdır. Daha sonra Ramillə borc müqaviləsi bağlanmış və təkrar yoxlama keçirilmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, fərq Ramilin dediyi qədər çox böyükdür. Həmin vaxtlarda Ramil xəstə olmasını deyərək işə çıxmamış, bir müddət sonra isə məktubla müraciət edərək işdən çıxarılmasını xahiş etmişdir. Audit yoxlaması keçirilərkən Cavabdeh mənimsədiyi pulların yüksək məbləğdə olması müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə mübahisəli hüquq münasibəti ilə əlaqədar heç bir maddi hüquq normasına istinad etməmişdir. Mülki işə əlavə olunmuş notariat orqanında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci tarixdə qaytarmaq şərti ilə Cavabdeh 50.000 manat məbləğində borc verilmişdir. Cavabdeh 50.000 manatı notariat kontorundan kənarda qəbul etdiyi barədə müqavilədə qeyd aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin işlə bağlı araşdırma aparılarkən müəyyən edilməli olan hal, kredit müqaviləsində nəzərdə tutulmuş 50.000 manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilib ödənilməməsinin aşkara çıxarılmasından ibarət olmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi bu sahədə araşdırma aparmamış məhkəmə iclasında tərəflərin nümayəndələrinə müvafiq suallarla belə müraciət etməmişdir. Əslində tərəflər arasında kredit müqaviləsinin olması nəzərə alınmaqla həmin 50.000 manat pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh əvəzinə borclu olduğu «xxxxxx LTD» MMC-yə ödənilməsi və yaxud həmin müqavilənin mövcudluğu nəzərə alınmaqla pul məbləğinin gələcəkdə ödənilməsi nəzərə alınmaqla Cavabdeh Şirkətə borcunun olmaması barədə məktubun Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi və sair istisna olunmur. Hər halda tərəflər arasında borcun etirafı ilə bağlı müqavilə mövcud olduğu halda bu cür araşdırmanın zəruriliyi tələb olunur.”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 50.000 manat məbləğində pulu borc vermiş, “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsulliyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəziə tutmaq hüququndan məhrum edilməklə, 3 il 9 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə tətbiq edilməklə, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi, onun barəsində 1 il 6 ay sınaq müddəti müəyyən edilməsi hökm edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən “xxxxxx LTD” MMC-də satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış əmək və maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən müştərinin şirkətə olan ümumi və cari borcunun qeydiyyatını və hesabatını aparmaq, satılan malların ödəmələrini yığmaq və bir gün ərzində kassaya təhvil vermək, borcunu ödəmək istəməyən müştərilər barədə dərhal bölgə satış şefini məlumatlandırmaq, özbaşına hərəkət etdiyi halda dəymiş zərəri özü ödəmək və sair səlahiyyətlərə malik olmaqla, satışdan əldə etdiyi pul vəsaitini “xxxxxx LTD” MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. İlkin iddia üzrə iddiaçı məhz xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə istinad edərək müvafiq iddia tələbləri ilə çıxış etmiş, cavabdeh isə, qarşılıqlı iddia tələbində həmin müqavilənin mövcudluğunu mübahisələndirməsə də, onun formal olduğunu və iddiaçıdan borc almadığını irəli sürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018- ci il tarixli hökmündən görünür ki, şahid qismində ifadə verən hazırki iş üzrə İddiaçı göstərmişdir ki, Cavabdeh 2012-ci ilin iyun ayında «xxxxxx LTD» MMC-də satış meneceri kimi işə başlamışdır. Cavabdeh Dərnəgül tikinti bazarının ərazisi təhkim olunmuşdur. Ramil həmin ərazinin bir hissəsini Elvin, bir hissəsini isə Murad adlı satış menecerlərindən təhvil almışdır. Həmin şəxslər Ramil ilə birlikdə müştərilərlə görüşüb hər bir müştəri üzrə hansı məbləğdə qalıq qaldığını müəyyənləşdirmişlər. 2017-ci ilin əvvəllərində şirkət rəhbərliyi satış meneceri Cavabdeh Rafael oğlunun kassaya sifariş verdiyi mala nisbətdə daha az pul mədaxil etdiyini görüb. Ondan bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, Ramil isə pulların müştərilərdə olduğunu və ödəyəcəklərini bildirmişdir. Rəhbərlik tərəfindən Ramilin ərazisində müştərilərlə üzləşmələrin aparılması barədə göstəriş verildiyindən o, satış meneceri Vüqar Məmmədova, eləcə də daxili audit işləyən X9 Səmədova təhkim olunmuş ərazidə müştərilərlə üzləşmələrin aparılmasını tapşırmışdır. Üzləşmənin birinci günündə Ramil ona zəng edib müştərilərdən təxminən 25-30 min pul götürüb şəxsi işlərinə xərclədiyini demiş, ona vaxt verilməsini, müştərilərlə üzləşmənin keçirilməməsini xahiş etmiş, üzləşmə keçirilərsə müştərilərin ona inamının azalacağınıbildirmişdir. Bundan sonra şirkət rəhbərliyi Ramillə görüşmüş, onlar Ramildən kimdə və nə qədər mal olması barədə siyahı verməsini tələb etsələr də Ramil bundan yayınmağa çalışmışdır. Daha sonra Ramillə borc müqaviləsi bağlanmış və təkrar yoxlama keçirilmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, fərq Ramilin dediyi qədər çox böyükdür. Həmin vaxtlarda Ramil xəstə olmasını deyərək işə çıxmamış, bir müddət sonra isə məktubla müraciət edərək işdən çıxarılmasını xahiş etmişdir. Audit yoxlaması keçirilərkən Cavabdeh mənimsədiyi pulların yüksək məbləğdə olması müəyyən olunmuşdur. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018- ci il tarixli hökmündən görünür ki, şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2017-ci ilin mart ayına qədər “xxxxxx LTD“ MMC-də direktor vəzifəsində işləmiş, hazırda isə direktor müavini işləyir. Cavabdeh 2012-ci ilin iyun ayının 1-dən xx xxxx 2017ci il tarixədək “xxxxxx LTD” MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir, işə qəbul edilərkən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Ona təhkim olunmuş ərazi Bakı şəhərindəki Dərnəgül tikinti bazarını əhatə etmişdir. O da başqa satış təmsilçiləri kimi operatorlara sifariş verməklə, malları sürücülər vasitəsilə müvafiq obyektlərə çatdıraraq onları öz maddi məsuliyyətinə qəbul etmiş, sonra isə satılmış malların pullarını kassaya ödəmişdir. Onun hesabında həmişə müəyyən məbləğlərdə çatışmazlıqlar olmuş, Cavabdeh bunu malların müştərilərdə olması, müştərilərin pulları ödəməməsi ilə izah etmişdir. Onlar Cavabdeh inandıqları üçün həmin müştərilərlə üzləşmələr keçirilməmişdir. 2016-cı ilin təxminən mart ayından başlayaraq Ramilin müştərilərinin borcunun artdığı müşahidə olunduqda, Cavabdeh həmin borc məbləğini azaltması barədə xəbərdarlıq olunmuşdur. Bir müddət sonra isə Cavabdeh təhkim olunmuş ərazinin yoxlanması üçün MMC daxilində satış meneceri Vüqar Məmmədov və satış meneceri Cəbrayıl Cabbarovdan ibarət audit-təftiş qrupu yaradılmış, təftişin başlandığı gün Cavabdeh Vüqar Məmmədova və Cəbrayıl Cabbarova ərazidəki bəzi müştərilərdən pulu alaraq MMC-nin kassasına ödəmədiyini və şəxsi ehtiyacları üçün istifadə etdiyini bildirmişdir. Həmin əməkdaşlar ondan şəxsi ehtiyaclarına nə qədər pul istifadə etdiyini soruşduqda, o, həmin məbləğin 25-30 min manata yaxın olduğunu bildirmişdir. Əməkdaşlar bununla bağlı satış müdiri İddiaçı məlumat verdikdən sonra Həsən bu barədə rəhbərliyə bildirmişdir. Onlar Ramili dəvət edib söhbət edərkən o, törətdiyi əməli etiraf etmiş və həqiqətən də müştərilərdən pulu alıb kassaya ödəməyərək öz şəxsi ehtiyaclarına, hansısa xəstəsinin müalicəsinə xərclədiyini bildirmişdir. Həmin vaxt Ramilə mənimsədiyi məbləği tez bir zamanda MMC-nin kassasına mədaxil etməsi tapşırıldıqda, o, əməlindən peşman olduğunu bildirib 3-4 ay ərzində həmin pulu qaytarmağı öz üzərinə götürmüş, hətta özünə inamı artırmaq üçün “istəyirsinizsə bir borc müqaviləsi bağlayaq, pulu qaytaranda həmin müqaviləni də ləğv edərik” demişdir. Buna görə də MMC-nin satış və birbaşa Cavabdeh işlədiyi şöbənin müdiri İddiaçı Cavabdehla notariat qaydasında 50.000 manatlıq borc müqaviləsi bağlanması, tapşırılmışdır.xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 36 .saylı notariat kontorunda İddiaçıla Cavabdeh arasında sonuncunun xx xxxx 2017-ci il tarixdə qaytarılmasını öhdəliyinə götürməklə 50.000 manatlıq kredit müqaviləsi bağlanmışdır.Cavabdeh borcunun 25.000-30.000 manat olduğunu bildirməsinə baxmayaraq, həmin məbləğin daha artıq ola biləcəyini düşünərək, onunla 50.000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Təxminən 20-xx xxxxxx 2017-ci il tarixlərində Cavabdeh “Amir Əmirovla başlayıb Əkbər Burcəliyevlə bitən” kağız vərəqəsi təqdim etmiş, həmin vərəqdəki qeydlərə əsasən Cavabdeh həmin vaxta hesabında olan çatışmazlığın 65.701 manat təşkil etdiyi müəyyən olunmuşdur. Ramil həmin məbləğdən yalnız xx xxxxxx 2017-ci il tarixdə 3000 manat ödəmişdir. Ramillə çatışmazliğın etirafına dair kredit müqaviləsi olduğundan onun işini davam etdirməsinə icazə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündə Cavabdeh hesabında olan çatışmamazlığın 326.606,20 manat olduğu müəyyən edilmişdir. xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi də bilavasitə bu çatışmamazlıqla bağlı bağlanmışdır. Həmin ümumi məbləğ qeyd edlilən 50.000 manatı da tam əhatə etmişdir və cəmi 326.606,20 manat məbləğində “xxxxxx LTD” MMC-nin pul vəsaitini mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işinə məhkəmədə baxılan zaman həmin məbləğdə maddi ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. İşin qanuni qüvvədə olan hökmlə müəyyən olunan halları iş materialları ilə müqayisəli şəkildə təhlil olunduğunda aydın olur ki, tərəflər arasında borc müqaviləsi məhz Cavabdeh “xxxxxx LTD” MMC-nin pul vəsaitini mənimsədiyinə görə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 326 606,20 manat pulunu ələ keçirdiyini irəli sürərək barəsində cinayət təqibi orqanlarına şikayət etdiyi şəxsə 50 000 manat borc verməsinin ağlabatan mühakimə əsasında inandırıcı olmadığını nəzərə almaqla kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli borc müqaviləsi tərəflərin arasında yaranmış digər münasibəti pərdələmək məqsədilə bağlanmış və əslində iddiaçı, cavabdehə borc müqaviləsi bağlanarkən hər hansı məbləğdə borc pul verməmişdir – hansı ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Beləliklə də qanunvericinin borc müqaviləsinin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt – borc verən tərəfindən borc alanın mülkiyyətinə pulun keçirilməsi - reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd əhəmiyyətsizdir. Bu o deməkdir ki, Cavabdeh “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddi tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 340-cı maddəsinin məntiqi anlamına görə, əqd hər bir halda müəyyən hüquqi nəticələr yaradır. Lakin həmin maddə bağlanmış əqdə uyğun olan deyil, uyğun olmayan hüquqi nəticələri ehtiva edir ki, bu, mübahisə edilən hala münasibətdə əqdin etibarsızlığı üçün əsas yaradır. Yəni ona uyğun hüquqi nəticələr yaratması niyyəti ilə bağlanmadığı və görünüş xarakteri daşıdığı üçün həmin əqd həqiqi hesab oluna bilməz. Belə uydurma əqdlər borc üçün xarakterik olan nəticələr yaratmaq kimi niyyətə xidmət etmədiyindən və edə bilmədiyindən etibarlı sayılması mümkün deyildir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz və bu səbəblə də kollegiyanın qənaətinə görə qarşılıqlı iddia tələbi təmin, ilkin iddia tələbi isə rədd edilməlidir. İlkin iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; işin hallarına görə isə, Cavabdehla görünüş üçün bağlanmış (əhəmiyyəsiz) müqavilənin icrasına başlanılmamışdır. Bu o deməkdir ki, müqavilənin mübahisələndirilməsi üçün iddia müddətinin axımı başlamamış və ilkin iddiaçının iddia tələblərinə münasibətdə iddia müddəti ötürülməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir” (Konstitusiya Məhkəməsinin “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3317/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5062/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5062/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver