Məhkəmə qərarları › İş №2(103)-5082/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5082/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5082/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 nömrəli saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-537/2021 saylı qərardadı ilə iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. "İddiaçı" İB məhkəməyə ərizə ünvanlayaraq həmin qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2(006)-537/2021 saylı mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə 10.03.2021-ci il tarixli məktub Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məktub 578352 nömrəli qaimə ilə surətli poçt vasitəsilə məhkəməyə göndərilmiş olmasına baxmayaraq, 16.03.2021-ci il tarixdə iş üzrə icraat qanunsuz olaraq baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 nömrəli saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardadda «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2011 ci il tarixli 03 saylı qərarının 9.2-ci bəndinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185, 259, 260.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini məhkəməyə ünvanladıqları "işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi”nə dair məktubları ilə əsaslandırır. İddiaçı tərəfindən məhkəməyə bu cür sübut təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini məhkəməyə ünvanladıqları "işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi”nə dair məktubları ilə əsaslandırır. Lakin iddiaçı tərəf qeyd edilən məktubda da məhkəmədə nümayəndələrinin iştirak etməməsini hər hansı üzürlü səbəblə əsaslandırmamış və bu barədə sübutlar təqdim etməmişdir. İddiaçı İB şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 nömrəli saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini, qərardad ləğv edilmədiyi halda, mülki iş baxılması üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə icraatda baxılan 2(006)-537/2021 nömrəli mülki işə 16.03.2021-ci il tarixdə iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə onun tərəfindən 11.03.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə məktub göndərilmişdir. 16.03.2021-ci il tarixdə baxılacaq müvafiq mülki işdən əlavə olaraq Ali Məhkəmədə İddiaçı İB-nın tərəf olduğu 03 ədəd, Sabunçu Rayon Məhəkəməsində isə 02 ədəd mülki iş də vardı. 16.03.20210-ci il tarixdə qeyd olunan məhkəmələrdə keçiriləcək proseslərdə vəkil və nümayəndə qismində iştirak etməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində iştirak etməsi fiziki cəhətdən mümkün olmurdu. Qeyd olunan bu kimi səbəblərlə əlaqədar, Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş 11.03.2021-ci il tarixli məktubda qısa olaraq baxılacaq mülki işin iştirakı olmadan baxılmaqla tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadından iddiaçı "İddiaçı" İB-nin tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, MPM-in 259-260, 385.2,387.2.1, 395-397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Diqqətə çatdırılmalıdır ki, işə onların iştirakı olmadan baxmağı xahiş etmiş tərəfin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanılmasını və müvafiq olaraq şəxsin iştirak etməməsinin üzrlülük səciyyələrinin müzakirəsi zərurətini məhdudlaşdırır. Ona görə, iş üzrə icraatın təzələnməsi barədə iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş ərizəyə yenidən baxılaraq müzakirəsi zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı İB-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-537/2021 nömrəli saylı işi üzrə 02 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı İB tərəfindən verilmiş iş üzrə icraatın təzələnməsi barədə ərizəyə yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar