Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5102/2020 31.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı X5 (bundan sonra – QSC) adından “X7 Edilməsi Agentliyi” X1 (bundan sonra – MMC) Cavabdeh qarşı irəli sürülmüş “kredit müqaviləsi üzrə yaranmışəsas və faiz borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan MMC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsi, hazırki işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən iddia ərizəsini qaytarmışdır. İddiaçı QSC-nin adından çıxış edən MMC həmin qərardaddan Rayon Məhkəməsinəşikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı iləşikayəti təmin etməmiş və baxılmasıüçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsini imzalayan Süleyman Bəkirovun QSC-nin adından ona belə bir səlahiyyətinin verilməsini təsdiq edən sənəd iddia ərizəsinəəlavə edilməmişdir. MMC-nin həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, iddiaçı QSCnin adından iddia ərizəsini imzalayan “X8 edilməsi Agentliyi” MMC hüquqi xidmət göstərən qurum deyil. MMC xx.xx.2015-ci il tarixdəİddiaçı QSC tərəfindən təsis edilən təşkilatdır. Digər tərəfdən QSC-nin sədri tərəfindən, QSC-nin adından iddia qaldırmaq və sair hərəkətləri etmək səlahiyyəti verən xx.xx.2019-cu il tarixli, 1-11/68 nömrəli etibarnamə verilmişdir. Bundan başqa, MMC-nin icraçı direktorunun S.Bəkirova verdiyi xx.xx.2019-cu il tarixli, 3-11/2241 nömrəli etibarnamədə nəzərdə tutulmuşdur ki, o, QSC-nin adından verilən iddia ərizələrini imzalamaq səlahiyyətindədir. İş materiallarını araşdıraraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və, o, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 74.2-ci maddəsinin mənasına görə, iddia ərizəsinin imzalanması iləəlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 152.1-ci maddəsinin mənasına görə, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdırsa, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı QSC-nin sədri tərəfindən QSC-nin İdarə Heyəti sədrinin müavini X3 3 il müddətinə verilmiş və səlahiyyətlərinin başqa şəxsə verilməsi nəzərdə tutulmuş xx.xx.2017-ci il tarixli etibarnamədə QSC-nin adından iddia ərizələrini imzalamaq səlahiyyəti C.Kərimova verilmişdir. MMC-nin icraçı direktoru S.Bəkirova 1 il müddətinə verilmiş xx.xx.2019-cu il tarixli, 3- 11/2241 saylı etibarnamədən görünür ki, QSC tərəfindən bir sıra səlahiyyətlər ilə yanaşı MMC-yə QSC-nin adından verilən iddia ərizələrini imzalamaq səlahiyyəti də verilmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi etibarnamə qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə MMC-nin icraçı direktoru S.Bəkirov tərəfindən imzalanmış və xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsində iddiaçı kimi MMC deyil, QSC qeyd edilmişdir. Belə olan halda müəyyən edilir ki, QSC-nin adından verilmiş iddia ərizəsi buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmışdır və Rayon Məhkəməsi iddia ərizəsini qaytarmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinəəsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə qəbul edilib işə mahiyyəti üzrə baxılmasıüçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 adından çıxış edən “X7 Edilməsi Agentliyi” X1 şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı X5 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmışəsas və faiz borcunun ödənilməsi tələbi barədə” iddiasına mahiyyəti üzrə baxılmasıüçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5102/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5102/2020
31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver