Məhkəmə qərarları › İş №2(103)-5081/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5081/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5081/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil1, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən lll şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Əlı̇ yeva Elnarə Təyyar qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Əlı̇ yeva Elnarə Təyyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçının 14700 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 107, 119.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1, 337.1, 337.4, 385, 425.1, 567, 1091.1, 1091.2, 1093.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Tərəflər avtomobil alqı-satqısı ilə bağlı münasibətin mövcudluğuna istinad etsələr də, belə alqı-satqının qanunla müəyyən edilmiş forma və qaydasına riayət etməyiblər. tərəflər öz arasında bağlanmış şifahi alğı-satqı müqaviləsini cavabdeh tərəfindən iddiaçıya avtomobilə dair baş etibarnamə verilməklə pərdələyiblər. Buna görə də, bu cür rəsmiləşdirmə onlar üçün heç bir hüquqi nəticə yaratmır. Buna baxmayaraq, işin təsdiq olunan hallarından biri iddiaçının cavabdehə mübahisəli avtomobili almaq üçün 14700 manat verməsi faktıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsində toplanmış materallar əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, Hyundai Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı avtomobili X3 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Koroğlu metrosunun yanında 18500 manata alaraq, bir müddət sadə etibarnamə ilə sürmüş, 2019-cu ilin may ayında avtomobili Elşad adlı şəxsə satmışdır. iddiaçı avtomobili aldıqdan bir müddət sonra onu baş etibarnamə əsasında X14 adlı şəxsə satmış, sonuncu həmin avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyatdan keçirərkən, onun ban və mühərrikin dəyişdirildiyi aşkar olunmuş, avtomobil Əliyar Cavadovdan alınaraq, cərimə meydançasına, sonra isə banka təhvil verilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3337/2020 saylı iş üzrə 1 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Əliyar Cavadovun hazırkı iş üzrə İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunmuş, sonuncudan hazırkı iş üzrə mübahisəli avtomobili satmasına görə əsassız varlanması nəticəsində əldə etdiyi 16000 manatın alınaraq Əliyar Cavadova verilməsi qət edilib. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyib.Mübahisəli avtomobilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürüb, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alğı-satqı proses baş tutmayıb. Odur ki, iddia təmin edilməli, cavabdehdən 14700 manat alınaraq, iddiaçıya ödənilməlidir.Bununla yanaşı, iş materiallarından göründüyü kimi, cavabdeh mübahisəli avtomobili öz mülkiyyətinə keçirmədən, onun dəyərini ödəməklə avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə almış, sonra həmin etibarnamə üzrə səlahiyyətlərini hazırkı iş üzrə iddiaçıya ötürmüşdür. Bu hal onu iddiaçı ilə eyni statusa gətirir və ödədiyi vəsaiti geri almaq hüququ yaradır.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-11527/2021 saylı işi üzrə xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və yenidən apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2080/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixlə qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11527/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Mülki Məcəllənin 21, 144.1, 152.1, 152.8, 337.1, 337.5, 650, 1091.1, 1091.2, 1092.1, 1096.1-ci maddələrinə istinadən qeyd edilir ki, baxılan iş üzrə iddiaçı mübahisəli avtomobilin dəyəri kimi cavabdehə verdiyi pulun qaytarılmasını tələb edir. Tərəflər arasında avtomobilə dair müəyyən olunmuş qaydada yazılı alqı-satqı müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Eyni zamanda Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (X22i) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin X22i orqanında alqı- satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir.Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarın təsviri- əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. İşə baxmış birinci instansiya məhkəməsi məhz etibarsız əqd üzrə əsassız varlanma qaydalarını tətbiq etməklə iddianı təmin etmişdir. Həmin qətnaməni ləğv edərək iddianın rədd olunması barədə məhkəmə aktı qəbul etmiş apellyasiya instansiyası məhkəməsi öz qərarını iddiaçının cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində ona ziyan vurulduğunu sübuta yetirə bilmədiyi ilə əsaslanmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi etibarsız əqdlər üzrə əldə edilmişlərin geri qaytarılması (restitusiya) barədə əsassız varlanma qaydalarının mübahisəyə tətbiqi mümkünsüzlüyünü əsaslandırmamışdır. Halbuki məhkəmə özü mübahisəli avtomobilin nə iddiaçının, nə də cavabdehin deyil, üçüncü şəxsin mülkiyyətində olduğunu, cavabdehin avtomobili iddiaçıya etibarnamə ilə satdığını və etibarnamənin hazırda ləğv olunduğunu müəyyən etmişdir.

4. İşin mübahisə edilməyən halları ondan ibarətrdir ki: Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; -Qərara əlavə edilmiş İddiaçı tərəfindən verilmiş izahatda, Hundai Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı, G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili Cavabdeh 2019-cu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində 14700 manata satın almışdır. Bir müddət avtomobili sadə etibarnamə ilə idarə etmişdir, 2019-cu ilin may ayında avtomobili X1. Avtomobili alarkən avtomobil BDYPİ-nin Qeydiyyat-imtahan idarəsində baxışdan keçirilib və hər-hansı qeyri-qanuni fakt aşkarlanmayıb. Avtomobilin mühərrik nömrəsinin silinmə-nömrəsiz olması barədə heç bir məlumatı olmamışdır. Maşının üzərində hər-hansı bir dəyişiklik aparılmamışdr: -Qərara əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatı ilə, Hyundai Elantra markalı 99KP346 dövlət qeydiyyat nişanlı G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013cü il buraxılışlı, ağ rəngli avtomobili X3 2017-ci ilin yanvar ayında Bakı şəhəri "Koroğlu”metrosunun yanında 18500 manata satın almışdır. Bir müddət avtomobili sadə etibarnamə ilə idarə etmişdir. 2019-cu ilin may ayında avtomobili Elşad adlı şəxsə satmışdır. Avtomobili alarkən BDYPİ-riin Qİİ-də baxışdan keçirilib və hər-hansı qeyri- qanuni fakt aşkarlanmayıb. Avtomobilin nömrəsinin silinmə-nömrəsiz olması barədə məlumatı olmamışdır. Maşının üzərində hər-hansı bir dəyişiklik aparmamışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3337/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı X6 xeyrinə 16000 manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, iddia qalan hissədə isə rədd edilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2692/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3337/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş.səh.28-35, 45, 51).

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunub ki, Cavabdeh Hundai Elantra markalı, ** KP *** dövk qeydiyyat nişanlı avtomobil 2019 aprel ayında 14700 manata satın alınıb və sadə etibarnamə ilə idarə etmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi yox, etibarnamə əsasında cavabdeh tərəfindən idarə olunmuşdur.Bu Məcəllənin 567-ci maddəsinə görə isə alqı-satqı müqaviləsində satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, satıcı isə əşyanı qəbul edib əvəzində satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Əgər tərəflər arasında alqı- satqı müqaviləsi olsaydı və Cavabdeh satıcı qismində maşının qanuni mülkiyyətçisi olsaydı qarşılıqlı hüquq va öhdəliklərdən danışmaq olardı, Cavabdeh burda hər hansı öhdəlik daşımır, çünki o maşını alandan onun üzərində heç bir dəyişiklik eləmədiyini, eyni zamanda əsl mülkiyyətçinin o yox, X12 adlı şəxs olduğunu deyib. Qanunvericiliyə görə alqı-satqı edərkən BDYPİ-nin rəsmi reyestrinə də salınmalıdır. O, maşını ilkin istifadə edən mülkiyyətçi deyil və maşın ölkəyə daxil olarkən yoxlanışdan keçir. Eyni zamanda iddiaçı öz ərizəsində qeyd edib ki, avtomobili Cavabdeh alan zaman BDYPİ-dən Texniki baxışdan keçiriblər, lakin həmin vaxt avtomobildə hər hansı problem aşkar edilməmişdir. Maşında nəsə problem aşkar edilibsə, bu, avtomobilin iddiaçının istifadəsinə verildikdən sonra yaranmışdır ki, buna da Cavabdeh hər hansı bir məsuliyyət daşımamalıdır.Digər tərəfdən avtomobilin texniki pasportundan da göründüyü kimi mülkiyyətçi X7r və Cavabdeh verilmiş etibarnamə ləğv edilmişdir. Belə halda əgər hər hansı mübahisələndirilən məsələ varsa, iddia əsl mülkiyyətçi-Abduləzizov Eminə qarşı irəli sürülməlidir.Məhkəmənin İddiaçı iddasını təmin etməsi əsassız varlanmaya əsas olur. Belə ki, iddiaç: məhkəməyə ilk öncə iddia etdiyi məbləğdən məhrum olması ilə bağlı sübut təqdim etməlidir. Göründüyü kimi iddiaçı həm avtomobili idarə edir, həm də pul tələb edir.Digər tərəfdən məhkəmə öz qətnaməsini onunla əsaslanmışdır ki, tərəflər mübahisəli avtomobilin satılmasını lazımı forma və qaydasına riayət olunmadığını, habelə onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi iddiaçıya qaytarmalıdır. Göründüyü kimi məhkəmə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmasını qəbul edir, lakin onun lazımı qaydada bağlanmamasına və avtomobili 3-cü şəxsin hüquqlarından azad şəkildə iddiaçıya vermədiy üçün ödənilmiş vəsaitin qaytarılmasına qərar verir, halbuki iddiaçı da öz iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh avtomobili təhvil verəndə hər hansı bir pozuntu olmamış və avtomobilin üzərində hər hansı bir məhdudiyyət olmamışdır, deməli cavabdeh burada üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Digər tərəfdən məhkəmə əsassız varlanmaya əsaslanıb pulun qaytarılması barədə qərar qəbul edir, lakin iddiaçının da etiraf etdiyi kimi avtomobilin iddiaçıda olmasının fərqinə varmayıb. Qətnaməyə əsasən cavabdeh əsassız varlanıb, halbuki həm iddiaçıdadır. Cavabdeh qətnamə üzrə pul vəsaitini ödəsə əsassız varlanan iddiaçı tərəf olacaq. Həmçinin iddiaçı avtomobili təhvil verdikdə 3-cü şəxslərin hüquqlarından azad şəkildə əmlak vermişdir. Amma məhkəmə əksinə düşünərək qətnamə qət etmişdir. Halbuki, iddiaçı bunu etiraf edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının avtomobili cavabdeh Əlı̇ yeva Elnarə Təyyar qızından aldığını daha sonra isə Cavadov Əliyara satdığını, avtomobilin satılmasının etibarnamə vasitəsilə həyata keçirildiyini, bu səbəblə də faktiki olaraq alğı-satqının mövcud olmadığını, avtomobil Cavadov Əliyara satıldıqdan sonra baxışdan keçirilən zaman avtomobilin ban nömrəsində dəyişiklik edildiyinin məlum olduğunu, cavabdehin polis idarəsində verdiyi izahatında avtomobili iddiaçıya satdığını etiraf etdiyini, rəsmi sənədlərə əsasən avtonəqliyyat vasitəsinin cərimə meydançasında olduğunu, qeyri-rəsmi və dəqiq məlumata əsasən isə avtomobilin Teyyub adlı şəxsdə olduğunu, eyni zamanda rəsmi sənədlərə əsasən avtomobilin saxtalaşıdıılmasının müəyyən edildiyini, belə ki, ipoteka ilə yüklü edilən və üzərində həbs olan avtomobilin Ban nömrəsinin dəyişdirilərək digər şəxsə satıldığını bildirmişdir.

7. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir.

8. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən lll şəxs X12 avtomobili ilk dəfə Hüseyn adlı şəxsdən almasını ehtimal etdiyini, çünki adın dəqiq yadında olmadığını, avtomobilin hazırda Teyyub adlı şəxsdə olduğunu və onun tərəfindən idarə olunduğunu, Teyyubun onunla tez-tez əlaqə saxlayaraq, adına etibarnamə verilməsini xahiş etdiyini, Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş qərara əsasən avtomobilin ona verildiyini bildiriyini, lakin onun həmin etibarnaməni verməkdən imtina etdiyini, sənədlərə əsasən son mülkiyyətçinin özü olduğunu, avtomobil onun tərəfindən alınan zaman avtomobili adına rəsmiləşdirərərk qeydiyyata aldığını, lakin digər şəxslər tərəfindən qeydiyyata alınmadığını, etibarnamə vasitəsilə satıldığını bildirmişdir.

9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən lll şəxs X6 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. 10.Azərbaycan Respublikası Baş X22 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda, DİN Baş X22i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Hyundai Elantar" markalı avtomobil xx.xx.2013-cü il tarixdə Ağdam rayonu, Şotlanlı kəndində qeydiyatda olan X9 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **- EL-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, xx.xx.2016-cı il tarixdə avtomobil komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı təhvil verlmişdir. xx.xx.2017-ci il tarixdə hesab-arayış əsasında "Hyundai Elantar" markalı avtomobil Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi, ev 7, mənzil 48-də qeydiyatda olan X4 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **-KP-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş və etibarnamə ilə ardıcıl olaraq X10 istifadəsinə xx.xx.2017-xx.xx.2019-cu il tarixədək, Cavabdeh istifadəsinə xx.xx.2017xx.xx.2026-cı il tarixədək, X5 istifadəsinə xx.xx.2018-xx.xx.2018-ci il tarixədək, Cavabdeh istifadəsinı xx.xx.2019-xx.xx.2020-ci il tarixədək və Bakı şəhəri, Nərmanov rayonu, İ.Abışov küçəsi, ev 35-də qeydiyyatda olan İddiaçı istifadəsinə xx.xx.2019-cu il tarixdə xx.xx.2020-ci il tarixədək müddətə verilməsi qeydə alınmışdır. Qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş saxlama müddəti (beş il) keçdiyi üçün onlar müvafiq qaydada yandırma üsulu ilə məhv edilmişdir. 11.Binəqədi rayon Polis İdarəsi tərəfindən qoyulmuş suallar üzrə cavab verilməmiş sorğuya cavab olaraq göndərilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlara əsasən, Hundai Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı, G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobilin hazırda harada olmasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

13. Məcəllənin 419.4 və 420-ci maddələrinin tələblərinə görə: Qərar qəbul edildiyi andan qüvvəyə minir və kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

15. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi göstərişlər əsasında açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”

17. Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən: “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”

19. Məcəllənin 362.1, 364.1 və 364.2-ci maddələrinin tələblərinə əsasən: “Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.” “Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.”

20. Məcəllənin 358-ci maddəsinə əsasən: “358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.”

21. Məcəllənin 359.1-ci maddəsinə əsasən: “ Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.”

22. Məcəllənin 403 və 404-cü maddələrinin tələblərinə əsasən : “403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. 403.4. Müqavilədə üçüncü şəxsin xeyrinə qeydşərt qoymuş tərəf, kontragentin razılığından asılı olmayaraq, müqavilədə göstərilən üçüncü şəxsi dəyişmək hüququnu saxlayır. 403.5. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, üçüncü şəxsin müqavilə üzrə öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər.403.6. Borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. 403.7. Üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər.” “404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü madələrinin tələblərinə əsasən: “ Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair q ə r a r ı na əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

25. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, " Mülki Məcəllnin 21, 324, 385-390, 337-354, 358-365, 560, 1096; "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 26.Qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının digər cavabdeh olduğu iş üzrə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə eyni predmet və eyni əsaslarla olan münasibətlər mübahisə predmeti olmuş bir etibarnaməli təmsilçinin etibarnamə verməklə digər şəxsə hüuquqların satılması artıq müəyyən edilmişdir. Hazırki iş üzrə nəqliyyat vasitəsinin son mülkiyyətçisi cəlb edilmiş və nəqliyyat vasitəsinin satılması üzrə etirazını bildirməmiş. Habelə nəqliyyat vasitəsinin onun tərəfindən tələb edilməsi halları müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, nəqliyyat vasitəsi üzrə qüsurun və onun törədilməsində təqsirli şəxsin müəyyən edilməməsi, lakin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçıdan pulun alınmasının qət edilməsi, hazırki iş üzrə cavabdehdən məbləği mübahisələndirilməyən pulun iddiaçıya verilməsini şərtləndirilən haldır.

27. Mülkün (nəqliyyat vasitəsinin) tələb etmək hüquqüna gəldikdə isə bu hüquq məhz mülkiyyətçiyə mənsubdur və cavabdehə verilən təmsilçilik hüquqlarının qüvvədə olmasından asılı olaraq özünün və ya təmsilçi vasitəsi ilə bu hüquqların həyata keçirilməsində azaddır. Mülkiyyətçi ilə təmsilçi arasında olan, o cümlədən mülki məsuliyyəti müəyyən edən münasibətlər isə qanunla tənzimlənir. 28.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. 29.Göstərilənlərə əsasən və MPM-in 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Əlı̇ yeva Elnarə Təyyar qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar