Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5095/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1668/2022 saylı 27 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz"’ İB-yə vurulmuş 902.18 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 932.18 (doqquz yüz otuz iki manat 18 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz"’ İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AK2-24823 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəfər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağazin küç, ev 29 yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00420 nömrəl abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə G-4 mexanika tipli, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə istehlakçı Cavabdeh “Azəriqaz"’ İB-yə borcu 902.18 manat təşkil eməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: 1) 04/2012 tarixə qalıq borc - 806.00 manat, 2) 11/2017-ci il tarixə qalıq və aktlar üzrə borc 119.20 manat, 3) 1202AQ**********1 nömrəli sayğac yeni sayğacla əvəz olunmuş, sayğac laboratoriyada yoxlanmış, yoxlamanın nəticəsi barədə 29/1710-02517/3-1 nömrəli aktəsasında sayğacın plastmast borusunun deşik olması barədə rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın 30-cu hissəsində yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnınpozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. 4) xx.xx.2021-ci il tarixdə quraşdırılmış **********0 saylı mexaniki sayğacın sərfiyyat göstəriciləri üzrə 41.08 manat, 5) ödəniş 1.40 manat, kartla yüklənən məbləğdən aparılan tutma 278.70 manat (806.00+119.20+116.00+41.08) – (1.40+278.70) =902.18 manat. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1668/2022 saylı 27 aprel 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1668/2022 saylı 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AK2-24823 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 29/1710-02517-1 saylı aktdan görünür ki, laboratoriya yoxlamaları nəticəsində 1202AQ**********1 nömrəli sayğaca baxış keçirilən zaman onun klapanının işlək olmaması, yivli birləşmələrin korruziyaya uğraması, sayğacın gövdəsinin üst hissədən korruziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması və sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2021–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan 1202AQ**********1 nömrəli qaz sayğacı çıxarılaraq Zenner G-4T **********0 markalı sayğacla əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi “1202AQ**********1 nömrəli sayğacın klapanı işlək deyil, sayğacın gövdəsi üst hissədən korruziyaya uğramışdır, sayğacın çıxış plastmast borusu deşilmişdir” göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus abonentin saldosundan görünür ki, iddiaçının 2022-ci ilə olan borcu 902.18 manat təşkil edir. İşin halları ondan ibarətdir ki, iddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh tərəfindən müxtəlif illərdə borc məbləğinin ödənilmədiyinə və 1202AQ**********1 nömrəli sayğacın borusunun cavabdehin təqsiri ucbatından deşilməsinə istinad edərək cavabdehdən ümumilikdə (iş üzrə ödənilmiş dövlət rüsumu da daxil olmaqla) 932.18 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsini tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 04/2012-ci il tarixə qalıq borc olaraq müəyyən edilmiş 806.00 manat və 11/2017-ci il tarixə qalıq borc olaraq müəyyən edilmiş 119.20 manat hissəsində əssasızdır. Belə ki, iddiaçı iş materiallarında Cavabdeh 04/2012-ci il tarixə qalıq borcunun 806.00 manat və 11/2017-ci il tarixə qalıq borcunun 119.20 manat olduğunu qeyd etsə də, həmin tarixdə qeyd olunan borc məbləğlərinin yaranması əsaslarını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilən aktlara gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, sayğacın korroziyaya uğraması və ya hər hansı bir hissəsinin deşilməsi üçün məsuliyyəti istehlakçı daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yuxarıda qeyd olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçının özü daşıdığından, o cümlədən, cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan bu hallara görə cavabdehdən pul tələb edilməsi qanuni və əsaslı deyildir. Abonent saldosuna əsasən cavabdehdən 2017-ci il üçün 119.20 qəpik məbləğində pulun tələb edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu borcun yaranma səbəbi də iddiaçı tərərfindən əsaslı dəlillərlə sübuta yetirilmir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında məişət qazının alqı-satqısı müqaviləsi xx.xx.2018-ci il tarixində razılaşdırılmışdır. Bu tarixə qədər cavabdehin həmin üznvan üzrə qazdan istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Belə olan halda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddianın sübuta yetirilməsi qənaətinə gəlmək üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı iddialarının əsasını təşkil edən halları heç bir mötəbər sübutla əsaslandırmamaqla, yalnız tərəflərindən tərtib edilən bir tərəfli akt aktlara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1668/2022 saylı 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1668/2022 saylı 27 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5095/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5095/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver