Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5084/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadından iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-535/2021 saylı qərardadı ilə iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İddiaçı "İddiaçı" İB məhkəməyə ərizə ünvanlayaraq həmin qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(006)-535/2021 saylı mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə 10.03.2021-ci il tarixli məktub Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məktub 578353 nömrəli qaimə ilə surətli poçt vasitəsilə məhkəməyə göndərilmiş olmasına baxmayaraq, 16.03.2021-ci il tarixdə iş üzrə icraat qanunsuz olaraq baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Solmaz Mustafayeva). İddiaçı "İddiaçı" İB Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(006)-535/2021 nömrəli mülki işə 16.03.2021ci il tarixdə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə tərəfindən 11.03.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə məktub göndərilmişdir. 16.03.2021-ci il tarixdə baxılacaq müvafiq mülki işdən əlavə olaraq Ali Məhkəmədə İddiaçı İB-nın tərəf olduğu 03 ədəd, Sabunçu Rayon Məhəkəməsində isə 02 ədəd mülki iş də vardı. 16.03.2021-ci il tarixdə qeyd olunan məhkəmələrdə keçiriləcək proseslərdə vəkil və nümayəndə qismində iştirak etməyi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində iştirak etməyi fiziki cəhətdən mümkün olmurdu. Qeyd olunan bu kimi səbəblərlə əlaqədar, Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş 11.03.2021-ci il tarixli məktubda qısa olaraq tərəfinizdən baxılacaq mülki işin onların nümayəndələrinin iştirakı olmadan baxılmaqla tam təmin edilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçının şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsi iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsi ilə əlaqədar ərizənin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasının xüsusi qaydasını müəyyən edir. Bu qaydanın tətbiq olunması üçün məhkəmə iclasına gəlməmiş iddiaçının və ya cavabdehin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etməsi tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə bu cür sübut təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş ərizədən görünür ki, iddiaçı mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, onun məhkəmə iclasında iştirak etməməsini üzürlü səbəblə izah etməsi tələb olunmur. İş üzrə tərəf işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi zaman deyil, məhkəmə iclasında iştirak edə bilmədiyini bildirdikdə, yaxud məhkəməyə hər hansı məlumat vermədən məhkəmə iclasına gəlmədikdə üzürlü səbəb göstərməyə borcludur. Hazırki halda, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirən ərizə təqdim etdiyindən, üzürlü səbəbinin olduğunu göstərmək öhdəliyi daşımır. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən normadan da göründüyü kimi, iddiaçı işə onun istirakı olmadan baxılmasını xahiş etdiyinə görə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-535/2021 saylı, 02.04.2021ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5084/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5084/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver