Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5072/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı LPO Iddiaçı ASC-nin (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Mənzil Tikinti Kooperativi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb olunmaqla) cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi nümayəndə2, X1, nümayəndə1 Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı LPO Iddiaçı ASC (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə və 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312,09 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 404 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan Iddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1- ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 m2 ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə və 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312,09 manat məbləğində kredit borcunun və ödənilmiş 404 manat məbləğində dövlət rusumunun tutularaq LPO Iddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1- ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2008-ci il tarixli, *** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 131100 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə cavabdeh arasında bağlanmış ***/R saylı müqavilə əsasında cavabdehə məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzili Iddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və cavabdeh ilə ##.##.2008-ci il tarixli, ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 110541.21 manat əsas, 176.55 manat faiz, 829.08 manat cərimə və 1765.25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113312.09 manat məbləğində borcu mövcuddur.
4. Rayon məhkəməsində məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar.
5. Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh 110467,29 manat əsas, 176,55 manat faiz və 1765.25 manat Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun 400 manatı tutularaq LPO Iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99,20 manatı cavabdeh Cavabdeh, 0,80 manatı iddiaçı LPO Iddiaçı ASC-dən tutularaq X12, KOD 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qətnamədə göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz olaraq iddia tələblərinin qismən təmin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, onunla Bank arasında qarşılıqlı razılaşma əsasında kredit müqaviləsinə xitam verilmişdir. O, Bankdan nağd şəkildə kredit almayıb. Bankın ona verdiyi kredit mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın Bankda olan hesabına köçürülmüşdür. Hazırda Əmanətlərin Sığortalanması X9 Olan Iddiaçı ASC-nin ona qarşı iddia tələblərini qanunsuz və əsassız hesab edir. Belə ki, o, Iddiaçı ASC-nin filial müdiri vəzifəsində işləyib. Iddiaçı ASC-nin Idarə Heyətinin sədri Şahid onu yanına çağıraraq bildirdi ki, Bankın maliyyə dəstəyi ilə çoxmənzilli yaşayış evinin tikintisinə başlayıblar. Bu məqsədlə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Mənzil Tikinti Kooperativi yaradılmışdır. Kooperativin sədri bacısıdır, lakin bütün maliyyə-təsərrüfat fəaliyyətinə özü tam nəzarət və rəhbərlik edəcək. Cavabdehin də mənzilə ehtiyacın var, uşaqları böyüyüb, hardansa bir mənzil alacaqsa, elə öz tikdikləri mənzillərdən birini onun adına saldırmağı məsləhət gördü. Şahid dedi ki, kredit şöbəsinə göstəriş onun adına kredit ayrılması üçün göstəriş verib, sənədlər, kredit müqaviləsi, ipoteka müqaviləsi hazırdır, o, yalnız imzalamalıdır. Cavabdeh etiraz etmədi və Bankın xatırlamadığı bir əməkdaşının təqdim etdiyi sənədləri imzaladı. Təxminən 2013cü ilə qədər qrafik üzrə ödənişləri etdi. Həmin vaxt oğlu Türkiyə Respublikasında təhsil aldığına görə, burda uşaqların hazırlıqlarına çəkilən xərclər müəyyən maddi çətinliklər yaratmışdı. O, bunları nəzərə alaraq, Şahid xahiş etdi ki, onun çətinliklərini nəzərə alsın, onunla bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və ödədiyi vəsaitin ona qaytarılmasına göstəriş versin. Şahid kredit şöbəsinə göstəriş verdi ki, onunla bağlanmış krerdit müqaviləsinə xitam verilsin və ondan tutulmuş pullar geri qaytarılsın. O, kredit müqaviləsinin ləğv edilməsi barədə ərizə yazdı, Şahid ərizəsinə dərkənar qoydu və dedi ki, ərizəni kredit şöbəsinə ver. O, ərizəni kredit şöbəsinə verdi. Ona təxminən 50-55 min manat pul geri qaytarıldı. Bundan sonra nə kredit müqaviləsindən, nə də ipoteka müqaviləsindən xəbəri və məlumatı olmamışdır. Bank və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK mənzilə görə ödənişlər barədə ona heç bir bildiriş verməmişlər. 2016-cı ildə Iddiaçı ASC-nin fəaliyyətinə xitam verildi və həmin vaxt da o tutduğu vəzifədən azad olundu. 2013-cü ildən 2023-ci ilədək keçən müddət ərzində ona kredit borcunun olması barədə heç bir məlumat verilməmişdir. Iddiaçı-nın ##.##.2023-cü tarixli bildirişini aldıqdan sonra onun banka 110541,21 manat əsas, 176,55 manat faiz borcunun olduğu məlum olmuşdur. Rayon məhkəməsi işə mahiyyəti üzrə baxarkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb olunmaqla həmin şəxslərin hüquqi statusunu düzgün müəyyən etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
8. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra Məhkəmə) *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının “B” blokunda 14-cü mərtəbəsində yerləşən (ilkin olaraq Cavabdeh məxsus olmuş) 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzilə dair bağlanmış bütün alqı-satqı və ipoteka müqavilələri, eləcə də onların ləğv və ya dəyişdirilməsinə dair sonrakı müqavilələrin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-dan götürülməsi, sənədlərin Məhkəməyə təqdim edilməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK tərəfindən təmin edilməsi, qərardadın dərhal icra edilməsi müəyyən edilmişdir.
9. Məhkəmənin eyni nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə uzun müddət keçməsinə baxmayaraq ##.##.2025-ci il tarixli qərardad icra olunmadığına və müvafiq sənədlər Məhkəməyə təqdim edilmədiyinə görə qərardad icra edilənədək mülki iş üzrə icraat dayandırılmışdır.
10. Yasamal rayon Icra şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, **/**-******/** saylı məktub daxil olmuş və sözügedən mənzilə dair Cavabdehla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK arasında bağlanılmış ##.##.2008-ci il tarixli, ***/R nömrəli müqavilə və Aida Namazova ilə MTK arasında bağlanılmış ##.##.2011-ci il tarixli, ***/R nömrəli müqavilələrin şöbəyə təqdim olunduğu, həmçinin MTK-nın məktubuna əsasən mənzilin X4 tərəfindən X3 bildirilmişdir.
11. Məhkəmənin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə ərizə verərək, iddia tələbləri üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə vəsatət verərək LPO Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və Müşahidə Şurasının sədri işləmiş Şahid şahid qismində dindirilməsini xahiş etmişdir.Iddiaçının nümayəndəsinin etiraz etməməsi əsası ilə həmin vəsatət təmin edilmişdir.
14. Daha sonra Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəmə Müəssisəsində cəza çəkən, hazırda isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Şahid şahid qismində dindirilməsi üçün məhkəmə iclasına gətirilməsi qərara alınmışdır. Tərəflərin izahatı:
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, Iddiaçı ASC-də filial müdiri kimi fəaliyyət göstərib. X5 sədri Şahid idi. Şahid ona bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK yaradılmış, kooperativin sədri isə bacısıdır və ona oradan ev almağı təklif etdi. Cavabdeh də razı oldu, kredit və ipoteka müqaviləsi imzaladılar. O, 2013-cü ilə qədər ödənişləri edirdi, lakin daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Şahid müqaviləyə xitam verilməsini və ödənilən pulların ona geri qaytarılmasını xahiş etdi. O isə etiraz etmədi və pulun ona geri qaytarılması barədə göstəriş verdi, təxminən 50-55.000 (əlli-əlli beş min) manat pul ona qaytarıldı. 2016-cı ildən Iddiaçı ASC-nin fəaliyyətinə xitam verildi və o da vəzifədən azad olundu. Ona 2023-cü ildə borcla bağlı bildiriş gələnə qədər hər hansı öhdəliyinin olması barədə məlumatı olmamışdır.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv ediməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri nümayəndə2, nümayəndə1 və X.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğunu qeyd etdilər və rayon məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etdilər, bildirdilər ki, cavabdehlə aralarında olan müqavilə ləğv edilsəydi, buna dair yazılı sənəd olmalı idi, həm də nəzərə alsaq ki, cavabdeh peşəkar bank işçisi olub, özü uzun müddət həmin bankın filial müdiri vəzifəsində işləmişdir və demək ki, o, bank kreditlərinin verilməsi, eləcə də həmin müqavilələrin vaxtından əvvəl ləğv edilməsinin qaydalarını çox yaxşı bilir. Nümayəndələr eyni zamanda da bildirdilər ki, icra edilməmiş öhdəliyin ipoteka predmetinə yönəldilməsi onların vəzifəsi yox, hüququdur, onlar bu hüquqdan istifadə etməmişlər, burada hər hansı pozuntu yoxdur.
18. Məhkəmə kollegiyasının iclasında şahid Şahid bildirdi ki, ”xxxx”ın rəhbəri və Müşahidə Şurasının sədri olmuş, cavabdehi tanıyır, Cavabdeh bankda uzun müddət filial müdiri olmuş, həmin kredit müqaviləsini detallarını xatırlamır, əgər cavabdehin banka borcu qalıbsa, borcun ödənilməli olduğunu, həmin müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini təsdiq edə bilməyəcəyini göstərdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
20. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan: Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2008-ci il tarixli, *** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 180 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 131100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında
21. ödənilməsini öhdəsinə götürmüşdür.
22. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 30-dan gec olmayaraq 180 ay müddətinə hər ay 1834,86 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
23. “xxxx MTK” ilə Cavabdeh arasında bağlanmış ## ##### 2008-ci il tarixli, ***/R nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzil Cavabdeh tərəfindən alınmışdır. Mənzilin dəyəri 131100 manatdır.
24. Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2008-ci il tarixli, ***/* saylı ipoteka müqaviləsindən görünür ki, ##.##.2008-ci il tarixli, *** saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh məxsus Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzil ipoteka ilə yüklü edilmiş və 131100 manat dəyərində qiymətləndirilmişdir.
25. Ləğv prosesində olan Iddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ## ###### 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ## ###### 2023-cü il tarixinə 110541,21 manat əsas, 176,55 manat faiz, 829,08 manat cərimə, 1765,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 113.312,09 manat borcu vardır.
26. Ləğv prosesində olan Iddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ## ##### 2023-cü il tarixli bildirişindən görünür ki, Iddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, ## #### 2023-cü il tarixə 110541,21 manat məbləğində əsas, 176,55 manat məbləğində faiz, 0 manat məbləğində cərimə, 0 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 110717,76 manat məbləğində kredit borcu vardır. Borc öhdəlikləri icra edilmədiyi halda kredit müqaviləsi üzrə bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
27. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Mənzil Tikinti Kooperativi tərəfindən verilən arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, 1-ci yaşayış binasının B blokunda 14-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzil ## ##### 2008-ci il tarixli, ***/R nömrəli müqaviləyə əsasən Cavabdeh satılmışdır. ## ### 2014-cü il tarixli, **/R saylı müqaviləyə əsasən X2. Daha sonra bu müqavilə ləğv olunmuş və mənzil ## #### 2016-cı il tarixli, **/R saylı müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır. Hal-hazırda həmin mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yaşayır və mənzil onun mülkiyyətindədir.
28. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə X2 arasında bağlanmış ## ### 2014-cü il tarixli, **/R nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının B blokunda 15-ci mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzil X2 tərəfindən alınmışdır. Mənzilin dəyəri 1 kv.m. üçün 450 ABŞ dolları, cəmi 62100 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
29. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## #### 2016-cı il tarixli, **/R nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının B blokunda 15-ci mərtəbəsində yerləşən 138 kv.m ümumi sahədən ibarət 3 otaqlı ** saylı mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən alınmışdır. Mənzilin dəyəri 1 kv.m. üçün 353 manat, cəmi 48717 manatdır.
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi Cavabdeh iddiaçı Iddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: ##.##.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, ##.##.2023-cü il tarixə əsas borc 110467,29 manat, faiz borcu 214504,76 manat, faiz borcu 5% ilə 1994,55 manat. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
35. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
36. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
37. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
44. Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
45. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
47. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
48. 6.1. Ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər.
49. 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarı:
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” ## ###### 2014-cü il tarixli qərarı:
51. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
56. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
57. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
58. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
59. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
62. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
64. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
66. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
68. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
69. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, Iddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2008-ci il tarixli, *** saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu əsasla da iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
71. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili kredit müqaviləsinə Bankla qarşılıqlı razılaşma əsasında xitam verilməsidir. Cavabdeh kredit müqaviləsi ləğv edildikdən sonra həmin vaxta qədər ödədiyi pulların ona qaytarıldığını qeyd etmişdir.
72. Cavabdehin və onun nümayəndəsi və vəkilinin vəsatətinə əsasən şahid qismində dindirilən Şahid məhkəmə iclasında cavabdehin apellyasiya şikayətində qeyd etdiklərini təsdiq etmədi və aralarında kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı razılaşma olmadığını bildirdi .
73. Məhkəmə qeyd edir ki, apellyator kredit müqaviləsinin ləğv edilməsinə, müqavilə ləğv edilənədək ödədiyi məbləğin ona qaytarılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, apellyatorun şikayətinin bu dəlilinin yoxlanılması məqsədi ilə apellyasiya icraatı zamanı məhz onun xahişi ilə həmin vaxt bankın rəhbəri olmuş və hazırda qüvvədə olan məhkəmə hökmünə əsasən cəza çəkən Şahid şahid qismində dindirilərkən ifadəsində həmin halı təsdiq etməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir.
74. Cavabdeh apellyasiya şikayətində həm də rayon məhkəməsinin işə mahiyyəti üzrə baxarkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb olunmaqla həmin şəxslərin hüquqi statusunu düzgün müəyyən etmədiyini mübahisələndirmişdir.
75. Məhkəmə qeyd edir ki, rayon məhkəməsinin ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli məhkəmə iclas protokollarından müəyyən olduğu kimi MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi məhkəmə prosesinə cəlb olunmuşlar və rayon məhkəməsi onların iştirakını təmin etmək üçün məhkəmə iclaslarını dəfələrlə təxirə salmış, buna baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, iştirakdan yayınmışlar.
76. Məhkəmə onu da qeyd edir ki, apellyasiya icraatı zamanı da üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə də məlumat verməmişlər.
77. Qeyd edilənlərə əsasən müəyyən olur ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
78. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
80. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
81. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
82. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ##.##.2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə kredit verilmişdir. Beləliklə kredit müqaviləsinin bitmə tarixi ##.##.2023-cü il olmuşdur.
83. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
84. Belə olan halda isə müəyyən olur ki, hazırkı işdə iddia müddətinin axımı ##.##.2023-cü il tarixdən başlamış və iddia ərizəsi üç illik iddia müddəti ötürülmədən verilmişdir.
85. Beləliklə, Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlili əsassız olmuşdur. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi faktlar nöqteyinəzərindən
86. və mahiyyət etibarı ilə düzgün nəticəyə gələrək, iddia tələblərini qismən təmin etmişdir, cavabdehin apellyasiya şikayəti əsassızdır, təmin edilə və qətnamənin ləğvinə əsas ola bilməz.
87. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
88. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
89. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
91. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
92. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
93. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.