Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5098/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əliyar oğluna qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun alınaraq ona ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2314/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi" barədə iddiasının təmin edilməməsi, məhkəmə xəclərini təşkil edən və İddiaçı tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
3. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
5. Mülki Prosessual Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.
6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
9. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.
10. Lakin iş üzrə İddiaçı tərəfindən elektron qaydada imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət MPM-nin 361.1-ci maddəsi və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir.
11. Belə ki, apellyasiya şikayətində iki yerdə “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edlməsi xahiş edilmişdir. 12.Lakin işdən müəyyən olunur ki, İddiaçı hazırki iddia tələbi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir.
13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2314/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev