Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-511/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(011)-5510/2021 saylı qiyabi qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26,600 manat məbləğində pulun, iddia ərizəsinin tərtib edilməsi üçün 50 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti nəticəsində tanış olduğu Cavabdeh ondan ümumi olaraq 26,600 manat borc pul almışdır, onlar borc müqaviləsini 30.09.2020-ci il tarixdə 24 saylı notariusda rəsmiləşdirmişlər, həmin borc müqaviləsinə əsasən, cavabdeh 30.03.2021-ci il tarixədək borcunu tam olaraq qaytarmalı olduğu halda, həmin borcdan ümumiyyətlə heç bir qəpik də ödəməmişdir, əvvəllər cavabdehlə əlaqə saxladıqda o, borcunu qaytaracağını bildirsə də, sonralar ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(011)-5510/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 26,600 manat pul, iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumu qismində 30 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili ərizə təqdim edərək, apelyasiya şikayətinin 2-ci səhifəsinin 4 və 5-ci abzasının texniki səhv olaraq yazıldığını qeyd edərək, nəzərə alınmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədə göstərmişdir ki, iddianı qismən etiraf edərək 6800 manat borcu olduğunu qeyd etmişdir. Həmin borc müqaviləsi notariusda imzalanarkən o, müqavilədə göstərilən məbləği gördükdən sonra müqaviləyə imza etməkdən çəkinmişdir. Onun imzası olmayan müqaviləni iddiaçı sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili ekspert rəyi ilə razılaşmayaraq, apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 30.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 26600 manat məbləğində borc vermişdir, həmin məbləğ Cavabdeh tərəfindən alınmışdır, borc alan krediti 30.03.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə cavabdeh əlyazma ilə qeyd etmişdir ki, “borc aldım 26600 manat Məmmədov N”. İddiaçı həmin kredit müqaviləsinə əsaslanaraq cavabdehdən 26600 manat məbləğində pulunu tələb etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrək, mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Həmçinin cavabdehin iddiaçıya borcunun olması, həmçinin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdeh tərəf apelyasiya şikayətində və apelyasiya baxışı zamanı müqavilədəki imzanın ona məxsus olmadığını bildirərək, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilini araşdırmaq məqsədi ilə Kollegiya tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2021-ci il tarixli 4/1632 saylı rəyi ilə mülki işin 6-cı vərəqəsində olan 30.09.2020-ci il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı “Borc aldım 26600 manat Məmmədov N” yazıları və həmin yazıların qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin ona məxsus olmadığını iddia etdiyi imza, həmçinin müqavilədəki əlyazısı ona məxsusdur, apelyasiya şikayətinin dəlili öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir, ekspert rəyini şübhə altına almağa əsas verən, təkrar ekspertiza keçirilməsini zəruri edən hər hansı hal müəyyən edilməmişdir, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5510/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-511/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-511/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver