Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5078/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.10.2012-ci il tarixli, 2(008)-5319/2012 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 5000 manat məbləğində əsas, 6610,71 manat məbləğində faiz borcu və 500 manat məbləğində dəbbə pulu, cəmi 12110,71 manat və 20 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 06.10.2020-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Sabunçu rayon Məhkəməsinin 10.10.2012-ci il tarixli, 2(008)-5319/2012 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.10.2012-ci il tarixli, 2(008)-5319/2012 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 “ötürülmüş müddətin bərpası və qərardadın ləğv edilməsinə dair” şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadın ləğv edilməklə, prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.10.2012-ci il tarixli, 2(008)- 5319/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh1 ərizəsi təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh1 şikayəti əsassız olduğundan təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 və iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5319/2012 saylı və 18 mart 2021-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadları ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 12.10.2012-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-5319/2012 saylı, 10.10.2012-ci il tarixli qətnaməsi Cavabdeh1 göndərilsə də, sonuncu tərəfindən qətnamənin alınması müəyyən olunmur. Cavabdeh1 25.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək sözügedən qətnaməni rəsmi qaydada almadığını bildirərək qətnamənin ona rəsmi olaraq təqdim edilməsini xahiş etmiş və həmin qətnamə 28.09.2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qətnamənin qəbul edilməsindən 8 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə sözügedən qətnamədən cavabdehin xəbərinin olmamasını inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual 'ərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış orosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual -lüddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə gətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından 54-cü səhifədə cavabdehin icra şöbəsində yazdığı ərizə olsa da, həmin ərizədə tarix qeyd olunmamışdır. Belə olan halda, məhkəmə cavabdehin qətnamədən məlumatlı olmasını müəyyən etmək üçün, icra işinin materiallarını tələb edib, araşdırmalı idi. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdeh “ötrülmüş müddətin bərpası və qərardadın ləğv edilməsinə dair” şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadın ləğv edilməklə, prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə birbirinə ziddiyyət təşkil edən cavabdehin müraciətinə, cavabdehi məhkəmə iclasına dəvət etmədən, qeyd olunan ziddiyyətə aydınlıq gətirmədən baxmışdır. Belə ki, məhkəmə 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadında müddət ötürüldüyündən, müddətin bərpası barədə vəsatət verilmədiyindən, apellyasiya şikayətini geri qaytarmışdır. Bundan sonra cavabdeh şikayətində müddətin bərpa edilməsini və qərardadın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə isə cavabdehlə əgər müddətin bərpasını xahiş edirsə, müddətin bərpası barədə vəsatət verilmədiyinə görə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilməsinə lüzum yaranmadığını araşdırmamış, müddətin bərpası məsələsinə tərəflərin iştirakı olmadan baxmaqla, prosessual pozuntuya yol vermişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallara birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmaqla qiymət verməmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır.Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5319/2012 saylı və 18 mart 2021-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadları ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş materialları yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5319/2012 saylı və 18 mart 2021-ci il tarixli, 2(008)-5319/2012 saylı qərardadları ləğv edilsin. Mülki iş materialları şikayətə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5078/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5078/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver