Məhkəmə qərarları › İş №2(103)-5062/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5062/2022

22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5062/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi kimi 5.082,10 manat, dövlət rüsumunun əvəzi kimi 70,82 manat, vəkilin göstərdiyi xidmətə görə çəkilmiş xərcin əvəzi kimi 300 manat cavabehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, zərərin əvəzi kimi 360 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh İlham Şıxəliyev məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə cavabdehə aid olan, Xəzər rayonu, X4, bina 25, mənzil 368 ünvanında (abonent kodu: **********03680) təbii qazdan istifadə ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz (sayğacdan kənar) qoşularaq qazdan qeyri-qanuni istifadə edib. İddiaçı bununla bağlı 17 akt tərtib edib, ilk akt xx.xx.2018-ci il tarixdə, sonuncu akt isə xx.xx.2020-ci il tarixdə tərtib edilib. İtirilmiş qazın dəyəri, yəni zərərin məbləği (5.452,92 manat) həmin aktlara əsasən hesablanıb. Məhkəmə hesab edir ki, ilk akta, yəni xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış məbləğin (1.166,40 manatın) zərərin əvəzi kimi tutulmasını qət edilməli, qalan aktlara əsasən hesablanmış məbləğin tutulması barədə tələb rədd olunmalıdır. O cümlədən belə vəziyyətdə hesab olunmalıdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aiddir, çünki fotoşəkillərdə onların çəkilmə tarixi göstərilmədiyindən fotoşəkillərin hansı akta aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bütün aktlar üzrə həmin fotoşəkillərə istinad oluna bilməz. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilməyib. Həmin aktlar isə öz-özlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları İddiaçı İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni xx.xx.2018-ci il tarixli aktın tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin (1.166,40 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 5.082,10 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin İddiaçı İB iki il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi zərərin əvəzi kimi 360 manat tutulmasını qət etsə də, belə nəticə işin faktiki hallarına uyğun deyil. Ona görə də qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalı, yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi kimi 1.166,40 (min yüz altmış altı tam yüzdə qırx) manat X1 tutularaq İddiaçınə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar