Məhkəmə qərarları › İş №2(103)-51/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-51/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-51/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxx katibliyi ilə, İddaçı “xxxx”(Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Bank "VTB" (Azərbaycan) açıq səhmdar cəmiyyəti cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixə banka borclu olduğu xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 saylı "Bərpa olunan kredit xətti müqaviləsi" üzrə 286.000 ABŞ dolları əsas borc, 31.062,78 ABŞ dolları faiz və 14.618 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 331.680,78 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla); xx xxxxxx 2015-ci il tarixli, 149787-1-16742/2 saylı "Bərpa olunan kredit xətti müqaviləsi" üzrə 100.000 ABŞ dolları əsas borc, 10.861,11 ABŞ dolları faiz və 5.190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 116.051,11 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbbğində dövlət rüsumu və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx”(Azərbaycan) ASC-yə ödənilməsi; tələbin ipoteka predmetləri olan əmlaka - tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 230.5 kv.m., yaşayış sahəsi 90.00 kv.m. olan 4 otaqlı 30 saylı mənzilə (ilkin satış qiymətinin 440.000 manat məbləğində müəyyən edilməklə) və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 115.5 kv.m., yaşayış sahəsi 64.5 kv.m., yardımçı sahəsi 51.00 kv.m. olan 3 otaqlı 17 saylı mənzilə (ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməklə) yönəldilməsi, göstərilən mənzillərin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “xxxx”(Azərbaycan) ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzillərin məcburi qaydada boşaldılması habelə xx xxxx 2015-il tarixli, 149787-1-16742 saylı “Baş kredit razılaşması”nın, xx xxxx 2015-ci il tarixli 149787-1-16742/1 saylı 149787-1-16742/2 saylı "Bərpa olunan kredit xətti müqaviləsi"nin və xx xxxxxx 2015-ci il tarixli, 149787-1-16742/2 saylı "Bərpa olunan kredit xətti müqaviləsi"nin ləğv olunması barədə qətnamə çıxarılmasmı xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" (Azərbaycan) ASC ilə "xxxx" MMC arasında bağlanmış xx xxxx 2015ci il tarixli, 149787-1-16742 saylı "Baş kredit razılaşması", xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 saylı və xx xxxxxx 2015-ci il tarixli, 149787-1-16742/2 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, "xxxx" MMCdən və Cavabdeh1 "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə: xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 saylı kredit xətti müqaviləsi üzrə 286.000 ABŞ dolları əsas borc, 31.062,78 ABŞ dolları faiz və 1.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 318.562,78 (üç yüz on səkkiz min beş yüz altmış iki dollar, yetmiş səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc; xx xxxxxx 2015-ci il tarixli, 149787-1- 16742/2 saylı kredit xətti müqaviləsi üzrə 100.000 ABŞ dolları əsas, 10.861,11 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 111.361,11 (yüz on bir min üç yüz altmış bir dollar, on bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetlərinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumlarının müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzilinin ilkin satış qiyməti 270.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzilinin ilkin satış qiyməti 460.000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" (Azərbaycan) ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzili satıldıqdan sonra həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması, (iddiaçıya satıldığı təqdirdə) "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafıq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "X9" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdıraq həll edərkən iş üzrə cavabdeh tərəf olaraq onun və digər cavabdehlər "xxxx” MMC, Cavabdeh1 məhkəmədə iştirakını təmin etmədən işə baxaraq mübahisəni həll etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə araşdırmalarında yalnız “xxxx” (Azərbaycan) ASC iştirak etmişdir. Bununla da iş üzrə yalnız iddiaçının iştirakı ilə məhkəmə mülki iş üzrə araşdırmalar apararaq mübahisəni birtərəfli və qərəzli həll etmişdir. Məhkəmə ipoteka müqavilələrində müəyyən edilmiş ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin etmişdir. “X9” MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/118- 1204/17 saylı rəyində Bakı şəhəri, M. Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzilinin həmin dövrə bazar qiyməti 270.000 manat, Bakı şəhəri, M. Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzilinin həmin dövrə bazar qiyməti isə 460.000 manat müəyyən edilmişdir. Məhkəmə baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti ekspertiza rəyində göstərilmiş məbləğlərdə müəyyən edilməlidir. “X9” MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/118-1204/17 saylı rəyi ilə razı deyil. Belə ki, rəydə göstərilən və ipoteka predmeti olan hər iki mənzilin həmin dövrə bazar qiyməti rəydə göstərildiyindən daha yüksəkdir. Bunu, həmin ərazidə satılan oxşar mənzillərin bazar satışı qiymətləri ilə müqayisə etdikdə görmək olar. Ona görə də, hesab edir ki, ipoteka predmeti olan hər iki mənzilin bazar qiymətlərinin müəyyən edilməsi üçün iş üzrə əlavə ekspertiza təyin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının borc tələbi ilə bağlı iddiasını təmin edərkən borcun məbləğinin hesablanması zamanı səhvə yol vermiş, borcun məbləğini müəyyən edərkən yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmiş, əsas borc üzrə ödənişləri səhv olaraq faiz ödənişləri kimi hesablamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-51/2020 saylı xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 və anası X4 ölmüş oğlu Cavabdeh1 prosessual hüquqi varisi kimi əvəz (təyin) edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli 9916 №-li ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli “Baş kredit razılaşması” əsasında xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli və xx xxxxxx 2015-ci il tarixli, 149787-1- 16742/2 nömrəli kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla «xxxx» MMC-nin xx.xx.2016-cı il tarixə “xxxx” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 285864,72 ABŞ dolları, faiz borcu 35031,82 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli, 149787-1-16742/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 100.000,00 ABŞ dolları, faiz borcu 12205,00 ABŞ dolları müəyyən edilmişdir. X11 x xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına görə ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fiziki şəxsin mülkiyyətində daşınmaz əmlakın olub-olmaması haqqında məlumatların verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 2(103)-1330/19 nömrəli sorğunuza X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış, Xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh1 adına ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzil qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh2 şikayəti üzrə iddianın təmin olunan hissəsində və ona münasibətdə yoxlanılmalı, iddianın təmin edilməyən hissəsində və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği ilə bağlı faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə tam uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə tam uzlaşmadığından həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən həmin kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 285864,72 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi şikayətinin digər dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 işdə mövcud olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh2 qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmiş bildirişlər geri qaytarılmışdır. Bundan başqa cavabdehlərin nümayəndəsi xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və qiymətləndirmə ekspertizası təyin edilmişdir. Bununla yanaşı, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə(bax: iş.vər.154) məhkəmə bildirişini almış, eyni zamanda digər cavabdehlərə çatdırılması üçün qəbul etmişdir. Buna görə də, Cavabdeh2 şikayətində göstərdiyi dəlillər əsassız olduğundan onun məhkəmə iclaslarında iştirak etməməsi hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiyməti əsas götürmüş və bu qiymət ipoteka predmetlərinin real bazar dəyərini əks etdirir. İddiaçı bu halı mübahisələndirməsə də, əksinə nədənsə cavabdeh bundan narazılığını ifadə edir. Lakin apellyasiya instansiyası məhkəməsi də ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha artıq olduğu dəlililini inandırıcı və ağlabatan hesab etmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı şəxsin prosessual hüquq varisi kimi tanınmasından imtina etməsi, onun mirası qəbul etməsindən imtina kimi qiymətləndirilə bilməz. Mirası qəbul edən vərəsələr isə miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar(MM.m.1306). Apellyasiya baxışı zamanı mərhum cavabdeh Cavabdeh1 ipoteka qoyulmuş mənzildən başqa adına hər hansı bir miras əmlakın(daşınar yaxud daşınmaz əmlakın) olduğu aşkarlanmamışdır. İpoteka predmeti olan mənzilə isə qətnamə ilə onsuzda tutma yönəldilmişdir. Mərhum Cavabdeh1 ipoteka predmeti olan mənzildən başqa, gələcəkdə hansısa miras əmlakı aşkar edilərsə, həmin miras əmlakı qəbul edən vərəsələri miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olacaqlar. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği hissəsində dəyişdirilməli digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci - 200 (iki yüz) manat, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi xx xxxx 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği hissəsində dəyişdirilsin və əsas borcun məbləği 285864,72 ABŞ dolları müəyyən edilsin. Həmin müqavilə üzrə əsas, faiz borcunun və cərimənin cəmi 318427,5 (üç yüz on səkkiz min dörd yüz iyirmi yeddi ABŞ dolları, əlli ABŞ senti) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 200 (iki yüz) manat, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına hesabına ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar