Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5091/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı LPO QSC “Bank Standard” KB-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, kreditin və kredit borcuna görə hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2233/2008 saylı, 11 sentyabr 2008-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçı LPO QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış 27 iyul 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilərək, cavabdehdəh 567.471 (beş yüzaltmış yeddimin dörd yüz yetmiş bir ) manat məbləğində əsas borc, 122.080,54 manat faiz borcu, 9.183,62 (doqquz min bir yüz səksən üç) manat (altmış iki) qəpik məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 698.735,10 (alti yüz doxsan sekkiz min yeddi yüz otuz beş) manat (on ) qəpik məbləğində pulun və 19,80 (on doqquz) manat (səksən) qəpik dövlət rüsümunun tutulmasına, tutmanı Bank qarşısında ipoteka ilə yüklū edilmiş Abseron rayonu, Mehdiabad kəndində yerləşən 1.449605 ha, ******* ha, 0.5435 ha, 0.271588 ha, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.29 ha, 0.4679 ha, 0.35196 ha 0.5255 ha torpaq sahələrinə yönəldilməsinə, torpaq sahələrinin satışından əldə edilmiş məbləğ kredit məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh1 məxsus olan digər əmlaklara yönəldilmisi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
4. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil AZEMİS vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini qeyd etmiş və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO QSC “Bank Standard” KB-nin etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə apellyasiya icraatna xitam verilməsinə etiaz etmədiyini bildirmişdir.
6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Kollegiya Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil ünvanladığı ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil təqdim etdiyi ərizədən görünür ki, o, 2(103)-5091/2024 saylı mülki iş üzrə verdiyi apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2233/2008 saylı, 11 sentyabr 2008-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, kreditin və kredit borcuna görə hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2233/2008 saylı, 11 sentyabr 2008-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova