Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5091/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-864/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh 692,66 manat əsas borcunun, 0,01 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-864/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddiasına xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatının dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank məhkəməyə müraciət edərkən Cavabdeh vəfat etməsindən xəbərdar olmamış, bu hal məhkəmə zamanı aydınlaşdırılmışdır. Cavabdehin vəfat etməsindən 19 gün öncə vərəsə kimi qəbul etdiyi 2004-cü il buraxılışlı, VAZ 2106 minik markalı, ** DT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən istifadə edildiyi araşdırılmamışdır. Xəzər Rayon Məhkəməsi Cavabdeh hüquqi varisinin müəyyən edilməsi üçün heç bir prosessual hərəkətlər həyata keçirməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-864/2021 saylı, 12.04.2021-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, borclu X5 21.07.2018-ci il tarixdə ölmüşdür. 26.01.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Abasoba Nadejda X1 vərəsəsi kimi tanınmışdır. Cavabdeh isə 13.02.2019-cu il tarixdə ölmüşdür. Hazırkı iddia ərizəsi isə 23 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, cavabdeh kimi ona qarşı məhkəmədə iddia qaldırıla bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mərhum iddia tələbinə məhkəmədə baxılan zaman deyil, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsindən əvvəl ölmüşdür. Belə olan halda Cavabdeh hüquqi varisinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən hər-hansı araşdırmanın aparılmasına əsaslar yaranmır. Kollegiya Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASCnin şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-864/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-864/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5091/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5091/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver