Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5087/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə məhkəmələr arasında yaranmış işin ərazi aidiyyəti barədə fikir ayrılığına dair məsələyə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 23.000 ABŞ dollarının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 208 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin qeydiyyat ünvanı Xəzər rayonu, Şüvəlan qəsəbəsi olsa da o, halhazırda Bakı şəhərinin Nizami rayonundan yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Buna görə də, mülki işə aidiyyəti üzrə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyət barədə Xəzər Rayon Məhkəməsinin fikri ilə razılaşmamış və məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığına qiymət verilməsi məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Nizami Rayon Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı müəyyən etdiyi ümumi qaydaya görə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında görünür ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdehin qeydiyyat ünvanı Xəzər rayonu, Şüvəlan qəsəbəsidir. Belə olan halda hazırkı işə Nizami Rayon Məhkəməsi deyil, Xəzər Rayon Məhkəməsi baxmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddiaçı tərəfindən cavabdehə verdiyi pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmaması barədədir. İddia tələbini nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı qanunvericiliyin aidiyyət qaydalarına əməl edərək düzgün olaraq Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı mülki iş aidiyyəti və mahiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5087/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5087/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver