Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5069/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X4rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X4rşı “maddi ziyanın ödəniməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-61/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanımda yerləşən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 30 dekabr 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı müraciətinə cavabde olaraq bildirilmişdir ki, onun müraciətində qeyd edilən məsələ 1 nömrəli Regional Sukanal idarəsinin X5 rəisinin iştirakı ilə araşdırılmış və ona mövcud problemin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbir görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir. Ona görə də məsələ ilə əlaqədar 1 nömrəli Regional Sukanal İdarəsinin X6 müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin, müraciəti ilə əlaqədar ona ətraflı izahat verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/4264 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə ziyan dəydiyi müəyyən olunur. Lakin, tədqiq olunan mənzilin yerləşdiyi yaşayış binasının zirzəmisindəki mövcud olan borularda faktiki olaraq su sızıntısı, çatlamalar və birləşmə yerlərində hər hansı bir qüsur aşkar edilmədiyin su sızmasının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2455 manat məbləğində müəyyən olunur. Mənzildəki əşyaların qiymətləndirilməsi tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin hissə üzrə tədqiqat aparılmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8199 saylı ekspert rəyinə əsasən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində də qeyd olunduğu kimi mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildə faktiki olaraq mərtəbəarası su sızmanın əlamətləri mövcuddur. Belə ki, mənzilin daxili divarlarının döşəməyə yaxın hissələrində su ləkələri (saralmalar), boya qatının qabarması, döşəməyə vurulmuş parketin şişməsi, aralanması və birləşmə hissələrində qaralmalar müşahidə olunmuşdur. ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildə yaranmış qüsurlar yalnız döşəmədə və daxili divarların döşəməyə yaxın hissələrində müşahidə olunduğundan həmçinin, həmin mənzilin tavan hissəsində və daxili divarların tavana yaxın hissələrində hər hansı bir qüsur aşkar edilmədiyindən yaranmış qüsurların həmin mənzilin yerləşdiyi binanın zirzəmi hissəsindən qaynaqlandığı müəyyən olunur. Lakin, tədqiq olunan mənzilin yerləşdiyi binanın zirzəmi hissəsinə baxış zamanı binanın kanalizasiya borularında və boru birləşmələrində çatlar, su sızıntısı və boru birləşmələrinin düzgün bərkidilməməsi aşkar edilməmişdir. Belə olan halda mübahisə predmeti olan mənzildə yaranan qüsurların ümumi kanalizasiya xəttinin tıxaclanması səbəbindən yaranmağa xarakterik olduğu müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X6 və Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 2300 manat və 43 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər əsasən Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X5 əməkdaşları, başda rəhbərlik olmaqla, hazırki mübahisənin yaranmasından əvvəl şikayətlərin həllinə uzun müddət səhlənkar yanaşmaları nəticəsində xx.xx.2021-ci il tarixdə onun Siyəzən şəhər, M.Zəkiyev küçəsi, ev-27, mənzil 2 ünvanında yerləşən şəxsi mənzilinə və içərsində olan əmlaklarına 2300 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə əsaslı təmirdən çıxmış mənzilinə daxil olmaq istəyərkən, mənzilin bütün hissələrinə nəcislə birlikdə çirkab sularının dolması və mənzilin bütün sahlərindən üfunət iyinin gəlməsi səbəbindən mənzilə daxil ola bilməmişdir. Binanın köhnə sakinlərindən maraqlandıqda ona uzun illərdir ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq X5 müdiri Eldar Cabbarov yerində olmayan rəhbər olduğuna görə şikayətlərinə baxmadığını və bunun nəticəsində binada tez-tez belə hadisələr baş verdiyini, kanalizasiya boruları nasaz olduğundan, boruların mütamadi tutulması səbəbindən illərdir bu üfunətin içərsində yaşadıqlarını bildirmişlər. Binanın kanalizasiya xəttlərinin qoşulan mağistral xəttdə olan nasazlıq üzündən ana xətt tez-tez tutulur və bunun nəticəsində nəcisli çirkab sular borularla əksinə qayıdaraq ayaq yolundan, hamamdan və s. yerlərdən mənzillərə dolur. Beləliklə illərdir ki, Azərsu ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X5 yaratmaz və səhlənkar işinin nəticəsində bina sakinlərinə, o, cümlədən ona maddi ziyan vurulmuşdur. Vurulan ziyanın kompensasya edilməsi, yəni ödənilməsindən ötrü cavabdehlərə xx.xx.2022ci il tarixdə, o, cümlədən Azərsu ASC-nin və 1 nömrəli Regional Sukanal İdarəsinin X5 rəhbərliyinə “Siyəzən şəhər, M.Zəkiyev küçəsi, ev-27, mənzil 2 ünvanımda yerləşən xüsusi mülkiyyətində olan mənzilinə, habelə içərsində olan əmlaklarına 2300 manat məbləğində vurulan maddi ziyanı, təqsirkar (X5 rəhbərliyindən) şəxsdən alınaraq ona ödənilməsinə köməklik edilməsi” məzmunda yazlı surətdə (müraciət məktubu əlavə edilir), X5 rəhbərliyinə əlavə olaraq şifahi qaydada da müraciət etmişdir. Lakin cavabdehlərdən yazlı müracilərinə heç bir cavab verilməmiş, yalnız şifahi müraciətinə X5 rəisi tərəfindən kobud şəkildə rədd cavabı verilmişdir. Habelə, vurulan ziyanın cavabdehlər tərəfindən ödənilməsinə köməklik edilməsi üçün Rayon İcra Hakimiyyətinə də müraciət edilmiş, sonuncunun cavabı isə “ müraciətniz və 1 nömrəli Regional Sukanal İdarəsinin X5 rəisinin iştirakı ilə araşdırılmış və ona mövcud problemi aradan qaldırılması ilə əlaqədar müvafiq tədbir görülməsi üçün tapşırıq və tövsiyələr verilmişdir. Ona görə də məsələ ilə əlaqədar 1 nömrəli Regional Sukanal idarəsinin X6 müraciət etməyniz tövsiyə edilir” cavabə verilmişdir. Bundan sonra hüquqlarımın və qanuni mənafeylərmin müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş, mənzilə və digər əşyalarına vurulan ziyanın məbləğinin, həcminin, habelə səbələrini təsdiqi üçün mənzildə ziyan vurulan hissələrinin foto şəkilləri çəkilmişdir. Hesablamalara görə cavabdehlər tərəfindən onun əmlakına 2300 manat məbləğində maddi zərər vurulmuşdur və əvəzi ödəməlidirlər. Belə ki,cavabdehlərin uzun müddətdir səhlənkarlığı və nəzarətsizliyi üzündən binanın kanalizasiya xəttlərinin qoşulduğu mağistral xəttdə (ana xəttdə) olan nasazlıq üzündən ana xətt tutulmuş, sonuncular tərəfindən nasazlığa vaxtında heç bir müdaxilə olmamış və bunun nəticəsində nəcislə birlikdə çirkab sular borularla əksinə binaya, o cümlədən mənzilinə qayıdaraq ayaq yolundan, hamamdan və s. yerlərdən mənzillərə dolaraq iddiaçıya əhəmiyyətli dərəcədə ziyan, bir sözlə 2300 manat məbləğində maddi ziyan vurmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2023-ci il tarixli, 2(004)-61/2023 nömrəli qətnaməsi ilə (hakim X3) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən vurulmuş maddi zərərə görə 2300 (iki min üç yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianıın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-texniki-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat pulun və iş üzrə keçirilmiş məhkəmə-tikinti-texnikiobyektlərin tədqiqi ekspertizasının xərci 50 (əlli) manat pulun Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh ASC – nin 1 nömrəli Regional Sukanal İdarəsinin X7 müstəqil hüquqi şəxs olmadığından, hazırki işdə cavabdeh qismində iştirak edə və zərərin əvəzinin ödənilməsi üçün məsulliyyət daşıya bilməz. Respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etmək Cavabdeh ASC Cəmiyyətin əsas funksiyalarındandır. Ona görə də, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyəti Cavabdeh ASC daşıyır. Həmçinin məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçıya dəymiş zərərin məbləği 2455 manat məbləğində müəyyən edilsə də, iddiaçı 2300 manat maddi zərərin tutulmasını tələb etdiyindən, dəymiş zərər iddiaçının tələb etdiyi həcmdə, yəni 2300 manat məbləğində tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152-ci, 157.4-cü, 1096-cı, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 49.1-ci, 50.1-ci, 77.1-ci, 88ci, 101.3-cü, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr2022-ci il tarixli10/4264 saylı ekspert rəyindən də görünür ki mənzilin daxili divarlarının döşəməyə yaxın hissələrində su ləkələri (saralmalar), boya qatının qabarması, döşəməyə vurulmuş parketin şişməsi, aralanması və birləşmə hissələrində qaralmalar müşahidə olunmuşdur. ünvan 2 ünvanında yerləşən 2saylımənzildə yaranmış qüsurlar yalnız döşəmədə və daxili divarların döşəməyə yaxın hissələrində müşahidə olunduğundan həmin ziyanın məhz mənizilin daxili su xətlərində olduğuna əsas verir ki, bu da Cəmiyyətin məsuliyyətinə aid deyildir. Cavabdeh ASC məhz mənzilingirişinə qədər olan borulara balansmənsubiyyətinə malikdir. Həmçinin MəhkəməEkspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8199 nömrəli ekspert rəyində verilmiş dəymiş ziyanın məbləği ilə bağlı verdiyi mütəxəssiz rəyi ilə razılaşmırıq. Belə ki, rəyin verilməsi üçün hadisə yerinə baxış keçirilərkən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Rəy birtərəfli qaydada tərtib edilmişdir. Rəy birtərəfli qaydada tərtib edildiyi üçün dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi təbiidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
15. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması, ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi, tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək, STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
22. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya məxsus mənzilə ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi halda bunun səbəbinin və dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-tikinti-texniki-obyektlərin tədqiqi ekpertizaları təyin edilmişdir. Həmin ekspert rəylərinə əsasən iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə zərər dəydiyi və mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyərinin təqribən 2455 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, ekspert rəyi ilə mənzildə yaranmış qüsurların ümumi kanalizasiya xəttinin tıxaclanması səbəbindən yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Beləliklə də, iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə Cavabdeh ASC-nin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində 2455 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya iddia tələbinin həcmində, yəni 2300 manat həddində maddi ziyan tutulması nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilməlidir.
24. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.