Məhkəmə qərarları › İş №2(103)-5108/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5108/2025

08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5108/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4695/2025 saylı qərardadından İddiaçı nümayəndəsi- vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4695/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddiaçıya alimentin indeksasiyasi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə həmin qərardaddan şikayət ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001) 4695/2025 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4695/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, bildirmişdir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, qərardadda göstərilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4695/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə onun elektron kabinetinə yüklənmişdir. Müddətin hesablanması xx.xx.2025-ci il tarixdən başlanılır. xx.xx.2025-1 gün, xx.xx.2025-2 gün, xx.xx.2025-3 gün, xx.xx.2025-4 gün, xx.xx.2025-5 gün, xx.xx.2025-6 gün, xx.xx.2025- 7 gün, xx.xx.2025-8 gün, xx.xx.2025-9 gün, xx.xx.2025-10 gün. xx.xx.2025-ci il tarixi şənbə gününə, yəni qeyri-iş gününə düşdüyündən, şikayətin verilməsi üçün son günxx.xx.2025-ci il tarixinə düşür, yəni qeyri iş günündən sonrakı iş gününə. Sözügedən qərardaddan şikayət qanunda nəzərdə tutulmuş müddətdə - xx.xx.2025-ci il tarixində verilmişdir. Beləliklə də, məhkəmənin gəldiyi nəticə əsassızdır. Çünki şikayət göstərilən prosessual normada nəzərdə tutulmuş müddət ərzində verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001) 4695/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı, 26 iyun 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə elektron kabinetinə yüklənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə Kollegiyası qeyd edir ki, göstərilən normanın tələbləri baxımından qərardad 16 iyul 2025-ci il tarixdə əldə edildiyindən tələbkar tərəfin şikayət vermək üçün son müddəti 26 iyul 2025-ci il tarix olmuşdur. Həmin tarix qeyri-iş təsadüf etdiyindən, növbəti iş günü, yəni 28 iyul 2025-ci il tarixdə tələbkar tərəfindən şikayət verilməklə qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi tələbkarın 28 iyul 2025-ci il tarixdə şikayət verməsi qanuni müddət daxilində hesab olunur. Bu halda birinci instansiya məhkəməsinin şikayəti geri qaytarması hüquqi baxımdan əsassız olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarmaqla haqlı olmamışdır və gəldiyi nəticə ilə prosessual normaların tələblərini pozmuşdur. Beləliklə, şərh olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş sonrakı prosesual hərəkətlərin edilməsi ilə bağlı olaraq həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4695/2025 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4695/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar