Məhkəmə qərarları › İş №2(103)-5100/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5100/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5100/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi xxxxxxxxxxxxxxxxxx iştirakı ilə, İddiaçı Cavabdeh direktoru (qanuni təmsilçisi) X2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)-2751/2021 saylı qərardadından iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh direktoru (qanuni təmsilçisi) X1 250777.14 manat görülmüş işin dəyəri və 50000 manat İddiaçı MMC-yə vurulmuş ziyana görə cəmi 300777.14 manat pulun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)- 2751/2021 nömrəli qərardadına əsasən, İddiaçı Cavabdeh direktoru (qanuni təmsilçisi) X2 qarşı pul tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı şikayət verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməsinə dair 10.03.2021-ci il tarixli, 2(008)2751/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında Azərbaycan Rəspublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə istinad etmişdir, lakin həmin maddə şirkətin ləğvindən qabaq fəaliyyəti dövründə vəzifəli şəxslərini qanunsuz hərəkətlərinə görə və hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətdən azad etməsini nəzərdə tutmur. Bundan başqa, məhkəmə öz qərardadında iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə qüvvədə olan məhkəmə qərarı olmasını qeyd edərək, iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Bildirir ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə pul tələbinə dair qeyd edilən iddia üzrə məhkəmə qətnaməsi bu iddiada göstərilən pul tələbinə dair heç bir əlaqəsi yoxdur, həmin iddianın mübahisə predmeti Xaçmaz rayonunun Çiləgir kəndinin qazlaşdırılmasının iyun, avqust, sentyab, oktyabr və noyabr aylarında görülmüş qazlaşdırma işlərinin dəyərinin mübahisəsinə dair qəbul edilmiş qərardır. Məhkəməyə təqdim edilən hazırki iddia isə Xaçmaz rayonu Çiləgir kəndinin qazlaşdırılmasının yanvaz, fevral və iyul aylarında görülmüş qazlaşdırma işlərinin dəyərinin ödənilməsinə dair qaldırılmış iddiadır. İşdə olan sənədlərdən görünür ki, eyni tərəflər arasında və eyni predmet üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyil və eləcə də iddiaçının idiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam verilməsinə dair məhkəmə qərarı yoxdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-2(113)-331/2020 saylı qərardadı ilə icraatına xitam verilən mülki işdən fərqli olaraq hazırkı iddia tələbi hüquqi şəxsə qarşı deyil, fiziki şəxs olan X2 yönəldilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2. maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5. maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmasına əsaslanaraq hazırkı iş üzrə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Lakin nəzərə alınmalıdır ki, Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-2(113)- 331/2020 saylı qərardadı ilə icraatına xitam verilən mülki işdən fərqli olaraq hazırkı iddia tələbi hüquqi şəxs Cavabdehnə qarşı deyil, fiziki şəxs olan X2 yönəldilmişdir. Göründüyü kimi qeyd edilən iddia tələbləri üzrə cavabdehlər eyni şəxs deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qeyd edilənlərə əsasən, qərardad ləğv olunmalı, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(008)- 2751/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh direktoru (qanuni təmsilçisi) X2 qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar