Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5062/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış 19.03.2015-ci il tarixli, 27 saylı kredit müqaviləsi üzrə 15028.99 ABŞ dolları kredit borcunun - bundan 9458.66 ABŞ dolları əsas,3928 ABŞ dolları faiz, 1642.33 ABŞ dolları isə kredit üzrə müddət bitdikdən sonra faiz, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun cavabdehlərdən tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi; paylı mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh4 10/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh2 1/12 hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 64.2 kv.m yaşayış, 37.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, evin satışından əldə olunmuş pul vəsaitinin “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx" X3 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” MMC-dən 9.458,66 ABŞ dolları əsas, 1.891,73 ABŞ dolları faiz və 1.418,79 ABŞ dolları kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 12.769,18 ABŞ dolları borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-yə ödənilməsi,tutmanın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc iddiaçı LPO “xxxx” KB ASC-yə ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra ipoteka predmetinin satışından əldə edilən pul vəsaiti artıq qalarsa, vəsaitin artıq qalan hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 25,49 manat hissəsi və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun 25,49 manat hissəsi cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməsi,aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul cavabdeh “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi. “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 150 manat pul cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi,ödənilmiş rüsumların 9,02 manat hissəsi iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayət verərək, qətnamənin əmlakın ilkin satış qiymətinin 121500 manat müəyyən edilməsi hissəsində ləğv edilən əmlakın ilkin satış qiymətini yenidən müəyyən edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. LPO “xxxx” KB QSC-nin apelyasiya şikayətini Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş şöbəsinin müdiri Samir Muradzadə tərəfindən imzalanmışdır. Apelyasiya şikayətinə əlavə edilmiş vəkalətnamədən görünür ki, iddiaçının adından apelyasiya şikayəti vermək və onu imzalamaq barədə etibarnamə ona Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə və İcra Orqanları ilə İş İdarəsinin rəisi Elnur Quliyev tərəfindən verilmişdir. Lakin E.Quliyevin bu məzmundan etibarnamə vermək səlahiyyətini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, hazırkı şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də, şikayət qeyri-mümkün hesab edilməli, onun geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-cu il tarixli, e- 2(001)-54/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan LPO “xxxx” ASC ərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İş № 2(103)-5062/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 29 aprel 2021-ci il Bakı şəhəri Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən Sədrlik edən saat 09:20-də məhkəmə iclasını açır və hansı işə baxıldığını bildirir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinə əsasən işi məruzə edir və şikayət haqqında məlumat verir. Kollegiya iş materiallarını nəzərdən keçirir. Kollegiya müşavirə otağına gedir. Kollegiya müşavirə otağından qayıdır. Sədrlik edən qərardadı elan edir. Sədrlik edən: İclas katibi:
Məhkəmə qərarları › İş №2(103)-5062/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5062/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver