Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5079/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı X5 nümayəndəsi və vəkili X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3- cü şəxs X21 vəkili Vəkil3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X13 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti, Səbail Bələdiyyəsi və X26 işə cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Səbail rayon lcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səlyan şossesi, Bibiheybət qəsəbəsində yerləşən «köhnə bağ» sahələri olan ərazidən ona 18 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırki vaxtadək onun qanuni istifadəsindədir. Torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr təşkil edir. Həmin torpaq sahəsi yan va arxa tərəflər 8-15 mişar daşı hündürlüyündə daşla hasarlanmış vəziyyətdə olmuşdur. O, qeyd edilən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almaq məqsədi ilə torpaq sahəsinin ön tərəfini təxminən bir həftə əvvəl 5 mişar daşı hündürlüyündə daşla hasarlatmış və 04.10.2019-cu il tarixdə, saat 10.00 radələrində torpaq sahəsinin hasarının hörülməsini davam etdirmək üçün torpaq sahəsinə getdikdə, həmin torpaq sahəsinin hasarının hördürdüyü ön tərəfində 5 baş hündürlüyündə olan hasarın 40 metr uzunluğunda söküldüyünü aşkar etmişdir. Sökülən mişar daşları yerində olmaqla torpaq sahəsinə atılmış və o, bu barədə ərizə ilə polisə müraciət etmişdir. Sonradan həmin hadisə ilə bağlı polisə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, mülki hüquq pozuntusunu törədən şəxs cavabdeh olmuşdur. Həmin hasarın sökülməsi nəticəsində ona 730 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda cavabdeh ona məxsus torpaq sahəsində olan hasarı qanunsuz sökməkdən əlavə, həmin torpaq sahəsinə müdaxilə edir və guya ki, həmin torpağı adını deyə bilmədiyi şəxsdən aldığını idda edir. Hesab edir ki, cavabdehin onun torpaq sahəsindən hər hansı qaydada istifadə etməsinə qadağa qoyulmalı və ona vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Cavabdehin qanunsuz hərəkətləri eyni zamanda Səbail rayon RPİnin 41-ci PB-nin baş təhqiqatçısının 17.10.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də öz təsdiqini tapmışdır. Ona görə də, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3- cü şəxs X26 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə ona məxsus olan Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X21 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş X23 verilmişdir. Bu günədək X2 və istifadəsindədir. Lakin bu günlərdə ona məlum olmuşdur ki, cavabdeh İddiaçı qeyri-qanuni olaraq ona məxsus olan torpaq sahəsinə daxil olaraq orada qanunsuz olaraq tikinti aparmışdır. Bununla da ona qanuni torpaq sahəsinə giriş çıxışına maneçilik törədir. Cavabdehin sözü gedən torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 iddiasının təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 1141 saylı, 30.12.2004-cü il tarixli sərəncamı ilə X24 ayrılmış Bakı şəhəri, Səbail şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən cavabdeh İddiaçı istifadə etməsinin qanunsuz hesab edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manatın cavabdeh İddiaçı tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı: Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh İddiaçı tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində 18 sot torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə ona ayrılmışdır. Qeyd olunan Sərəncamala ona torpaq sahəsini ayrılması Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı fıliali tərəfindən 30.10.2018-ci tarixli 3094 nomreli arxiv sənədilə də öz təsdiqi tapmışdır. Həmin torpağa dair Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin razılaşdırılmış N-55-091 nömrəli, 30.10.2018-ci il tarixli Situasiya plani ve sxemi verilmişdir. Həmin Situasiya planının ve sxemin mövcudluğu Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı 30.10.2018-ci il tarixi ilə təsdiqlənmiş arxiv məktubu, ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasi Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-X3 N-06 saylı, 30.08.2019 cu il tarixli arxiv sənədi, Azərbaycan Respublikasi Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3/10-N55-91 saylı, 30.10.2018-ci tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 11.04.1997-ci il tarixli , 506 sayli sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisnin təsdiq olunaraq baxılıb münasibət bildirilməsi ucün göndərilən məktub da iş materiallarına əlavə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səlyan şossesi, Bibiheybət qəsəbəsində yerləşən «köhnə bağ» sahələri olan ərazidən ona 18 sot torpaq sahəsi torpaq sahəsi hazırki vaxtadək onun qanuni istifadəsindədir. Torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr təşkil edir. Həmin torpaq sahəsi yan va arxa tərəflər 8-15 mişar daşı hündürlüyündə daşla hasarlanmış vəziyyətdə olmuşdur. Qeyd edilən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almaq məqsədi ilə torpaq sahəsinin ön tərəfini 03.10.2019-cu il tarixdə 5 mişar daşı hündürlüyündə daşla hasarlamış və 04.10.2019-cu il tarixdə, saat 10.00 radələrində torpaq sahəsinin hasarının hörülməsini davam etdirmək üçün torpaq sahəsinə getdikdə, həmin torpaq sahəsinin hasarının hördürdüyüm ön tərəfində 5 daş hündürlüyündə olan hasarın 40 metr uzunluğunda söküldüyünü aşkar etmişdir. Sökülən mişar daşları yerində olmaqla torpaq sahəsinə atılmışdır və bu barədə ərizə ilə Səbail RPİ-nin 41-ci PB-nə müraciət etmişdir. Həmin hadisə ilə bağlı Polisə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, mülki hüquq pozuntusunu törədən şəxs cavabdeh olmuşdur. Həmin hasarın sökülməsi nəticəsində ona 730 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda cavabdeh ona məxsus torpaq sahəsində olan hasarı qanunsuz sökməkdən əlavə, həmin torpaq sahəsinə müdaxilə edir və guya ki, həmin torpağı adını deyə bilmədiyi şəxsdən aldığını idda edir. Cavabdehin onun torpaq sahəsindən hər hansı qaydada istifadə etməsinə qadağa qoyulması və vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə HMO-na müraciət etmişdir. Cavabdehin qanunsuz hərəkətləri eyni zamanda Səbail rayon RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısının 17.10.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də öz təsdiqini tapmışdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmasının sonunda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X26 22 fevral 2021 -ci ildə işə qoşulmuşdur. Halbuki, ilk məhkəmə iclası 04.12.2019-cu tarixdə olmuşdu, ilk məhkəmə iclaslarında cavabdeh mübahisəli torpaq sahəsinə dair heç bir sənəd təqdim edə bilməmişdi. Təxminən 2020-ci ilin yanvar ayında cavabdeh mülkiyyətçinin onun qaynatası olduğunu bildirərək, ancaq qohumluq əlaqələri barədə heç bir sənəd təqdim etmədən bütün məhkəmə proseslərində tam hüquqlu tərəf kimi çıxış etmişdir. Digər tərəfdən məhkəmə prosesinin əvvəlindən Cavabdeh X16 etibarnamə əsasında onun nümayəndəsi kimi çıxış etməsinə baxmayaraq, 1 il 2 ay davam edən məhkəmə prosesinin bitməsinə 4 gün qalmış Səbail Rayon Məhkəməsi məhkəmə iclaslarında bir dəfə də olsun iştirak etməyən X25 “mistik” şəkildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edərək bu tərəfin təqdim etdiyi saxta sübutlara əsasən 4 gün sonra bu müstəqil tələb irəli sürən 3-cü şəxsin xeyrinə onun özünün də xəbəri olmadan qərar qəbul etmişdir. Ümumiyyətlə məhkəmə prosesi elə həyata keçirilmişdir, audio və video yazılara baxsaq prosesin əvvəlindən sonuna qədər İddiaçı deyil cavabdeh olduğunu düşünmək olar. Məhkəmə işin bütün halarında mübahisənin qarşı tərəfin xerinə həll edilməsində bilavasitə maraqlı olmuşdur, belə ki, araşdırmanın aparılması yalnız qarşı tərəfin mənafeyinə uğun həyata keçirilirdi. Prosesin sonunda işə qoşulan, və prosesə gəlib çıxa bilməyən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 təqdim etdiyi Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı və torpaqların alqısatqısına dair Aktı mötəbər sübut kimi qəbul edib 3 -cü şəxsin iddisını təmin edə bilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə Səbail Bələdiyyəsi tərəfindən verilən sərəncam və alqı-satqı müqavilələrinin qeyri mötəbərliyi və etibarsızlığı müəyyən edilmişdir. Səbail bələdiyyəsinə ünvanalanmış 25 dekabr 2019-cu il tarixli sorğuya verilmiş 10 yanvar 2020-ci il tarixli cavab məktubunda aydın qeyd olunur ki, müvafiq torpaq sahəsi Səbail bələdiyyəsinin dislokasiyasına aid deyildir. Məkəmə daha sonra qətnamədə (üçüncü səhifəsində) qeyd edir ki, Bakı şəhəri Səbail bələdiyyəsinin SB/SA-5/07saylı, 10.02.2020-ci tarixli cavab məktubundan görünür ki, AR Dövlət Arxivinin Bakı filialı tərəfindən surəti təqdim edilmiş Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı Bakı şəhəri Səbail bələdiyyəsinə aid deyil. Həmin sənədə münasibətdə bildirir ki, məhkəmə bu sənədin məzmununu qətnamədə tam göstərməmişdir. Belə ki, həmin sənəddə qeyd edilir: “Səbail Bələdiyyəsinin arxiv sənədləri istintaq zərurəti ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən götürülmüşdür. Səbail bələdiyyəsinin ərazisinin xəritəsi və onun mülkiyyətinə verilməsi haqqında sənəd Dövlət Əmlak Komitəsi tərəfindən Bələdiyəyə təqdim edilməmişdir”. Səbail Məhkəməsi sənədin bir hissəsinə istinad edib qətnamə qəbul edir, digər hissəsinə isə ümumiyyətlə mövqe bildirməmişdir. Məhkəmə işə qarşı tərəfin mövqeyindən yanaşaraq işdə olan sənədlərə də həmin tərəfin xerinə uyğun qiymət vermişdir. Eyni zamanda, bu məktubda Bakı şəhəri Səbail bələdiyyəsinin SB/SA-5/07 saylı, 10.02.2020-ci tarixli cavab məktubunda Səbail bələdiyyəsinin arxiv sənədlərinin istintaq zərurəti ilə əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən götürüldüyü, Səbail bələdiyyəsinin ərazisinin xəritəsi və onun mülkiyyətinə verilməsi haqqında sənəd Dövlət Əmlak Komitəsi tərəfindən Bələdiyyəyə təqdim edilmədiyi bildirilmişdir. Məhkəmə prosesində Cavabdeh məhkəməyə sübut olaraq təqdim etmiş Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümyəndəliyinə Bakı ş. Səbail raynonu Bibiheybət qəsəbəsi Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsinin hansı subiyektin tərkibində olmasi haqda müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümyəndəsi Rüfət Əhmədzadə, Cavabdeh vermiş olduğu 014 nömrəli 07.02.2020 ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən 03-Bİ/591 nömrəli 30.10.2019-cu il tarixli məktubuna və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 3/10-1307 nömrəli 27.11.2019 cu il tarixli məktublarının Bibiheybet qəsəbə nümayəndəliyi tərəfəndən baxıldığını təsdiq etmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümyəndəsi Rüfət Əhmədzadənin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 3/10-1307 nömrəli 27.11.2019 cu il tarixli və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən 03-Bİ/591 nömrəli 30.10.2019-cu il tarixli məktubundan məlumatlı və xəbərdar olmasına baxmayaraq tabe olduğu orqanın məktubuna zidd olaraq Cavabdeh vermiş olduğu 014 nömrəli 07.02.2020 ci il tarixli cavab məktubunda Bakı ş. Səbail ray. Bibiheybət qəs. Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümyəndəliyinin xidməti ərazisinə daxil olmadığını və Səbail Bələdiyyəsinin mülkiyyətində və istifadəsində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən 03- Bİ/591 nömrəli 30.10.2019-cu il tarixli məktubu ilə bağlı müraciət etdiyimiz Sorğuya verilən 02-05-2021-456 saylı 04.03.2021-ci il tarixli cavab məktubunda aydın olur ki, Cavabdeh məlumat verilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli, 506 nömrəli sərəncamı ilə Bakı ş. Səbail ray. Bibiheybət qəs. Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsi İddiaçı məxsusdur. Bakı ş. Səbail ray. Bibiheybət qəs. Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsinin Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli, 506 nömrəli sərəncamı ilə onun istifadəsinə və mülkiyyətinə verilməsinə baxmayaraq, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümyəndəsi Rüfət Əhmədzadə tərəfindən 0-14 saylı 07.02.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin sərəncamına münasibətdə ziddiyyətli cavab verərək bu ünvandakı bağ sahəsinin Səbail Bələdiyyəsinin istifadəsində və mülkiyyətində olduğunu bildirmişdir (Rüfət Əhmədzadə həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu yaxşı bilirdi). Eyni zamanda, Bibiheybət qəsəbə nümyəndəliyi öz cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin 03-Bİ/591 nömrəli 30.10.2019-cu il tarixli məktubuna və Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 3/10-1307 nömrəli 27.11.2019-cu il tarixli məktubuna istinad etmişdir. Tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyətinin Bibiheybet qəsəbə nümayəndəliyinə 014 nömrəli 07.02.2020 ci il tarixli cavab məktubunun təsdiq edimliş sürətinin verilməsi ilə bağlı müraciət edilmişdir. Həmin sorğuya verilən 0-8 saylı 05.04.2021 tarixli cavab məktubunda aydın olmuşdur ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyətinin Bibiheybet qəsəbə nümayəndəliyinin “vətəndaşlara verilən məktubların qeydiyyatı” jurnalında 014 saylı cavab məktubu 07.02.2020 ci il tarixlə deyil, məhz 014 saylı, 04.02.2020 ci il tarxli qeydiyyat ilə qəsəbə sakini Rzayeva Sona adlı vətəndaşa bu işə aidiyyati olmayan tam fərqli bir cavab məktubudur. Müvafiq orqanlara ünvanlanan məktublara alınan cavab məktubunda Bakı ş. Səbail ray. Bibiheybət qəs. Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsinin Səbail bələdiyyəsinə ayrılmadığı aşkar şəkildə qeyd olunmuş və bu məsələ ilə bağlı Səbail bələdiyyəsinə məlumat verildiyi bildirilmişdir. Eyni zamanda Bakı ş. Səbail ray. Bibiheybət qəs. Salyan şossesi 32 ünvanında yerləşən bağ sahəsinin ona məxsusluğunu təsdiq edən və Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin sərəncamının bütün arxiv sənədlərini məhkəməyə təqdim etmişdir. Qarşı tərəf məhkəməyə torpağın Bələdiyyə mülkiyyətinə aid olmasına dair heç bir mötəbər sənəd təqdim etməmişdir. Məhkəmə cavbdeh və 3-cü şəxsin təqdim etdikləri sənədləri mötəbər sübut kimi qəbul edərək həqiqiliyinə şübhə belə etmədən, 1 il 2 ay davam edən prosesin son 4 günündə icraata qoşulan müstəqil tələb irəli sürən 3-cü şəxsin xeyrinə onun özünün də xəbəri olmadan qətnamə qəbul etmişdir. İşə əlavə edilmiş bütün sənədlərlə mübahisəli torpaq sahəsinin məhz o iddiaçıya məxsus olduğunu müəyyən edilmişdir. İddiaçı tərfindən məhkəməyə iddianı təmin etməyə əsas verəcək kifayət qədər sənəd formasında sübut təqdim etmişdir. Məhkəmə baxışının sonunda işə qoşulan və prosesə gəlib çıxa bilməyən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 təqdim etdiyi Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı və torpaqların alqı-satqısına dair Akt barəsində heç bir araşdırma etmədən, məhkəmə qərar qəbul etmişdir. Ümumiyyətlə, məhkəmənin qətnaməsində əsaslandığı bələdiyyə qərarları ziddiyətli sənədlərdi və əslində bu sənədlərin heç biri etibarlı deyildir. Belə ki, tədim edilmiş sənədlərdə müəyyən olunur ki, həmin tarixli sənədlərin hamısı prokurorluq orqanları tərəfindən götürlmüş və arxivdə mövcud deyildir. Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamında bələdiyyənin sədrinə məxsus möhür deyil, işlər idarəsinin möhürü vurulmuşdur. Torpaqların Alqı-satqısına dair X8 imzası yoxdur, Aktda Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakını təsdiq edən imzası yoxdur, ödəniş qəbzi, aktın tərtib olunma tarixi və yeri də qeyd olunmayıb. X21 müraciəti barədə heç bir qeyd mövcud deyildir, möhür tərsinə vurulmuşdur, sərəncama əlavə olunmuş sxemdə torpaq sahəsinin ölçüləri də göstərilməmişdir, müvafiq Sərəncam və Aktın arxiv sənədləri də təqdim edilməmişdir (çünki yoxdur, AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin cavab məktubu təsdiq edir). Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin № 09/3-38 saylı 10.03.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər Səbail Bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilmədiyi bildirilmişdir. Bu da Bakı Şəhər Səbail Bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair Aktın saxta olmasını bir daha sübut edir. Ancaq Səbail Rayon Məhkəməsi bu faktlara heç bir hüquqi qiymət verməmiş və bu məsələni araşdırmağı vacib bilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Səbail Bələdiyyəsinin nümayəndəsi X17 Bakı şəhəri Səbail bələdiyyəsinin arxiv sənədlərinin istintaq zərurəti ilə əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən götürüldüyünü, Səbail bələdiyyəsinin ərazisinin xəritəsi və onun mülkiyyətinə verilməsi haqqında sənəd Dövlət Əmlak Komitəsi tərəfindən Bələdiyyəyə təqdim edilmədiyini bildiyi halda məhkəmədə cixiş edərək hec bir subut ve dəlil olmadan, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamınin sxem və stiuasiya planinda göstərilən torpaq sahəsinə yerində baxış keçirmədən, hansısa məntiqə, maraqlara əsaslanaraq Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə göstərilən ərazinin və mübahisə predmti barəsində müstəqil tələb irəli sürən 3 cu şəxs X24 Səbail Bələdiyyəsinin 30.12.2004 cü il tarixli sərəncamı ilə ayrılan torpaq sahəsi bir-birindən fərqli istiqamətlərdə yerləşmasini bildirmişdir. Səbail Bələdiyyəsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatla Səbail Bələdiyyəsinin verdiyi cavablar təmamilə fərqli olmuşdur. Məhkəmədə nədənsə işi bu halını da nəzərə almamışdır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil - Kooperativ Təsərrüfat İdarəsinin N-06 nömrəli 30.08.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı ilə X5 adına rəsmiləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 10 ünvan olmuşdur və bu fakt təqdim edilən arxiv sənədlərində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 29.03.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X5 adına sənədləşdirilmiş torpaq sahəsi “Bələdiyyə torpaqları və Mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Səbail Bələdiyyəsinə təhvil verilmiş ərazilərə aid deyil və həmin torpaq sahəsinin yerləşdiyi sahə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 30.10.2018-ci il tarixli N-55-091 nömrəli sxemə uyğundur. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının N-49 nömrəli 25.01.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə vətəndaş X7 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyətinin 3/10-N-55- 91 saylı 30.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Səbail rayon məhkəməsi tərəfindən təyin edilmiş və iş üzrə verilmiş 20 noyabr 2020-ci il tarixli 10\1616 saylı ekspert rəyinə münasibətdə bildirirk ki, Ekspert rəyi həqiqəti əks etdirmir, belə ki, mütəxəssisinn mübahisəli torpaq sahəsinə baxış keçirməsi barədə heç bir məliumat olmamış və iştirakları təmin edilməmişdir. Ona hansı torpaq sahəsinin göstərilməsi müəyyən edilməmişdir. Hesab edir ki, Səbail rayon məhkəməsini qeyd edilən qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 nümayəndəsi və vəkili X9 apelyasiya şikayətini məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsi vətəndaş X7 ayrılmışdır. Bu sərəncamın özü arxiv sənədləri ilə də təsdiq olunur. Eyni zamanda həmin torpağın harda yerləşməsinə dair plan-sxemdə mövcuddur. Qarşı tərf isə heç bir əsas olmadan İddiaçı məxsus torpaq sahəsinin hasarının hördürdüyü ön tərəfində 5 baş hündürlüyündə olan hasarın 40 metr uzunluğunda sökmüşdür. Məhkəmə qətnaməsində iki hala istinad edir. Birinci hal Bakı şəhəri İHB-nın Bibiheybət qəsəbəsi üzrə nümayəndəliyinin 07.02.2020-ci il tarixli məktubdur. Hansı ki, həmin məktubun tarixi və nömrəsi ilə başqa şəxsə məktub verilmişdir. Məsələ ondan ibarətdir ki, Səbail Bələdiyyəsinin bütün sənədləri hazırda prokrorluqdadır və araşdırma gedir. Məhkəmənin istinad etdiyi heç bir mötəbər sübut yoxdur. Əgər məhkəmə hesab edirsə ki, həmin torpaq sahəsi İddiaçı məxsus deyil, bəs hansı sənədə və hansı sübuta əsasən Azad Əsədova məxsusluğunu müəyyən edir. Alğı-satqı müqaviləsində imza yoxdur. Müqaviləyə vurulmuş möhr bələdiyyənin sədrinə məxsus möhür deyil, işlər idarəsinin möhürüdür. Bakı Şəhər Səbail Bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın kötüyü Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilmir. Məhkəmə yalnız Birinci hal Bakı şəhəri İHB-nın Bibiheybət qəsəbəsi üzrə nümayəndəliyinin məktubuna əsaslanaraq qətnamə qəbul etmişdir. İş materiallarında olan sənədlərlə dolayısı ilə təsdiqlənir ki, torpaq sahəsi İddiaçı məxsusdur və həmin torpaq sahəsi İcra Hakimiyyətinin sərəncamında olmuşdur. Mili Arxiv İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli məktubundan da görünür ki, 30.12.2004-cü il tarixli 1441 saylı sərəncam və 30.12.2004-cü il tarixli 1441 saylı qərar Mili Arxiv İdarəsində mövcud deyil. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2021-ci il tarixli məktubundan da görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən adınıza sənədləşdirilmiş torpaq sahəsi “Bələdiyyə torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Səbail bələdiyyəsinə təhvil verilmiş ərazilərə aid deyil və həmin torpaq sahəsinin yerləşdiyi sahə Səbail İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 30.10.2018-ci il tarixli N-55-091 nömrəli sxemə uyğundur. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3- cü şəxs X21 vəkili Vəkil3 apelyasiya şikayətinə etiraz təqdim edərək bildirdi ki, iddiaçı onlara qarşı sual verməzdən öncə özü sübut etməlidir ki, mübahisəli torpaq sahəsi həqiqətən onun qanuni sahibliyində və istifadəsindədir. İddiaçının istinad etdiyi sənədlər iş materiallarına mövcuddur. Həmin sənəd 11 aprel 1997-ci il tarixli sərəncamdır və sərəncamın davamı kimi 2018-ci ildə 10 ildən çox vaxt keçdikdən sonra Bakı şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılımış sxemdir. Halbuki, torpaq sahəsinin ayrılmasına dair sərəncamda torpaq sahəsinin kordinatları göstərilir, həmin torpaq sahəsinin cizgiləri müəyyən edilir və torpaq sahəsinin qunşu torpaq sahələri ilə sərhədləri müəyyən edilir. İddiaçının tələb etdiyi torpaq sahəsinin məhz harada yerləşməsini təsdiq edəcək belə bir sxemi mövcud deyil. Apelyasiya şikayətinə dair etirazda bu barədə daha ətraflı qeyd edilmişdir. İddiaçının istinad etdiyi 2018-ci il tarixli sxem kosmosdan çəkilmiş şəkildir. Həmin şəkildə torpağın iddiaçıya məxsus olması təsdiq olunmur. İş üzrə ekspert rəyi mövcuddur və həmin rəy qüvvədədir və məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1997-ci ildən həmin ərazi karyer ərazisi olub. 2000-ci ildən isə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ərazi Səbail Bələdiyyəsinin sahibliyinə və mülkiyyətinə verilmişdir. Mübahisəli ərazinin yaxınlığında bir neçə torpaq sahəsi var. İddiaçı ilə aralarında mübahisə baş vermə səbəbi odur ki, torpaq sahəsi 15 il əvvəl tərəflərindən hazarlanmış olsa da, bu müddət ərzində heç kəs onlara torpaq sahəsindən istifadə etdiyi üçün maneə olmamışdır. Torpaq sahəsinin bir hissəsi hasarlı olmamışdır. 2018-ci ildə həmin hasarın başqa şəxs tərəfindən hasarlandığını qonşular ona zəng etdikdən sonra məlum olmuşdur. O, həmin əraziyə gələn şəxslər barəsində şikayət etmiş və sonra təzə hasarlanmış yeri uçurmuşdur. İddiaçının təqdim etdiyi sənədlər saxtadır və heç bir əsası yoxdur. Torpaq bələdiyyə sənədi ilə qaynatasına məxsusdur və etibarnamə ilə hazırda onun istifadəsindədir. Mübahisəli torpağa dair bələdiyyə sənədi 2004-cü ildə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3- cü şəxs X26 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3- cü şəxs X21 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində İddiaçı ayrılmış 18 sot torpaq sahəsindən Cavabdeh hər hansı formada istifadə etməsi qanunsuz hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası iş üzrə iki iddia tələbinin olmasını, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbi üzrə nəticəsi İddiaçı iddia tələbi üzrə gəlinən nəticə özündən bilavasitə aslı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə İddiaçı iddia tələbi, daha sonra isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbi üzrə hüqüqi dəyərləndirmə aparılmalıdır. İddiaçı iddia tələbi üzrə; İddia tələbinin məzmununa görə, iddiaçı X13 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti, Səbail Bələdiyyəsi və X26 işə cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamından görünür ki, Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən «Köhnə bağ» sahələrinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlamış 3/10-N-55-091 saylı, 30.10.2018-ci il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün göndərilir. İş materiallarında olan Bakı şəhəri İHB-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi K.Məmmədov tərəfindən İddiaçı ünvanlanmış N-06 saylı, 30.08.2019-cu il tarixli məktubdan görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı ilə onun adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 12 ünvan olmuşdur və bu fakt onun tərəfindən təqdim edilmiş arxiv sənədlərində də öz əksini tapmışdır. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı F.Tarverdiyevin 17 oktyabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, vətəndaş X15 şikayət ərizəsi əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan və cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail X1 ünvanlanmış SB-SA-5/07 saylı, 10.01.2020-ci il tarixli məktubundan görünür ki, AR Dövlət Arxivinin Bakı filialı tərəfindən surəti təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 500 saylı sərəncamı Səbail Bələdiyyəsinə aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 01.10.2020-ci il tarixli, 20 0920 30 3558 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid İddiaçı adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon İcra Hakiimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz (Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş sxem adi peyk görüntüsüdür 3-5 m xəta verə bilər və sxem hər hansı bir miqyasda tərtib edilməmişdir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti başcısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən «köhnə bağ» sahələri ərazisində iddiaçı X7 ayrılmış torpaq sahəsi yerini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat olmaması və Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməməsi səbəbindən cavabdehə Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən iddiaçı X7 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən «köhnə bağ» sahələri ərazisində ayrılmış torpaq sahəsinin üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarıdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/1661 nömrəli, 20 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon icra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz. (Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş sxem adi peyk görüntüsüdür, 3-5 m xəta verə bilər və sxem hər hansı bir miqyasda tərtib edilməmişdir). Yuxanda qeyd edilənləri nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində iddiaçı X7 ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elekrton kadastr bazasında məlumat olmaması və Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı, hər hansı sxem və plan mülki işə əlavə edilməməsi səbəbindən, cavabdehə Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ilə Səbail rayon icra Hakimiyyəti başçının 11,04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən iddiaçı X7 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinı müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsi torpaqları olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçı X7 ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmadığından, iddiaçıya münasibətdə hər hansı hüququn pozulduğunun müəyyən edilmədiyini nəzərə alaraq, İddiaçı ona məxsus torpaq sahəsində tikilmiş hasarın Cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması və həmin torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində 18 sot torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997ci il tarixli, 506 saylı sərəncamı ilə iddiaçı X7 ayrılmışdır. Qeyd olunan Sərəncamala torpaq sahəsini X7 ayrılması Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı filialı tərəfindən 30.10.2018-ci tarixli 3094 nomreli arxiv sənədilə də öz təsdiqi tapmışdır. Həmin torpağa dair Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin razılaşdırılmış N-55-091 nömrəli, 30.10.2018 ci il tarixli Situasiya planı ve sxemi verilmiş və situasiya planının ve sxemin mövcudluğu Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3/10- N-55-091 saylı 30.10.2018 ci il tarixi ilə təsdiqlənmiş arxiv məktubu ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsasını təşkil edən Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı iş materialları ilə öz təsdiqini tam şəkildə tapdığı halda birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan və təkzib olunmayan sübutları nəzərə almamış və iddiaçının hazırkı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 01.10.2020-ci il tarixli, 20 0920 30 3558 nömrəli mütəxəssis rəyi və onun əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1661 nömrəli, 20 noyabr 2020-ci il tarixli rəylərindən görünr ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon icra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə təkzib olunmayan və mübahisəndirilməyən Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamını yalnız ekspert rəyinə istinad edərək nəzərə alınmaması X5 hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Belə ki, Səbail rayon icra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının elektron kadastr bazasında yerləşdirilməsi vəzifəsi X5 deyil, buna səlahiyyətli qrumların vəzifəsidir. Eyni zamanda mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxemi qeyd edildiyi kimi Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı 30.10.2018 ci il tarixi ilə təsdiqlənmiş arxiv məktubu ilə təsdiq olunur və həmin sxemin 11.04.1997-ci il tarixli 506 saylı sərəncamın əlavəsi olmadığını ekspert deyil. Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti təkzib edə bilər. Hazırkı halda isə bu təkzib olunmur. Əksinə, iddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 29.03.2021ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli, 506 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 30.10.2018-ci il tarixli N-55-091 nömrəli sxem əsasında fərdi evin tikintisi məqsədi ilə X7 ayrılmış torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olması və həmin torpaq sahəsinin təqdiyi cizgiyə uyğun olması barədə müraciətə baxılmışdır. Bildirilir ki, adınıza sənədləşdirilmiş torpaq sahəsi “Bələdiyyə torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Səbail bələdiyyəsnə təhvil verilmiş ərazilərə aid deyil və həmin torpaq sahəsinin yerləşdiyi sahə Səbail İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 30.10.2018ci il tarixli N-55-091 nömrəli sxemə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir edir ki, iddiaçı X13 hazırkı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iş materiallaından və cavabdehin izahatından müəyyən olunur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səlyan şossesi, Bibiheybət qəsəbəsində yerləşən «köhnə bağ» sahələri olan ərazisində iddiaçıya verilmiş 18 sot torpaq sahəsi torpaq sahəsi hazırki vaxtadək iddiaçının qanuni istifadəsində olmuş, həmin torpaq sahəsinin bir hissəsi daşla hasarlanmış vəziyyətdə olmuşdur. Həmin torpaq sahəsinin hasarı Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Bu hal Səbail rayon RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısının 17.10.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçını istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən müdafiə olunan əmlak hüququ kateqoriyasına aiddir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi cavabdehin torpaq sahəsindən istifadənin qanunsuz hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin vurulmuş ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Vurduğu ziyana görə Cavabdeh iddiaçı qarşısında maddi məsuliyyət daşıması üçün onun təqsirli şəkildə, yəni qəsdən və ya ehtiyatsızlıqla əməl törətməsi, iddiaçıya ziyanın həqiqətən vurulması, onun əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Həmin şərtlərdən hər hansı biri aşkar edilməzsə, cavabdehin məsuliyyəti istisna olunur. Mülki işin materiallarında göründüyü kimi, mülki hüquq pozuntusunu törədən şəxs Cavabdeh olsa da, iddiaçı cavabdeh tərəfindən 730 manat məbləğində maddi ziyan vurulmasını göstərən mötəbər sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində İddiaçı ayrılmış 18 sot torpaq sahəsindən Cavabdeh hər hansı formada istifadə etməsi qanunsuz hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 iddia tələbi üzrə; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X26 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə ona məxsus olan Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri İHB-nın Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Rüfət Əhmədzadə tərəfindən Cavabdeh ünvanlanmış 0-14 saylı, 07.02.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxiteltura Komitəsi yanında Bakı şəhər memarlıq və Şəhərsalma Baş İdarəsindən 03-Bİ/591 nömrəli, 3010.2019cu il tarixli məktub Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş, məktub sonuncu tərəfindən 3/10-1307 nömrəli, 27.11.2019-cu il tarixli məktubla aidiyyəti olaraq Bibiheybət qəsəbə nümayəndəliyinə daxil olmuş və nümayənədlik tərəfindən baxılmışdır. Bildirilir ki, Salyan 12 və 32 ünvanlarında yerləşən torpaq sahələri Səbail rayon Bibiheybət qəsəbəsi icra nümayəndəliyinin xidməti ərazisinə aid deyil. Bakı şəhəri İH Başçısının 26.09.2000-ci il tarixli 910 saylı sərəncamı ilə dəniz kənarından 130 metr məsafədə saxlanması şərti ilə Səbail Bələdiyyəsinə təhvil verilib və ümumi torpaq sahəsi 262,7285 ha müəyyən edilmişdir. Bunları nəzərə alaraq, hal-hazırda Salyan 12 və 32 ünvanları X12 Bələdiyyəsinə mülkiyyətində və istifadəsindədir. İş materiallarında olan Səbail Bələdiyyəsinin 1441 №-li, 30 dekabr 2004-cü il tarixli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət X21 adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir. Birinci instansiya məhkəməsi 3-cü şəxsin iddiasını təmin edərək qənaətini onunla əsaslandımışdır ki, X26 ona Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair zəruri sənədlər paketinə malikdir ki, bu da onun həmin torpaq sahəsinə sahibliyinin qanuniliyi təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmır. Kollegiya qeyd edir ki, X5 iddia tələbi üzrə araşdırmanın nəticəsi olaraq Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində 18 sot torpaq sahəsinin İddiaçı məxsus olunması nəticəsinə gəlindiyindən 3-cü şəxs X21 X10 qarşı yönəlmiş iddia tələbi əsaslı hesab edilə bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin normalarını pozmaqla X21 iddiasının icraata qəbul etmiş və həmin iddia üzrə hər hansı araşdırma aparmadan yalnız formal mülahizə əsasında 3-cü şəxsin iddiasını təmin etmişdir. Belə ki, məhkəmə 3-cü şəxsin iddiasının 01.03.2021-ci il tarixində icraata qəbul etmiş və 05.03.2021-ci il tarixdə yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Göründüyü kimi, məhkəmə 3-cü şəxsin iddiasına cavab verməli olan şəxsin öz müdafiəsini hazırlamağa belə lazımınca vaxt verməməklə yanaşı iddia tələbi üzrə də hər hansı araşdırma aparmamışdır. Məhkəmə yalnız ekspert rəyinin nəticəsini əsas götürməklə X7 ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmadığını əsas gətirərək mübahisəli ərazinin X24 məxsusluğu qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, iddiaçı X5 adına verilmiş Səbail rayon lcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamından fəqrli olaraq X21 adına verilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı və alqısatqı müqavilələrinin qeyri mötəbərliyi iş materialları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan Səbail Bələdiyyəsinin 10 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, müvafiq torpaq sahəsi Səbail bələdiyyəsinin dislokasiyasına aid deyildir. Eyni zamanda Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamına diqqət yetirdikdə müəyyən olunur ki, sərəncamda olan möhür bələdiyyənin sədrinə məxsus deyil, işlər idarəsinin möhürü vurulmuşdur. Torpaqların Alqı-satqısına dair X8 imzası yoxdur və aktda Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakını təsdiq edən imzası yoxdur, ödəniş qəbzi, aktın tərtib olunma tarixi və yeri də qeyd olunmayıb. X21 müraciəti barədə heç bir qeyd mövcud deyildir. Müvafiq Sərəncam və Aktın arxiv sənədləri də təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin № 09/3-38 saylı 10.03.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər Səbail Bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X26 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbi ilə çıxış etməsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin smetasından göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, ekspertiza tədqiqatının xərci qismində müvafiq olaraq 60 manat və 100 (bir yüz) manat Cavabdehdan alınaraq müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hər iki iddia tələbi üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində İddiaçı ayrılmış 18 sot torpaq sahəsindən Cavabdeh hər hansı formada istifadə etməsi qanunsuz hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X21 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində İddiaçı ayrılmış 18 sot torpaq sahəsindən Cavabdeh hər hansı formada istifadə etməsi qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəil tələb irəli sürən 3-cü şəxs X21 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN: **********, M/h AZ37NABZ********** **********, Benefisların bankı:Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3 701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ013601 **********3944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE0000000 **********501) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5079/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver