Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-509/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil X7 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması ” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-2371/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarında tutulan alimentin dəyişdirərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 2000 manat olmaqla cəmi 4000 manat sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələhinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, cavabdehdən birgə nikahdan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşaq üçün 2000 manat olmaqla 4000 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2005-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 500 manat məbləğində pul tutulmasına dair qətnaınə qəbul edilməlidir. Belə ki. hazırda cavabdehin rəsmi iş yeri olmasa da, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və yüksək məbləğdə gəlir əldə etməsi müəyyən edilmişdir (səh.82). Birinci instansiya məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx.xx.2017-ci il tarixli məktubu (iş.səh.9), Azərbaycan Respublikası ƏƏSMF yanında SSMF-nin xx.xx.2020-ci il tarixli məktubu (səh.10), Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu (səh.11), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-369/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinin surəti (səh.17), AZ-ll 117993 saylı Doğum haqqında şəhadətnamənin surəti (səh.22), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 Cavabdeh adında qeydiyyatdan keçən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışı (səh.25), Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyat İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu (səh.54), Green Tree-nin xx.xx.2018-ci il tarixli arayışı (səh.73), “İnfostream”-in xx.xx.2014-cü il tarixli arayışı (səh.74) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-2371/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməsi, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 100 (bir yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi və iddianın tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 75.1, 75.4, 78.1, 78.2, 100.2; Azərbaycan Respublikası Konstitusiyasının 17; "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunu; "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarın 8.14-ci bəndi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəmənin 2(004)- 2371/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və idddianın tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə “Uşaq hüquqları haqqında" Qanunun 13; Ailə Məcəlləsinin 78, 81, 112.1; Azərbaycan Respublikası MPM-nin 77.1, 88, 217, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tulur. Lakin bunun ən əsas şərti məhkəmə tərəllndən alimentin miqdarı müəyvən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta, yetirilməsidir. Hazırki mübahisə üzrə müəyyən olunmuş alimentin miqdarının artırılmasını cavabdehin qazancının artması və onun ayda daha çox gəlir əldə etməsinə baxmayaraq uşaqlarına əlavə yardım etməməsinə əsaslanmaqla tələb etmişdir. İşin materiallarından da göründüyü kimi, cavabdeh X8 bir neçə hüquqi şəxsin təsisçisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur və böyük məbləğlərdə qazanc əldə edir. Bundan əlavə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X9 xəstəlikdən əziyyət çəkir və hər ay onun müalicəsi üçün 500 manatdan artıq vəsait tələb olunur. Lakin buna baxmayaraq məhkəmə iddia tələbinin bu hissəsini də lazimi qaydada araşdırmayaraq işə səthi yanaşmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəmənin 2(004)-2371/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinin ləğv edilməsini və xx.xx.2015-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 200 manat məbləğində alimentin, həmçinin xx.xx.2005-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat məbləğində olmaqla ümumilikdə 450 manat pul məbıəğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6502/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilmiş, ekspertizanın keçirilməsi Auditorlar Palatasına həvalə edilməsi və müvafiq sorğuların verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən ünvanlanmış sorğulara cavablar nəzərə alınması məqsədilə Auditorlar Palatasına göndədilmişdir. ”xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli hesabatl ilə cavabdehin orta aylıq əmək haqqı və gəlirləri eyni olaraq 2014-2020-ci tarixədək olan müddətə müvafiq olaraq 2000---1393 manat civarında müəyyən edilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X7 özlərinin apellyasiya şikayətini müdafiə edərək, həm sabit, həm də gəlirinin 1/3 hissəsində aliment tələb etdiklərini, iddia tələbində olan dəyişikliyin təmsil olunan şəxsin razılığı olmadan nümayəndə-vəkil tərəfindən tərtib olunduğunu və onu müdafiə etmədiklərini, audit hesabatı ilə razı olmadıqlarını, yenidən ekspertiza aparılma zərurətinin olduğunu bildirmiş və buna dair vəsatət təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 özlərinin apellyasiya şikayətini müdafiə edərək, cavabdehin əlavə gəlirinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 81, 99; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zaman əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir, edilmiş sorğulara əsasən mütəxəssisin heabatından orta aylıq əmək haqqı və gəlirlərə mütənasib məhkəmə tərəfindən müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsinə əsaslar müəyyən edilmir, lakin bunlar valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-2371/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-509/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-509/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver