Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-508/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mülki iş üzrə (açar sözlər:manelərin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və nümayəndəsi (vəkili) X3, Cavabdeh3 vəkili Vəkil4, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar AZ-İİ 472238 nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X9 və İddiaçı nikahları bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,6 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,6 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evindən fərdi evi, 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 15.2 kv.m, 24.3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X4, 4 otaq, ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanı üzrə hüquq subyekti X4 adına xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili daxildir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 81.9 kv.m olan ünvan 1anında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0217 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 96.9 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsi 1/2 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə X4, 1/2 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İİİ-СЙ 256604 nömrəli xx.xx.1981-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X9, anası X5muşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə Bakı şəhər porkurorunun müavinin qərarına əsasən Vahabova X10 qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı və Cavabdeh2 şikayət ərizəsi əsasən toplanılmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 da ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X7 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş İddiaçı ilə birgə yaşamışlar. Son 3 gündür ki, Arzu evin qapılarını bağlamış və evə heç kəsi buraxmamışdır... Azərbaycan Respublikası Baş prokuroluğunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X16 Vahabova tərəfindən zəhərlənərək öldürülməsinə dair şübhələnməsi barədə Cavabdeh3 müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın Bakı şəhər prokurorunun müavini tərəfindən xx.xx.2024-cü il tarixli qərarla ləğv edilərək əlavə araşdırma aparılması Cavabdeh3 bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində X9 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evdə yaşamışlar. Həmin müddət ərzində evin təmir edilməsində, əşyalarının alınmasında maddi olaraq ərinə dəstək olmuşdur. Əri xx.xx.2021ci il tarixədək həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tam pay hüququ ilə sahib olmuşdur. 2021-ci ilin may ayında sözügedən əmlak əri və bacısı Cavabdeh4 arasında bölünmüş və onların bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmış, ərinin payına düşən mülkiyyəti xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301). Əri xx.xx.2023-cü il tarixində xəstəlik nəticəsində vəfat etmişdir. Bundan sonra ərinin anası Cavabdeh3, bacıları cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qızları, həmçinin qızı Cavabdeh2 tərəfindən sözügedən evdən istifadə hüququ məhdudlaşdırılmışdır. Mərhum ərinin 40 mərasimindən sonra cavabdehlər tərəfindən evə daxil olmağına nəinki icazə verilir, hətta ev, geyim və digər əşyalarını evdən çıxara bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyun ayının 24-ü evə getmək imkanı olmuş, həmin gündən sonra cavabdehlər onun evdə olmadığından istifadə edərək həyətin darvazasının kilidini dəyişdirmişlər. Mümkün qədər cavabdehlərlə razılaşmaq istəməysinə baxmayaraq, heç bir nəticə yoxdur, cavabdehlər onu evə buraxmamaqda israrlıdırlar, bildirirlər ki, məhkəmə qərarı olmadan evə daxil olmasına icazə verməyəcəklər. Hələ də ev üçün alınan əşyaların kreditini ödəməkdə davam edir. Hal-hazırda yaşayacaq heç bir yeri, fəslə uyğun geyimləri yoxdur, çətin vəziyyətdə qalmışdır, mərhum ərinin mülkiyyətində olan evdən istifadə hüququnu həyata keçirə bilmir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, iddiaya etiraz edərək izahatında bildirdi ki, İddiaçı ilkin olaraq cavabdehlərin üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə, torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını tələb etmişdir. Lakin daha sonra guya xəbəri olmayan sözügedən evə dair sənədləri xx.xx.2024-cü tarixdə əldə etmiş, həmin ünvanda özbaşına tikililərin mövcud olması faktını müəyyən etmişdir. Bu səbəbdən iddiaya dəqiqləşdirmə edərək digər özbaşına tikililərə daxil olmağı və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Buradan da məhkəməyə sübut və etiraf edilməsi faktı müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixə kimi həmin ünvanda hansı tikililərin, hansı evlərin yaşayış, qeyriyaşayış və köməkçi sahə olması barədə heç xəbəri belə olmamışdır. Məhkəməyə aydın şəkildə etiraf edilməsi yox, dolayı yolla qeyd etdikləri ərizəsində tam olaraq sözügedən evin, evlərin olmasından belə xəbərinin olmaması faktı sübut olunur. Əgər iddiaçı həmin evdə yaşasaydı, həmin ünvanın hər bir sahəsi barədə məlumatlı olmalı idi. Bildirir ki, həmin ünvanda o, atasının ona bağışladığı özünəməxsus torpaq sahəsində sahəsi 100 kv.m fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə qaz, işıq, su çəkmiş, atasının sağlığında torpaq sahəsi onun adına qeydiyyata salınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində bibisi Cavabdeh1 özü üçün şəxsi fərdi yaşayış evi inşa etdirmiş, nənəsi Cavabdeh3 torpaq sahəsinin bir hissəsində əlavə olaraq tikili inşa etdirmişlər. Ünvana aid bütün kommunal xidmətlər onun adınadır. Əgər iddiaçı həmin ünvanda yaşasaydı onun adına hər hansı rəsmi bir sənəd olmalı idi. İddiaçının hələ hansı evi görmək istədiyi, hansı evdə yaşaması onun özü üçün də qeyri-müəyyəndir. Rəsmi olaraq iddiaçı atası ilə nikaha daxil olduqdan sonra birgə yaşamaması faktı özü tərəfindən bilavasitə və ya dolayı yolla məhkəməyə sübut olunur. Hesab edir ki, iddiaçı elektron kabinetə başqa yerdə yaşaması barədə arayış və ya kirayə müqaviləsi yükləməli idi. Göründüyü kimi, iddiaçı onlara və məhkəməyə məlum olmayan yerdə yaşamış və hal-hazırda yaşamağa davam edir. İddiaçı yaşayış yerini itirməmişdir, həmin yerdə də yaşamağa davam edir. Həmçinin əlavə olaraq bildirir ki, iddiaçının tələbi öhdəlik qoyulması ilə bağlıdır, həmin tələbə də inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən iddia əsassızdır. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı heç vaxt olmadığı ünvanda yaşaması faktını məhkəmə qaydasında sübut etmək istəsə də, orada yaşamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bildirir ki, qardaşı iddiaçı ilə nikaha qeyri-müəyyən şəraitdə və vaxtda nikaha daxil olmuşdur. Bu nikah ailə üzvlərindən, yəni bacısından, anasından, qızlarından, qohum-əqrabalarından gizlədilərək baş tutmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, əgər iddiaçı ilə onun qardaşı nikaha açıq-aşkar şəkildə daxil olmuşsa, bu barədə onların məlumatları varsa, iddiaçı tərəfindən nikah bağanması anında çəkilmiş fotoşəkillər təqdim edilməli və şahidlərin qohum tərəfindən olmasını məhkəməyə sübut etməliydi. Azərbaycan xalqının adət-ənənəsinə əsaslanaraq, nikah bağlanan şəxslər birgə mühitdə yaşayırlar. Bunlardan belə nəticəyə gəlmək olar ki, həqiqi nikah zamanı ər öz arvadını özünə məxsus ünvana qeydiyyat salmalıdır. Lakin İddiaçı iddia etdiyi ünvana heç bir zaman qeydiyyatı olmamışdır, qardaşı Vahabov Sabir onu evə qeydiyyata salmağı düşünməmişdir. İş materiallarında məlumdur ki, iddiaçının evləndikdən sonra yaşayış yerinin dəyişməsi barədə ərazi aidiyyatı üzrə müraciəti nə DİN-nin elektron sənəd dövriyyəsində mövcuddur, nə də ki DİN-in ərazi əməkdaşı olan sahə müvəkkilinin iddiaçının yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun tələbinin pozulmasına görə İddiaçı barəsində inzibati xəta tənbeh növü tətbiq olunmuşdur. Buradan aydın olur ki, iddiaçı həqiqətən sözügedən ünvanda yaşamamışdır, nikah formal xarakterli olmuşdur, rəsmi nikaha daxil olaraq qardaşının adına rəsmiləşdirilmiş əmlaka dolayı yolla sahib olmaq istəyir. Onu da qeyd edir ki, iddiaçı formal xarakterli daxil olmuş nikaha görə vərəsəlik əldə edə bildiyi təqdirdə qardaşının əmlakının müəyyən hissəsini əldə edə bilərdi. Lakin qardaşının müəmmalı ölümünün Bakı şəhər Prokurorluğundan araşdırılması səbəbindən vərəsəlik işinin aparılması dayandırılmışdır. Hesab edir ki, verilmiş iddia tələbi tam olaraq qardaşının qanuni vərəsələri olan iki qızının hüquqlarının pozulması deməkdir. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hüquqlarını təmsil etdiyi Cavabdeh4 həmin ünvana heç bir aidiyyatı yoxdur. O, həmin ünvanda qeydiyyatda deyil, orada yaşamır. Bu səbəbdən, hazırkı iddia ona qarşı yönəlməli deyil. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün Cavabdeh4 tərəfindən maneə yaradılması sübuta yetirilmir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizəsində T.Mustafayev küçəsi 28 saylı evin 1953cü ildə repressiya ailəsi olduqları üçün ona verilməsini, əri ilə orada ev inşa etdirmələrini, iddiaçının onun sözügedən evində heç vaxt yaşamamasını, iddiaçını tanımadığını bildirib, digər cavabdehlərin sübutlarını məqsədəuyğun sayaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 524/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə İddiaçı mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin mübahisəsiz halı odur ki, İddiaçı mərhum əri X4 birinci növbədə vərəsələrindən biridir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə X9 rəsmi nikaha daxil olmuşdur. X9 iddiaçı ilə nikaha daxil olmazdan əvvəl xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Bağışlamadan sonra ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi, Cavabdeh4 mübahisə predmeti olan ünvanda deyil, ünvan 1anında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün hansı formada maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh4 üzərinə qoyulması məqsədəmüvafiq deyildir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, İddiaçı X9 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olan zaman mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarından da məlumdur ki, onlar qeyd olunan ünvanda yaşayır, istifadə edir və iddiaçının qeyd olunan torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsinə etiraz etməklə, buna maneələr yaradırlar. Cavabdehlər iddiaçının qeyd olunan ünvanda heç vaxt yaşamadığını qeyd etsələr də, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X7 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş İddiaçı ilə birgə yaşamışlar. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı X12 mərhum əri X4 birinci növbədə olan vərəsəsi olduğundan və mərhumun birinci növbədə olan digər vərəsələri ilə bərabər hüquqlara malik olduğundan, iddia qismən təmin edilərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, sübuta yetirilməməsi əsası ilə Cavabdeh4 aid hissədə rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1157, 1157-1.1, 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-524/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın Cavabdeh4 dair təmin edilməyən hissəsində ləğv edilməsi, iş üzrə iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 524/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia Cavabdeh4 qarşı hissədə təmin edilməmişdir. Həmin hissədə iddianın təmin edilməməsinin əsası kimi sübuta yetirilməməsi qeyd edilmişdir. Hesab edilir ki, həmin cavabdehin məhkəmə iclasındakı izahatları, hazırki qətnamədən şikayət verməsi birbaşa sübut edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına birbaşa maraqlı və qəsdli hərəkət edən şəxslərdən biri də məhz həmin cavabdehdir. Bu səbəbdən əlavə sübutetmə yükü olmadan cavabdehin öz aktiv hərəkətləri ilə iddianı həmin hissədə etiraf etməsindən dolayı iddia tam təmin edilməli, cavabdehlərin siyahısına həmin şəxs də daxil edilməklə iddia təmin edilməlidir. İşdən görünür ki, Cavabdeh4 ümumiyyətlə vərəsələr siyahısında olmayan şəxsdir. Onun hər hansı formada miras əmlakının idarə edilməsində iştirak etmək, buna dair hər hansı məsələyə etiraz etmək hüququ yoxdur. Bu səbəbdən onun tərəfindən idarəetməyə qarşı olan və ya ona müdaxilə edən hərəkətləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməli və buna uyğun işin taleyi həll edilməlidir. Lakin məhkəmə bu halı nəzərə almadan ona qarşı iddianı təmin etməməklə maddi hüquq normasını pozmuşdur. Məhkəmə qətnamədə Cavabdeh4 tərəfindən iddiadan irəli gələn hallara dair hər hansı maneənin yaradılmaması qənaətinə gəlsə də, cavabdehin istər məhkəmə işi davam edən zaman, istərsə də qətnamədən sonra şikayət verərək iddiaçının torpaq sahəsindən istifadə hüququnun olmamasını aşkaranə şəkildə ifadə etməsi, onun da iddiaçının hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyini və belə bir niyyətdə olduğunu açıq aşkar göstərir. Lakin məhkəmə bu halı nəzərə almadan iddianı ona münasibətdə təmin etməmişdir. Hesab edirik ki, cavabdehin bu yöndə hərəkətləri iddianın prosessual mənada olmasa da, maddi mənada faktiki olaraq etirafı kimi qəbul edilməli və buna uyğun olaraq qətnamə qəbul edilməlidir. Çünki maneələrin yaradılması iradəvi hərəkət olmaqla ilkin olaraq insanın təxəyyül və təfəkküründə formalaşır, daha sonra isə faktiki real hərəkətlərlə icra edilir. Cavabdeh4 Fatulla qızının etiraz və mülahizələrində, eləcə də verdiyi şikayətdə ifadə etdiy mövqe, onun da digər cavabdehlərlə tamamilə eyni fkirdə olduğunu və cavabdehə maneə yaratmaq niyyətində və arzusunda olduğunu göstərir. Ona görə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-524/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iş üzrə iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Sabunçu Rayon Məhkəməsi qərar qəbul edərkən iddia tələbindən kənara çıxaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Yəni, iddiaçının mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında ümumi sahəsi 15 kv.m olan ev var, iddiaçının bu evdə varis kimi pay hüququ var. Qətnamədə sadalanan digər tikililərin məhruma aidiyyəti yoxdur. Sabunçu Rayon Məhkəməsi qərar qəbul edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsindəki sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili nəzərdə tutulması qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsi e-16(008)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi rədd edilərək, göstərilir ki, konkret olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən bir fərdi yaşayış evi nəzərdə tutulduğundan qərardadın izah edilməsinə zərurət yoxdur. Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, T.Mustafayev küçəsi, ev 28 ünvanı 1953cü ildə repressiya ailəsi olduqları üçün ona verilmişdir və əri ilə orada ev inşa etdirmişlər. İddiaçı onun sözügedən evində heç vaxt yaşamamışdır və o, iddiaçını tanımamışdır. Digər cavabdehlərin sübutlarını məqsədəuyğun saymış və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 mübahisə predmeti olan ünvanda deyil, ünvan 1anında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün hansı formada maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 15(112)-45/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh3 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaya mahiyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən əmlaka dair hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)1488/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024-cü il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh4, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, hakim mövqeyini mövcud olmayan tikililərə yönəltmiş, həmin tikililər mövcud deyildir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Lakin məhkəmə qeydiyyatda olmayan, vərəsəliyin predmeti olmayan tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulur. Məhkəmə hansı üsulla onun manelər yaratmadığını, anasının isə manelər yaratmasını, hansı qanuna əsaslanmasını qeyd etməmişdir. İddiaçı həmin üvanda yaşamamış, atasının evində onlar yaşamışlar. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024-cü il tarixli qərarının ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh1, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 1990-cı ildə ailə quraraq mübahsəli evi tərk etmişdir. Həmin tarixdən ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə yaşayır. Məhkəmə bu faktı aydınlaşdırmadan qərar çıxarmışdır. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024-cü il tarixli qərarının ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən vərəsəliklə bağlı hər hansı bir tədbirin görülməsi və ya görülməməsi barədə sorğuların verilməməsi işə düzgün hüquqi qiymət verilməməsi deməkdir. Belə ki, vərəsəlikdə vərəsəlikdən məhrum olduqda iddiaçının həmin sözügedən evə daxil olması mülkiyyət hüququnun pozulması deməkdir. Bu halda hələ iddiaçının vərəsəliyi belə yoxdur, ümumiyyətlə atasının vəziyyətinin olub-olmaması hələ məhkəmə tərəfindən aydınlaşdırılmayıbdır. Sözügedən mülk baba mülküdür və atası dünyada olmamışdan qabaq tikilmişdir. İstinad olunmuş məhkəmə tərəfindən qərarlar ləğv olunmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-469/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tərəfindən verilmiş şikayətlər təmin olunmuş, icra məmurunun e-16(008)-469/2023 №-li, xx.xx.2023-cü il tarixli icra vərəqəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən hansı fərdi yaşayış evinə daxil olunacağı barədə izahın verilməsi barədə ərizəsi rədd edilmişdir. Lakin hakim mövqeyini mövcud olmayan tikililərə yönəldib həmin tikililər mövcud deyildir. Yerli baxış olsaydı məlum olardı ki, mövcud tikililər tam fərqlidir və onun, bibisi, nənəsi tərəfindən inşa etdirilmişdir. Atasına aid burda yalnız 15 kv.m. ev var. İddiaçı orada nə olması barədə bilmir. İddiaçı ilkin olaraq cavabdehlərin üzərinə mərhum əri X9 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə, torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını tələb etmişdir. Lakin daha sonra guya xəbəri olmayan sözügedən evə dair sənədləri xx.xx.2024-cü il tarixdə əldə etmiş, həmin ünvanda özbaşına tikililərin mövcud olması faktını müəyyən etmişdir. Bu səbəbdən iddiaya dəqiqləşdirmə edərək digər özbaşına tikililərə daxil olmağı və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Buradan da məhkəməyə sübut və etiraf edilməsi faktı müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixə kimi həmin ünvanda hansı tikililərin, hansı evlərin yaşayış, qeyri-yaşayış və köməkçi sahə olması barədə heç xəbəri belə olmamışdır. Məhkəməyə aydın şəkildə etiraf edilməsi yox, dolayı yolla qeyd etdikləri ərizəsində tam olaraq sözügedən evin, evlərin olmasından belə xəbərinin olmaması faktı sübut olunur. Əgər iddiaçı həmin evdə yaşasaydı, həmin ünvanın hər bir sahəsi barədə məlumatlı olmalı idi. Bildirir ki, həmin ünvanda o, atasının ona bağışladığı özünəməxsus torpaq sahəsində sahəsi 100 kv.m fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə qaz, işıq, su çəkmiş, atasının sağlığında torpaq sahəsi onun adına qeydiyyata salınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində bibisi Cavabdeh1 özü üçün şəxsi fərdi yaşayış evi inşa etdirmiş, nənəsi Cavabdeh3 torpaq sahəsinin bir hissəsində əlavə olaraq tikili inşa etdirmişlər. Ünvana aid bütün kommunal xidmətlər onun adınadır. Əgər iddiaçı həmin ünvanda yaşasaydı onun adına hər hansı rəsmi bir sənəd olmalı idi. İddiaçının hələ hansı evi görmək istədiyi, hansı evdə yaşaması onun özü üçün də qeyri-müəyyəndir. Rəsmi olaraq iddiaçı atası ilə nikaha daxil olduqdan sonra birgə yaşamaması faktı özü tərəfindən bilavasitə və ya dolayı yolla məhkəməyə sübut olunur. Hesab edir ki, iddiaçı elektron kabinetə başqa yerdə yaşaması barədə arayış və ya kirayə müqaviləsi yükləməli idi. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024-cü il tarixli qərarının ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etməyib təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 öz apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayıb təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh1 nümayəndəsi (vəkili), Cavabdeh3 vəkili Vəkil4 cavabdehlərin apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verib, cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayıb təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdehlər isə apellyasiya şikayətlərində təmin edilən hissəsində mübahisələndirdiklərindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi Cavabdeh4 aid olan hissədə də təmin edilməlidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mərhum X4 birinci növbəli vərəsələridir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X9 tam mülkiyyət hüququ ilə ona məxsus əmlakın bir hissəsini bacısı Cavabdeh4 bağışladıqdan sonra ona verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi evdən ümumi sahəsi 15.2 kv.m, 24.3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi qalmışdır. Daha sonra DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanı üzrə hüquq subyekti X4 adına xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən S.F.Vahabovun mülkiyyətində olan 0.033620 ha torpaq sahəsində, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili daxildir. Tərəflərin birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarından, apellyasiya şikayətlərinin dəlillərindən və mülki iş üzrə tədqiq olunan digər sübutlardan aydın müəyyən olunur ki, mərhum X4 təkcə birinci növbəli vərəsələri arasında deyil, mərhumun ikinci növbəli vərəsələri sırasına daxil olan, hazırkı iddia üzrə cavabdeh olan, bacıları da iddiaçıya çatacaq miras əmlakın kütləsini mübahisələndirdiklərindən iddiaçı cavabdehlər tərəfindən miras əmlakın yerləşdiyi ünvana buraxılmır. Kollegiya qeyd edir ki, Cavabdeh4 mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanla qonşuluqda yerləşən ünvan 1anında yaşaması halı onun iddiaçıya miras əmlakdan istifadə etməsinə manelər yaratmaması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi bu cavabdehə qarşı iddia tələbi ilə bağlı gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmamışdır. Belə ki, Cavabdeh4 məhkəmə iclaslarında verdiyi izahatlarından, məhkəməyə təqdim etdiyi ərizədən, nəhayət birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə iddia tələbi təmin edilməyən qətnamədən verdiyi apellyasiya şikayətinin dəlillərindən aydın müəyyən olunur ki, o, iddiaçını mərhum qardaşının vərəsəsi olaraq qəbul etmir, digər cavabdehlərlə birlikdə iddiaçıya mərhum ərindən miras qalan əmlakdan istifadə etməsinə manelər yaradır. Kollegiya qeyd edir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən İddiaçı mərhum əri X2 miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün manelər yaratmaları araşdırma zamanı öz təsdiqini tapdığından iddiaçının tələbləri kimi apellyasiya şikayətinin dəlilləri də əsaslıdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının ərindən miras qalan əmlakda əvvəllər yaşamaması halı belə cavabdehlər tərəfindən ona miras əmlakdan istifadə etməsinə manelər yaratmaları üçün əsas ola bilməz. Belə ki, qanun üzrə vərəsəlik zamanı miras qoyanın vərəsələri bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı da cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kimi mərhum X4 birinci növbəli vərəsələri sırasına daxildir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi Cavabdeh4 aid olan hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətləri təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024 nömrəli qətnaməsi iddianın Cavabdeh4 münasibətdə təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh4 üzərinə İddiaçı mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulsun. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.